Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:47

Yeni pensiya sistemində 70 fərq


Səs: Real audio
Fevralın 9-da polis gücləndirilmiş rejimdə çalışacaq Bu, pensiyaçıları razı sala bildimi?



Xeyli müzakirələrdən sonra "Əmək pensiyası haqqında" və "Dövlət sosial müavinətləri haqqında" qanunlar fevralın 7-də qəbul edildi.



Qanuna görə, 62 yaşına çatmış hər bir kişiyə, həmçinin 57 yaşına çatmış qadına əmək pensiyası hüququ verilir.



Milli Məclisdəki müzakirələrdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, daxili işlər və milli təhlükəsizlik orqanlarında çalışmış şəxslərin pensiyaları "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunla tənzimlənir. Prokurorluq orqanlarında çalışmış şəxslərin pensiyaları isə "Əmək pensiyaları haqqında" qanunla. Bundan başqa, yeni qanunda 5-dən artıq uşağı olan anaların 44-45 yaşından pensiyaya çıxmaq məsələsi də öz əksini tapıb.



Hələ qanun qəbul edilməzdən əvvəl bir qrup müəllim, mühəndis, istehsalat birliklərinin keçmiş rəhbərləri prezidentə müraciət edərək, millət vəkilləri, dövlət strukturlarında işləmiş şəxslərə təyin edilən pensiyanın digərlərinkindən qat-qat çox olmasından narazılıq ediblər.



Müraciət müəlliflərindən biri, 23 il Yol Təsərrüfatı İşçilərinin Həmkarlar Komitəsinin sədr müavini işləmiş Akif Muxtarov deyir ki, Sovetlər vaxtında da dövlətə xüsusi xidmətlər göstərmiş şəxslərə ittifaq, respublika və yerli əhəmiyyətli fərdi pensiyalar verilirdi. Amma həmin pensiyanın ən yüksək həddi minimum pensiyadan ən çoxu 2-3 dəfə artıq olurdu. İndi isə nazirlik və komitələrdə işləyənlərə təyin edilən pensiya onların aldığı pensiyadan 10-15 dəfə çoxdur. Cənab Muxtarov deyir ki, onlar həmin şəxslərin yüksək pensiya alıb firavan yaşamasının əleyhinə deyillər. Sadəcə, yerdə qalan digər pensiya hüququ olanların aldığı pensiyanın miqdarına nəzər salınmasını istəyirlər.



Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyir ki, prezidentə müraciət baxılmaq üçün Nazirlər Kabinetinə göndəriləcək. Digər tərəfdən, komissiya sədri hesab edir ki, bütün bu məsələlər xeyli maliyyə vəsaitinə başa gəlir. Bu baxımdan, bu indinin yox, gələcəyin işi ola bilər.



Dövlət qulluğunda olan şəxslərin pensiya təminatı haqqında qanuna görə, 1991-ci ilin 18 oktyabrına qədər – keçmiş Sovet hakimiyyəti dövründə nazirliklərdə, dövlət komitələrində və digər orqanlarda işləmiş şəxslərin pensiyaları tutduqları vəzifəyə müvafiq olaraq 1.5-2.5 milyon köhnə manat müəyyən edilib.



Yeni qanunla pensiyaların hesablanması mexanizmini "normal" adlandıran iqtisadi-ekspert Rövşən Ağayev hesab edir ki, problem əməkhaqqı sistemi ilə bağlıdır: "Bu gün məmurların əmək haqqı kifayət qədər yüksəkdir. Ona görə də onlar pensiyaya çıxanda onların pensiyası yüksək olacaq".



Rövşən Ağayev deyir ki, beynəlxalq təcrübəyə görə, əslində ölkədə əhalinin gəlirləri arasındakı fərq 7-8 dəfədən çox olmamalıdır. Əgər bu varsa, onda əməkhaqqı sistemi ilə bağlı ciddi islahatlar aparılmalıdır.
XS
SM
MD
LG