Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

Irakli Garibashvili: “Qərb Rusiyanı məcbur etməlidir ki...”


Irakli Garibashvili
Irakli Garibashvili
-
“Qərb Rusiyanı Ukraynaya qarşı güc tətbiqini dayandırmağa məcbur etməlidir”.

Bunu Gürcüstanın baş naziri Irakli Garibashvili deyib.

Irakli Garibashvili bildirib ki, beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynaya qarşı zorakı tədbirlərindən əl çəkməsi üçün Rusiyaya dərhal cavab verməlidir. “Biz Krımda baş verən hərəkətləri çox narahatlıqla izləyirik. Orada baş verənlər bütün regionda gərginliyin artması üçün təhlükəli mənbəyə çevrilə bilər”.

Baş nazirin yazılı bəyanatında daha sonra deyilir ki, “Rusiya hökumətinin Ukraynaya əlavə qoşun göndərmək haqqında qərarı Ukraynanın suverenliyinin və beynəlxalq hüququn açıq-aşkar pozuntusudur”.

Martın 2-də isə Gürcüstan və Ukraynanın xarici işlər nazirləri Maia Panjikidze ilə Andriy Deshchytsia telefonla danışıblar. Tbilisi Kiyeve dəstəyini ifadə edib. Gürcüstan Rusiyanın suveren və müstəqil Ukraynaya təcavüzünü pisləyib.

Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, hər iki nazir bildirib ki, Avropa Birliyi Gürcüstan, Moldova və Ukrayna üçün Avropa qapılarının açıq olmasını nümayişkaranə şəkildə göstərməlidir.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Andriy Deshchytsia gürcü həmkarını Krım Muxtar Respublikasındakı vəziyyətlə, Ukrayna hakimiyyətinin problemin dinc və diplomatik həlli üçün gördüyü tədbirlər haqda məlumatlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG