Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Radarlardan itən təyyarənin qəzaya uğradığı ehtimal olunur


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
"Malaisa airlines" şirkətinə məxsus təyyarənin Vyetnam sahillərində qəzaya uğraması ehtimal olunur.

Gövdəsində 239 nəfər sərnişin və heyət üzvü olan Boeng777-200 təyyarəsi Kulala-Lumpur – Pekin reysini həyata keçirirdi.

Martın 8-nə keçən gecə Malayziya paytaxtının aeroportundan havaya qalxandan 1 saat sonra radarlardan yoxa çıxan təyyarə ilə radio əlaqəsi də kəsilib.

Təyyarədən hər hansı kömək siqnalı qeydə alınmadığı, ərazidədə isə hava şəraitinin normal olduğu bildirilir.

Təyyarənin Cənubi Çin dənizinə düşdüyü ehtimalı ilə Vyetnam sahillərində axtarışlar aparılır.

İtən təyyarə sərnişinlərin əsasən Çin vətəndaşları olduğu bildirlir. Sərnişin siyahısındakı 2 nəfərin saxta pasportlarla təyyarəyə mindikləri ehtimal olunur. Adı açıqlanan 1 İtalia və 1 Avstirya vətəndaşı bildiriblər ki, bir müddət əvvəl Filippində onların pasportu oğurlanıb.
XS
SM
MD
LG