Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:40

Timothy-nin Braziliya bloqu -1 Azərbaycandan başlayan İngiltərə


Timothy Hort: «Ürəyimin 1 hissəsində Azərbaycanla gedirəm Braziliyaya»
Timothy Hort: «Ürəyimin 1 hissəsində Azərbaycanla gedirəm Braziliyaya»
-
Salam, mənim adım Timothy Hort-dur, futbolun «doğum evindən» – İngiltərədənəm. «Futbolun kamal attestatı aldığı» ölkəyə - Braziliyaya, dünya çempionatına yola düşürəm.

Deyirlər ki, braziliyalılar «Marakana» stadionunu səcdə yerinə, futbolu milyonların sitayiş etdiyi dinə çevirən bir millətdir. Ona görə də qərara gəldim ki, bu futbol «zəvvarlığımın» gündəliyini Azərbaycan oxucuları ilə bölüşüm.

Niyə Azərbaycan?

İngiltərə millisinin ehtiraslı azarkeşi kimi mənim ilk xarici səfərim məhz sizin ölkəyə olub. Həyatımın ən yaddaqalan həmin hadisəsindən 10 il keçir. O zaman Bakıya səfərim zamanı qarşılaşdığım istiqanlılıq və qonaqpərvərlik mənə elə təsir etdi ki, İngiltərə yığmasını müşayiət etmək üçün son iki Dünya çempionatlarına da səfər etdim.

Braziliya-2014 mənim birbaşa stadionlardan izləyəcəyim 3-cü Dünya kubokudur.

Əziz oxucu, səni dəvət edirəm Manausdan Rio-de-Janeyroya, ordan San-Pauloya və nəhayət Belu-Orizontiyə səfərlərimdə mənə virtual yol yoldaşlığı edəsən.

Başlanğıc üçün, gəlin, indidən uzaqgörənlik qabiliyyətimizi sınaqdan keçirək.

Futbol Kuboku bu dəfə hansı ölkəyə gedəcək?


Mənim fikrim yəqin ki, hamıya aydındır. Əsl azarkeş kimi İngiltərə millisinə olan ümidlərim heç vaxt ölmür. Hər dəfə bizimkilərin mütləq qalib olacağına inanıram.

Bəs sənin proqnozun nədir?
XS
SM
MD
LG