çərşənbə, İyun 29, 2016 Bakı vaxtı 05:49

    Xəbərlər

    Gülər Əhmədovanın 17 vəsatəti təmin olunmadı

    -
    Bakı Apelyasiya Məhkəməsi sabiq deputat Gülər Əhmədovanın 3 il həbs olunması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə baxıb.

    Yanvarın 24-də keçirilən məhkəmə prosesində hakim İlqar Murquzov vəkilin təqdim etdiyi 17 vəsatətə baxıb. Hökmün ləğv olunması, Elşad Abdullayevin məhkəməyə gətirilməsi və məhkəmə prosesinin çəkilişinə icazə verilməsi də daxil olmaqla vəsatətlərdən heç biri təmin olunmayıb.

    Növbəti məhkəmə prosesi  fevralın 6- na təyin olunub.  

    Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

    Keçmiş deputat özünü  təqsirli hesab etmir, həbsini sifarişli hesab edir.

    Gülər Əhmədova keçmiş universitet rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoçarxlardan sonra həbs olunub. O, dələduzluqda ittiham olunub.
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Həkim səhvlərini bağışlamaq olarmı?- [Fikrini de]

    Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat olunan 82 yaşlı şəkər xəstəsi Tərlan Məmmədovanın xəstə ayağı əvəzinə sağlam ayağını kəsiblər.

    16 şərh

    Hidayət: \Kliniki təbabətin qanunlarına rəayət etməyəndə o həkimi çox ciddi cəzalandırır!! Həmin qanunlar isə ... davamı

    «Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»

    Deputat Vahid Əhmədov Mərkəzi Bankın son günlər manatın məzənnəsi ilə bağlı verdiyi qərarları haqlı sayır.

    8 şərh

    Yaqut: Dollar 2m olsa Azerbaycan xalqi MMeclis ve biznesmenler nazirlerden bashqa hami dilenchi olacaq davamı

    Ekspert: «Bu il 1 dollar 2 manat ola bilər»

    Azərbaycanda dövlət-din münasibətləri, «Formula-1» yarışlarına çəkilən xərclər, inflyasiya, üçüncü devalvasiya xofu və məktəbli formalarının bahalaşması bu gün medianın aparıcı mövzusudur.

    6 şərh

    Melahet: Her gun olmek isteyirem . Sabaha umudun yoxdursa ?yawamaqa deyer ? Millet olmelidir ... davamı

    Ən çox...