Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:13

İrana qarşı nə tədbir görülə bilər?


Səs: Real audio
Azərbaycanın kifayət qədər enerji potensialı olsa da, gələcəkdə bu sahədə çox ciddi problemlər yarana bilər Vaşinqton hərbi tədbirin mümkünlüyünü istisna etməsə də, məsələnin diplomatik həllinə tərəfdar olduğunu bildirir



İranla qonşu ölkələrin mediasında Birləşmiş Ştatların bu ölkəyə qarşı hərbi əməliyyatlara başlaya biləcəyi müzakirə olunur. Amma bir çox təhlilçilər hərbi tədbiri yalnız böhranın çoxsaylı həll variantlardan biri hesab edirlər, özü də indilik üfüqdə görsənməyən bir variant.



Fevralın 21-də Bakıda çıxan "Ayna" və "Yeni Müsavat" qəzetləri ABŞ-ın Gürcüstan ərazisindən İrana zərbələr vurulması üçün Tbilisiyə müraciət etdiyini yazıblar. "Ayna" qəzeti həmçinin Azərbaycana da bənzər müraciət ediləcəyini yazır. Hər iki halda mənbə eynidir – İsrailin "Jerusalem Post" qəzeti. Həmin qəzet Gürcüstanın silahlı qüvvələrinin baş qərargah rəisi Levon Nikoleişvilidən də sitat gətirir.



Gürcüstan generalı həmin xəbəri "absurd" adlandırıb. Bununla belə, qəzet Tbilisidəki hərbi mənbələrə istinadla verdiyi ilkin məlumatı təkzib etmir. İsrail qəzeti ötən həftə Vaşinqtonun Azərbaycan ərazisindən də İrana qarşı istifadə edə biləcəyi haqqında adı çəkilməyən diplomatik mənbələrə istinadla məlumat yaymışdı.



Bəs İrana qarşı hərbi ölçü götürülməsi nə dərəcədə realdır? İranın gizlicə nüvə silahına can atmasından şübhələnən Vaşinqton hərbi tədbirin mümkünlüyünü istisna etməsə də, məsələnin diplomatik həllinə tərəfdar çıxdığını bildirib.



Bu həftə Yaxın Şərq səfərinə çıxmış dövlət katibi Kondoliza Rays İran barədə qətiyyətli olmağın vacibliyindən danışıb, amma nəyi nəzərdə tutduğunu deməyib: "Beynəlxalq ictimaiyyət qətiyyətli tədbir görmək üzrədir ki, İran dünya ictimaiyyətini açıq aşkar saymamağın nəylə nəticələnəcəyini bilsin və biz məhz bunun üzərində işləyirik".



Münhendə fevralın əvvəlində keçirilən təhlükəsizlik konfransında müdafiə naziri Donald Ramsfeld diplomatik yolla irəliləyəcəklərini demişdi. Amma arizonalı senator Con MakKeyn hərbi variantı həmişə açıq saxlamağa çağırıb.



Avropa Birliyinə gəlincə, rəsmilər diplomatiyaya üstünlük verdiklərini desələr də, İranın uranın zənginləşdirilməsindən əl çəkməməsinin təhlükəsi barədə xəbərdarlıq ediblər.



Avropa Komissiyasının sözçüsü Emma Udvinin sözlərinə görə, Birliyin xarici əlaqələr komissarı Benita Ferrero-Valdner Tehrana təklənməsinin mümkünlüyü barədə xəbərdarlıq edib: "Komissar çox aydın bildirdi ki, İranı təkləmək niyyəti yoxdur. Onlar ümid edirlər ki, İran özü-özünü təkləməyəcək". Təkləmək deyərkən, daha çox iqtisadi sanksiyalar, ya da blokadaya işarə oluna bilər.



BMT Təhlükəsizlik Şurasında veto hüququ olan, çox vaxt Qərb ölkələrindən fərqli mövqe tutan Çin də Tehranı öz ərazisində uranın zənginləşdirilməsi planından daşınmağa çağırıb.



Almaniyada çıxan "Sueddeutsche Zeitung" qəzeti müxtəlif ekspertlərin hərbi varianta münasibətini oxuculara çatdırır. 2004-cü iləcən Birləşmiş Ştatların müdafiə siyasətiylə bağlı yüksək vəzifələrdə çalışmış Riçard Perl İranla qarşıdurmanın hərbi həllini mümkün sayır. Vaşinqtondakı müstəqil araşdırma mərkəzi olan Brukinq İnstitutunun təhlilçisi Fil Qordon isə ortada hərbi variantın olmasına inanmır.



Vaxtilə Dövlət Departamentinin Planlaşdırma İdarəsinə rəhbərlik etmiş Riçard Hass İran–ABŞ qarşıdurmasının dörd mümkün həlli olduğunu, amma bunların heç birinin yaxşı variant olmadığını bildirir. Onun fikrincə, İranda hakimiyyət dəyişikliyi yaxşı olardı, amma burada uğur şansı azdır. Hərbi əməliyyatlar da bir yol sayıla bilərdi, amma Əfqanıstan və İraq təcrübəsi
XS
SM
MD
LG