Çərşənbə, Aprel 23, 2014 Bakı vaxtı 15:42

Forum

Orta məktəblərdə din dərsləri olmalıdırmı?

Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008  Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008
x
Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008
Azerbaijan – A secondary school in Mashtaga settlement, May2008
Şriftin ölçüsünü dəyiş - +
"Düşünürəm ki, Azərbaycanda gec-tez orta məktəblərdə dinin tədrisi ilə bağlı addımlar atılacaq”.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Sabir Həsənli bu günlərdə yerli mediaya verdiyi müsahibəsində belə deyib.  

Onun sözlərinə görə, Rusiyanın bəzi yerlərində bu proqram artıq həyata keçirilir və Azərbaycanda da orta məktəb proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox xeyirli olardı.

SİZ NECƏ FİKİRLƏŞİRSİNİZ?

  • Orta məktəbdə din dərsi olmalıdırmı? 
  •  
  • Orda nəyi öyrətmək lazımdır?
  •  
  • Din dərsini kimlər keçməlidir?
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: rufat_nar Haradan: baki
20.09.2012 13:08
sözsüz ki, yox, məktəbi "yükləmək" lazım deyir!!!! indiki məktəblər, orada olan abhava ümumiyyətlə bu cür zərif həss sahəyə(bu heç "bilik" də deyir...bu Ruhunu və ruhumuzu dərk etməsidir...)... İman və inam ailənin mühütindən formalaşmağa başlayır..diqqət ailələrə, hüsusilə gənc ailələrə yönəlməlidir...başlanğıc - nigəahdan qabaq... Sonra isə ailə və məktəb ətraf mühitində... ictimai birliklərin, dərnəklərin, klubların, məktəblərin vasitəsi ilə...bütün hallarda burada məcburiyyət üçün yer yoxdur...inandırmaq...maarifləndirmək...düçündürmək... Bu fəaliyyətlə məşğul olanlar, üzərinə məsuliyyət götürənlər müasir təfəkkürdə olan olmalıdır, güniş dünya görüşülü, həyat təcrübəli, dünyanı bütövlüklə əhanə etməya bəcaran, digər dinlərə hörmətlə dərk etməklə yanaşanlar... Hər bir şey Yer kürəsində baş verənlər Yaradanın tərəfindən yaradılmışlardır.... pissiz yaxşıni, yaxşısınız pisin dəyərini bilməzlər...insan həmişə seçim qarşısında olacaq və öz seçimi ilə İnkişafını əsasına tərsir edəcək.... Bu elm deyir ki, kütləvi məktəbə inzibatçılıqla yeridəsən, hələ də ona qiymət də yazasan və TQDK ya da Təhsil Nazirliyin imtahan keçirməyə səlahiyyət də verəsən... Bu inasanın nəfəs salmağın, qidanın, yaşamağın "qızıl açarıdır"!!! Ömür ona görə də verilir bu qızıl açarı tapsın, dərk etsin, dəyişilsin.... Məqsədə çatanda ( ya çata bilməyəndə!) dünyanı dəyişmə vaxtı gəlir... Bu cür xəzinə, dəyəri oyuna çevrilməzdər...

Kimdən: abdurrahman Haradan: baki
10.09.2012 12:29
salam aleykum

Kimdən: abdur rahman Haradan: baki
10.09.2012 11:43
bismilleh. elbetde ki orta mekdebde islam dinini tanitdirmaq lazimdi. cunki her bir insan yardilis qayesini bilmelidi bilmelidi ki o yaranibsa demeli onu yaradan var. Allah suphen teala emirler qoyub ve qadagalar emirlerin icinde en ezemetlisi tovhidir qadaxalarin icinde en ezemetlisi shirk. bunu mekteblillere oyretmek lazimdi

Kimdən: gültəkin Haradan: bakı
16.06.2012 12:40
Əziz həmvətənlilərim, əziz gənclər "elm", "alim" sözlərini belə dilimizə (dil də bir elmdir-unutmayaq)islam gətirib. Siz dünyada elə bir din, elə bir kitab tapmazsınız ki, islam qədər, Quran qədər elmə yol açsın. Əgər məktəb yaşlı bir uşaq, məsələn 57+75 misalını həll edə bilmirsə,bunda riyaziyyatın günahı yoxdur. Günah onun inkişaf etməmiş abstrakt-məntiqi təfəkküründədir. Arif olanlar nə demək istədiyimi anlayacaqlar. Allahın rəhməti üzərinizə olsun.

Kimdən: elcin Haradan: neyine lazimdir
13.06.2012 16:16
hormetli simran sozum sizedir men deyirem menim acdadim palciqdan torpaqdan allah terefinden yaradilib ve inancimda allahdir .allah oz gonderdiyi sema kitablarindada bunu qeyd edir.soyleyirem senin baban im olub ecdadin .fikirlesib tapmasan men deyim meymundan .deyirem axi ona gore cahil insanlar usaqlari bir nadinclik edende HEYVAN OGLU HEYVAN DEYIRLER. HARADAN GELMISIK ORADA GEDIRIK SENDE MENDE BUTUN INSANLAR ...BIRDE DARVINIZMLE BIZ INSANLAR NEQEDER INKISAF ETSEKDE KEPENEYIN OMRUNDEN BIR QEDER ARTIQ OMRE MALIKIK .OLUB CIYINLERDE QURAN SEDASI ILE BASDIRILIRIQ .SOYLE YALANIM VARMI ..DARVINIZIMI MENDE OXUMUSAM GOREM MU TEKAMUL NEZERIIYESI BIZI GELCEKDE INKISAFTA OLAN DUNYADA INSAN OMRUNU 200ILE QALDIRACAQMI HE sozlerimle seni ve senin kimi eqidede olanlari tehqir ve tenqid etmek deyildir.

Kimdən: Akif Haradan: Bakı
03.06.2012 11:53
İslam dininin gələcək nəslin sağlam ruhda və vətənə məhəbbətdə tərbiyələnməsində rolu çox böyükdür. Ona görə görə orta məktəblərdə din dərsləri mütləq keçirilməlidir.

Kimdən: simran Haradan: baki
12.03.2012 11:36
Bilirsiz necə kecmək olar? Uşaqlara demək lazımdırkı müxtəlif dinlər var. Xristian, İslam, Yəhudi dini, Buddizm və sair. Bunların kökü qədim elmsiz insanların təbiət hadisələrini anlamamaq ,onlardan qorxmaq ,bu qüvvələri ilahiləşdirib onlara ‘rüşvət’ təklif etmək kimi, onları razı salmaq kimi yaranıb. İptidai icma qurluşunda insanlar tayfalar, qəbilələr şəkilində yaşayanda hər qəbilənin öz allah təsəvvürü oldugu ücün cox allahlıq ‘modda’ olub. Quldarlıq quruluşuna kecdikcə qəbilələr birləşdiyi ücün allahlarda avtomatik birləşib. Tək allahlıq daha böyük ölkələrin yaranması ücün sərfəli oldugu ücün ( fikir ayrılıqlarının azalması baxımından ) lazımlı bir mərhələ olub. Elə bu zamanlar agıllı siyasətcilər (dindarların Peygəmbər adlandırdıqları ) insan toplumlarınınn idarə olunması ücün sərfəli olan bu unanclardan istifadə edərək insanları idarə ediblər. Sual olunur niyə bəs daha peygəmbərlər gəlmir? Cünki indi bəşəriyyət də kifayət qədər agıllı adamlar varki hec bir insanın ümumi inanca mənbəyinə cevrilməyə imkan verməyəcək.
Buna görə dindarların dedikləri peygəmbərlər gəlməyəcək tam başqa mənada, elmi mənada düzdür, cünki bəşəriyyət daha o qədər axmaq deyil. Dünyada baş verən prosesləri izah edən kifayət qədər elmi məlumatlar varki 1600 qabaq onlar haqda təsəvvür belə yox idi. Buna görədə min, on minlərlərlə və daha cox adamı aldada bilənlər ortaya cıxa bilər, cıxırda, lakin 6 milyard adamı aldatmaq hec vaxt mümkün olmayacaq.
Birdə müxtəlif dindlərin olmasını uçaqlara belə başa salmaq lazımdır. Cünki hec bir teoloji nəzəriyyə elmi deyil. Elmilik statusu yoxdur, yoxlanıla bilmir, təcrübə qoyula bilmir və Popperin əsas elmilik prinsipinə görədə inkar oluna da bilməz . Bu sadə səbəbə görədə tam səhfdirlər.
Təkamül nəzəriyyəsinə gələndə isə bütün dünyanın inkişaf etmiş ölkələri Amerika, Yaponiya, Rusiya, Cin və 46 avropa ölkəsi bu nəzəriyyəni təsdiqləyir və elmdə bəhrəsini də görürlər.
Hec bir başı işəyən bioloq, hətta islam ölkəsində yaşasanda, üzdə tam yəqinliklə etiraf etməsədə
Bunu dəstəkləyir. İnanmırsızsa, Türklərin Evrim (vikipediya ) baxın görün necə ətraflı yazılıb, bizim dildə yazılanda xeyli dərin. Darvinizmi və ümumiyyətlə elm və hümanizm populyarizatoru
Davkinsin saytlarına qoyulan qadaga Türkiyədə 2011 – ci ilin iyunudan götürülüb.
Birdəki təkamül nəzəriyyəsinə düzgün qəbul edənlər hər ölkədən cıxır, dini mənsubiyyətlə əlaqəsi yoxdur. Burada təriqət anlayışı yoxdur. Bəzi nüansları acıqlayan mübahisələr var. Belə mübahisələr isə tamlıqla elmin inkişafını yaradır .Mübahisə, müzakirə olmayan yerdə elmi inkşaf olmaz. Əyər Qaliley Arximed nəzəriyyəsinə şübhə ilə yanaşmasa idi Nyuton nəzəriyyəsi yox idi.
Eyşteyndə Nyutonda səhf axtarmasa idi müasir nisbilik nəzəriyyəsi yox idi. Yadda saxlamaq lazımdırki təkamül nəzəriyyəsi hec zaman inkar olunmayacaq, ancaq və ancaq onun cilalanması və təkamülü mümkündür. Necə ki təkamül nəzəriyyəsi görə canlılar təkamül etdirərək təbi şəraitə uygunlaşır. Elə bu nəzəriyyəyə uygun olaraq öz-özünü təkamül edəcək və təbidikrki əks budaqlanma yaratmayacaq. Canlılar haqda teoloji nəzəriyyələr isə insan zəkasının təbii secmə rəqabətinə tab gətirməyib hər dəfə daha az bala nəsil qoymaqla tədricən aradan cıxacaq. Qaldı bizim ölkəyə bizim təkamül nəzəriyyəsi haqqında söz deməyimiz, ya inkar etməyimiz gülüncdür. Biz hələlik fizikanı, kimyanı, biolgiyanı dünya elmindən öyrənirik.
Onları inkar edə bilmək gücünə malik deyilik


Siz dini dərslərdə belə məlumatlar verəcksizmi? əsla! Buna görədə tənqidi fikirlər olmadan təhsildə onun əsil ali həqiqət kimi kecilməsi elmilidən tam uzaqdır. Fizika və biologiyada keciləcəklərlə üst_üstə düşməyəcək. Uşaqlar arasında fikir ayrılıgı, düşməncilik yaradacak ən axırda isə cəmiyyətə fikir ayrılıgı kimi sirayət edəcək. Bunun isə yegənə həlli teokrafik ölkə qurmaq hələlik alınmayan demokratik ölkədən diktatur ölkəyə kecməkdir. Bu bizə lazımdırmı ?
Cavab

Kimdən: Samir
02.08.2012 16:44
Sizin yazdığınızdan belə başa düşdüm ki, istəyirsiniz din dərsləri əvəzinə sovet vaxtı keçilən "elmi ateizm" keçilsin. Amma o ideologiya özünü doğrultmadı, pulunun üstündə "Biz Allaha inanırıq" yazılan ölkə isə hələ də yaşayır və dünyaya hökm edir.
Cavab

Kimdən: Nara
10.10.2012 23:15
Samir bey, niye dogrultmadi? onun neticesinde 2-ci dunya muharibesinden sonra muflisleshen SSSR birinci kosmosa raket buraxdi, elmde ve tibb-de dunyada demek olar birinci idi, bir chox elmi keshflere imza atdi. Pulunun ustunde "Biz Allaha inaniriq" yazan olke ise sizin qeder allaha inanmir, chunki inansaydi bu qeder gunahsiz ehalileri qirmazdi. Ve onun indi dunyaya hokm etmeyinin sebebi SSSR-in dagilmagi oldu. Ve inanin Amerikanin bunda rol az olmadi, o icheriden SSSR-ini dagitdi, chunki ondan daha guclu olkenin emele geldiyini gorurdu. Bundan bashqa sovet dovrunde ehalinin elmi seviyyesi, savadi defelerle qalxdi, yazib-oxumagi bacarlmayan insan qalmamishdi, her kes peshe sahibi idi. Hech kim bosh bosh oturmurdu. Amerika (neinki o, bir chox Avropa olkeleri) ise chox mudrik qerar qebul etdi, dini olke idareetmesinden ayirdi, chunki anladi ki din insanlarin ve olkenin inkishafina mane olur, ve ancaq ondan sonra butun bu olkeler inkishaf etmeye bashladilar. Indinin ozunde de onlar allaha inana bilerler, heftede 1 defe kilseye bashlarini baglayib gede bilerler, amma diger gunler adi heyatlari ile yashayirlar, chunki olkenin ve shexsiyyetin inkishafi ancaq elmdedi, DINDE YOX!
Cavab

Kimdən: Ehli
11.06.2012 20:05
salam qaqash senin yazdiqlarinda sehvlik var. chunki Islamdan bixeber insan yalniz bele fikirler yaza biler. peygemberler ve imamlar Allah terefinden sechilmish insanlar olublar. chunki Allah onlarin vasitesi ile ozunu insanlara tanidib. Islam dinini Mehemmed peygember vasitesile tanidib ki insanlar duz yola Allah yoluna gelsinler. Allah təala Qurani Kərimi gonderdiki insanlar maariflensinler. Qurani kerim ozu ele bir elmdirde. İslam dini sonuncu dindir vəqiyamete kimi gedecek. Məhəmməd peygəmbər (s) sonuncu peygemberdir və ondan sonra hech bir peygember gelmeyecek. duzdu birde gordun yalandan cixib deyenler ola biler amma onlara qetiyyen inanmaq olmaz. senin dediyin tekamuldu ne bilim darbinizmdir nedir onlar hamisi cefengiyat sheylerdir. Allahin izni olmadan bir qarishqa bele yaranmir.
Cavab

Kimdən: Naile Haradan: Baki
10.06.2012 17:26
Simran bey , nece olub sizin yazinizi men oxumamisam , coz gozel yazmisiniz , tesekkur edirem , amma deyesen daha hec bir movzuya munasibet bildirmirsiniz.Cemiyyetin sizin kimi insanlara boyuk ehtiyaci var, burda movzularda munasibetinizi gorsem cox sevinerem.
Cavab

Kimdən: vugar
03.06.2012 20:07
Simran bey, salam, olduqca savadli agilli yazmishsiz, cox beyendim
Cavab

