Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

İlham Əliyevin sərt bəyanatının Yerevanda əks-sədası


►Sarkisyan müharibəni Azərbaycanla razılaşdırıb?

Bu sözləri Ermənistanın hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Sharmazanov deyib.

O bu sözləri prezident İlham Əliyevin Qarabağ münaqişəsinin yalnız mərhələli şəkildə həll edilə biləcəyi və Qarabağın statusunun yalnız Azərbaycanın tərkibində müəyyən edilə biləcəyi barədə bəyanatına cavab olaraq deyib.

Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirmişdi ki, Sankt Peterburqda Ermənistan və Rusiya prezidentləri ilə keçirdyi görüşü müsbət qiymətləndirir.

"Dağlıq Qarabağ heç vaxt müstəqillik qazanmayacaq. Azərbaycanın tarixi torpaqlarında heç vaxt ikinci erməni dövləti yaranmayacaq. Bu, əsas məsələdir. Dağlıq Qarabağın statusuna gəlincə, bu, gələcəyin məsələsidir. Əlbəttə, müəyyən status verilə bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası var. Avropada, başqa ölkələrdə müsbət təcrübə və müxtəlif statuslar var. Ancaq bu status bizim dövlətimizin ərazi bütövlüyünü pozmamalıdır," deyə İlham əliyev bildirib.

Əliyevin bu bəyanatına münasibət bildirən Sharmazanov deyib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. "Qarabağ xalqına müstəqilliyi cənab Əliyev vermir. Allah hər bir xalqa azadlıq və müstəqillik istəyi verir," deyə mətbuat katibi qeyd edib.

Jurnalistlərin "tərəflərin mövqeləri tamamilə fərqli olduğu və bir-birini istisna etdiyi təqdirdə sonrakı görüşlər mənasız olmurmu" sualına cavab olaraq mətbuat katibi belə deyib: "Danışıqların alternativi atışmadır. Bir nömrəli vəzifəmiz sülhdür".

____________________________________________________________

Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'

____________________________________________________________

"Daşnaksutyun" Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyanın sözlərinə görə Peterburq görüşündə müzakirə olunanlar bəyanatda əks olunub, Əliyevin Bakıdakı davranışı isə onu göstərir ki, danışıqlarda ona sərf edən istiqamət almayıb.

"Mən əminəm ki, o bunu daxili istifadə üçün edir. Əliyevin iki tipi var - biri danışıqlar masası arxasında olan, o biri də Bakıdan danışan, başında tac olan və sultan mövqeyindən çıxış edən qışqırıqçı Əliyev. Bunlar iki fərqli insanlardır," deyə Rustamyan bildirib.

Rustamyan Qarabağ münaqişəsinin mərhələli həlli məsələsinə də toxunub: "Azərbaycan həllə bağlı prinsipial məsələylə razılaşmayınca onunla heç bir danışıq aparmaq olmaz. Yəni Azərbaycan razılaşmalıdır ki, Qarabağ müstəqil dövlətdir."

"İrs" müxalifət fraksiyasından olan deputat Zarui Postanjian isə belə düşünür ki, nə qədər ki, Qarabağ nümayəndələri danışıqlar masası ətrafında oturmur, dörd günlük aprel müharibəsindən sonra danışıqlar Ermənistanın maraqlarına cavab verməyəcək.

Müxalifətçi deputat hesab edir ki, Azərbaycan Qarabağ məsələsini danışıqlar yox, müharibə yolu ilə həll etmək niyyətindədir. "Azərbaycan mərhələli müharibə həyata keçirəcək, onun Azərbaycanın maraqlarına xidmət edən siyasəti və proqramı başqa yolla reallaşdırmaq imkanı yoxdur. Mən hesab edirəm ki, Serj Sarkisyan buna razılıq verməyə hazırdır. Şəxsən o hazırdır, ancaq erməni ictimaiyyəti hazır deyil ki, bu da Serj Sarkisyanın razılaşdırılmış müharibə ilə bağlı bütün planını pozub, " deyə Zarui Postanjian qeyd edib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
XS
SM
MD
LG