Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:06

İlham Əliyev: «Qazandığımızdan az xərcləməliyik»


İlham Əliyev
İlham Əliyev

.

Bunları Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında «İqlim və enerji təhlükəsizliyi» mövzusunda müzakirələr zamanı deyib. Prezident ölkəsinin hər hansı iri maliyyə yardımı gözləmədiyini bildirib.

APA-nın məlumatına görə, İlham Əliyev deyib ki, əslində neftin qiymətinin düşməsi texnologiya, kənd təsərrüfatı və qeyri-neft sektoruna daha çox yatırım üçün imkan yaradıb:

«Əminəm ki, Azərbaycan yaxın illərdə neft və qazın qiymətlərindən asılılığı tamam aradan qaldıracaq. Əvvəllər də dediyim kimi, artıq Azərbaycanın post-neft dövrü başlayıb. Ona görə də, biz dünya bazarında təkcə neft və qaz satan ölkə yox, digər məhsullar da satan ölkə kimi tanıtmalıyıq.

Əlbəttə neftin qiymətinin düşməsi gəlirlərimizə təsir edəcək. Amma, eyni zamanda, bizi daha çox islahatlar keçirməyə sövq edəcək. Düşünürəm ki, Azərbaycanın gələcək inkişafı neftin qiymətlərinin düşməsi və ya istehsalın həcmindən asılı olmayacaq», deyə prezident vurğulayıb.

Qeyd edək ki, fevralın 12-dən başlayan 52-ci Münhen Təhlükəsizlik Konfransı fevralın 14-də sona yetir.

Konfransda əsasən Avropada miqrant problemi, Suriya müharibəsi, Ukraynanın şərqindəki vəziyyət və digər qlobal problemlər müzakirə olunur.

Qeyd edək ki, konfransdan əvvəl Münhenda Suriya ilə bağlı əlaqə qrupunun görüşü olub və tərəflər atəşkəs barədə razılıq əldə ediblər.

İlham Əliyev Münhen konfransında çıxışı əsasən enerji təhlükəsizliyi barədə olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG