Cümə axşamı, İyul 30, 2015 Bakı vaxtı 07:02

Xəbərlər

Deputat Gülər Əhmədovanı rüşvətdə ittiham edən video yayıldı

Azerbaijan -- Member of Parliament Guler Ahmedova, 2001Azerbaijan -- Member of Parliament Guler Ahmedova, 2001
x
Azerbaijan -- Member of Parliament Guler Ahmedova, 2001
Azerbaijan -- Member of Parliament Guler Ahmedova, 2001

İnternetdə millət vəkili Gülər Əhmədova ilə hazırda Fransada yaşayan Elşad Abdullayevin arasında gedən söhbətin gizli görüntüsü olduğu ehtimal edilən video yayılıb.  Elşad Abdullayevin adından  “Azadlıq” qəzetinə göndərilən və artıq Youtube`a yerləşdirilən videoda tərəflər deputat seçilmək üçün rüşvətin məbləğini müzakirə edirlər.

Millət vəkili Gülər Əhmədovanın səsinə bənzəyən səslə danışan və ona oxşayan qadın (videonun keyfiyyəti aşağı olduğndan oradakı adamların sifətləri aydın görünmür – red.) Elşad Abdullayevdan deputat seçilməsi üçün təklif etdiyi 500 min dollarla razılaşmır, 1 milyon tələb edir.

Videoda tez-tez Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı hallandırılır və Elşad bdullayev pulun ona çatmasını dəqiqləşdirməyə çalışır.

Qeydiyyatı ləğv edilən Beynəlxaql universitetin keçmiş rektoru Elşad Abdullayev bir neçə gün əvvəl KİV-lərə müraciət edib. O, müraciətində iddia edir ki, itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasının əvəzində ondan 2 milyon dollar rüşvət tələb olunub.

Elşad Abdullayevin iddialarına görə həmin məbləği millət vəkili Gülər Əhmədovanın vasitəsilə Prezident Administrasiyasının rəbərinə çatdırmalı, bundan sonra həm qardaşı sağ-salamat buraxılmalı, həm də özü deputat seçilməli imiş. Amma bu vədlərin heç biri doğrulmayanda pulunu geri istəyib. Lakin onun pulunu qaytarmayllar, özünü isə hədələyiblər.

Bu iddialardan sonra millət vəkili Gülər Əhmədova Elşad Abdullayevi ona böhtan atmaqda ittiham edib.

Gülər Əhmədovaya yaxınlığı ilə tanınan media orqanlarında Elşad Abdullayevin özünün rektor olduğu müddətdə korrupsiya əməllərindən bəhs edən yazılar yayılıb.

Hələlik yayılmış videoya millət vəkili Gülər Əhmədovanın rəsmi reaksiyası açıqlanmayıb.

Yalnız facebook-da onun adından olan profildə qeyd ediblər ki, video montajdır. Kompüter proqramı ilə oradakı səslər saxtalaşdırılıb.

Elşad Abdullayevin rəhbəri olduğu və 1997-ci ildən fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə Təhsil Nazirliyinin qərarı ilə bağlanıb.  Təhsil Nazirliyi Univeristetdə ciddi qanun pozuntularına görə ona verilmiş lisenziyanın müddətinin uzadılmaması qərarına gəldiyini bildirib.

Gülər Əhmədova hakim Yeni Azərbaycan partiyasının üzvüdür.  2000-ci ildən deputatdır. 2005-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən millət vəkili seçilib.

Keçən ilin oktyabrında Gülər Əhmədovanın iddiası ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilib. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə verdiyi ərizəsində millət vəkili qeyd edib ki, Əvəz Zeynallı onu əlində olan hansısa faktlarla şantaj edib, materialların çap olunmaması müqabilində 10 min manat pul istəyib. O, aralarındakı telefon söhbətinin audioyazısını da sübut kimi məhkəməyə təqdim edib.  Əvəz Zeynallı da bu audio yazının montaj olduğunu bildirib. Hazırda baş redkator həbsdədir.

AzadlıqRadiosu hadisə ilə bağlı daha ətraflı məlumatlar toplamağa, tərəflərin mövqeyini aydınlaşdırmağa və ekspertlərin rəyini öyərnməyə çalışır.  Gün ərzində saytımızı isləyin

Qızğın polemika gedən FORUMLAR

İlham Əliyevə nə yazardız? (Forum)

Prezidentə hansı siqnalları çatdırmaq, hansı şikayətinizi demək istərdiniz? Foruma yazın, fikirlərinizi hamı, o cümlədən prezident özü istəsə, oxusun.

208 şərh

bayramova natasa asif qiz: Bizim uçun bas pıanda nezerde tutulan yasilliq erazi qanunsuz tikinti aparilir.sikayet etmediyimiz orqan ... davamı

Heydər Əliyev, yoxsa, İlham Əliyev (Forum)

Ata-oğul bu iki prezidentin hakimiyyət illərini necə müqayisə edərdiz?

40 şərh

elmin: Duppe duz davamı

Sizcə, məmurlar İlham Əliyevin sözünü eşidirlər?

«O boyda Ukrayna Saakashvilini öz ölkəsinə çağırıb vəzifə verib, bunlar da bacarmırlar. Bacaran adam çağırsınlar ən azından»

38 şərh

Zaur MİNGƏÇEVİRLİ: Hamısı eyni bezin qırağıdır. Əgər sözü keçirsə sistemi yeniləsin... su başdan bulanan unutmayaq ... davamı

Facebook-da AZAL-ı boykot kampaniyası

27 yaşlı Bakı sakini Gülər Avropaya təyyarə ilə səyahətə gedəndə Bakı aeroportuna yox, Bakı dəmiryol vağzalına üz tutur.

36 şərh

Rasim: Men bir weyi bawa duwe bilmirem ki, niye Kievin apteklerinde satilan dermanlar Bakida ... davamı

Prezidentə e-mail yazmağın axırı nə ola bilər

"Məhkəmələrə müdaxilələrə son qoyuldu, iş mənim xeyrimə həll olundu, aldıqları qanunsuz cəriməni qəpiyinə qədər geri qaytardılar”.

28 şərh

Telman: Şaiq Əsədova.Məktubunuzu yəqin ki,Prezidentə ünvanlamısınız.Başa düşürsünüz ki,sadaladığız promlemlərin həlli ondan və ona tabe ... davamı

Bayram namazı nə vaxt qılınacaq?

Namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

25 şərh

Anonim: xanim nasistler yeni (shieler) 18-i bayram namazi qilacaq. ehli sunne ise yeni bizler ... davamı

İt gəzdirən gənc zorla polisə aparılır

Videonu Mobil Reportyora göndərən oxucumuz yazır ki, onu bugünlərdə Bakıda çəkib. Şəhərdə it gəzdirən gəncə polisyaxınlaşaraq ondan heyvana ağızlıq taxmağı tələb dib. Gənc isə itin körpə olduğunu, təhlükə yaratmadığını deyib. Polislə gənc arasında mübahisə isə bu videodakı mənzərəni yaradıb.

23 şərh

menden: xixi davamı

Ən Çox...