Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

Obama Yatsenyukla görüşür


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obamanın bu gün Vaşinqtonda Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuku qəbul edəcəyi gözlənilir.

Ağ Evin mətbuat katibi Jay Carney bildirib ki, bu ABŞ-ın Ukrayna xalqı və yeni Ukrayna hökumətini dəstəkləməsinə ciddi siqnaldır.

Yatsenyuk bundan əvvəl bildirib ki, özünü Rusiyadan qorumaq üçün onun xalqına kömək lazımdır və onun Vaşinqtondan maliyyə yardımı istəyəcəyi gözlənilir.

ABŞ Nümayəndələr palatası bundan bir gün əvvəl Krımın hərbi işğalına görə Rusiyanı pisləyən simvolik qətnamə qəbul edib.

Həmçinin Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso bildirib ki, əgər tezliklə razılıq əldə olunmasa bunun daha pis nəticələri olacaq.

Bazar günü Krımda respublikanın Rusiyaya qoşulması ilə bağlı referendum keçiriləcək.Yeni Ukrayna rəhərliyi və Qərb referendumun nəticələrini tanımayacaqlarını bildiriblər.
XS
SM
MD
LG