Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:16

Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə tutulub


Səs: Real audio
Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner isə, «Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır» - deyir Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən «AzərTAc»a verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə - David Xvadagiani, David Marikaşvili və David Berikişvili tutulublar.



Baxış zamanı David Marikaşvilidə 4,322 qram, David Berikişvilidə isə, 5,17 qram heroin aşkarlanıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, onlar Bakı şəhər sakini Seyfəddin Məmmədovun evindən 500 min avro və qızıl zinət əşyaları oğurlayıblar. Onlardan Seyfəddin Məmmədovun evindən oğurladıqları 347.000 avro, 685 dollar, 1 ədəd bilərzik, 2 ədəd medalyon, 5 ədəd boyunbağı, 1 cüt sırğa, 5 ədəd üzük, 1 ədəd sancaq, 1 ədəd qol saatı, 1ədəd sandıqça maddi sübut kimi götürülüb.



Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG