Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Nardaran olayının kökündə nə dayanır?- [Şərhlər]


Nardaran sakini atışmadan sonra yerdə qalan gilizləri göstərir
Nardaran sakini atışmadan sonra yerdə qalan gilizləri göstərir

►“Hakimiyyətdəki qruplardan biri siyasi elitaya əzələ nümayiş etdirdi”

İndi Bakıda Nardaranda baş verənlərə şərh vermək istəyən çox azdır. Üz tutduğumuz siyasi şərhçilər, deputatlar suların durulması üçün zaman istədilər.

Məsələn, AXCP sədri Əli Kərimli deyir ki, hələlik hadisə haqqında yalnız hüquq-mühafizə orqanlarının məlumatı və münasibəti var. O, hadisələrə qiymət vermək üçün Tale Bağırzadə və tərəfdarlarının, ən azından vəkillərinin açıqlamalarını da gözlədiyini deyir.

Ancaq bununla belə, müxalifət lideri dinc vətəndaşın öldürülməsini də pisləyir. Əli Kərimli onu da bildirir ki, hüquq-mühafizə orqanlarının dediyi kimi, polisə silahlı müqavimət olubsa, bu da yolverilməzdir.

“ZORAKILIĞA HEÇ KİM DƏSTƏK VERƏ BİLMƏZ”

Əli Kərimli
Əli Kərimli

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina etdi. O, dedi ki, gün ərzində bu haqda müxtəlif xəbər agentliklərinə danışmaqdan yorulub.

Ancaq bununla belə, müxalifət lideri dinc vətəndaşın öldürülməsini də pisləyir. Əli Kərimli onu da bildirir ki, hüquq-mühafizə orqanlarının dediyi kimi, polisə silahlı müqavimət olubsa, bu da yolverilməzdir.

Komitə sədri “Trend”ə bunları bildirib: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”.

M.Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanuna uyğun olaraq tədbirlər həyata keçirərkən “kriminallaşmış elementlər” onlara qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər:

"Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar".

Buna da bax: Qafqaz Müsəlmanları İdarəsindən Nardaran bəyanatı

“BİLİRDİLƏR Kİ, TALE BAĞIRZADƏNİN ÇOXLU TƏRƏFDARI VAR”

Müsavat Partiyasının başqanı Arif Hacılı da hər cür zorakılığın əleyhinə olduğunu bildirir. Eləcə də bu məsələni araşdıracaqlarını və qiymət verəcəklərini deyir:

“Amma bununla belə, hüquq-mühafizə orqanları gözəl bilirdilər ki, Tale Bağırzadənin çoxlu sayda tərəfdarı var. Həbs zamanı qarşıdurmanın baş verəcəyi də gözlənilən idi. Belə olan halda onun Nardaran kəndində, tərəfdarlarının arasında namaz vaxtı, məsciddə həbs edilməsinin qarşıdurmalara gətirəcəyi əvvəlcədən bəlliydi. Ona görə hakimiyyət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının bu cür addım atmalarının səbəbi şəxsən mənə məlum deyil”.

“ONU POLİS İDARƏSİNƏ DƏ ÇAĞIRMAQ OLARDI”

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı Tale Bağırzadə haqqında da fikirlərini bölüşüb, onu həbsxanadan tanıdığını, savadlı, məlumatlı din adamı olduğunu söyləyib:

Tale Bağırzadəni həbs etmək lazım idisə, onu, sadəcə, polis idarəsinə dəvət etmək də olardı

“Bilirəm ki, Bağırzadənin həbsi üçün sanksiya verilərdisə və ya polisə çağırışla bağlı bildiriş göndərilərdisə, o, polisə getməkdən imtina edəcək biri deyil. Tale Bağırzadəni həbs etmək lazım idisə, onu, sadəcə, polis idarəsinə dəvət etmək də olardı”.

Buna da bax: 9 yaşlı qızı 10 yaraqlı zorlayıb

“...İCTİMAİYYƏTİ ÇAŞDIRA BİLƏRİK”

Milli Məclisin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova da AzadlıqRadiosuna Nardaranda baş verənlərlə bağlı hər hansı dəyərləndirmə vermək istəmədiyini bildirib. Onun sözlərinə görə, hadisə yeni baş verib və müvafiq qurumlar təhqiqat aparmalıdırlar:

“Həmin şəxslər hakimiyyəti tənqid etdikləri üçün belə aqibətlə üzləşdilər deyə düşünənlərə cavabınız nədir?” sualına da Bahar Muradova qısaca münasibət bildirib:

“Bu cür hadisələr ətrafında müxtəlif məzmunlu açıqlamalar verməklə ictimaiyyətin fikrini çaşdıra bilərik. Ona görə də imkan yaratmaq lazımdır ki, müvafiq qurumlar işlərini görsünlər və nəticədə də görülən işin dövlətə, insanlara faydası olsun”.

Buna da bax: «Gömrükdə rüşvəti qaldırıblar, mallarımız ilişib qalıb»

Azər Rəşidoğlu.
Azər Rəşidoğlu.

“HAKİMİYYƏTDAXİLİ QRUPLARIN MÜBARİZƏSİNİN TƏZAHÜRÜDÜR”

Siyasi şərhçi Azər Rəşidoğlu Nardaranda baş verənləri siyasi hakimiyyət daxilindəki qruplararası qarşıdurmanın təzahürü kimi qiymətləndirir. Deyir, son günlər açıq müstəvidə hakimiyyətdaxili savaş gedirdi və bu da istər milli təhlükəsizlik naziri E.Mahmudovun işdən uzaqlaşdırılması, istərsə də nazirlik əməkdaşlarının qalmaqallı həbsində özünü göstərirdi:

Həbslər və qarşıdurma davam edə bilər. İnsan tələfatı, kimlərinsə həbsi, proseslərə daha ciddi siyasi qurumların və ya dini çevrələrin cəlbi də istisna deyil

“Bütün bunların fonunda hakimiyyətdaxili qruplardan biri o birinə diş qıcayırdı. Nardaran hadisələri də göstərir ki, hakimiyyətdəki qruplardan biri siyasi elitaya əzələ nümayiş etdirdi. Nəticədə bu təxribat baş verdi. Ən acınacaqlısı odur ki, proseslərdə marginal qruplar əsas qüvvə kimi iştirak etməyə başlayıblar. Müxalifət bəlli çərçivədə hərəkət edirdi, etiraz elektoratını təmsil edən dindarlar, məsələn, Hacı İlqar İbrahimoğlu kimi dindarlar da demokratik müxalifətlə bir sıradaydı. Bu müstəvidə onları dağıtmaq mümkün deyildi”.

Azər Rəşidoğlu o fikirdədir ki, bir neçə günə cəmiyyət daha ağır nəticələrlə üzləşə bilər:

“Həbslər və qarşıdurma davam edə bilər. İnsan tələfatı, kimlərinsə həbsi, proseslərə daha ciddi siyasi qurumların və ya dini çevrələrin cəlbi də istisna deyil”, - hesab edir Rəşidoğlu.

Bəs sən Nardaran hadisələri haqda nə düşünürsən. Forumda fikrini de!

Həmçinin izləyin

AzadlıqRadiosunun Youtube kanalında

XS
SM
MD
LG