Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Xarkovun sabiq rəhbəri axtarışa verildi


Mikhail Dobkin. Arxiv fotosu
Mikhail Dobkin. Arxiv fotosu
Moskvadan Ukraynaya qayıdan Xarkov vilayətinin sabiq rəhbəri Mikhail Dobkin qanunsuz olaraq ölkənin ərazsisinə daxil olub.

Hadisə haqda Ukrayna daxili işlər naziri Arsen Avakovun FB səhifəsinə istinadən xəbər verən AzadliqRadiosu Ukrayna xidməti yazır ki, martın 7-ə keçən gecə çarter reysi ilə Moskvadan qayıdan Dobkin və onun cangüdəni Roman Kopilov pasport nəzarətindən keçirdilər. Onların sənədlərini yoxlayan sərhəd xidmətinin zabiti Dobkin haqda məlumat dəqiqləşdirmək üçün ondan gözləməyini xahiş edib.

Lakin Dobkin pasportunu gözləmədn tələsik aeroport binasını tərk edib, maşına oturaraq naməlum istiqamətdə yoxa çıxıb.

Xəbərdə bildirlir ki, sərhəd haqda qanunları pozduğuna görə Dobkin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilirb.

Mikhail Dobkin Maydan hadisələrinə qədər Xarkov Vilayət İcra hakimiyyətinin rəhbəri idi. Avromaydana qarşı yaradılan Rusiya cəbhəsi hərəkatının təşəbbüskarlarından biri idi.

Prezident Yanukovich Kiyevi tərk edəndən sonra istefa vermiş, may ayında keçirilməsi nəzərdə tutlan prezident seçkilərində namizədliyinin irəli sürəcəyini bəyan etmişdi.
XS
SM
MD
LG