Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:20

Yerevanda pensiya qaydaları əleyhinə nümayiş olub


Yerevanda yüzlərlə adam Maliyyə Nazirliyinin binası önündə piket keçirib. Onlar pensiya islahatına etiraz edirlər.

Polis onlarla adamı həbs edib.

Nümayişçilər maaşdan məcburi olaraq pensiya üçün pul tutulmasına etiraz edirlər. Yanavrın 1-dən qüvvəyə minən qanuna görə hər bir işçi maaşının 5 faizini pensiya fonduna ödəməlidir. Pensiya fonduna əlavə 5 faizi də hökumət verir.

Etiraz nümayişlərindən sonra Ermənistanın Konstitusiya məhkəməsi bu qanunu dayandırdı. Ancaq işçilər bildirirlər ki, onlardan pul tutulmaqda davam edir.
XS
SM
MD
LG