Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:08

Nardaranda yeddi nəfər saxlanıb


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Fevralın 7-si səhər bir qrup maskalı şəxs Bakının Nardaran qəsəbəsində bu il yanvarın 25-də polislə atışma zamanı öldürülmüş Ramiz Həsənovun qardaşı Zülfi Həsənovu və daha 6 kənd sakinini saxlayıb. Zülfi Həsənovun anası Şəhla Yusifovanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, əməliyyat zamanı polislər atəş açıb. Xanım Yusifova deyir ki, saxlanılanların harada olması barədə məlumatı yoxdur.



Daxili İşlər Naziri və Baş Prokurorluğun birgə məlumatında bu xəbər təsdiqlənir.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov «Azadlıq» radiosuna deyib ki, həbs olunan şəxslərdən üçü – Zülfi Həsənov, Faiq Zəkiyev və Famil Abbasov polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilindikləri üçün həbs ediliblər. Hadisə zamanı orada olmuş Nardaran sakinləri – İsmayıl Mürsəlov, Yaşar Cəbrayılov, Fikrət Saramanov, Seyid Azər Mehtiyev polisə müqavimət göstəriblər və polislərin üstünə əl qumbarası atıblar.



Sadiq Gözəlov həbs olunanların harada saxlanması barədə məlumat verməyib. O deyib ki, hadisənin başqa iştirakçılarının da əməliyyata cəlb edilməsi istiqamətində işlər davam edir.



Yanvarın 25-də Nardaranda atışma zamanı polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayev qətlə yetirilib. Hadisə zamanı bir nəfər nardaranlı – Ramiz Həsənov öldürülüb, digər ikisi – Həsən Əzimov və İlham Quliyev isə, yaralanıb.



Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə və qanunsuz silah saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi açılıb.
XS
SM
MD
LG