Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

«Quş qripi»nə qarşı mübarizə üçün 16 milyon dollar lazımdır»<p align=`left`><br><br>


Səs: Real audio
Hökumət vəsait üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır Azərbaycanda "quş qripi" xəstəliyinə qarşı mübarizəni təmin etmək üçün 16 milyon dollara qədər vəsait lazımdır.



"Quş qripi"nin yayılmasının qarşısının alınması və bu sahədə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin birinci müavini Abbas Abbasov deyir ki, bu məbləğ mübarizə üçün lazım olan hər şeyi əhatə edir.



Abbas Abbasovun bildirdiyinə görə, hökumət vəsait üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır. Bu ilin yanvarında Asiya İnkişaf Bankı "quş qripi" virusu ilə mübarizə üçün 50 min dollar ayırıb. Bank daha 200 min dolların ayrılması barədə də qərar qəbul edib. Hazırda ölkə rəhbərliyi Dünya Bankı ilə 5 milyon dollarlıq layihənin işlənilməsi prosesinə başlayıb. Eyni zamanda BMT və YUNİSEF-in Azərbaycandakı nümayəndəlikləri də "quş qripi"nə qarşı mübarizədə yardımlarını təklif ediblər.



Ancaq baş nazirin birinci müavini deyir ki, indi Azərbaycana vəsait yox, texnika, profilaktik tədbirlər üçün ləvazimatlar lazımdır ki, bunun da üzərində iş gedir. Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti, Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri, baytarlıq və digər dövlət qurumlarının ekspertləri ölkənin bütün bölgələrində "quş qripi" ilə bağlı müşahidələr aparırlar. Fevralın 10-da çöl quşlarında "quş qripi" aşkarlansa da, hələ ki, ev quşlarında bu virus tapılmayıb.



Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev isə deyir ki, hətta vətəndaşların fərdi şəkildə ölkəyə toyuq məhsulları gətirməsinə də nəzarət var. Aydın Əliyev əlavə edir ki, son ay ayrım ərzində Azərbaycana 940 ton toyuq əti idxal olunub. Bu məhsullar əsasən ABŞ və Braziliya mənşəlidir. Bir neçə konteyner isə Fransadan gətirilib. Bu məhsullar aidiyyəti orqanların nəzarətindən sonra ölkəyə buraxılır. Azərbaycanda istehsal olunan toyuq yalnız daxili tələbatı ödədiyi üçün onun xaricə daşınması problemi yoxdur.



Kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə isə, hazırda köçəri quşların əsasən Abşeron yarımadası, Siyəzən, Dəvəçi və Qaradağ rayonlarında qırılması müşahidə olunur. Bu quşların bir hissəsi köçəri, digəri isə Azərbaycanda yaşayan vəhşi quşlardır.



Xəstəliyin yayılmaması üçün quş cəsədləri yığılaraq yandırılır.
XS
SM
MD
LG