Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:55

NİKAH VƏ VVAQ MÜBAHİSƏLƏRİ BARƏDƏ


________________________________________
Sual Kimdən: Anar Aliyev
26.02.2011 17:26


Salam.
Adim Anar . Men 2007-ci ilde aile qurmusham . 2008-ci ilde hemen nigahdan 1 qizim dunyaya gelib. 2009-cu ilde Baki sherinde 3 otaqli evi satib (ev anamin adina idi) bu pulun deyerinde Bakida 1 otaqli ve Gence sheherinde 4 otaqli ev almisham . Bakidaki ev anamin , Gencedeki ev ise menim adimadir. Bir daha tekrarliyiram bu evlerin alinmasinda menim gerlrimden istifade olunmayib . 2009-cu ilin sonunda 15000azn borc yaranib mende/ elave olaraq heyat yoldashimla yol getmemishik / 2010-cu ilde nigahimiz pozulub . qarshi teref emlak iddiasi qaldirib , evin ten yarisin isteyib. gosterilen 15000azn borcu legv etmek uchun anam bakidaki 1 otaqli evi satib borclarimi odeyb ve meim yanima kochub. Nigahin pozulmasina qetiyyen razi deyildim. Mehkeme birge nigah dovrunde elde edilen emlak birge emlak sayilir maddesini bildirerek evi iki yere boldu. Men desemde ki burada istisna hallar var Mehkeme buna mehel qoymayib qerari verdi. I stisna Hallar ashaqidakilardir:

- Gence sherinde oz adima aldiqim ev qazandiqim pulla alinmayib/ ata evinin satilib elde olunan pulla alinib/
- ev girovda olub anam oz 1 otaqli evin satib pulun mene verib ki bank borcu 10000azn-i odeyim
- evi alan muddetde 2 otaq uchun yataq ve gonaq mebel desti almishdim ki (3000$) onuda men Bakiya gedende qaynanan aparib gedib
- eyni vaxtda Gence sherinde yoldashimin adina qadin Gozellik salonu achmsham kiraye (4000$)

bunlarin olmasina baxmayaraq mehkeme qerari 4 otaqli evin 2 hisseye bolunmesi oldu . Men bu qerarla razilashmiram / hemde bilmek isterdim ki men bu prosesi apelyasiyaya versem evi qaytara birem 1/2 - hisseni nezerde tuturam /

Sizden xahish edirem bu ishde bir ip ucu veresiniz. Her hansi bir meslehet verseniz Size derin minnetdarliq ederdim
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
28.02.2011 14:12


Əgər alınan mənzil hələ girovdadırsa, onun birgə əmlaka kimi bölünməsi düzgün deyil, girovdan çıxıbsa o zaman onun birgə əmlak olub olmamasını üməyyənləşdirmək lazımdır. Təbii ki onun sizin adınıza qeydə alınması məhkəmənin bu mövqeyə gəlməsinə səbəb olub. Mənzilin qeyd etdiyiniz əsaslarla birgə əmlka kimi nəzərə alınmamasını sübut etmək çətindir, bunun üçün gərək öz arqumentlərinizi məhkəməyə təqdim edəsiniz. Bu aqrumentlər hər hansı yazılı sənədlər, şahid izahatları ola bilər. Məhkəmə sizin arqumentlərinizi rədd edəndə bunu mütləq əsaslandırmalıdır, sadəcə birgə nikah dövründə əmlakın alınması qaydasına istinad etmək də düzgün deyil

________________________________________
Sual Kimdən: nishko Haradan: bakı
16.03.2011 17:30


salam. menim size 2 sualim var:
1. ushagin 1 yashi tamam olmamish ata mehkemeden ushagin onunku olub-olmadigini bilmek uchun DNT analizi teleb ede bilermi?
2. eger kishi nigahda etibarsizligla mehkemeye muraciet edirse, o, arvadinin telefon zenglerinin yoxlanilmasini mehkemeden teleb ede bilermi?bunun her hansi qanunla mueyyenleshdirilmish yolu varmi?
Teshekkur edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.03.2011 23:24


Ata uşağın onun olub-olmamasını müəyyənləşditmək üçün ataləğa dair mübahisə aça bilər. Bu halda DNK ekspertizasının keçirilməsini tələb edə bilər.
Lakin bu nikahın etibarsızlığı üçün şərt deyuil.
Nikah aşağşıdakı hallarda etibarsız hesab oluna bilər:
- nikah yaşı ilə bağlı müddəalar pozulduqda;.
- tərəflərin yazılı razılığı olmadıqda
- nikahın bağlanmasına yol verilməyən şəxslər arasında nikah bağlandıqda:
1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
2. övladlığa götürənlər və övladlığa götürülənlər;
3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Həmçinin nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Bundan əlavə, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
Göründüyü kimi uşağın atanın olmaması səbəbi ilə nikah etibarsız sayıla bilməz.
O ki qaldı tetelfon danışıqlarına qulaq asılmasına, mülki qanunvericilikdə bununla bağlı məhkəmə qərarının çıxarılması nəzərdə tutulmur. Telefon danışıqlarına yalnız cinayət işləri ilə bağlı qulaq asıla bilər

Fariz Namazlı
Media Hüquqları İnstitutu
hüquqşünas

________________________________________
Sual Kimdən: EMRAHOV ELWEN Haradan: BAKI
06.03.2011 12:06


Salam.sualim alimentle baglidi.Eger ana iwlemirse 18 yawdan sonra uwaq odeniwli dovlet texnikomu oxuyursa ve oxudugu muddetde aliment tekrar verilmelidi?(oxudugu muddet 3 il).Evvelceden tewekkurler
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
06.03.2011 20:08

Uşaq 18 yaşına çatırsa aliment öhdəliklərinə xitam verilir. Bu halda uşağın ödənişli əsaslarla təhsil almasının əhəmiyyəti yoxdur.
Amma keçmiş həyat yoldaşı aliment ala bilər. Ailə Məcəlləsinin 85-ci maddəsinə görə, ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment tələb edə bilər

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

________________________________________
Sual Kimdən: Vusale Semedova
03.04.2011 20:56


Salam. Xahish esirem boshanma ucun mene hansi senedler lazim oldugunu mene yazasiniz. Teshekkur edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
07.04.2011 11:07


Salam
Nikahın xitam olunması üçün məhkəməyə iddia ərizəsi ilə birlikdə aşağıdakı sənədlər əlavə olunur:
1. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
2. Uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Yaşayış yerindən arayış;
4. Dövlət rüsumunun ödənilməsinə dair qəbz (5 manat Kapital bankda məhkəmənin hesabına köçürülür)

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas
fariz_@mail.ru

________________________________________
Sual Kimdən: Anonim
29.03.2011 12:44


Salam. Amerika vetendasi ile evlenmeye hazirlasiram. Nigahin Azerbaycanda baglanmasi mene Amerikada yasamaq huqu verir yoxsa hemin shexsle Amerikada yeniden 2 ci defe nigah baglamaliyam?? bilmek istiyirem burdan aldigim nigah haqqinda sehadetname ile Amerikada evli oldugumu tesdiq ede bilerem ya yox ?. evvelceden tesekkurler
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
29.03.2011 14:29


Salam
Sizin Azərbaycanda bağladığınız nikah Amerika qanunvericiliyinə uyğun bağlanıbsa orda tanına bilər, eləcə də Amerikada bağlanan nikah Amerika qanunlarına uyğun bağlanıbsa Azərbaycanda tanına bilər.
Amerika qanunvericiliyində hansı şərtlər əsasınd anikahın bağlanmasını deyə bilmərəm, əgər o, əcnəbi şəxsin Amerika vətəndaşı ilə ailə qurmasına heç bir maneə olmadan icazə verirsə, o zaman nikah Amerikada tanına bilər və sizin orda yaşayıb yaşamayacağınız yenə də Amerika qanunlarına əsasən müəyyən edilir.
________________________________________
Sual Kimdən:
26.04.2011 15:04


Salam,
Menim bir sualim var.Men xarici şirkətdə işləyirim,bir gızım var,oda menim himayəmdə, ayrılmışam yoldaşımdan.
İstiyərdim biləm ki, mənə hansısa müavinat düşür ya yox,tek uşaq saxladığıma görə?
Əvvəlcədən təşəkkür edirəm.

Lalə.
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
09.05.2011 11:56


salam
hazırda uşaq pulu deyiıən müavinət yığışdırıldığına görə hər hansı müavinət ala bilməzsiniz, tək başına uşağı saxlasanız belə.
keçmiş həyat yoldaşınızdan uşaq üçün onun əmək haqqının1/4 hissəsi miqdarında aliment ala bilərsiniz.

________________________________________
Sual Kimdən:
06.04.2011 14:39


Salam,

Mən Hacıyevə Nuranə Arif qızı ailəliyəm, iki övladım var Oğlan (2,6 yaş), qız (1,6) yaş.
Özüm hal-hazırda ata evim sumqayıt şəhərində qeydiyyatdayam. Nigahım 2008-ci ildə bağlanıb, lakin indi yoldaşım məni və uşaqlarımı evdən çıxarır. Mənzil Bakı şəhər 2-ci Alatava ərazisində özbaşına tikilidir. Mənzildə 4 nəfər qeydiyyatdadır. Çıxarış (kupça) isə yoxdur. Mən və uşaqlarım bu mənzilə Bakı şəhər Yasamal rayon məhkəməsinə sənədləri təqdim edib və o mənzilə köçürülmə və ya qeydiyyata alınma hüququm varmı?
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
16.04.2011 23:15


salam
Yaşadığınız mənzil özbaşına tikili olduğuna görə ora yaşayış hüququnun tanınması çətindir. çünki bu hüququ təmin etmək üçün mənzilin hüquqi statusunu müəyyən etmək lazımdır. Qeyd edim ki bununla bağlı məhkəmə praktikasında məsələyə vahid yanaşma yoxdur. yəni hansısa məhkəmə bu hüququ təmin edir, digəri yox. Çünki bununla bağlı qanunvericilikdə vahid norma yoxdur .

________________________________________
Sual Kimdən:
04.05.2011 20:24


Salam.Mənim belə bir sualım var mən həyat yoldaşımdan ayrılmışam və mənə deyirlərki mən uşağımı yalnız bir gün görə bilərəm lakin ailə məcəlləsində yazılıbki ata və ana eyni hüquqa malikdirlər və mən vaxtında aliment ödəyirəm mənim hüququm varmı uşağımı ən azından həftədə 2 günlük götürüb saxlayam onu qeyd edimki uşağın 1 yaşı var

Ceyhun Hesenov
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.05.2011 22:24


Salam
Ailə məcəlləsinin 61.1-ci maddəsinə görə, Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Əgər keçmiş həyat yoldaşınız sizin uşaqla ünsiyyət qurmağınıza mane olursa, uşaqla görüş qaydalarının müəyyən olunmasına dair məhkəməyə müraciət edə bilərsiniz və görüş vaxtının necə olması barədə məhkəməyə bildirə bilərsiniz. Təbii ki yekun söz məhkəməyə məxsusdur və o, uşağın yaşını, sağlamlığını, valideynlərin həyat tərzini nəzərə alaraq uşaqla görüş qaydasını müəyyən edə bilər.
________________________________________
Sual Kimdən:
29.06.2011 00:56


Salam,
Menim bir sualim var.Men xarici şirkətdə işləyirim,bir gızım var,oda menim himayəmdə, ayrılmışam yoldaşımdan.
İstiyərdim biləm ki,mənə hansısa müavinat düşür ya yox,tek uşaq saxladığıma görə?
Əvvəlcədən təşəkkür edirəm.

Lalə.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
30.06.2011 17:08


Salam
bu halda siz keçmiş yoldaşınızdan aliment ala bilərsiz
və sizin aylıq gəliriniz ehtiyac meyarından (75 manatdan) aşağıdırsa, o zaman üvnanlı sosial yardım ala bilərsiniz .

________________________________________
Sual Kimdən:
03.10.2011 17:29


salam.men yoldashimin soyadinnan chixib yeniden oz qizdiq soyadima kechmek isteyirem,vekilden sorushmaq isterdim mene hansi senedler lazimdi ve bu mumkundumu.cox sagolun.leyla
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
05.10.2011 17:08


Salam.
Siz soyadınızı dəyişdirmək üçün əvvəlcə Qeydiyyat idarəsinə (ZAQS) müraciət edin. Sizə soyadınızı dəyişdirməkdən imtina edərlərsə, bu halda məhkəməyə ümraciət edə bilərsiniz.
Tələb olunan sənədlər :
Doğum haqqında şəhadətnamənin surəti
Şəxsiyyət vəsiqəsinin surəti
Nikahın pozulmasına dair şəhadətnamə ..
Məhkəmə yolu ilə soyadın dəyişdirilməsi həyata keçəcəksə 3 manat dövlət rüsumunun ödənilməsinə dair qəbz + iddia ərizəsi lazım olacaq ..

________________________________________
Sual Kimdən: irade_p Haradan: Baki
18.08.2011 13:58


Salam! Niye menim sualim efire getmedi? Chox xahish edirem mene komek edin. Komeye ehtiyacim var. Men aileliyem, amma biz yola gede bilmirik. Yoldashimin 2 evi, 2 mashini var amma oz adina deyil. Ushagimda yoxdur. birinci ushaga abort olmusham, indi de hamile qala bilmirem. ailedeki soz sohbetden doze bilmirem. biz ayrilsaq mene hansisa mulk dushecek? yoxsa bayirda qalacam? qalmaga yerim de yoxdur. CHOX XAHISH EDIREM MENE CAVAB YAZIN. KOMEYE EHTIYACIM VAR!!!!
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.08.2011 12:25


Salam .
Əgər birgə nikah dövründə hər hansı əmlak alınıbsa, o əmlak ər-arvadın birgə əmlakı sayılır və tərəflər arasında bərabər bölüşdürülür.
İndiki halda qeyd etdiyinizdən məlum olur ki, ərinizin əmlakı başqa şəxslərin adınadır. bu halda həmin əmlakların ərinizə məxsus olmasını məhkəmədə sübut etmək çətindir .
Siz yalnız birgə nikah dövründə alınan əmlaka iddia edə bilərsiniz, nikahdan əvvəl ərinizə məxsus olan əmlaka dair hər hansı mübahisə qaldıra bilmərsiniz.
eyni zamanda siz ailə qurduqdan sonra ərinizə məxsus mənzildə qeydiyyatdasınızsa həmin mənzilə yaşamaq hüququnuz var, qeydiyyatınız yoxdursa hər hansı hüququnuz yoxdur.

________________________________________
Sual Kimdən:
02.11.2011 22:55


Salam.Men xarici olkeye Fransaya kocmek isteyirem yoldasim Fransa vetendasidir .Mene hansi senedler ve umimiyyetle neler teleb olunur menim fransaya kocmeyim ucun.Sizden xahis edirem mene bu barede etrafli melumat veresiniz.

Sara İbrahimova
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.11.2011 22:53


Salam .
Fransada hansı qaydada yaşayacaqsınız, ora neçə gün ərzində qeydiyyata düşəcəksiniz, Bu məsələlər Fransa qanunvericiliyi ilə tənzimlənir . ona görə yaxşı olardı ki siz Fransanın Azərbaycandakı səfirliyinə müraciət edəsiniz .

________________________________________
Sual Kimdən: Anonim
21.11.2011 23:13


Salam!
31.11.2011-ci il tarixində ailə qurdum. Gəlin bakirə olmadı. Həmin gün iş aşkarlandı və qız adıyla gıtirdiyim gəlinim nə özü bakirə olmadığını hər kəsin içində toyun səhəri etiraf etdi. Mən insanlıq edib onu qəbul etdim. Bu gün isə artiq toydan 21 gün keçir qaynanam qızını aparmağa çalışır və məni hədələyir ki, qızım evinə bakirə gəlib.
Xahiş edirəm kömək edin, necə edim.Boşanma zamanı mən hansı iddia edə bilərəm-nə kimi hüququm var.Yaxud əks tərəf məni necə günahlandıra bilər.
Qeyd:
1. Nəzərə alın ki, qız özü etiraflarını toy gecəsinin səhəri yazılı mənə verdi. Həmçinin xalası oğlu tərəfindən zorlandığını da qeyd edib.
2. Həmçinin qızın kiçik məktəbli bacısı 2 il öncə şübhəli şəkildə həmin xalasının evində özünü asmışdı.
3. Qaynanamın öz qızlarını bilərəkdən məhv etməsi şübhə doğurur.
Mənə yol göstərin. Belə cinayətkar qadını yerində oturtmaq lazımdı. Neyləyim?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.11.2011 14:18

Salam.
Boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edirsiniz.
İddia ərizəsinə
- nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş)
- yaşayış yerindən arayış (həm sizin, həm onun)
-dövlət rüsumunun ödənilməsinə dair qəbz (5 manat)
.
amma yoldaşınız əgər özü boşanmağa razıdırsa, məhkəməyə iddia verməyə ehtiyac yoxdur, VVAQ idarəsinə hər ikiniz ərizə verərək boşana bilərsiniz .
Bu işin sizə qarşı hər hansı problemi olmayacaq ..

------------------------------------------------------
Sual:

Kimdən: Anonim
salam men 2- ildi ki ayrilmisiq indi menim kecmis heyat yoldasim her gun bir cur iddiya qaldirir men qazax rayonunda yasayiram onlar menim savadsizliqimdan istifade etdiler mehkemeye rusvetle mene ayda 230-manat aliment kesdirdiler indi men sizden xais edirem bir azerbaycan vetandasi kimi men hec harda islemirem adima bele ne ev var ne de ki hec ne ind men ne etmeliyem onlarda butun isleri udublar ellerindede ali mehkemenin qerarini esas tutublar meni ise vekilim bele aldati hami menim savadsizliqimdan istifade elediler indi men ne edim xais edirem men men butun proceslerde naraziliqimi bildirdim lakin hec kes meni dinlemed


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər alimentin ödənilməsi ilə bağlı iş Ali Məhkəməyə qədər gedibsə,siz məhkəmə qərarının elan olunduğu tarixdən 2 ay ərzində Ali Məhkəmənin Plenumuna şikayət verə bilərsiniz.
Lakin siz konkret hansı əsaslarla və neçə uşağam görə sizə həmin məbləğə alimentin kəsilməsini qeyd etməmisiniz.
Yaxşı olardı ki, dəqiqliklə bu məlumatları bildirəsiniz

Sual:
Kimdən: Əlibala Şəhər: İmişli
Hörmətli Fariz bəy! Mən 04,10.2010 -cu il tarixində Sizə sual vermişdim. Sualımı cavablandırmısız.Çox sağ olun.Cavabınızda yazırsınız ki, siz əvvəlki nikahın pozulması haqqında şəhadətnaməni təqdim etmisiniz.Məlumat üçün deyim ki, əvvəlki nikahın pozulması haqqında şəhadətnaməm yoxdur. Nikah zamanı məndən ancaq səxsiyyət vəsiqəmi və əvvəlki həyat yoldaşımın ölüm kağızını tələb edib və bunları təqdim etmişəm.Bunlar əsasında da nikah bağlanıb və şəhadətnamə yazılıb. Lakin o vaxtdan 4 ay ötməsinə baxmayaraq hələ də məndən şəxsiyyət vəsiqəmi dəyişərək surətini təqdim etməyi tələb edirlər.
Bu məsələni necə həll etmək olar? Cavabınıza görə qabaqcadan təşəkkür edirəm.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əslində qanunvericilik adın, soyadın, ailə vəziyyətinin və digər hallarda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini tələb edir. Lakin şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə onun etibarsızlıq məsələsi qanunla müəyyən olunmadığına görə dövlət qurumlarının şəxsiyyət vəsiqəsinin mütləq mənada dəyişdirilməsini tələb etməsi əsassızdır.
Bu halda yaxşı olar ki siz yazılı surətdə həmin quruma müraciət edəsiniz, o zaman həmin qurum sizə yazılı imtina cavabı verərsə, siz onun bu cavabının qanunsuz hesab olunması tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


Sual:

Kimdən: Ceyhun Şəhər: Sumqayit
Salam.Evvala yeni il bayraminizi tebrik edirem ve xalqimizin hüquqlarinin mariflenmesi ve daha yaxsi bilmesi ücün yaratdiqiniz bu seraiti yüksek qiymetlendirirem.
Menin sualim beledi.Atam 3 ildi bizden ayrilib.Mehkeme yolu ilede bowaniblar.Atam 2_ci evliyini qurub.Yasadiqimiz ev atamin mülkiyetindedi ve anamla nigahdan sora alinib.Anam,qardawm ve men qeydiyatdayiq.
1ci sualim.Eger atam evi emlak bölgüsüne verse ev nece ve kimlere nece pay düwecek?
2ci sualim.Atam bizim icazemiz olmadan eve kimise qeydyata sala biler ve kimese natariatla varislik verse bizim payimiz nece olacaq.
cavabiniza böyük ehtiyacim var.Tewekkürler.

Cavab

Kimdən: Fariz Namazlı Şəhər: Bakı
18 yaşdan yuxarı kiminsə mənzilə qeydiyyata düşməsi üçün mənzildə qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin yazılı razılığı olmalıdır. Belə razılıq olmasa həmin şəxsin pasport qeydiyyatına alınması mümkün deyil.
Digər tərəfdən, gəər mənzil birgə nikah dövründə alınıbsa, o ər-arvadın birgə mülkiyyəti hesab olunur. lakin birgə əmlakın bölgüsünə 3 illik iddia müddəti tətbiq olunur, yəni bu ümddət ərzində əmlakın bölgüsünü tələb etmək olar.
O ki qaldı, həmin əmlakın bölgüsünə, menzil atanizin şəxsi mülkiyyətindədir, sizin həmin mənzildə hər hansı payınız yox, yalnız yaşamaq hüququnuz var. sizin payınız yalnız gələcəkdə vərəsəlik qaydasında yarana bilər.

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas


Sual:
Kimdən: Cəfərov Alqulur Şəhər: Bakı
Adımı dəyişdirmək istəyirəm. Nə etməliyəm? 21 yaşım var. Tələbəyəm.
İkinci bir sualımda var. Xaricdən avtomobil gətirib dövlət qeydiyyatına salmaq üçün hansı dövlət rüsumları ödəmək lazımdır?zəhmət olmasa geniş məlumat verəsiniz. ALLAH sizlərdən razı olsun. o razı oldu yetər.

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Birinci sualla bağlı qeyd edim ki, adın dəyişdirilməsi üçün VVADQ orqanına müraciət etmək lazımdır. əgər həmin orqan adın dəyişdirilməsindən imtina edərsə, o zaman məhkəməyə müraciət edərək VVADQ orqnaının üzərinə adın dəyişdirilməsi vəzifəsinin qoyulmasını tələb edə bilərsiniz.
İkinci sualla bağlı qeyd edim ki, ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə, aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur.
Həmin rusumların hansı qaydada olması və necə tutulması artıq həmin qərara uyğun olaraq ölkəyə gətirilən nəqliyyat vasitəsinin mühərrikinin həcmindən asılıdır.

Fariz Namazlı
Media hüququ İnstitutu
Hüquqşünas



Sual:
Kimdən: Vusal Şəhər: Baki
10.10.2010 19:45 Salam... 1. Men bilmek isterdimki bosanmis er-arvad arasinda bas veren munaqise ile bagli hara ve hansi formada (teref tehqir, bohtan ve zorbaliga el atarsa) sikayet etmek olar?

Hormetle: Vusal Nesibov


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
18.10.2010 17:02 Təhqir və böhtana görə mülki yaxud xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək olar.

--------------------------

Sual:

Kimdən: Anonim
10.10.2010 19:40 Salam.Erizeni yoldasim verdi.biz bosandiqdan sonra emlak,maddi, menevi iddia erizesi verdim.mehkemeyedek emlakimi goturmeyi xahis etdim.emlakimi goturdum lakin hamisini yox. butun subutlarim olmasina baxmayaraq cavabdeh menim iddiama red edib oz iddiasina baxilmasini teleb etdi.buna gore mehkeme vaxti uzadildi.yoldasim samaxiya propikadir,anasida,lakin atasi yasadigimiz ve bosandigimiz yerde qeydiyatdadir.yoldasim ve valideyinleri 3-de cavabdehdir. vekaletnamesini atasina verib.atasida oz adina qarsiliqli iddia qaldirib indide mehkemenin basqa yerde baxilmasini teleb edir.mense yasadugim yerde baxilmasini isteyirem.bunun ucun ne ede bilerem?cavabdeh cavabdehin yerine cavab vere bilermi?

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
22.10.2010 10:34 Salam
Əgər mənzilə dair yaşayış hüququ yaxud mənzilin bölgüsü tələbini məhkəmədə qaldırmısınızsa, o zaman iddiaya mənzilin yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Əgər nikahın pozulmasına dair mübahisəyə baxılırsa və yoldaşınız iddia qaldırıbsa o zaman iddiaya cavabdehin yəni sizin yaşadığınız yer üzrə məhkəmədə baxılır. Əgər yoldaşınızın atası məhkəmə aidiyyatının dəyişdirilməsinə dair vəsatət verirsə və məhkəmə ərizəni təmin edib işi aidiyyatı üzrə başqa məhkəməyə göndərirsə, siz bununla bağlı məhkəmənin qəbul etdiyi qərardaddan 10 gün ərzində şikayət verə bilərsiniz.
O ki qaldı yoldaşınızın atasına vəkalətnamə verməyinə, etibarnamə ilə səlahiyyətləri müəyyən olunmuş şəxs etibar edənin əvəzinə məhkəmədə çıxış edə bilər. Əgər oğul ilə atanın hüquqi mövqeyi arasında ziddiyyət yoxdursa, o zaman bir cavabdehin digər cavabdehə etibarnamə verməsində hər hansı qanunsuzluq yoxdur

Fariz Namazlı
Media Hüququ institutu
hüquqşünas
fariz_@mail.ru

--------------------------------------

Sual:

Kimdən: Farid Osmanov
12.11.2010 00:28 Salam. Narahat etdiyim ucun sizden uzr isteyirem. Bashima bele bir hadise gelib: Men bir ay bundan evvel evlenmishem ve evimde bir balaca yoldashimnan soz-sovbet olub. Gunlerin bir gunu gelirem eve ve gorurem ki, yoldashim ona verilen butun ziynet ewyalarini yiqib ve gedib atasi evine. Bizim teref cox getdi-geldi amma qiz qayitmadi ve men bosanmaqa erize verdim. Sualim belediki, men mehkeme vasitesile onlardan verdiyim ziynet eshyalarini ala bileremmi ? Qabaqcadan oz minnetdarliqimi bildirirem.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
12.11.2010 11:18 Əgər yoldaşınız hamilə deyilsə o zaman siz nikahın pozulmasına dair məhkəmədə iddia qaldıra bilərsiniz. Əgər hamilədirsə onun razılığı olmadan sizin belə iddia qaldırmaq hüququnuz yoxdur.
O ki qaldı qızıl-zinət əşyalarına,
Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Zinət əşyaları əgər həyat yoldaşınıza hədiyyə şəklində verilibsə o zaman onların geri qaytarılması çətin məsələdir. Adətən bu tip işlərdə məhkəmələr həmin zinət əşyalarını hədiyyə şəklində verilmiş əşyalar kimi nəzərə alır

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas


-------------------------------------------------

Sual:

Kimdən: Əlibala Şəhər: İmişli
04.11.2010 21:30 Həyat yoldaşım vəfat etmişdir, İkinci dəfə evləndim.Nigah zamanı məndən şəxsiyyət vəsiqəmin surətini və əvvəlki həyat yoldaşımın ölüm kağızını tələb etdilər.Bu sənədlər əsasında nigah haqqında şəhadətnamə yazıldı.Lakin sonradan bizə dedilər ki, sənədləri yuxarı təşkilat qəbul etmir. Deyirlər ki, şəxsiyyət vəsiqəsi dəyişilməlidir və orada "evli" sözü "subay" sözü ilə əvəz olunmalıdir.Əks təqdirdə nigah haqqında şəhadətnamə ləğv ediləcək.
Öyrənmək istəyirəm, onlar "nigah haqqında şəhadətnamə"ni ləğv edə bilərlərmi? Bunun qarçısını almaq üşün nə edə bilərəm?
Cavabınıza görə qabaqcadan təşəkkür edirəm.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
10.11.2010 14:15 Şəxs nikahın pozulmasına dair şəhadətnaməni aımadan yeni nikaha daxil ola bilməz. Sizin yazdığınızdan belə aydın olur ki, siz yeni nikaha daxil olakrən əvvəlki nikahın pozulması haqqında şəhadətnaməni təqdim etmisiniz və buna görə də sizin şəxsiyyət vəsiqəsində "evli" sözünün "subay" sözüe ilə əvəz olunmaması bəhanəsi ilə şəhadətnamə ləğv oluna bilməz. Təbii ki, şəxsin ailə vəziyyətində hər hansı dəyişiklik baş verirsə, o şəxsiyyət vəsiqəsini dəyişməlidir. lakin bu halda da nikah haqqında şəhadətnamə ləğv edilə bilməz

Fariz Namazlı
Mdia Hüququ İnstitutu
Hüquqşünas

--------------------------------------------

Sual -
Kimdən: Səbinə Şəhər: Bakı

29.09.2010 18:36 Salam .Mən bilmək iştəyərdim boşanma haqqında hara müraciət etmək lazımdır.Mən 200 ci ildə ailə qurmuşam ,lakin indi müəyyən səbəblərə görə ayrılmaq qərarına gəlmişəm ,nikahdan 2 övladım var , uşaqların atasında qalması haqqında razılaşmışıq amma ki ,lazım olan sənədlər yoldaşımgilin ailəsindədir onlar həmin sənədləri mənə vermirlər , bu halda mən neyləyə bilərəm?Bundan başqa bilmək istəyərdim ki ,məndən aliment tələb olunacaqmı , olunacaqsa nə qədər , qeyd edim ki , mən işləmirəm və valideynlərimin himayəsində qalıram.Çox xahiş edirəm sualımı cavablandırasınız.

Cavab--------------------------------------------------------------------------------
Salam. Nikahın pozulması haqqında işlər üzrə iddialar cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir. Bunun üçün iddia ərizəsi, dövlət rüsumunun ödənilməsinə dair qəbz (5 manat), nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti, yaşayış yerindən arayış tələb olunur. Əgər siz qeyd etdiyiniz kimi tələb olunan sənədlərin bəzilərini ala bilmirsinizsə, iddia ərizəsi ilə yanaşı məhkəməyə vəsatət də verə bilərsiz ki, həmin sənədlərin cavabdehdən alınmasını təmin etsin.

Bundan əlavə, alimentlə bağlı qeyd edim ki aliment uşaqlara ödənilir, əgər sizin iki övladınız varsa, aylıq gəlirinizin 1/3 hissəsi tutulur. Əgər həyat yoldaşınız alimentin ödənilməsini tələb etməsə o zaman məhkəmənin qətnaməsiylə də sizdən alimentin alınması müəyyən olunmayacaq.
eger həyat yoldaşınız alimentin alinmasını tələb etsə o zaman aliment sabit pul məbləğində tutulur. və həmin məbləğin müəyyən olunması tərəflərin maddi vəziyyəti, əldə etdiyi gəlir, sair diqqətəlayiq hallardan asılıdır.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas
fariz_@mail.ru


*******************************************


Sual --Kimdən: vusal Şəhər: baki
19.09.2010 22:42 Salam . Ramazan bayraminiz mübarek. Bosanma haqda senedleri hazirlayib mehkemeye teqdim etdik. Hazirliq iclasi ve 1 mehkeme baxisi olub ancaq qarsi teref bildirislere mehel qoymadan mehkemeye gelmekden imtina edib. Hakim 2-ci mehkeme baxisi teyin edib. Bilmek isterdimki nece mehkeme iclasi ola biler ve qarsi teref mehkemeye gelmese hakim 3 ayliq barisiq muddeti teyin ede biler?( xatirladimki yetkinlik yasina catmayan usaq var). Vekilde bize deyirki hakimede hormet etsek isimiz daha asan olar. Sizce biz mehkemeye bosanmaq haqqindaki qetnameni almaq ucun rusvet vermeliyikmi? Mehkmenin maddi maragi ucun bizim bosanmaq haqqindaki iddiamizi temin etmeye bilermi? Onceden minnetdaram.

Cavab --
Məhkəmə prosesində neçə iclasın keçirilməsi məhkəmənin səlahiyyətinə daxildir və bu qanunla müəyyən olunmuş 1 ay ərzində olmalıdır. Barışıq üçün vaxtın təyin edilməsi də məhkəmənin səlahiyyətinə aiddir. Tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda məhkəmə 3 aylıq barışıq üçün vaxt təyin edə bilər. əgər sizin dediyiniz halda qarşı tərəf məhkləmə prosesinə gəlməkdən imtina edirsə, bu irəli sürülən iddia tələbləri ilə sözsüz razı olmasını göstərir və bu halda məhkəmə barışıq üçün vaxt təyin etməyə edə bilər.

O ki qaldı boşanma ilə bağlı tələbin təmin olunmamasına, qeyd edim ki tərəflərdən biri nikahın pozulmasını tələb etdikdə hər bir halda sonda nikaha xitam verilməlidir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Firdovsi Şəhər: Bərdə
27.08.2010 17:33 mən 2çi qrup hərbi əliləm 60 manat pensiya alıram 1çi nigahdan olan uşaq ucun 36 man alment tutulub hal-hazirda 2çi nigahdan 2 usaqim var

Cavab Kimdən: Elman Fəttah - Hüquqşünas
Kəsilmiş aliment məbləği hansısa səbəbə görə dayandırlmır. Bəlkə, vətəndaşın qeyd etdiyi əllilik məqamı bu alimentin dayandırılmasında hansısa məqamda səbəb kimi istifadə edilə bilər.

Amma yenidən evlənmə və yeni uşaqların olması əvvəlki nigahdan olan uşaqlara kəsilən alimentə təsir etməz.


******************************************


Sual - Kimdən: Aysel Şəhər: Genceden
19.08.2010 00:36 neolar qapali veziyyetdeyem.bunu oyrenmeye ehtiyacim var bosanmaq ucun hansi senedler teleb olunur.yoldas vekil mene komek edin.cox caresizem

Cavab --------
Boşanmaq üçün nikah haqqında şəhadətnamə, övladınız varsa onun doğum haqqında şəhadətnaməsi (bu sənədlərin notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yerindən arayış, dövlət rüsumu (5 manat), iddia ərizəsi tələb olunur

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Kemale Şəhər: haqverdiyeva
14.09.2010 11:11 mən öz pulumla evlilik dövründə mənzil almişam.və bunu müvafiq sənədlərlə təsdiq edə bilərəm.boşanarkən yoldaşimin evə iddia eyməyə hüququ var.?

Cavab -------
nikah dövründə alınan əmlak kimin almasından və kimin vəsaiti hesabına alınmasından asılı olmayaraq birgə əmlak sayılır və ər-arvadın həmin əmlaka eyni hüquqları var. O cümlədən əgər həyat yoldaşınız nikah dövründə işləmirsə bu qayda ona da tətbiq olunur

Fariz Namazlı
Media hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: İlkin 151
05.08.2010 20:07 Salam. Mən sizin saytın bir fanatıyam siz doğrunu yazdığınız üçün sizə dərin hörmət bəsləyirəm bu gün bu başlıq məni sizə yazmağa vadar etdi ( 5 manatlıq dövlət rüsumuna nə qədər alırlar?..)

Siz deyinki rüsum olmaya olmaya nə qədər alırlar neynirsiz rüsum olanı, mən yeni doğulmuş uşağıma ilkin şəhadətnaməni almaq üçün rayon qeydiyyat şöbəsinə yaxınlaşanda şəhadətnaməni mənə 20 dəqiqəyə hazırlayıb verdilər və bildirdilər ki, 15.00 manat verəcəksən düzü mənim üstümdə o qədər pul yox idi (çünki mənim aylıq maaşım 86.00 manatdır) və mənim dövlət rüsumu haqlarından məlumatım olduğu üçün bildirdimki o qədər pulum yoxdu yeqin siz şirinlik istəyirsiz uşağım olduğu üçün mən sizə 5.00 manat vere bilərəm, həmən saat şəhadətnaməni əlimdən aldılar və dedilər ki, pulu gətir Şəhadətnaməni apar mən tənbəllik etməyib soruşdum ki, 15.00 manat nəyə görə verməliyəm?? Dedi ki, 5.00 manat rüsum, 5.00 manat kopyuterə, 5.00 manatda sənədləri yazana (yəni kərgüzara) , mən dedimki eger bu rüsumdusa banka kecirilməlidir gedim banka kecirimmi? Dedi hə get keçir 14.00 manat rüsumdu 1.00 manatda bankdan alacaqlar və birdə dediki, bu hələ nədiki 20.00 – 25.00 manat olacaq. Mən bilirəm ki, belə bir rüsum yoxdur və mən 15.00 manatın davasını etmirəm amma bilmək istəyirəm bu pul hansı adla rüsum kimi qəbul olunacaqdı??

Mən Səhiyyə Nazirliyinin İnternet ünvanına dəfələrlə sorğu göndərmişəm amma hələdə cavab gelmeyib bilmək istərdim Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanalarında pulsuz xidmət doğum şöbəsinə aid deyilki?? yeni doğulmuş uşağı xəstəxanadan 200 manat pulla həkimlərin əlindən güclə almaq olur.
Məyər dövlət doğum şöbəsində işləyən həkimlərə maaş vermir???

Sizcə ailədə yeganə işləyən ailə başcısı 86.00 manat maaş aldığı halda 114.00 manat pulu hardan tapıb 200.00 manatı tamamlamalıdır???
Üstəlik Xəstəxanada xidmət sıfır, antisanitariya, və birdə növbətçi həkimi evindən minnetle getirmək ki, gəl sən allah uşaq dünyaya gəlir.

“Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir”
Ümummilli Lider, HEYDƏR ƏLİYEV


Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:06 Mövcud qanunvericiliyə görə uşağa ilkin şəhadətnamənin verilməsinə rüsum nəzərdə tutulmur. Əgər şəhadətnamənin təkrarı verilsə, onda rüsum nəzərdə tutulur.

Dövlət rüsumunun qəbul edilməsi zamanı bank da həmin məbləğə öz kiçik də olsa, öz faizini götürə bilər.

Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda uşağın doğulmasına görə hər hansı xidmətə pul alınması qanunsuzdur. Belə halla üzləşən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib belə haqq tələb edənlərin cəzalandırılmasına nail olmalıdır.



******************************************


Sual - Kimdən: nishko Şəhər: baki
19.07.2010 16:44 salam. əgər evin kupçası qaynananın adinadirsa, gelin bu evde qeydiyyatda deyilse, boshanarken qeydiyyat oluna bilermi (gelin hamiledir)? eshitdiyime gore 2000-ci ile qeder bu bele idi, indi ise qeydiyyat oluna bilmez. Bu ne derecede duzgundur? Teshekkur edirem.

Cavab ------
2000-ci ildən sonra özəlləşdirilmiş mənzillərə köçüb orda yaşayan insanlar mütləq mənzilin mülkiyyətçinin yazılı razılığı ilə mənzilə hüquq əldə edə bilər. Bunun üçün mülkiyyətçinin razılığı notarial qaydada təsdiq olunmalıdır və mənzilə köçən şəxsin mənzildən istifadə hüququ daşınmaz əmlakın reyestr xidmətində qeydə alınmalıdır.

Əgər mülkiyyətçi yazılı razılıq verrməsə, şəxsin mənzilə dair hər hansı hüququ yaranmır. Bu qayda uşaqlı şəxslərə də aiddir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Alizamin Şəhər: Baki
25.06.2010 11:36 Salam. Sualim alimente aiddir. Mehkeme birnci nigahdan olan usaq ucun 25% aliment kesib. Menim hal-hazirda 2-ci nigahdan da ovladim var, valideyinlerimin her ikisi gozden birinci qrup elildirler, bacim-qardasim yoxdur. Evde menden basqa isleyin yoxdur, 150 azn aliment cixildiqdan sonram ayliq maasim 330 azn qalir. Bunlari nezere alaraq 25%-i azaltmaq mumkundurmu? Esiddiyime gore bu il alimente dair yeni qerar cixib ki, aliment minimal emek haqqi ili beraberlesdirilir amma resmi olaraq hec yerde tapa bilmemisem. Eyer mumkundurse komeklik gostermeyinizi xais edirem

Cavab -----------
Hazırda sizin maliyyə durumunuz ağırlaşıbsa və təyin olunmuş alimenti ödəmək gücündə deyilsinizsə o zaman alimentin miqdarının dəyişdirilməsinə dair iddia ilə Məhkəməyə müraciət edə bilərsiz.

Amma xatırladım ki, rəsmi işləməyən, aylıq gəliri qeyri sabit olan insanlar üçün aliment yaşayış minimumuma görə hesablanır. HAzırda 2010-cu il üzrə yaşayış minimumu haqqında Qanuna görə uşaqlar üçün yaşayış minimumu 72 manat təşkil edir. Bu məbləğ hər il müvafiq qanun qəbul edilərək dəyişilir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: bena Şəhər: Bakı
23.06.2010 22:24 Sizdən soruşmaq istərdim ki,1,anadan uşaq doğulduğu tibb müəssisəsindən doğum haqqında tibb şəhadətnaməni almaq üçün tələb olunan sənədlər hansılardı? 2.Əgər uşaq rəsmi nigahdan doğulmayan uşaqdırsa tibb müəssisəsi dhtş-nin ata blokunu boş saxlamalıdırmı? 3.Ən geci neçə müddətə şəhadətnamə valideynlərə təqdim olunmalıdır? minnətdaram

Cavab -------

Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31.10.2003-cü il tarixli qərarına əsasən uşaq anadan olarkən aşağıdakı sənədlər təqdim olunmalıdır:

- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- valideynlərin nikah haqqında şəhadətnaməsi;
- doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd.
Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.
Doğumun dövlət qeydiyyatı haqqında ərizə doğum haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra və o, 16 yaşına çatanadək verildikdə doğumun dövlət qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: vusalnesibov Şəhər: Baki
21.06.2010 18:22 Salam Fariz muellim. ALLAH yardimciniz olsun. Men bilmek isterdimki Mecburi kockunler( Lacin rayonu kockunu) muveqqeti qeydiyyatda oldugu(17 il) Suraxani rayonu mehkemesine bosanma ile bagli iddia erizesi vere bilermi?

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
Əslində qanunvercilikdə məcburi köçkünlər üçün belə bir istisna nəzərdə tutulmur. Amma onun yanında azyaşlı uşaqları varsa, müvəqqəti yaşadığı yerin məhkəməsinə müraciət edə bilər.


******************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu
18.06.2010 17:02 Salam.19.05.2010-cu il tarixli Sualima cavab verdiyiniz ucun Gunel xanim sizə dərin minnetdarlığımı bildirirəm.Sadece bir hisse mene qaranlıq qalmışdır.Menim həmin evdə yaşayan bacim o evde qeydiyyatda deyil sadece orada qeydiyyatda rəhmətə getmiş bacımın yoldaşı və onun az yaşlı uşağıdır. Həmin evde faktiki yaşayan bacim 10-ilə yaxındır ki orada yaşayır ailəsi ilə birgə sadəcə qeydiyyatda deyillər.Bu halda onlar qeydiyyatda olmadıqları halda mirası qəbul etmiş sayılırlarmı? Cavabınıza görə əvəlcədən minnətdaram.

Cavab -----
Əgər şəxs qanun üzrə vərəsədirsə onun mirasa düşən mənzildə qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin mənzilə vərəsəlik hüququ əldə edir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Vüsal Nəsibov Şəhər: Bakı
05.06.2010 09:57 Salam Fariz müəllim. Əməyiniz dəyərsizdir. ALLAH sizlərdən razı olsun. Bilmək istərdim ki, kişinin qeydiyyatda oldugu yer üzrə VVADQ orqanında nikah baglanarsa, qadin( arvad) bosanarkən kisinin(ərin) qeydiyyatda oldugu evdən qadına pay düşürmü? Düşürsə nə qədər? Ərlə arvadın yetkinlik yasina catmayan bir övladları var. Arvad ərin qeydiyyatda oldugu ev üçün mülki iddia qaldıra bilərmi? Sualımı cavablandıracağınız üçün öncədən minnətdaram

Cavab ---------
Qadının ailə qurduqdan sonra ərinin mülkiyyətində olan mənzilə qeydiyyata düşüb və daha sonra həmin mənzildən hər hansı paya malik olma hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün qadının həmin mənzilə nə vaxt köçdüyünü müəyyənləşdirmək lazımdır. Çünki bu ayrı nayrı qanunlarla və ayrı ayrı prosedurlarla tənzimlənir. Əgər 2000-ci ilə qədər mənzilə qeydiyyata düşübsə, o zaman mənzilin mülkiyyətçisinə qarşı iddia qaldıraraq mənzilə yaşayış hüququ əldə edə bilər.

2000-ci ildən sonra mənzilə köçübsə, mülkiyyətçinin notarial qaydada razılığı olmadan qadın mənzilə hər hansı hüquq tələb edə bilməz.
Və uşaqların olması şəxsin mənzilə hüquq əldə etməsi üçün hər hansı səbəb deyil .

Fariz Namazlı
Media HÜququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Mikayıl Abdullayev Şəhər: Bakı
29.05.2010 12:33 Fariz bəy, salam.Mənim yenicə övladım dünyaya gəlib. Və deyilənə görə bir ay müddətində doğum haqqında şəhadətnamə alınmalıdır.İş orasındadır ki, yoldaşımla nikahım haqda şəhadətnamə olsa da bu, mənim şəxsiyyət vəsiqəmdə öz əksini tapmayıb.Yəni vəsiqədə mən subayam.Bəli, bunun yanlış olduğunu və nikaha daxil olduqdan sonra şəxsiyyət vəsiqəmi dəyişməli olduğumu dərk edirəm. Lakin mənə deyirlər ki, uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün hər iki valideynin şəxsiyyət vəsiqəsində evli yazılmalıdır.Maraqlıdır, bu həqiqətən qanunla belədir, yoxsa məmurların insanların ehmalkarlığından istifadəsi üçün başqa bir oyundurmu. Onda belə bir sual ortaya çıxır ki, bəs atası olmayan (yəni nikahdan kənar doğulan ) uşaqların mülki hüququ təmin edilmir? Onlar doğum haqqında şəhadətnaməni necə alırlar?
Sizə dərin təşəkkürümü bildirirəm.

Cavab --------
Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli Qərarına uyğun olaraq Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Və qeyd edim ki, doğumun qeydi zamanı dövlət rüsumu ödənilmir.

