Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Kəmaləddin Heydərov DGK-nin sədri vəzifəsindən azad edildi<p align=`left`><br><br>


Səs: Real audio
O, bundan sonra Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edəcək Prezident İlham Əliyevin fevralın 6-da imzaladığı sərəncamla Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad edilərək, Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı təyin edilib.



Digər sərəncamla isə, Aydın Əliyev DGK rəhbəri təyin edilib. O, əvvəllər sözügedən qurumun sədr müavini olub.



İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, prezidentin bu sərəncamı ilə hakimiyyətə ən yaxın adamlardan hesab edilən K.Heydərov vəzifəsində bir pillə də qalxıb. Onun sözlərinə görə, onsuz da DGK-yə sədr təyin olunmuş şəxs cənab Heydərovun yaxın adamıdır, bu isə o deməkdir ki, bu qurum da onun nəzarətində qalacaq. Digər tərəfdən isə, K.Heydərov həm də dövlət siyasətini müəyyən edən bir quruma – FHN-ə rəhbərlik edəcək.



Cənab İbadoğlu bildirir ki, beynəlxalq təcrübədə FHN elə də nüfuzlu qurum hesab edilmir, amma Azərbaycanda bu nazirlik hələ də əhəmiyyətli təşkilatdır.



FHN yeni yaradılıb, onun tabeçiliyinə Müdafiə və Daxili İşlər nazirliklərinin bəzi strukturları daxildir.
XS
SM
MD
LG