Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:24

Neft bazarında durum düşünüldüyündən pismiş


►Beynəlxalq Enerji Agentliyi: "Dünya bazarında neftin izafi həcmi daha da artacaq"

Beynəlxalq Enerji Agentliyi (BEA) bildirir ki, bazarda neftə olan tələbatın azalması şəraitində OPEC üzvləri İran və İraqın istehsalı artlrması nəticəsində ilin birinci yarısı dünya bazarında xam neftin izafi həcmi əvvəllər dəyərləndirildiyindən də böyük olacaq. Nəticədə qiymətlər daha da aşağı enəcək.

Bu dövrdə bazarda təklif tələbdən gündə orta hesabla 1,75 milyon barrel daha artıq olacaq. Bu, keçən aydakı 1,5 milyon barreldən xeyli çoxdur. BEA qeyd edir ki, OPEC ölkələrinin bazara daha çox məhsul çıxaracağı təqdirdə bu izafi həcm daha da böyüyə bilər.

Beynəlxalq sanksiyaların aradan aldırılması ilə İran yanvar ayında istehsalı gündə 80000 barrel artıraraq 2,99 milyon barrelə çatdırıb. İraqın istehsal həcmləri rekord 4,35 milyon barrel həddinə çatıb. Agentlik bildirir ki, bu ölkə istehsalı daha da artıracaq. OPEC-in ən böyük üzvü və de fakto lideri sayılan Səudiyyə Ərəbistanı da istehsalı artıraraq 10,21 milyon barrelə çatdırıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

BEA dünya bazarında neftə olan tələbatın gündə əvvəl gözlənildiyindən 100000 barrel daha az olacağını deyir.

“Bazarın artıq neft içində üzdüyü şəraitdə neft qiymətlərinin əhəmiyyətli dərəcədə qalxacağını gözləmək çox çətindir. Bu vəziyyətdə qısamüddətli perspektivdə qimətlərin enməsi riski artıb," - deyə Parisdə yerləşən və 29 dövləti əhatə edən qurum bildirib.

OPEC üzvü olan ölkələrin istehsalı qeyri-üzv ölkələrlə razılaşdıracağı barədə spekulyasiyalar neft qiymətlərinin bir qədər qalxmasına səbəb olsa da "istehsalın koordinasiya olunmuş şəkildə azaldılması ehtimalı çox azdır," deyə BEA bildirib.

Keçən həftə Venesuelanın Neft naziri Eulogio Del Pinonun Moskvadan Ər-Riyada qədər neft paytaxtlarını gəzməsindən sonra bazarda təklifi azaltmaq barədə heç bir razılaşma əldə olunmayıb.

BEA-nin verdiyi rəqəmlərə görə, keçən ay 13 OPEC ölkəsinin neft istehsalı gündə 280000 barrel artaraq 32,63 milyon barrelə çatıb.

Həmçinin bax: Neft mövzusunda karikaturalar...

XS
SM
MD
LG