Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

Mahir Abdullayev işində adı keçən daha bir nəfərə hökm oxunub


Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fikrət Qəribovun sədrliyilə Baş nazirin müavinin sabiq köməkçisi Vaqif Hüseynin işinə baxılıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 13-də keçirilən prosesdə prokuror Vaqif Hüseynin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Vaqif Hüseynin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı keçirdi.

Bir qədər əvvəl Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi ki, rektor Elşad Abdullayev ABU-da aşkarlanmış nöqsanlara görə universitetin fəaliyyətinin davam etdirilməsi üçün hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət vermək niyyətində olub və rüşvət vermədə vasitəçi axtarıb. Onun bu niyyətindən xəbər tutan Vaqif Hüseynin vasitəçi kimi rüşvətin müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi haqda vədlər verməklə, Elşad Abdullayevdən 1.000.000 dollar alaraq onu aldatdığı iddia edilir.

Vaqif Hüseyn barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb. O, istintaqa bildirib ki, Elşad Abdullayevin təzyiqlərindən sonra 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları qaytarıb, 2011-ci ildə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynəməxsus 465.000 dollar dəyərində ticarət obyektini Abdullayevin adına rəsmiləşdirib.

Baş Prokurorluğun məlumatına görə, həmin pul korrupsiya cinayətinin predmeti olduğundan Elşad Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG