Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:52

Məhkəmə Cəmil Həsənlinin qızına "yox" dedi


Günel Həsənli
Günel Həsənli

►Bakı Apellyasiya Məhkəməsi Milli Şurasının rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətini təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna Cəmil Həsənlinin özü məlumat verib.

Birinci instansiya məhkəməsi bu il fevralın 22-də Günel Həsənlini cəzasını məntəqə tipli müəssisədə çəkməklə il yarım azadlıqdan məhrum edib.

O 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib.

Şikayət də bu qərardan idi.

Beləliklə qərarın icrası birinci instansiya məhkəməsi, daha sonra isə Penitensiar Xidmətə göndəriləcək.

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

Cəmil Həsənli AzadlıqRadiosuna deyib ki, məhkəmə heç bir dəlil və sübuta söykənmədən ədalətsiz bir qərar qəbul edib və onlar bundan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Cəmil Həsənli bildirib ki, əgər bu da heç bir nəticə verməsə sonda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacaqlar.

Həmçinin baxın - Azadliq A-Live təqdim edir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG