Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

ABŞ Rusiya qoşunlarının Ukraynadan çıxarılması tələbi ilə qətnamə qəbul edib


-
ABŞ Konqresinin hər iki palatasi Rusiya qoşunlarının Ukraynadan çıxarılması tələbi ilə qətnamə qəbul edib.

Qətnamədə Rusiya hərbçilərinin Ukrayna ərazisindən çıxarılıb tam Kiyevin nəzarətinə qaytarılması ilə bağlı iqtisadi sanksiyaların tətbiq olunmasına çağırılır.

Amerikalı senatorlar həmçinin beynəlxalq futbol federasiyasını 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırırlar.

Nümayəndələr palatasının spikeri John Boehner Rusiyanın Ukraynaya qarşı atdığı addımı “təcavüz aktı” adlandırıb və beynəlxalq müşahidəçilərin Krım və ölkənin digər bölgələrinə göndərilməsinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG