Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:24

Məleykə Abbaszadə yeni qurumdan danışdı


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

-

«Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir».

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

«Trend»in xəbərinə görə, M.Abbaszadə qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik olmayacaq: «İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz».

Hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini deyən M.Abbaszadə yeni qurum dövlət reyestrinə salınandan sonra fəaliyyətlərini dayandıracaqlarını bildirib. O, mərkəzin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Yeni mərkəz Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazasında yaradılacaq.

XS
SM
MD
LG