Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:03

<i>«525-cı qəzet»</i>: «ABŞ-la Rusiya arasındakı danışıqlarda Cənubi Qafqazdakı münaqişələr əhəmiyyətli yer tutur»


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq «525-cı qəzet»də bildirilir ki, hazırda Amerika ilə Rusiya arasındakı danışıqlarda Cənubi Qafqazdakı münaqişələr də əhəmiyyətli yer tutur. Müəllif yazır ki, ABŞ Dövlət katibinin müavini Nikolas Börns Moskva səfərinin yekunları ilə bağlı «Nezavisimaya qazeta»ya müsahibəsində bu məqamı xüsusi vurğulayıb. N.Börnsin sözlərinə görə, Amerika həm Gürcüstan ərazisindəki Abzaxiya və Cənubi Osetiya münaqişələrinin, həm də Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ konfliktinin tezliklə və tam həllində maraqlıdır. ABŞ Dövlət katibinin müavini nəzərə çatdırıb ki, onun ölkəsi Qarabağ konfliktinin həlli üçün səylərini davam etdirəcək və Vaşinqton bu kontekstdə Moskva ilə dialoqa xüsusi önəm verir.



Ədalət Partiyasının sədri İlyas İsmayılov «Yeni Azərbaycan» qəzetinə müsahibəsində rəhbəri olduğu qurumun «Azadlıq» siyasi blokuna üzv olacağı ilə bağlı yayılan məlumatları əsassız adlandırır. «Ədalət Partiyasının siyasi mövqeyi belədir ki, maksimum olaraq bloklara qoşulmamaq siyasətimizi davam etdirək. Biz o halda hansısa blokda təmsil oluna bilərik ki, bu blok bütün müxalifəti əhatə edə bilsin» – İlyas İsmayılov belə deyir. Partiya sədri iqtidar-müxalifət dialoqunu davam etdirməyin də vacib olduğunu bildirir. Deyir ki, iqtidar tərəfindən dialoqa çağırış olarsa, Ədalət Partiyası buna müsbət cavab verəcək.



«Bakı-Xəbər» qəzetində bildirilir ki, hakimiyyətin sahibkarlara qarşı başladığı represiv kampanıyanın artıq əcnəbi şirkət və işadamlarına qarşı yönəldiyi hiss olunmaqdadır. Müəllif «Azpetrol» şirkətində payı olan Holland səhmdarlarının paylarının üçüncü şəxsə verilməsini, Hollandiyanın «Fondel» şirkəti ilə bağlanmış müqavilənin Azərbaycan hakimiyyəti tərəfindən birtərəftli şəkildə pozulmasını və «Barmek»ə qarşı son dövrlər başlamış kampaniyanı buna misal çəkir. Müəllif sadalanan şirkətlərin Rusiya xüsusi xidmət orqanlarının tövsiyəsilə sıradan çıxarılması faktını istisna etmir. Yazıda iddia edilir ki, «Azpetrol»u «Lukoyl»un prezidenti Vahid Ələkbərov, «Fondel» şirkətini Rusiyanın «Rusal» şirkəti, «Barmek»i isə, «Rosenerji»nin törəmə şirkətlərindən biri ələ keçirməyə hazırlaşır.
XS
SM
MD
LG