Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

AXCP sədrinin müşaviri həbsdə qaldı


Məmməd İbrahim
Məmməd İbrahim

-

AXCP sədrinin müşaviri Məmməd İbrahimin 3 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanıldı. Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxardı.

Məhkəmədə Məmməd İbrahimin vəkili Yalçın İmanov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun günahsız olduğunu bildirdi. AXCP funksionerinin özünə isə çıxış etməyə imkan verilmədi.

Hakimlər qısa müşavirədən sonra Nərimanov Rayon Məhkəməsinin Məmməd İbrahim barədə hökmünün qüvvədə saxlanılması haqda qərarı elan etdi.

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: «Təəssüf ki, istintaq orqanı və birinci instansiya məhkəməsinin Məmməd İbrahimə münasibətdə qanunsuzluqları burada davam etdirildi. Azacıq obyektiv araşdırma olsaydı, Məmməd İbrahim barədə bəraət hökmü çıxarılardı. Ali Məhkəmə də şikayəti təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik».

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG