Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:18

Elmar Hüseynovun qətlini araşdıran istintaq qrupu Gürcüstanda olub


Səs: Real audio
Baş prokuror Zakir Qaralov deyir ki, faciə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran istintaq qrupu bu günlərdə Gürcüstanda olub.



Baş prokuror Zakir Qaralov fevralın 25-də jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu ölkənin hüquq-mühafizə orqanları ilə birgə istintaq hərəkətləri aparılıb. Qrupun Gürcüstana yeni səfərinin gözlənildiyini deyən cənab Qaralov, istintaqda digər yeniliyin olmadığını da sözlərinə əlavə edib.



Martın 2-də Elmar Hüseynovun qətlinin bir ili tamam olacaq. Hadisədə şübhəli bilinən üç Gürcüstan vətəndaşı «İnterpol» xətti ilə axtarışdadır.
XS
SM
MD
LG