Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:56

Elmar Hüseynovun xatirəsi anılıb


Səs: Real audio
Fevralın 10-da «Azadlıq» seçki bloku kimi ləğv edilib. Bundan sonra «Azadlıq» siyasi blok kimi fəaliyyət göstərəcək Fevralın 11-də 40-dan çox qadın jurnalistlər, hüquq müdafiəçiləri və ictimayyət nümayəndələri «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsinin yad edilməsi məqsədilə yürüş-mitinq keçiriblər.



Məlumatı «Azadlıq» radiosuna «Elmar Hüseynov Fondu»nun prezidenti Ruşaniyyə Hüseynova verdi. Onun sözlərinə görə, aksiya iştirakçıları M.Əzizbəyovun heykəlindən başlayaraq jurnalistin dəfn edildiyi Yasamal qəbristanlığınadək yürüş ediblər. Elmar Hüseynovun məzarı önündə isə, matəm mitinqi keçirilib.



Aksiya iştirakçıları prezident İlham Əliyevə müraciət edərək, qətlin üstünün açılmasının surətləndirilməsini və günahkarların cəzalandırlmasını tələb ediblər.



Elmar Hüseynov ötən il martın 2-də qətlə yetirilib.
XS
SM
MD
LG