Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:33

ABŞ İran üzərinə yeni sanksiyalar qoydu


ABŞ rəsmiləri qaldırılan sanksiyalarla yeni sanksiyalar arasında birbaşa bağlılığın olmadığını bildirirlər

ABŞ bir sıra İran şirkətlərinin və fərdlərin üzərinə yeni sanksiyalar qoyub. Sanksiyaların bu yaxınlarda İran tərəfindən keçirilmiş ballistik raket sınağı ilə bağlı olduğu deyilir.

ABŞ Maliyyə Nazirliyi tərəfindən qoyulmuş yeni sanksiyalara görə raket proqramı ilə bağlılığı olan 11 hüquqi və fiziki şəxs ABŞ-ın bank sistemindən istifadə edə bilməzlər.

Yeni sanksiyalar İran üzərindən nüvə proqramı ilə bağlı bütün beynəlxalq sanksiyaların qaldırılmasından bir gün sonra baş verib.

İran üzərindən sanksiyaların qaldırılıması həm Tehran, həm də Vaşinqton tərəfindən alqışlanıb.

Ekspertlər bildirirlər ki, İran üzərinə yeni sanksiyaların qoyulmasına ölkənin özü, dəqiq vuran raket sistemlərinin sınağını keçirməklə səbəb olub.

ABŞ rəsmiləri bildiriblər ki, İranın ballistik raketləri dünya və region üçün əhəmiyyətli təhlükə təşkil edir.

Yeni sanksiyalar köhnələri ilə bağlı deyil

ABŞ mətbuatı vurğulayır ki, prezident Obama İran üzərindən sanksiyaların qaldırılmasını yeni sanksiyaların tətbiqi elan ediləndən sonra alqışlayıb.

ABŞ mətbuatı vurğulayır ki, prezident Obama İran üzərindən sanksiyaların qaldırılmasını yeni sanksiyaların tətbiqi elan ediləndən sonra alqışlayıb

Bununla ABŞ hökuməti qaldırılan sanksiyalarla yeni sanksiyalar arasında birbaşa bağlılığın olmadığını nümayiş etdirmək istəyib.

Obama İran üzərindən sanksiyaların qaldırıldığı günü “yaxşı gün” adlandırıb.

O deyib ki, iki ölkə arasındakı ixtilaflar onların maraqlarına xidmət etmir.

Ekspertlər bildirirlər ki, yeni sanksiyalar İranın Emad ortamənzilli raketlərinin sınağına görə tətbiq edilib.

ABŞ kəşfiyyatı bu raketlərin nüvə başlığı daşımaq qabiliyyətində olduğunu bildirib.

İranın ali rəhbəri ayətullah Ali Khamenei isə deyib ki, ölkənin raket proqramının onun nüvə faəliyyəti ilə əlaqəsi yoxdur və İran öz müdafiə qüdrətini gücləndirməkdə davam edəcəkdir.

XS
SM
MD
LG