Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:20

S.Novruzov: "İcra başçıları dövlətin vəsaitini havaya sovurmamalıdır"


S.Novruzov
S.Novruzov
Milli Məclisin martın 14-də keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov icra hakimiyyətləri başçılarından şikayətlənib.

APA-nın xəbərinə görə, S. Novruzov bildirib ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə başlayır: “Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. İcra başçıları dövlətin vəsaitini havaya sovurmamalıdır”. Deputat Maliyyə Nazirliyini bu cür halları nəzarət altında saxlamağa çağırıb.

S. Novruzov qeyd edib ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, əvəzində sığortasının olub-olmaması ilə maraqlanır: “Ancaq “Sahil” metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, lakin heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzillər tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığorta olsa, belə problem yaranmazdı”.

S. Novruzov onu da əlavə edib ki, bu gün Azərbaycan hətta corabı, “mayka”nı da ya İran, ya da Çindən alır: “Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin”.

S. Novruzov “havada qalan” – sənədsiz evlərdən də danışıb. O bildirib ki, bu məsələyə ciddi nəzarət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltməyə də çağırıb: “Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir. Onun digərindən fərqi olmalıdır
XS
SM
MD
LG