Cümə axşamı, Avqust 28, 2014 Bakı vaxtı 10:21

PENSİYA VƏ MÜAVİNƏTLƏR HAQQINDA

________________________________________
Sual Kimdən:
29.06.2011 00:56


Salam,
Menim bir sualim var. Men xarici şirkətdə işləyirim, bir gızım var, oda menim himayəmdə, ayrılmışam yoldaşımdan.
İstiyərdim biləm ki, mənə hansısa müavinat düşür ya yox,tek uşaq saxladığıma görə?
Əvvəlcədən təşəkkür edirəm.

Lalə.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
30.06.2011 17:08


Salam
bu halda siz keçmiş yoldaşınızdan aliment ala bilərsiz
və sizin aylıq gəliriniz ehtiyac meyarından (75 manatdan) aşağıdırsa, o zaman üvnanlı sosial yardım ala bilərsiniz .

----------------------------------

Sual:

Kimdən: Ecin Şəhər: Baki
Salam!
Ellilere minik avtomobilinin verilmesi qaydasi necedir?
Hansi senedler teleb olunur. Xahis ederdim bu barede melumat veresiniz.
Evvelceden Size oz tesekkurumuzu bildiririk.


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əlillərə minik avtomobillərinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən tənzimlənir. Həmin nazirlikdə qeydiyyatda durmaqla minki avtomobili ala bilərsiniz

******************

Sual:

Kimdən: Murad Şəhər: Almaniya
12.10.2010 02:38 Hörmetli Vekil.Men 10 il bundan qabaq Azerbaycandan getmishem. Azerbaycanda 2 qurp elil olmusham. Azerbaycan vetendashiyam. Hal hazirda xarici vetendashliqi da qebul etmishem. Men 2 qurp elil pensiyami ala bileremmi.Hansi qanunlar shamil olunur.
Evvelceden teshekur edirem.


Cavab:
Kimdən: Fariz Namazli Şəhər: Baki
01.11.2010 12:47 Əmək pensiyaları haqqında Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə köçürülməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

*********************

Sual:
Kimdən: akifa Şəhər: Baki
25.10.2010 10:01 Salam Menim 56 yashim var AR Qanunvericiliyine gore 57 yashimda pensiyaya cixacam Uzun muddet ishlemishem Pensiyaya cixarken hansi senedler teleb olunur Saq olun

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
05.11.2010 11:40 Əmək pensiyaları haqqında Qanunu 7-ci maddəsinə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilən Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 12 saylı Əlavəyə görə yaşa görə pensiya təyinatı üçün aşağıdakı sənədlər mtələb olunur:
- Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.);
- əmək stajını təsdiq edən sənədlər (ümumi və xüsusi);
- əmək haqqı barədə arayış.
Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər təqdim olunmalıdır;
-uşaqların doğulması (o cümlədən əlil uşaqların) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış;
-atanın 3 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsinə dair arayış;
- ərizəçinin vəfat etmiş ananın uşağının təzə ailədə 8 yaşına çatanadək faktik tərbiyə etməsini təsdiq edən sənəd;
- ərizəçinin himayəsində əmək qabiliyyətsiz ailə üzvlərinin olmasını təsdiq edən sənəd;
- 70 yaşına çatmış ərizəçinin tənha olmasını təsdiq edən sənəd;
- ərizəçinin müharibə əlili və ya iştirakçısı olmasını təsdiq edən sənəd;
- ərizəçinin siyasi repressiyaya məruz qalaraq sonradan bəraət almasını təsdiq edən sənəd;
- ərizəçinin Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərinə görə pensiyasına əlavəyə hüququnu təsdiq edən sənəd;
- ərizəçinin Çernobıl AES-da qəzanın nəticələrinin aradan qaldırılmasında, köçürmə zonasında iştirak etməsini təsdiq edən sənəd.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas

-----------------------------

Sual:
Kimdən: Murad Şəhər: Almaniya
10.10.2010 19:43 Hörmetli Vekil.Men 10 il bundan qabaq Azerbaycandan getmishem. Azerbaycanda 2 qurp elil olmusham.Azerbaycan vetendashiyam.Hal hazirda xarici vetendashliqi qebul etmishem.
Men 2 qurp elil pensiyami ala bileremmi.Hansi qanunlar shamil olunur.
Evvelceden teshekur edirem.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
22.10.2010 10:57 Əmək pensiyaları haqqında Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə köçürülməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

---------------------------
Sual:
Kimdən: Anonim
10.10.2010 19:49 yashli insanin pensiyasini gelecegde ( o rehmete gedenden sonra) onun 17 yashina catmayan nevesine ve ya varisine verilmesi hansi qaydada aparilir ve bu nece olur . Xahish edirem bir az etrafli. Evvelceden minnetdarligimi bildirirem !!!

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
01.11.2010 12:38 Əmək pensiyaları haqqında Qanunun 14-cü maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;
14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək.

14.1.2. ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;
14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas

--------------------------------

Sual  - Kimdən: RAMIN RZAYEV Şəhər: merdekan
08.09.2010 22:59 salam .menim qaynatam agir infarkt kecirdib ve pensiya teyin edilib. lakin astara rayon pensiya fondunun etdiyi haqsizliq neticesinde ona pensiya duzgun teyin edilmeyib yeni sigorta baza hissesini verib yigim hisesini vermiyibler men cox yere muraciet etsemde mene hec kim komey etmir xais edirem mene komey edin evvelceden size tessekur edirem.

Cavab ---- Kimdən: Elman Fəttah - Hüquqşünas
14.09.2010 21:20 Vətəndaşa məsləhət verə bilmək üçün məlumatlar ətraflı deyil. Hər şeydən əvvəl müəyyənləşdirmək lazımdır ki, onun qayınatası pensiyaya çıxmaq yaşındadırmı, əmək pensiyası alırmı, əlavə əllilik pensiyasımı almaq istəyir, indiki xəstəliyi nə vaxtsa işlədiyi dövrdə baş verən hər hansı hadisə ilə bağlıdırmı?

Bu sualların cavabı aydın olmadığından ciddi məsləhət vermək də mümkün olmur. Yaxşı olar ki, vətəndaş yaşadığı yer üzrə Sosial Müdafiə Fonduna müraciət etsin. Ya da tanıdığı, yaxınlığında olan bir vəkillik bürosuna müraciət edərək bütün lazım olan sənədləri toplamağa yardım alsın.