Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:23

<i>«Yeni Azərbaycan»</i>: «Ermənistan yenə də danışıqlar prosesini pozdu»


Səs: Real audio
Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner isə, «Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır» - deyir «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan yenə də danışıqlar prosesini pozdu» başlıqlı məqalədə müəllif belə hesab edir ki, Paris danışıqlarından öncə münaqişənin həlli ətrafında yaranmış optimizmə səbəb Rusiyanın həldə maraqlı olduğu görüntüsü idi. Lakin həmsədr Yuri Merzlyakovun təmsilçiliyi ilə Rusiya yenə də işini gördü. Müəllifin fikrincə, cənab Merzlyakov Robert Koçaryanın dalana dirəndiyini görəndə dərhal onu bayıra dəvət edib və bərk-bərk tapşırıb ki, ya bu saat bir bəhanə ilə qaçacaqsan, ya da böyük qardaşının qəzəbinə tuş gələcəksən. Bununla da Rusiyadan qorxan Koçaryan bəhanə gətirərək danışıqlardan qaçıb. Amma müəllif düşünür ki, Paris görüşünü tam nəticəsiz də hesab etmək olmaz. Bu görüşün Azərbaycan üçün müsbət məqamları ondan ibarət oldu ki, müzakirə olunan doqquz məsələdən ən azından rəsmi Bakı yeddisi barədə razılıq əldə edə bilib. Razılaşdırılmamış qalan iki məsələ qaçqın və məcburi köçkünlərin qaytarılması və Azərbaycanın ərazi bütövlüyüdur ki, bunun da həlli istənilən halda ermənilərdən asılı idi.



«Bakı-Xəbər» qəzetində də prezidentlərin Paris görüşü şərh olunur. «Qızıl pəncərəni qızıl sükunət əvəz edir» başlıqlı məqalədə müəllif adını açıqlamadığı mənbəyə istinadən bildirir ki, prezidentlərin dialoqu Dağlıq Qarabağ ətrafı bir neçə rayonun mərhələli şəkildə azad edilməsi ətrafında ilişib. Bura ilk növbədə Kəlbəcər rayonu, həmçinin Qarabağın statusuna dair referendumun keçirilməsi aiddir. Ancaq referendum ideyası Azərbaycan tərəfindən dəstəklənmir. Bakı qeyri-şərtsiz işğal olunmuş ərazilərin geri qaytarılmasını və bundan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini tələb edir. Adının açıqlanmadığı mənbə onu da bildirir ki, 2006-cı ildə Azərbaycan və Ermənistan dövlət başçıları arasında danışıqların növbəti raundunu təşkil etmək mümkün olmayacaq.



«525-ci qəzet» isə, xəbər verir ki, bu ilin iyun-iyul aylarında BMT-də üzv ölkələrin iştirakı ilə yüngül və atıcı silahların qanunsuz yayılmasına dair konfrans keçiriləcək. Konfransda gizli silah ticarətinin leqallaşdırılması, münaqişə tərəflərinə silah satışına limitin qoyulması kimi məsələlər də müzakirə ediləcək. Azərbaycan tərəfi konfransda Rusiyanın Avropada adi silahların yayılmasına dair sazişi pozaraq açıq və gizli şəkildə işğalçı Ermənistanı ən müasir silah və texnikalarla təchiz etməsi, habelə Dağlıq Qarabağda separatçı qüvvələrin Rusiya və Ermənistan tərəfindən silah və sursatla təmin olunması məsələlərini qaldıracaq.
XS
SM
MD
LG