Kimdən: anonimka
17.04.2012 12:29
Simran bey sizin dunya gorunusunz ne qeder kasaddir ABS Qurani kerimde faktlari goturub onu aradirib ve tapir ve sonra guya ozleri bunu kesf edibler lap olsunb edibler ama onlarin yeni ve guclu texnologiylarla kesf etdikleri faklar Qurani Kerimde 1400 evvel verilib birde Litvada peygemberimizin hedislerini ders kimi kecirler onlar dinimzi qebul etmir ama hedislerdeki saqlamliqa tebiete aid her sheyi usaqlar kecirler chunki onlar bunun ne qeder faydali olduqunu bilirler biz savadsiz muselmnalra ise hele neyse sizin kimi ateistlere ancaq bunu deye bilerem Qurani kerimde yazildiqiq kimi onlarin gozxleri kor qulaqlari kar qelbleri baqlidir onlar doqrulari gormez esitmez
Cavab

Kimdən: Nara
10.10.2012 23:25
xanim, siz ne qeder gulmeli sherh yazmisiz - hiss olunur zengin dunya gorunushune maliksiz. Yaxshi Amerika qurani kerimden axtarib tapib, sonra deyir ozleri keshf edibler, axi muselmanlar bu qurani 1400 ildir her il en azi minlerle insan oxuyur, niye onlarin arasinda chox demirem, birce insan 1 keshf tapmayib? niye butun keshfleri sizin dini kitabinizdan ele Amerika ve diger olkeler tapib? nedi onlar ereb dilini ereblerden yaxshi basha dushur? niye 1 ereb o qeder meshhur keshfden birini etmeyib? xanim Litva haqqinda elave melumat versez, biz savadsizlar da xeberdar olariq, olar qisa olaraq hansi hedisi ve nece kechdiklerini soyleyersiz? Eminem ki genish dunya gorushunuzden duz anlamamisiz kechilen dersleri :)

Kimdən: Emilio Haradan: Merdekan
02.03.2012 16:23
Elbette, olmalidir. Mekteblerde tarix tedris olunur, amma Peygemberler ve Dinler haqqinda hec ne deyilmir. Axi en aazindan onlar da tarixde movcud olub. Hem de, Azerbaycanda yasayan ehalinin 98%-i muselman oldugundan Islama xususi yer ayrilmalidir. Belelikle exlaqi, terbiyeni, vetenperlik hissini gelecek nesle asilaya bilerik. Bu da melum quvvelere - SHER quvvelere - serf etmediyinden qarshisini alirlar. Ve hetta heyasizcasina qadagalar da qoyurlar... En azindan exlaqi oyreden dersler mutleq olmalidir! Vacib deyil adi 'Din' olsun ya yox. Esas hem tarixi, hem adetleri, hem de exlaqi normalari hami mektebde oyrenmelidir. Saglam Azerbaycan namine...

Kimdən: receb Haradan: baki
19.02.2012 14:53
mutleq dini dersler kecirilmelidir

Kimdən: Realist
15.02.2012 04:08
Orta mektebde din dersleri mutleq kecirilmelidir.Din dersi almaq, ruhu terbiye elemek demekdir.
Orda, bir muselman olkesi oldugu ucun, ancaq Azerbaycan xalqinin etiqad elediyi dinin-islam dininin esaslari oyredilmeli, "Quran" dersleri kecirilmelidir.Mali mala qatmaq olmaz.Lakin bununla yanasi, butun basqa dinlerin de xususi bazar gunu mekteblerinde tedris olunmasina serbestlik verilmeli,her cur serait yaradilmalidir .
Din dersini ali tehsilli ilahiyyatcilar tedris etmelidir.
Azerbaycan muhiti her movzuda "sozde" Avropa ile ayaqlasmaga calisir.Ele ise, bir az sebirli olun, size bu meselenin Avropada nece hell olundugunu soyleyim.Avropa olkelerinde bir qayda olaraq iki tip tehsil sistemi var.Biri dini meselelere qetiyyen toxunmayan "Open bar" mektebleri,biri de dini temayule riayet eden katolik mektebler.Bu mektebler her cehettden bir-birinden ferqlenir.Avropada en genis yayilmis din katolik dinidir.Sohbet dinden gedirse, bu olkelerde ancaq yerlilerin oz dede-babalarinin etiqad elediyi dinden behs olunur.Daha bu forumda rast gelindiyi kimi her agizdan bir avaz cixmir.Burada luzumsuz yere ne ateizmi yada salan var, ne muselmanciligi, ne de buddizmi.Yeni, olke hansi dinin dasiyicisidirsa, o dine te genis meydan verilir."Open bar" mekteblerde dine maraq gostermeyen, ya da seraitden asili olaraq,bir surelik oz dinine eli catmayan ailelerin usaqlari oxuyur.Teessufle qeyd etmeliyem ki, bele mekteblerde telim-terbiye cox asagi seviyyede olur.Sagirdler nadinc olur, onlarin ne exlaqina,ne de bilik seviyyesine nezaret elemek olmur.Diger katolik mekteblerde ise, nizam-intizam,bilik seviyyesi, boyuklere hormet, aile bagliligi nezere carpacaq derecede yuksek olur.Dovlet bizim kimi gelmelerin de haqqini yemir, basqa dinden olan usaqlar ucun bazar gunu mektebleri acmaga serait yaradir.Her seherde bazar gunleri fealiyyet gosteren islam mektebleri var ki, bizim ovladlarimiz o mekteblerde aid oldugumuz islam dininden ders alir, elm-bilik sahibi olurlar.Dini dersleri esasen avropada dogulub boyumus, lakin ali ilahiyyat tehsilini Turkiyede almis xocalar tedris edir.Bu genc ilahiyyatcilar cox savadli olub,dinimizi yuksek seviyyede teblig edir, kicik yasli mekteblilere de sevdire bilirler.Dini dersler alan usaqlarda yuksek derecede nizam-intizam, davranislarinda bir olcu-medeniyyet,tehsilde mesuliyyet, ailede boyuklere hormet verdisleri nezere carpir.Biz valideyinler,vaxtile oz olkemizde dini mensublugumuza qiymet verilmeyen bir cemiyyetde yetisdik. O sistemden sonra, bu gun qurbetde bele bir seraitde ovlad yetisdirdiyimizden cox memnunuq.Anlayiriq ki, vetenimizde deyilik.Din meselelrinde nazimizla ancaq bu qeder oynayarlar.Usaqlarimiz butun hefteni nizam-intizami daha guclu olan katolik mektebine gedirler.Burda da bir maraqli meqam var, sirf din dersleri kecirilen saatlarda butun basqa dine mensub olan usaqlari idman dersine aparirlar.Fursetden istifade edib usaqlarimizi katolik elemeye calismirlar.Bu qeder anlayisli olduqlarina gore de bizim onlara tesekkur borcumuz var.
Men bayaqdan burda seslenen fikirleri oxuyuram, ve serhcilerin bu meseleye ne qeder ciddiyyetsiz yanasdiqlarinin sahidi oluram.Halbuki,bu qeder ciddi mesleye daha ehtiyatla yanasmaq gerekir.Her ferdin fikrine hormetle yanasmaq hamimizin borcudur, lakin unutmayin ki,ozunu dogusdan muselman kimi taniyan insanlarin inancina sayqisizliq elemeye hec kesin haqqi yoxdur.Dinden cixirsinizmi,dininizi deyisirsinizmi,dasa-keseye tapinirsinizmi, bu sizin oz isinizdir.Ancaq dunyanin boyuk ekseriyyetinin inanci olan islam dinine, xususen de nezere alsaq ki, biz bu dinde dogulmusuq, lutfen sayqi gosterin.En azindan menim yasadigim katolikler olkesinin menim dinime gosterdiyi sayqi qeder sayqiniz olsun.Tesekkurler.
Səhifə (6)
    Növbəti