Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Gəncədə söküntüyə etiraz edən 15 yaşlı qız özünü yandırıb


Arxiv foto
Arxiv foto


Bu barədə Gəncə şəhər Polis şöbəsindən məlumat verilib. Məlumata görə, Gəncə şəhərinin Nizami rayonun Gülüstan qəsəbəsi ərazisində yaşayan 1998-ci il təvəllüdlü Almaz Kərimli özünü yandırıb.

Hadisə onun ailəsinə məxsus həyətyanı sahəni Nizami rayonu polis idarəsinin əməkdaşları boşaldarkən baş verib.

Polis şöbəsindən hadisənin torpaqla bağlı mübahisə zamanı baş verdiyi bildirilir. Hazırda qızın intihara cəhd etməsi məsələsi araşdırılır. Gəncə şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasından verilən məlumata görə, Almaz Kərimlinin vəziyyəti orta ağır qiymətləndirilir.

Gəncə şəhər 3 saylı xəstəxananın həkimi Mehman Hüseynov AzadlıqRadiosuna bildirib ki, Almaz Kərimli yanıq xəsarətləri alıb.

«Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə həmin gün saat 16:50 radələrində Gəncə şəhər 3 saylı xəstəxanasına daxil edilib. Xəstəyə ilk tibbi yardım göstərilib. Lakin təxminən 40 dəqiqə qaldıqdan sonra valideynləri yanıq izlərinin qalmasından ehtiyatlanaraq onu Bakıya aparıblar. Bildirim ki, xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir».
XS
SM
MD
LG