Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Bakı Metrosunda kəskin qoxu yayılıb


Bakı metrosu
Bakı metrosu
Bu gün səhər saatlarından başlayaraq Bakı Metrosunda kəskin qoxu yayılıb.

Yerli mətbuatın məlumatına görə, metronun “Xalqlar dostluğu”-“Neftçilər” stansiyalarının tunelində kəskin qoxu yayılıb və nəticədə nəfəs almaq çətinləşib.

Sərnişinlərin bəziləri bunun kimyəvi qoxu olduğunu, bəziləri isə kanalizasiya iyi olduğunu iddia edirdilər.

Qısa müddət ərzində qoxu “Koroğlu” stansiyasına da yayılıb.Məlumatlara görə, hətta metrostansiyaların giriş-çıxışında da nəfəs almaq çətinləşib.

Bakı Metropolitenindən isə ANS PRESS-ə heç bir problem olmadığı bidirilib.
XS
SM
MD
LG