Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:54

9 yaşlı qızı 10 yaraqlı zorlayıb


İsveçrə - yezidi kürd qızlarının "İslam dövləti" yaraqlıları tərəfindən zorlanmasına etiraz aksiyası, 3 avqust, 2015
İsveçrə - yezidi kürd qızlarının "İslam dövləti" yaraqlıları tərəfindən zorlanmasına etiraz aksiyası, 3 avqust, 2015

►"İslam dövləti" yaraqlılarının, əsir götürdükləri 9 yaşlı qızı kütləvi şəkildə zorladıqları deyilir.

Yezidi kürd qızın 10 yaraqlı tərəfindən zorlandığı və hamilə olduğu bildirilir.

Yezidi dininə mənsub insanlar “İŞİD”in nəzarət etdiyi ərazilərdə təqib olunurlar.

“Toronto Star” qəzeti xəbər verir ki, qızcığaz bir kürd yardım agentliyi tərəfindən İraqdan qaçırılıb. Hazırda ona bir alman xeyriyyə təşkilatı tərəfindən yardım olunur.

Regiondan yenicə qayıtmış Yousif Daoud ləqəbli kanadalı humanitar yardım işçisi qəzetə bildirib ki, qızcığaz “psixoloji və fiziki travmaya məruz qalıb”. Onun sağ qalmayacağı ilə bağlı qorxular var.

O deyib ki, qız o qədər balacadır ki, doğacağı təqdirdə ölə bilər və hətta qeysəriyyə əməliyyatı belə təhlükəli ola bilər.

Azad edilən yezidi kürdlər
Azad edilən yezidi kürdlər

Daoud deyir ki, o, qızı aşkar etdiyi zaman çox pis vəziyyətdə imiş və azı 10 kişinin cinsi təcavüzünə məruz qalıbmış:

“Onların çoxu ön cəbhədə dəyüşənlər və intiharçılar idi.

Qızlar onlara mükafat kimi verilir.”

Çərşənbə günü “İŞİD” təşkilatı 216 yezidini səkkiz ay əsirlikdə saxlayandan sonra azad edib.

Bu kütləvi azadetməni bəziləri ABŞ-ın hava zərbələri və İraqdakı yerüstü əməliyyatlar şəraitində artan təzyiqlə əlaqələndirirlər.

Daoudun sözlərinə görə, artıq cinsi təcavüzə məruz qalmış bu qızları azad etməkdə məqsəd bütün icmanı utandırmaqdır.

Belə ki, bu qızlar mühafizəkar yezidi cəmiyyətində

"bakirəliyini itirmiş qız" damğası ilə yaşamalı olacaqlar.

Çərşənbə günü buraxılan əsirlərin arasında da 40 uşaq olub. Digər əsirlərin əksərən yaşlılardan ibarət olduğu, hamısının da üzərində baxımsızlıq və təcavüz izləri olduğu bildirilir.

“İŞİD əsirləri avtobuslara dolduranda onlardan bəziləri elə biliblər ki, onları edam etməyə aparırlar. Azad edilən yezidilərdən biri deyib ki, onlar Suriyanın Raqqa şəhərinə götürüləcəklərini düşünürdülər.

Yüzlərlə oğurlanmış qız və qadın kürdlərin nəzarətində olan torpaqlara gəlib çıxa bilib. Sözügedən qız da onların arasında olub.

BMT-nin baş katibi Ban Ki-moon əsirlərin azad edilməsini alqışlayıb.

Həmçinin baxın:
AzadlıqRadiosunun Youtube kanalında:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG