Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:08

<i>«Bakı-Xəbər»</i>: «Moskva Azərbaycanın enerji sistemini nəzarətə götürür»


Səs: Real audio
Şəxsi təsərrüfatlarda məhv olmuş quşlara görə əhaliyə kompensasiya ödənməyəcək Nardar Bayramlının «Yeni Azərbaycan» qəzetindəki məqaləsində bildirilir ki, Xocalı faciəsi Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan arasındakı müharibənin ən yüksək zirvəsidir. Məqalədə millət vəkili Aqil Abbasın fikirlərinə yer ayırılıb. Millət vəkili bildirir ki, Azərbaycan bu hadisələrdən sarsılıb. Və bunun 14 il, yəni bu günə qədər davam etməsində özünü ziyalı, dövlət xadimi sayan hər kəsin məsuliyyət payı var. Aqil Abbas deyir ki, bu qəbil faciələrlə vətəndaşları qorxutmaq, mənəvi cılızlığa sürüməyin tərəfdarı deyil. «Biz faciələrimiz üzərində öyrənməliyik» - deyən Aqil Abbas nə qədər qəribə səslənsə də, nə Xocalı faciəsi, nə 20 Yanvar, nə də başqa rayonların işğal olunmasının ildönümündə Şəhidlər Xiyabanına getmədiyini bildirir.



«Bakı-Xəbər» qəzetindəki «Moskva Azərbaycanın enerji sistemini nəzarətə götürür» başlıqlı məqalədə Fərid Abbasov yazır ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Azərbaycanın enerji sisteminin bu ölkənin nəzarətinə keçməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Hazırda Azərbaycan və Rusiyadan olan mütəxəssislər Yaşma-Dərbənd elektrik xəttinin ötürmə qabiliyyətinin yüksəldilməsi istiqamətində iş aparırlar. Bu, son nəticədə Rusiya-Azərbaycan-İran enerji dəhlizinin daha tez reallaşmasına xidmət edəcək. Məqalədə qeyd olunur ki, Azərbaycanda «Rosenerji» Səhmdar Cəmiyyəti İrana elektrik enerjisinin nəqli üçün fəal iş aparır. Müəllif yazır ki, bəzi mənbələrin məlumatlarına görə, «Rosenerji» Qafqazda yerləşən obyektlərin əsasında bütün regionun enerji sistemini Rusiyanın analoji sahəsi ilə birləşdirəcək.
XS
SM
MD
LG