Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:31

Ə.Abbasov: ««Azercell» və «Bakcell» trafik haqqını 2 qəpik etməyə razı deyil»


Əli Abbasov
Əli Abbasov
«Azercell» və «Bakcell» mobil operatorları hökumətin qoyduğu şərtləri qəbul edən kimi onlara 3G xidmətləri göstərmək üçün lisenziya veriləcək.

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov belə deyir:

«3G lisenziyası almaq üçün «Telekommunikasiya haqqında» qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi onlar bunu alacaqlar. Amma nədənsə həm «Azercell», həm də «Bakcell» bu məsələdə tələsmirlər».

Nazir deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, operatorların şəbəkəsi şəffaf olmalıdır:

«Yəni operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki, operatorlar, xüsusilə də «Azercell» nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. O, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da «Azercell» və «Bakcell» razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək». /apa/
XS
SM
MD
LG