Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Möcüzə sayılan qədim Ferhat-Paşa Məscidi yenidən açılır


Ferhat Paşanın 1579-cu ildə inşa etdirdiyi möcüzəli Ferhadija Məscidi
Ferhat Paşanın 1579-cu ildə inşa etdirdiyi möcüzəli Ferhadija Məscidi

.​
Gordana Knezevic

1993-cü il mayın 7-də partladılmış qədim Ferhadija Məscidi bu həftə dağıdılmasından 23 il keçmiş yenidən açılacaq. Tamamilə dağıdılmış məscid 15 il ərzində yenidən tikilib.

Bu hadisə 2004-cü ildə yenidən bərpa olunmuş Mostar körpüsünün açılışı və 2014-cü ildə Sarayevo şəhər meriyasının bərpası kimi mühüm hadisələrlə müqayisə edilir. Mayın 7-də keçirilmiş tədbirə 20.000-ə qədər adam qatılıb. Bosniya Serb Respublikasının (Republika Srpska) millətçi baxışları və Bosniyadan ayrılmaq çağırışları ilə tanınan prezidenti Milorad Dodik bu yaxınlarda yeni məscidi ziyarət edib və ona üç İran xalçası bağışlayıb. Kin və dözümsüzlüyün hökm sürdüyü 2001-ci ildə hələ inanılmaz görünən şey bu gün reallığa çevrilib. Bu demək olar ki, möcüzədir. Ferhadija Məscidi dörd əsr ərzində Bosniyanın ikinci böyük şəhəri olan Banya Lukanın ən mühüm məkanlarından biri olub. Mostar körpüsü kimi o da XVI əsr Osmanlı memarlığının incisi idi.

Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 5May2016
Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 5May2016

Rəvayətə görə 1579-cu ildə Ferhadijanın tikintisi başa çatandan sonra onun sifarişçisi Ferhat-Paşa binanı tikən ustaları minarənin içinə salıb və onları ömürlük orada saxlamaq istəyib. Ferhat-Paşa ustaların Ferhadija Məscidi qədər gözəl bir bina tikməsini istəmirmiş. Ancaq bir gecə ustaların qanadı əmələ gəlir və onlar uçub gedirlər. Ferhadija 1950-ci ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib və 1993-cü ildə dağıdıldığı günə qədər bu qurumun mühafizəsi altında olub.

Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 23Sep2015, 5May2016
Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 23Sep2015, 5May2016

1992–1995-ci illərdə Bosniyada davam etmiş müharibə ərzində Banya Lukada döyüş getməyib. Ancaq şəhər qəsdli və sistematik etnik təmizləməyə məruz qalıb. Republika Srpskanın müharibə dövründəki liderləri Radoslav BrdjaninRadovan Karadzic üçün «təmiz» şəhər müsəlmanlar və xorvatlardan tamamilə təmizlənmiş şəhər demək idi. Hər iki şəxs sonradan Haaqa məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlər və soyqırıma görə ittiham olunub.

Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 23Sep2015
Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 23Sep2015

Banya Lukanın qeyri-serb mədəni irsinin dağıdılmasından sonra insanların köçürülməsi başlanacaqdı. Müharibə başlayan kimi şəhərin müsəlman əhalisi iş yerlərindən məhrum oldu. Onların əmlakı müsadirə olundu. Onlara şəhəri tərk etmək əmr edildi. Serb rəsmiləri Ferhadijanı partlatmaqla müsəlmanlara aydın mesaj verdilər: artıq sizin ibadət yeriniz də yoxdur, tezliklə heç kim sizin nə vaxtsa burada yaşadığınızı xatırlamayacaq. Şəhərdə qalmış müsəlmanların çoxu şəhəri tərk etdi, Ferhadijanın qalıqları isə təmizləndi. Ancaq tarixi silmək o qədər də asan olmadı. 2001-ci ildə məscidin yenidən tikilməsinə icazə alındı. Ancaq tikinti işləri o qədər də hamar getmədi. Tikintinin maliyyələşdirilməsi də mürəkkəb idi. Maliyyə vəsaiti Bosniya dövlətinin büdcəsindən, özəl ianələrdən və Türkiyədən gələn pullardan toplanmışdı. 2001-ci ildə məscidin himinin qoyulması cəhdi 30 nəfərin xəsarət alması ilə nəticələnən etirazlarla qarşılaşmışdı. Məscidin yenidən tikilməsi son dərəcə əziyyətli bir iş idi. Fəallar məscidin qalıqlarını tapmağa çalışırdılar.

Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 5May2016
Ferhadija kimi tanınmış Ferhat Paşa Məscidi, Banja Luka, 5May2016

Qalıqların bir hissəsi Vrbas çayından, qalanı isə Banja Lukanın zibilliyindən tapılmışdı. Qalıqlar tapılandan sonra Ferhadija və onunla eyni gündə dağıdılmış Arnautija məscidlərinin qalıqları bir-birindən tək-tək ayrılmışdı. Sarayevo Universitetinin Memarlıq Fakültəsinin professoru Muhamed Hamidovic bu layihənin əsas aparıcı qüvvəsi idi. O, hələ 1970-ci illərdə tələbə olduğu zaman tez-tez Banja Lukaya gələrək Ferhadijanın eskizlərini çəkirmiş. Onun ölçüləri və eskizləri binanın yenidən həyata qaytarılmasında mühüm rol oynayıb. 3500-dən çox daş fraqment ayrı-ayrılıqda bərpa olunub. Hər fraqmenti öz yerinə yerləşdirmək üçün xüsusi kompüter proqramı işlənib hazırlanıb. Hamidovicin sözlərinə görə yekunda yeni məscidin təqribən 65 %-i köhnə məscidin daşları əsasında bərpa olunub.

Maliyyə vəsaiti Bosniya dövlətinin büdcəsindən, özəl ianələrdən və Türkiyədən gələn pullardan toplanmışdı.

Hamidovicin səyləri öz bəhrəsini 2014-cü ildə verib: məscidin ilk ziyarətçiləri hələ tamamlanmamış binada namaz qılıblar. «Mən üç nəfərin dualarını pıçıldadığını gördüm. Heç bir səs, yaxud əks-səda yox idi. Bütün səslər günbəzə qalxırdı, səslər, dualar günbəzdə bir-biri ilə qaynayıb-qarışırdı. Köhnə Ferhadijadakı kimi». Onun sözlərini dinləyəndə adam qeyri-ixtiyari gözəllik qanadlarında minarədən uçub getmiş ustaları xatırlayır. Müharibədən əvvəl Banja Luka əhalisinin 30%-ni təşkil edən müsəlmanlar və xorvatlar müharibə ərzində şəhəri tərk etmişdilər. Bu gün belə onların yalnız bir hissəsi şəhərə qayıdıb. Müharibədən əvvəl 30.000 nəfər olan nəfər olan müsəlman əhalisinin sayı indi cəmi bir neçə mindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG