Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55

Cahangir Hacıyev "Kürdəxanı"ya köçürüldü


Azerbaijan -- Jahangir Hajiyev, Chairman of the Board, International Bank of Azerbaijan, 2013
Azerbaijan -- Jahangir Hajiyev, Chairman of the Board, International Bank of Azerbaijan, 2013

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə “Report”a məlumat verən C. Hacıyevin vəkili Aqil Layicov deyib ki, hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

Cahangir Hacıyev bu ilin martında səhhəti ilə bağlı istefaya gedib. Bundan sonra onun rəhbərlik etdiyi bankda milyonlarla manat məbləğində geri qaytarılmayan kreditlərlə bağlı cinayət işi açılıb. Bankın müştərisi olan bir sıra iş adamları saxlanılıb, bəziləri borcunu ödədikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, o bir müddət əvvəl qudası və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra saxlanılıb.

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG