Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

“... Sağ olsunlar, 10 sutka verirlər”


Amid Süleymanov
Amid Süleymanov

►“Siyasi məhbusların azad olunması o demək deyil ki, insanlar öz sərbəst fəaliyyətlərini həyata keçirə bilərlər”

Mayın 25-də və 27-də NİDA Vətəndaş Hərəkatının fəalları Amid Süleymanovla Anar Abdullanın, fotoreportyor Elnur Muxtarın 10 sutkalıq, mayın 28-də isə AXCP Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənovun 15 sutka inzibati həbs cəzası alması vətəndaş cəmiyyətində həbslərin davam edəcəyi narahatlığını artırıb.

“Hakimiyyət bunları eləməyə məcburdur”

İctimai fəal Üzeyir Məmmədli deyir ki, hakimiyyət heykəl məsələsinə görə həbs olunan Bayram Məmmədov və Qiyas İbrahimovun həbsindən sonra cəmiyyətdə onlara və ailələrinə dəstək gördü. Buna görə sutkalıq da olsa, növbəti həbslərlə cəmiyyətdə qorxu yaratmaqdadır:

Üzeyir Məmmədli: "Bu üsulla cəmiyyətdə qorxu yaratmaq istəyirlər"
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

“Bayramla Qiyasın başına gətirilənləri hamımız eşitdik, şahidi olduq. Eşitdiyimə görə, digər gənclər də heykəl yazılan vaxt həmin ərazidən keçirmiş. Heykəl yazmağa görə tutulan gənclərin ailələri ilə yaxın münasibətləri də burda rol oynayır. Bu sutkalıq həbslər qorxu yaratmaq üçündür. Hakimiyyət bunları eləməyə məcburdur ki, həmin hərəkətləri sonra kimsə təkrar eləməsin”.

“Gənclərin gözünü gorxutmaqdan ötrüdür”

AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, son sutkalıq həbslər sosial şəbəkələrdə fəal olan insanları öz düşüncələrindən çəkindirməyə yönəlib:

Gözəl Bayramlı: "Hakimiyyət bunu beynəlxalq təzyiqdən çəkinib edir"
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

“Azərbaycan hakimiyyəti beynəlxalq təzyiqlərin qarşısında siyasi məhbusların bəzilərinin azad edilməsi istiqamətində addım atdı. Jurnalist Xədicə İsmayılı, daha öncə bir neçə siyasi məhbusu azad etdi. Ancaq indi fəal gəncləri həbsə atır. Bununla da bir növ cəmiyyətin, xüsusilə də cəmiyyətin fəal təbəqəsi olan gənclərin gözünü gorxutmaq istəyir. Hakimiyyət nümayiş etdirmək istəyir ki, siyasi məhbusların azad olunması insanlar fəaliyyətlərini sərbəst həyata keçirə biləcəkləri demək deyil. Hakimiyyət hər kəsin öz fikrini ifadə etməsində maraqlı deyil”.

Müzəffər Baxışov
Müzəffər Baxışov

Hakimiyyətə “çox sağ ol”?

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışovun sözlərinə görə, son sutkalıq həbslər onu göstərir ki, hakimiyyət cəmiyyəti daim nəzarət altında saxlayır. Hüquqşünas deyir ki, son həbs olunanlara 10-15 sutkalıq cəza kəsən hakimiyyətə təşəkkür düşür:

Müzəffər Baxış: "...Çox sağ olsunlar ki 10 sutka verirlər"
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

“Bu gəncləri sosial şəbəkələrdə, elektron mediadakı fəaliyyətlərinə görə qondarma ittihamlarla, hələ çox sağ olsunlar ki, xırda xuliqanlığa görə tutublar. 10-15 sutkalıq həbsə görə çox sağ olsunlar. İstəsəydilər, Bayramla Qiyasın işində olduğu kimi, evlərindən kiloyla heroin də çıxarda bilərdilər. Bu, Azərbaycan reallığıdır. Görünür, fəallıq eləyənlərə bu hərəkətlərdən əl çəkmək üçün dərs keçirlər”.

YAP: Hakimiyyət heç kimi qorxutmur

YAP-çı deputat, parlamentin insan haqları komitəsinin üzvü Astan Şahverdiyev isə deyilənlərlə razı deyil. Deputat ölkədə insan haqları, ifadə azadlığı sarıdan hər hansı problem olmadığını vurğulayır:

Astan Şahverdiyev: "Azərbaycan hakimiyyətinin qorxu yaratmağa ehtiyacı yoxdur"
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

“Azərbaycan cəmiyyətinin heç bir qorxuya, hədəyə ehtiyacı yoxdur. Çünki Azərbaycan qısa müddətdə dövlətçilik baxımından özünü dünyaya sübut edib. Bir-iki gəncin, lap 10 min gəncin dövlətçiliyə heç bir təhlükəsi yoxdur”.

Son həbslər zamanı 10 sutka cəza almış Anar Abdullanın həbsindən əvvəl videomüsahibəsi yayılmışdı. Həmin müsahibədə o, hələ mayın 24-də evinin yaxınlığında polisin onu izlədiyini söyləyirdi.

Mayın 28-də tutulan AXCP Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənov də sosial şəbəkədə fəal olub. Partiyanın məlumatına görə, polis ona bu fəallığına görə irad tutubmuş.

İctimai fəallar hakimiyyətin fəalları çəkindirməkdən ötrü həbslərin davam edəcəyini proqnozlaşdırırlar.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (30 may)

Hakimiyyət buraxılan “siyasi məhbuslar”ın yerini boş saxlamır
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (30 may)

335 milyon dollara nə etmək olar?
XS
SM
MD
LG