Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:10

Krım zülmət içində. Qarşıdurma yenə qızışır


Krımda işıq yoxdur...
Krımda işıq yoxdur...

►Radikallar yarımadaya işıq verilməsini önləməyə çalışırlar

Ukrayna hökumətinin əvvəlki siyasəti ölkənin cənubunda gərginliyi azaltmağa, lakin bununla yanaşı beynəlxalq səviyyədə Moskvaya qarşı çıxmağa yönəlmişdi.

Prezident Petro Poroshenko Krımla Ukraynanın qalan hissəsi arasında qarşıdurmanın artmasını istəmirdi.

Hökumət bununla ümid edirdi ki, Kiyevin uğurlu avrointeqrasiya siyasəti və digər islahatlar Krımn yerli əhalisinin yenidən Ukraynaya qoşulmaq istəyinə səbəb olacaq.

Bu düşüncəyə uyğun olaraq Kiyev Rusiyadan gələn elektriki yarımadaya nəql etməklə bağlı sövdələşməyə qol qoymuş, region azad ticarət zonas elan etmişdi. Bu isə o deməkdir ki, ukraynalılar gömrük xərcləri olmadan Rusiya ilə ticarət əlaqəsinə girə bilərlər.

Ancaq Krım tatar icmasının başçılıq etdiyi fəalların mərkəzi hökumətin bu siyasətindən narazılığ get-gedə daha da artır.

Buna da bax: Evlərin qiyməti kəskin düşür

Petro Poroshenko
Petro Poroshenko

Krım tatar fəalları və onların müttəfiqləri deyirlər ki, bu siyasət nəinki nəticə verməyib, əksinə, Rusiyanın region üzərində de-fakto nəzarətini daha da möhkəmləndirib və onun Kerç boğazı boyunca infrastruktur yaratması üçün lazım olan vaxtı təmin edib. Bu isə öz növbəsində Ukraynanın Krım üzərində "rıçaq"larını zəiflədib.

Onlar həmçinin iddia edirlər ki, bu siyasət Kiyevin yarımadada baş verməkdə olan hüquq pozuntularının əhəmiyyətini kiçiltməsinə səbəb olur. Söhbət Krım tatarlarının yoxa çıxmasından gedir ki, bunun da Rusiyanın dəstəklədiyi yerli təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi idda olunur.

Məqsəd Rusiya iqtisadiyyatını mümkün qədər çox zəiflətməkdir.

Ukraynalı jurnalist Pavel Kazarin deyir ki, “Krımın mal və elektrik blokadasına səsləyənlərin məntiqi mahiyyətcə o deməkdir ki, Krımı qaytarmağın açarı indi Krım xalqının yox, Moskvanın əlindədir. Bu isə o deməkdir ki, ilhaq edilmiş yarımadanı saxlamağı Moskva üçün mümkün qədər çətinləşdirmək lazımdır. Elektrik blokadasını təbliğ edənlərin mövqeyi budur.”

Onun sözlərinə görə, məqsəd Rusiya iqtisadiyyatını mümkün qədər çox zəiflətməkdir.

Elektrikin və malların Krıma daxil olmasını təmin edən yolların kəsilməsi yerli əhali arasnda gərginliyi və Moskva ilə qarşdurmanı artırardı.

Buna da bax: Prezident dörd rektoru işdən çıxardı

Ukrayna Krım Tatarlarının Hüquqlarını Müdafiə üzrə Milli Komitəsindən Synaver Kadyrov Ukrayna televiziyasında çıxışı zamanı deyib: “Bilirsiniz, biz Krımdakı soydaşlarımızın vəziyyətinə laqeyd qala bilmərik.”

Poroshenko hökuməti fəallara qismən güzəştə gedərək noyabrın 23-də malların Krıma nəqlini “müvəqqəti” dayandrıb. Fəallarsa bununla kifayətlənməyərək qərarın icra olunduğuna əmin olmaq üçün yarımadaya gedən yolları bir aydır ki, kəsiblər.

Mustafa Dzhemilev
Mustafa Dzhemilev

Onların müttəfiqləri arasında bu addımn strateji dəyişiklik yaratmaq üçün çox kiçik olduğunu iddia edənlər də var.

Digər tərəfdənsə Krımla bağlı daha sərt xətt yürütmək və enerji blokadasına getmək Ukraynanı ciddi nəticələrlə üz-üzə qoya bilər. Moskva artıq bildirib ki, Ukraynaya verdiyi qazı kəsəcək. O, bunu guya Ukraynanın lazımi ödənişləri həyata keçirməməsi ilə izah edib. Rusiya həmçinin Ukraynaya qarşı başqa tədbirləri də nəzərdən keçirəcəyini deyib. Bura kömür təchizatının dayandırılması da daxildir.

Lakin ərazidəki fəallar geri çəkilmək niyyətində deyillər. Krım tatar lideri və Ali Radann deputatı, hazırda Poroshenkonun Krım tatarları məsələləri üzrə xüsusi nümayəndəsi olan Mustafa Dzhemilev noyabrın 24-də deyib ki, Krım tatar nümayəndələrinin birbaşa iştirakı olmadan Krıma elektrik enerjisinin verilməsi ilə bağlı yeni bir razılaşma olmayacaq.

Krımın blokadasının koordinatoru olan Krım tatar fəalı Lenur Islyamov Kiyevi xəbərdar edib ki, blokadanı zor gücünə sındırmağın onun üçün siyasi və PR sarıdan pis nəticələri ola bilər.

Islyamov bu gün Azadlıq Radiosunun Ukrayna Xidmətinə belə deyib: “Biz heç yerə gedən deyilik. Hamı bilsin ki, biz burada ölüncə duracağıq. Krımın elektrik enerjisi birdəfəlik kəsilənə qədər heç yerə getmirik. İlhaqdan bəri Ukraynada bir damcı da Krım tatar qanı axıdılmayıb. Əgər bu baş verərsə bu, hər yerdə yaşayan Krım tatarlarına siqnal olacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG