Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:26

Dünya AİDS günü: Xəstəlik geri çəkilir. Azərbaycanda necə?..


Bu gün Azərbaycanda 1519 nəfər AİDS xəstəsi hesab olunur. Bu vaxtadək xəstəlikdən 681 nəfər vəfat edib.

--

Ötən əsrin 80-ci illərində ilk dəfə bu xəstəlik haqqında məlumatlar yayılanda dünya mətbuatı onu az qala “bəşəriyyətin Apokalipsisi” adlandırmışdı. İndi, 21-ci əsrin ikinci onilliyində “axirət xəstəliyi” geriyə çəkilməyə başlayıb.

BMT-nin Dünya Aids Günündə, yəni dekabrın 1-də açıqladığı hesabatdan bəlli olur ki, bu xəstəliyin kökünün kəsilməsinə bəşəriyyətin qoyduğu möhlət – 2030-cu il, tamamilə realistik hədəf hesab edilə bilər.

AİDS Cənubi Afrikada yüz minlərlə uşağı yetim qoyub
AİDS Cənubi Afrikada yüz minlərlə uşağı yetim qoyub

Dünya mətbuatı yazır ki, builki AİDS günündə daha çox uğurlardan danışa bilərik.

AİDS xəstəliyinin əsas virusu HIV infeksiyalarının sayı 2000-ci ildən bu yana 35 faiz azalıb.

BMT-nin AİDS proqramının məlumatlarına görə, bu xəstəlikdən ölümlərin sayı da 42 faiz azalıb.

Dünya həkimləri təntənəli şəkildə elan edirlər ki, xəstəliyin trayektoriyası azalmaya doğru dəyişib.

Buna baxmayaraq, ilk dəfə 1984-cü ildə aşkar olunandan bəri HİV virusu bəşəri təhlükə olaraq qalır.

Ölüm-dirim mübarizəsi

Ötən il Afrikanın subsaxara regionunda 1, 4 milyon yeni yoluxma qeydə alınıb. Eyni zamanda AİDS-lə bağlı xəstəliklərdən 790 min insanın öldüyü hesablanıb.

Dünya boyunca HİV analizləri keçirilsə də, bu virusa tutulanların yalnız yarısı xəstəlik daşıyıcısı olduqlarından xəbərdardır.

BMT-nin AİDS proqramının rəhbəri cənab Sidibe deyib ki, mübarizə hələ qurtarmayıb.

“Əgər biz mübarizəni dayandırsaq, xəstəlik təkrar hücuma keçəcək” – deyib BMT rəsmisi.

O, bu “mənfiur epidemiyanı” 2030-cu ilədək ləğv etməyə çağrıb.

Hesabatda deyilir ki, AİDS xəstəliyini önləyən preparatlar mövcud olsa da, dünyanın bir çox yerlərində adamların bu vasitələrə yetişməsi problematik olaraq qalır.

Elə hallar da olur ki, preparatlar bir ölkədə olsa da, o ölkənin klinikalarlına çatmır.

AİDS-dən ölümü önləyən dərmanlar ömür boyu qəbul edilməlidir. Belə olduğu halda onların fasiləsiz təchizatı həyati məna daşıyır.

“Cəbhə məlumatı”

BMT Dünya AİDS günündə bu xəstəliyə dair ən mühüm rəqəmləri açılayıb:

Bütün planetdə 36, 9 milyon adam HİV virusu ilə yaşayır. Bunlardan 2, 6 milyonu uşaqlardır.

2014-cü ildə bu virusa 2 milyon insan yoluxub.

2014-cü ildə bu xəstəlikdən 1, 2 milyon insan vəfat edib.

AİDS bəşəriyyətdə ikinci böyük “qatil” hesab olunur.

2015-ci ildə 15 milyon retrovirusdan müalicə alıb.

Xəstəliyə qlobal müqavimət hərəkatı 2000-ci ildən bəri 30 milyon yoluxmanın və 8 milyon ölümün qarşısını alıb.

Xəstəlik özünü qlobal miqyasda “maraqlı” aparır

Afrika və Karib hövzəsində yeni yoluxmalar azalıb, lakin Qərbi və Şərqi Avropada ya artıb, ya da sabit qalıb.

AİDS-lə bağlı ölümlərin sayı Afrikada azalıb, lakin Şərqi Avropada və Mərkəzi Asiyada 3 dəfədən də çox artıb.

Amma bütün bunlardan çıxan statistik rəqəmlərə görə AİDS geri çəkilir.

BMT-nin son AİDS hesabatına da əsasən Afrika ölkələri daxil edilib və əsas mübarizə hələ də bu qitədə gedir.

Azərbaycanda xəstəlik hücumdadır

Hesabatda adı çəkilməsə də, AİDS xəstəliyi Azərbaycanda mövcuddur.

2012-ci ildə 3200 HİV daşıyıcısı vardı. AzadlıqRadiosunun məlumatına görə bu virusun daşıyıcılarının 64 faizi narkotik istifadəçiləridir.

Trend agentliyinin verdiyi ən son məlumatlara görə, Azərbaycanda HİV daşıyıcısı olan 2000-dən çox insan rəsmi qeydiyyatdadır.

Bu xəstəlikdən dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı 300 nəfərə yaxındır.

Az'rbaycanda 1987-ci ildən bəri 2015-ci ilin yanvarınadək 4902 adam HIV virusu il' qeydiyyata alınıb

APA agentliyinin verdiyi ən son məlumata görə, Azərbaycanda 2015-ci il üçün rəsmi qeydiyyatda 1944 HİV/AİDS xəstəsi var.

Ən təhlükəlisi isə xəstəliyin və bu səbəbdən dünyasını dəyişən insanların yaş həddinin hər ötən il ərzində aşağı düşməsidir.

Azərbaycanda bu xəstəlik əsasən ölkənin cənub rayonlarında geniş yaylılıb.

Bu adı çəkilən bölgənin keçmiş SSRİ məkanında kifayət qədər hərəki olması ilə izah edilə bilər.

Azərbaycan Səhiyyə Nazirliyinin saytında verilmiş məlumata görə xəstəliyin ölkədə ilk dəfə aşkar edildiyi 1987-ci ildən bəri 2015-ci ilin yanvarınadək 4902 adam HIV virusu il' qeydiyyata alınıb

Bu gün 1519 nəfər AİDS xəstəsi hesab olunur. Bu vaxtadək xəstəlikdən 681 nəfər vəfat edib.

Azərbaycanda AİDS-in yayılması iynə (2635 nəfər/53, 8 faiz) və cinsi əlaqə (1736 nəfər/35,4 faiz) yolu ilə baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG