Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Kerry ilə Lavrov görüşür


John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov
ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Srgei Lavrov martın 5-də Parisdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Lavrov görüş ərəfəsində Madriddə çıxış edərkən bir daha Qərbi Ukraynadakı hökumət əleyhinə nümayişləri dəstəklməkdə günühlandırıb.
O həmçinin qeyd edib ki, Moskva Kromdakı əsgərlərə əmr verə bilməz, çünki onlar daimi Rusiya ordusu yox, özünümüdafiə qüvvələridir.Lavrov qeyd edib ki, yarmadaya beynəlxalq müşahidəçilər göndərilməsini Ukrayna və Krım hakimiyyəti həll etməlidir.

Fransanın xarici işlər naziri Laurent Fabius isə liderlərin Paris görüşü ərəfəsində bəyan edib ki, əgər Ukraynada gərginliyin qarşısı alınmasa Rusiyanı sanksiyalar təhlükəsi gözləyir.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso isə bildirib ki, çərşənbə günü Ukraynaya yardım paketini elan edəcək.

Qeyd edək ki, Rusiyanın bu günlərdə Krımdakı ordusunu hərəkətə gətirməsi beynəlxalq qalmqala səbəb olub.Beynəlxalq aləm buna Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi baxır.
XS
SM
MD
LG