Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

ATƏT-in yekun hesabatı: «Seçkilər bir sıra standartlara cavab vermədi»


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» 6 noyabr parlament seçkisi ATƏT-in bir sıra öhdəliklərinə və digər demokratik seçki standartlarına cavab vermədi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkisinin nəticələrinə dair yekun hesabatında belə deyilir. Sənəddə Azərbaycanda seçki və seçkidən sonrakı vəziyyət təhlil olunur.



ATƏT DTİHB-nin sözçüsü Urdur Gunnarsdottir «Azadlıq» radiosuna müsahibəsində deyir ki, yekun hesabatdakı rəy parlament seçkisindən bir gün sonra verilən Beynəlxalq Müşahidə Missiyasının ilkin rəyi ilə üst-üstə düşür: «İlkin rəy beləydi ki, parlament seçkisi ATƏT-in bir sıra standartlarına uyğun gəlməyib. Bu hesabatda seçki sonrası hadisələr təhlil olunur. Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb».



Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Səyavuş Novruzov parlament seçkisinin beynəlxalq standartlara uyğun gəlməməsi fikriylə tam razı deyil.



Musavat Partiyasının başqan müavini Arif Hacılı isə, sənədin reallığı əks etdirdiyini deyir.



Yekun hesabatda ATƏT hakimiyyətin seçki prosesi və seçki komissiyyalarının işinə müdaxiləsi, seçki kampaniyası, media, sərbəst toplaşmaq azadlığı ilə bağlı 30 tövsiyə irəli sürür.



Daha ətraflı:



ATƏT SEÇKİLƏRLƏ BAĞLI SON SÖZÜNÜ DEDİ
XS
SM
MD
LG