Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Yulia Tymoshenko: “Referendum olsa, Ukraynanı, bütün dünyada sabitliyi itirəcəyik”


Yulia Tymoshenko və Vitaly Klitschko
Yulia Tymoshenko və Vitaly Klitschko
-
Ukrayna İslahatlar Partiyasının (UDAR) lideri Vitali Klitschko və Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko martın 6-da Dublində Avropa Xalq partiyasının görüşündə danışıblar.

Klitschko deyib:
“Bunun Avropada baş verdiyini təsəvvür etmək çətindir. Yəni Avropada qonşular arasında silahlı münaqişənin baş verməsini. Qonşularınız sizi dəstəkləməlidirlər, sizə qarşı vuruşmalı deyillər”.

Tymoshenko isə bildirib:
“Əgər Rusiyaya martın 16-da referendum keçirməyə icazə versək, Ukraynanı itirəcəyik, biz təkcə Ukraynanı deyil, bütün dünyada sabitliyi itirəcəyik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG