Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:35

Ölkədən çıxmağınıza qadağa qoyulubmu?- Saytdan öyrən


►Bu xidmətə görə, ödəniş tələb olunmur

Məhkəmə qərarı ilə borcu olan Azərbaycan vətəndaşlarının ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını Ədliyyə Nazirliyinin saytı üzərindən öyrənmək olar.

Nazirliyin istifadəyə verdiyi elektron xidmətlər buna imkan verir. Xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

*Youtube Kanalımıza abunə ol və gündəlik video xəbərləri bizdən izlə!

Xidmətdən istifadə qaydaları olduqca sadədir. Vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini daxil etməklə dərhal adlarının ölkədən çıxışına qadağa qoyulanlar sırasında olub-olmadığını dəqiqləşdirə biləcəklər.

Bu xidmətə görə, ödəniş tələb olunmur.

Xidməti aşağıdakı linkə daxil olmaqla test etmək olar.

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi kollegiyası məhkəmə qərarlarının icra edilməməsi və vergi borcunu ödəməkdən yayınmaya görə, ölkədən çıxışa qadağa qoyulması qaydalarına düzəlişlər edilib.

Düzəlişlərə görə, ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlara bununla bağlı öncədən mütləq bilgi verilməlidir. Məhkəmə qərarı aidiyatlı şəxsə ya icra məmuru, ya da müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi ilə çatdırılmalıdır.

Digər düzəlişə görə isə, mülkiyyətində əmlak olan şəxslərin xaricə çıxışına qadağa qoyulması ilə əlaqədardır. Əgər borclunun mülkiyyətində olan əmlakın dəyəri borcun həcmindən böyükdürsə, onun xaricə çıxışına məhdudiyyət qoyula bilməz.

Azərbaycanda bəzən isə vətəndaşın ölkədən çıxışına məhkəmə və istintaq orqanının qərarı olmadan da qadağa qoyulduğu deyilir. Belə halların, əsasən siyasi işlərlə bağlı olduğu bildirilir. Belə hallarda həmin şəxsin adının ölkədən çıxışına qadağa qoyulan insanların siyahısına salınmadığı da qeyd edilir. Qadağan göstərişinin şifahi şəklidə verildiyi deyilir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında İzləyin:

Formula 1 - Oturacaqlar niyə boş olub? - [Cavabı belə əsaslandırırlar]

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 21 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG