Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:33

Əli İnsanovun əmlakını satan prezidentin köməkçisinin qızı imiş


Əli İnsanov, 2014
Əli İnsanov, 2014

►"Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb"

Keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus qarajın ondan xəbərsiz satılması ilə əlaqədar hüquqi müstəvidə davasını davam etdirir.

İyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş nazirin bu məsələ ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddiasına baxılıb.

Əli İnsanovun vəkili Ağaveyis Şahverdi əvvəlcə məhkəməyə məsələnin mahiyyəti barədə məlumat verib:

"Əli İnsanovun "Basin" tərəfdə icra hakimiyyətinin sərəncamı ilə tikilmiş qarajı olub, içində də müəyyən avadanlıqlar. Onun həbsindən sonra oğlu arabir gedib baxırdı. Günlərin birində gedib görüb ki, qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Kooperativ qarajı satanın kimliyini bizə demədi. Məhkəmə yolu ilə müəyyənləşdirdik ki, Əli İnsanovun əmlakını Əlizadə Vəfa Tariyel qızı satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində, bu əməl kriminaldı. Biz şikayət verdik və apellyasiya məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb".

BANKDAKI PAYINA HƏBS QOYULUB

Vəkil deyir ki, qətnamənin icra edilmədiyini görüb, öz mənbələri vasitəsilə Vəfa Əlizadənin "DekaBank"da dəyəri 50 min manatdan da xeyli çox olan payı olduğunu müəyyənləşdiriblər. Ardınca da qətnamənin icrasının təmin olunması üsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər.

____________________________________________________________

Bunlara da bax:
Hökumət «Azersun»a borclu qalıb...
Pivəçilər “dilə” gəldi: “Ağır vəziyyət yaranıb”

____________________________________________________________

Nəsimi Rayon Məhkəməsi Vəfa Əlizadənin bankdakı payının üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.

"Üstündən bir il keçib, amma bu qərar icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, "bizə göstəriş var, qərar icra olunmasın". Halbuki, o qərardad dərhal icra olunmalıdır. Gördük ki, icra şöbəsi öz vəzifəsini yerinə yetirmir, özüm qərardadı banka apardım. Bir müddət sonra dedilər ki, "Tariyel müəllim məsələ ilə maraqlanıb, əlaqə saxlayacaq". Bu günə qədər də Tariyel müəllim həll eləməyib", - Ağaveyis Şahverdi bildirib.

“DEMƏMİŞƏM Kİ, GÖSTƏRİŞ VAR”

Cavabdeh Nəsimi rayon icra şöbəsinin əməkdaşı Ramin Muradov vəkilin onunla bağlı dediklərini təkzib edib:

"Mən deməmişəm ki, icra olunmaması barədə göstəriş var".

Qərarın hansı səbəbdən icra olunmamasına gəlincə, icraçı əvvəlcə deyib ki, qərardad icra sənədi sayılmır. Amma sonradan bildirib ki, qərarın icrası üçün lazım olan icra vərəqini göndərməyib.

İcra vərəqinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi üçün proses iyulun 19-na qədər təxirə salıb.

Məhkəmə prosesində o da məlum olub ki, Əli İnsanovun əmlakını satan Vəfa Əlizadə prezidentin köməkçisi Tariyel Ağayevin qızıdır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?
XS
SM
MD
LG