Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:35

Necə oldu ki, Ukraynada oxuyan gənc intiharçı oldu?


Mohammad Dalaeen
Mohammad Dalaeen

AzadlıqRadiosunun müxbiri Xarkov Universitetinin tibb fakültəsində oxumuş iordaniyalı Mohammad-ın kədərli əhvalatını qələmə alıb

AzadlıqRadiosunun müxbiri Volodymyr Noskov Xarkov Universitetinin tibb fakültəsində oxumuş iordaniyalı Mohammad-ın kədərli əhvalatını qələmə alıb.

“Onlar onu oynatdılar, ondan istifadə etdilər” – deyib Mohammad-ın adaşı və tələbə yoldaşı müxbirə.

Lakin bu əhvalatın ən ağla batmayan hissəsi budur ki, deyilənlərə görə, onu İŞİD səfərbərinə İslamı qəbul etmiş və radikallaşmış ukraynalı xanımı çevirib

23 yaşlı tələbə Mohammad Dalaeen İraqda intiharçı kimi özünü partladaraq başqa 30 nəfərin də həyatlarına son qoyub.

Yoldaşları deyirlər ki, İslam Dövləti adlanan təşkilatın səfərbərçiləri Xarkovda özlərini çox sərbəst hiss ediblər.

Amma, axı necə olub ki, universitetdə tibb təhsili alan bir gənc, hər şeyi ataraq İraqa yollanıb, özünü və başqalarını da öldürüb?

Gələcək həkim Mohammad Dalaeen-i intiharçı Abu al-Bara al-Urdani-yə çevirən necə bir qüvvə olub?

İlk baxışdan Dalaeen İŞİD səfərbərinə qətiyyən uyğun gəlmirdi. Xoşbəxt ailə qurmuşdu, İordaniyada imkanlı və mötəbər bir ailənin övladı idi.

Mohammad-ı Maria cihadçı edib

Lakin bu əhvalatın ən ağla batmayan hissəsi budur ki, deyilənlərə görə, onu İŞİD səfərbərinə İslamı qəbul etmiş və radikallaşmış ukraynalı xanımı çevirib. Onun özünü isə İŞİD təbliğatçıları uşaq bağçasında hədəfləmişdilər. Oradan hər gün balaca oğlunu götürürdü.

O vaxt Mohammad atasına söz verib ki, Suriyaya getməyəcək. Hətta saqqalını da qırxıb

İŞİD səfərbərinə çevriləndə Dalaeen artıq üç il idi ki, Xarkovda yaşayırdı. O, Xarkov Universitetindəki 1500 iordaniyalı tələbə ilə birlikdə oktyabrda ikinci kursa başlamalıydı.

Tibb fakültəsinin dekanı Tatyana Sevastyanova deyir ki, adi, ortabab oxuyan tələbə olub. Sonra birdən-birə universiteti tərk edib.

Sevastyanova AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, Dalaeen-i son dəfə universitetdə ötən iyun ayında görüblər.

Radikallaşma

Universitet bildirir ki, tələbə Mohammad-ın nə emosional durumunda, nə də davranışında qəribəlik sezilməyib.

Lakin onu yaxından tanıyanlar deyirlər ki, Mohammad birdən-birə daha dindar bir şəxs təsiri bağışlamağa başlayıb.

Xarkovdakı İordaniya icmasının rəhbəri Raqi Rawashdeh Dalaeen-lərlə eyni kənddəndir.

“Onun atasını hamı tanıyır. Bu ailəyə hamı hörmət edir” – deyib Rawashdeh.

Rawashdeh deyir ki, Dalaeen-in atası da ondan narahat olmağa başlayıbmış və elə o vaxtlarda Mohammad-la açıq söhbət edib.

Hətta saqqalını da qırxmışdı…

Rawashdeh deyir ki, əslində oğlu yaşında olan Mohammad-ı çox dilə tutub, İŞİD-ə qoşulmaq fikrindən daşındırmağa çalışıb.

Dalaeen-in atası Mazen də onu son dəfə elə iyun ayında Xarkovda görüb.

O vaxt Mohammad atasına söz verib ki, Suriyaya getməyəcək. Hətta saqqalını da qırxıb.

Lakin bir neçə aydan sonra Mohammad özünü İraqda partladıb.

Uşaq bağçasında cihad təbliğatı?

Mazen deyir ki, oğlunun səfərbərliyə alınmasında ukraynalı arvadı Maria həlledici rol oynayıb. Maria İslamı yenicə qəbul edibmiş. Onlar Mohammad-la iki il idi ki, evli idilər. Mohammad onu sevirdi və qadının birinci nikahdan olan oğluna da yaxşı baxırdı.

Mazen AzadlıqRadiosuna bildirib ki, əvvəlcə Mariya-nı təbliğatla İslama gətirib radikallaşdırıblar. Sonradan onun vasitəsilə Mohammad da ekstremistləşib.

Belə düşünülür ki, İŞİD səfərbərçiləri Maria-nı uşaq bağcasında tapıblar. Onun oğlu həmin bağçaya gedirmiş.

Rawashdeh deyir ki, “cihada qoşulmaq” da Maria-nın ideyası olub. Maria indi də İraqdadır.

Mohammad-ın atası deyir ki, ola bilsin, onun ərinin ölməsindən heç xəbəri də yoxdur.

Səfərbərçilərdən ikisi azərbaycanlı olub?

Rusiyada çıxan “Komsomolskaya Pravda” qəzetinin internet saytında dərc olunmuş bir repotajda Maria-nın anası olduğunu iddia edən bir qadın deyib ki, qızını İnterpol vasitəsilə axtarmağa çalışıb, lakin bundan heç nə çıxmayıb.

Mən Ukrayna hökumətini tələbələri səfərbər edən o əclafları həbs etməyə çağırıram

Oğlunun davranışlarındakı fərqi sezən ata hətta Ukrayna hakimiyyət orqanlarına müraciət də edibmiş.

O, oğlunu səfərbər etdiyi güman olunan şəxslərin adlarını da polisə bildirib. O inanır ki, bu işi iki azərbaycanlı görüb. Lakin hakimiyyət orqanları ataya hələlik heç bir cavab verməyib.

"Mən Ukrayna hökumətini tələbələri səfərbər edən o əclafları həbs etməyə çağırıram. Xüusən də ailəsindən uzaq düşənləri…” – deyib dərdli ata.

XS
SM
MD
LG