Qaydalara görə, uşağın doğum haqqında qeydi aparılarkən aşağıdakı sənədlər tələb olunur (Qaydaların 2.5-ci bəndi):
2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2.5.2 valideynlərin nikah haqqında şəhadətnaməsi;
2.5.3 doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
2.5.5 uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
2.5.6 uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
2.5.7 valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

O ki qaldı şəxsiyyət vəsiqəsində sizin ailə vəziyyətinizin subay göstərilməsinə, bu sizin uşağınıza doğum haqqında şəhadətnamənin verilməməsi üçün əsas deyil. Təbii ki, vətəndaşlar ailə həyatı qurduqdan sonra, yəni onların ailə vəziyyəti dəyişdikdən sonra şəxsiyyət vəsiqəsini dəyişdirməlidirlər. Lakin dəyişdirmə halı olmadıqda Qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamə verməkdən imtina etməsi qanunsuzdur. Bu bir tərəfdən siz qeyd etdiyiniz kimi vəzifə səlahiyyətlərindən sui-istifadə hallarıdır, digər tərəfdən vətəndaşların qanunlara əməl etməsinə məcbur etməkdir. Yaxşı olar ki, Qeydiyyat idarəsi uşağın doğum haqqında qeydiyyataını aparmaqdan imtina edirsə, siz onun sizə yazılı imtina məktubu verməsini tələb edin və həmin məktubu aldıqdan sonra məhkəməyə müraciət edə bilərsiniz.

O ki qaldı nikahdan kənar doğulan uşaqların doğum qeydlərinin aparılmasına, Həm Ailə Məcəlləsi həm yuxarıda adı qeyd olunan Qaydalarda göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Vusal Nesibov Şəhər: baki
27.05.2010 09:15 Salam. Bosanmaq erizesini teqdim ederken hansi hallarda iddiaci ve hansi hallarda vekil iddia erizesini imzalayir? Vekil tutmus iddiaci erizeni sexsen imzalamalidir? Onceden minnetdaram. Islerinizde ugurlar.

Cavab -------
bir daha qeyd edirik ki, əgər etibarnamədə xüsusi olaraq iddia ərizəsinin, şikayətlərin, digər sənədlərin iddiaçının adından imzalanmaq səlahiyyəti göstərilirsə, bu halda vəkil, nümayəndə iddiaçının əvəzinə sənədləri imzalaya bilər. Əgər bu nəzərdə tutulmasa, o zaman iddiaçı özü imzalayır.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Sebuhi Şəhər: Montin
24.05.2010 19:13 Men dogum haqqinda sehadetnameni indi qeydiyyatda oldugum rayondan almamisam.Eger soyadimi deyisdirmek istesem dogum haqqinda sehadetnameni aldigim VVADQ a muraciet etmeliyem?

Cavab ---
Soyadınız dəyişdirmək üçün siz qeydiyyatda olduğunuz ərazi üzrə VVAQ şöbəsinə müraciət edə bilərsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


******************************************


Sual - Kimdən: Elvin Rahimov
24.05.2010 17:34 Men sizi dasinmaz emlakin dovlet reyesterine bir shexsin vefat etmis heyat yoldashinin adindan oz adina kecerken hansi merheleler tetbiq olunmasi ve forma-1 alinarken ne qeder dovlet rusumu teleb olundugu barede suallarin cavabini oyrenmek ucun narahat edirem. Suallarima en qisa zamanda cavab verseniz cox sevinerdim. Tesekkur edirem,

Hormetle, Elvin Rehimov

Cavab -----
Vəfat etmiş şəxsin adındakı əmlakı qanun üzrə vərəsəlik qaydasında öz adına keçirmək üçün əvvəlcə vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsini və həmin əmlaka dair sənədləri (mülkiyyət hüququnu təsdiq edən çıxarış, MKİS-dən 2 saylı forma arayış və sair) və vəfat etmiş şəxslə qohumluq münasibətlərini təsdiq etmək üçün öz sənədlərini (doğum haqqında şəhadətnamə, evlənəndən sonra familiya dəyişibsə, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və sair) əmlakın yerləşdiyi yerin notariusuna təqdim etmək lazımdır.

Bundan sonra əgər əmlak barəsində heç bir mübahisə yoxdursa, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (əgər əmlak birgə nikah dövründə əldə edilibsə, sağ qalmış ərə(arvada) qanun üzrə vərəsəlik şəhadətnaməsi) verir. Bundan sonra həmin şəhadətnamə əsasnda daşınmaz əmlakın dövlət reyestrindən həmin əmlaka dair mülkiyyət hüquqnu təsdiq edən çıxarış verilir.

Sualınızın ikinci hissəsinə gəldikdə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılması barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 sentyabr 2006-cı il tarixli, 15 №-li Qərarının IX-cu bəndinə əsasən, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün 10 (on) manat dövlət rüsumu nəzərdə tutlub (əgər səhv etmirəmsə, indi bu qərar artıq qüvvədə deyil və rüsumlar DƏDRX-in daxili əmrləri ilə müəyyən edilir)

Şəfa Camalzadə
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Agil Baki Şəhər: Baki
20.05.2010 23:22 V V A Q shobesinde Dogum haqqinda shehadetnamenin qeydiyyatinin chixarishi lazim idi. Bunu qizimi Ukraynada vetendashliga qebul etmek uchun teleb etmishdiler. Heyat yoldashi Ukr. vetendashidir. Lakin mene bildirdiler ki bunu yalniz MTN nin muracieti esasinda vere bilerler, Bu ne derecede duzgundur?

Cavab ----
VVADQ-ın sizə verdiyi cavab əsassızdır. Qanunvericilikdə doğum haqqında şəhadətnamənin hər hansı orqanın, o cümlədən MTN-nin müraciəti əsasında verilməsi ilə bağlı tələb yoxdur.

Siz bira daha VVADQ-a müraciət edin, əgər yenidən həmin əsasla sənədin verilməsindən imtina edilərsə o zaman siz VVADQ-a qarşı məhkəmədə iddia qaldıra bilərsiniz. İddia Mülki-Prosessual Məcəllənin 296-cı maddəsinə - uyğun olaraq xüsusi iddia qaydasında verilməlidir.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu
19.05.2010 16:12 Salam.Xahiş edirəm sualıma ətraflı cavab verəsiniz.Menim anam 8 aydır ki rəhmətə gedib.Anamın adına qeydiyyatda olan mənzil var.Biz ailədə 4 uşaq olmaqla atamız anamdan 8 il əvvəl rəhmətə getmişdir.Anamın adına qeydiyyatda olan evde böyük bacım ailəsi ilə birlikdə uzun illərdir yaşayır.Amma hemin evde digər bacım ,heyat yoldaşı və 4 yaşlı körpəsi qeydiyyatdadır.Həmin evde qeydiyyatda olan bacımsa anamdan 4 il əvvəl dunyasını dəyişib.İndi biz 3 uşaq birlikdə nece ede bilərik ki həmin ev orada faktiki yaşayan bacımın adına sənədləşdirilsin.Onuda qeyd edimki evde hal hazırda qeydiyyatda olan rəhmətə getmiş bacımın heyat yoldaşı və körpəsi bacım rehmete gedenden bizimlə əlaqəni kəsmişdir.Yeznem ailə qurub.Birdə mumkunsə deyərdiz yeznə və az yaşlı uşağın anamın evində qeydiyyatda olması onlara əmlak üzərində hansı hüquqları verir.Əvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab -----
1. Ananınızın mülkiyyətində olan əmlak qanun üzrə vərəsəlik qaydasında I dərəcəli vərəsələri olan övladlara bərabər pay nisbətində keçir.

Beləki, Mülki Məcəllənin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

2. Ancaq sizin həmin bacınız vəfat etdiyi üçün uşağı onun əvəzinə sizinlə birgə I dərəcəli vərəsələr sırasına aiddir və sizinlə bərabər hüquqları vardır.

Beləki, həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

3. Yerdə qalan övladları notariat orqanına mirası qəbul etməsi ilə bağlı müraciət etməklə özlərinə düşən paydan həmin bacının xeyrinə imtina etməsi ilə bağlı ərizə verib, öz paylarını bacınıza verə bilərlər.

Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

Həmin Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

4. Yeznənizin və uşağın orda qeydiyyatda olması onlar üçün mülkiyyət deyil, yalnız istifadə hüququ yaradır.

5. Ananız artıq 8 aydır vəfate etdiyi üçün belə çıxır ki, yalnız həmin miras evdə yaşayan bacınız faktiki olaraq mirası qəbul edib, yəni nə yerdə qalan övladlar, nə də mərhum bacınızın uşağı qanunvericiliklə müəyyən edilən müddətdə, yəni 6 ay rəzində miras əmlakı nə faktiki, nə də notariat kontoruna müraciət etməklə miras əmlakı qəbul etməyib və beləliklə, müddəti keçiriblər.
Qanunvericiliklə müəyyən edilən müddət isə üzrlü səbəb olduqda məhkəmə tərəfindən bərpa edildikdə və ya mirası qəbul artıq etmiş vərəsənin razılığı ilə digər vərəslər tərəfindən qəbul edilə bilər.

Beləki, həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Günel Əbdürrəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: MEHMAN Şəhər: AĞSTAFA
09.05.2010 00:29 1992-ci ildə əri ölmüş arvad üç 18 yaşdan böyük övladlarının razılığı ilə yaşadıqları evi öz adına keçirmək məqsədi ilə vərəsəlik şəhadətnaməsi almaq üçün natariusda hansı məbləğdə rüsum ödəməlidir?

Cavab ----Kimdən: Mehman Sultanov Şəhər: Ədliyyə Nazirliyi
Notarius ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verməlidir. Bunun üçün dövlət rüsumu üç manatdır. Əgər hər birinə ayrı-ayrılıqda şəhadətnamə verilsəydi, hər şəhadətnaməyə görə üç manat dövlət rüsumu tutulacaqdı.


******************************************


Sual - Kimdən: Fuad Hesenov Şəhər: Baki
03.05.2010 03:07 salam,xanimdan ayrilmiwiq,uwaqin gosterilmemesine gore mehkemeye muraciet etmek isterdim,Aile mecellesine gore qadin ve kiwinin uwaq uzerinde huquqlari beraberdir,heftede 2-3 gun uwagin menimle qalmasini isteye bileremmi?beraber huquqa gore hec kes bunu mehdudlawdira bilmez,mehkemede bu barede problem olmaz ki?

Cavab ------
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

Ona görə də siz uşağın istədiyiniz müddətdə sizinlə ünsiyyətdə olması ilə bağlı tələblə məhkəməyə müraciət edə bilərsiniz.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Anonymous
23.04.2010 22:02 vesiyyetname tertib etmek ucun standart vesiyyetname formasini nece elde etmek olar? Torpaq sahibinin torpaq sahesini diger wexse vesiyyet etmesi ucun. Formani internetde tapa bilmirem. Tewekkurler

Cavab --------
Siz özünüz də evdə vəsiyyətnamə tərtib edib, aparıb notariat kontorunda təsdiq etdirə bilərsiniz və ya elə notariat kontoruna gedib vəsiyyətnamə qoymaq istədiyinizi bildirə bilərsiniz. O zaman notariat kontorunda vəsiyyətnamə iki şahid yanında sizin sözlərinizlə yazacaqlar və siz imza edəcəksiniz.

Belə ki, Notariat haqqında Qanunun 47-ci maddəsinə əsasən, notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.Vəsiyyətnamələrin nümayəndələrin vasitəsilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin.

Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
Həmin Məcəllənin 1186-cı maddəsinə görə, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

Həmin Məcəllənin 1187.1-ci maddəsinə görə, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər; həmin şəxslərin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir. 1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsdə) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.

Əgər siz vəsiyyətnaməni evdə tərtib edib aparmaq istəyirsinizsə, o zaman aşağıdakı formada tərtib edə bilərsiniz:

Vəsiyyətnamə

Bakı şəhəri “ ”_________ 2010-cu il


Mən, ------- ünvanda yaşayan ------- (ad, soyad, ata adı) bu vəsiyyətnamə ilə aşağıdakı sərəncamı verirəm:

1. Mən nədə ibarət olmasından və ya harada yerləşməsindən asılı olmayaraq, ölümümə qədər mənə məxsus olan bütün növ əmlaklarımı, (və ya sadəcə konkret bir əmlakı vəsiyyət edə bilərsiniz) həmçinin (xüsusi əmlakın adının yerini yaza bilərsiniz) ünvanda yaşayan --------- (ad, soyad, ata adı) (həmin adamla qohumluq münasibəti varsa, onu da qeyd edə bilərsiniz) vəsiyyət edirəm.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı (vəsiyyət anlayışı) və 1193-cü (mirasda məcburi pay anlayışı) maddələri mənə izah edildi.

3. Hazırki vəsiyyətnamə iki nüsxədə tərtib edildi, biri ---- saylı notariat kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi.

İmza:___________


Aşağıda isə vəsiyyətnaməni təsdiq edən notarius öz qeydlərini edəcək.

Günel Əbdürəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Elnare Semedova
21.04.2010 13:53 salam. Bilmek isteyirem ki analiq mezuneyyetinin muddeti ne qederdir. (156 gun ne qeder uzadilib) bele soz gezir ki 250 gune qeder uzadilib. bu ne qeder duzgundur

Cavab -------
Əmək Məcəlləsinin 126-cı amddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Qey etdiyiniz məsələ ilə bağlı bu normalara heç bir əlavələr edilməyib

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas


******************************************


Sual - Kimdən: aylin Şəhər: baki
20.04.2010 11:15 salam.biz 1qiz 2oqlaniq.ata mulkiytinden qiza pay dusur? eger ata saqliqinda mulkunu 1 evladin adina kecirtse ata saq ve rehmete getse qalan evladlar du mulke gore iddia qaldira bilerler. cavablandirsaz memnun olaram.

Cavab --------------
Ata mülkiyyətindən qız və ya oğlana eyni həcmdə pay düşür. əgər bağışlama müqaviləsi ilə kiməsə veribsə, bu halda tələb edə bilməzsiniz. əgər vərəsəlik qaydasında keçirsə, yəni atanız sağlığında vəsiyyətnamə tərtib edirsə, əmlakı o vəfat etdikdən sonra vərəsə ala bilər. Bu halda siz qanun üzrə vərəsə olduğunuz üçün 6 ay ərzində məhkəməyə müraciət edib mirasdan məcburi pay ala bilərsiniz.

Amilə Orucova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Sanan Şəhər: Baki
16.04.2010 07:25 Salam, men bilmek isteyirem. Azerbaycan qanunvericiliyinde analiq mezuniyyeti ucun hansi odenisler ve hansi muddetde nezerde tutulub. Meni daha cox islediyi muessise terefinden odenlmeli olan odenisler maraqlandirir...

Cavab----
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9(x) maddəsinə əsasən, hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işləyən işçinin əsas hüquqlarındandır. Qadınların isə əlavə olaraq hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət hüquqları da var ki, bu da Əmək Məcəlləsinə görə, sosial məzuniyyət adlanır. Sosial məzuniyyət ödənişli məzuniyyət növünə daxildir. Buna uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Həmin Məcəllənin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Mələk Şəhər: Bakı
08.04.2010 11:40 Salam, sualimi cavablandirdiginiz ücün təşəkkür edirəm,ama tam olaraq sualıma cavab ala bilmədim.Bilmək istərdim mən atamın evində qeydiyyatda oldugum halda uşaq dünyaya gəldikdə uşagi həyat yoldaşımın evinə qeydiyyata ala bilərəmmi, qanun nə deyir bu halda? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab -----
əgər sizin həyat yoldaşınız uşağın onun mənzilinə qeydiyyata alınmasına razılıq vermirsə o zaman siz övladınız həmin mənzilə qeydiyyata aldıra bilməzsiniz. Əgər həyat yoldaşınızın qeydiyyatda olduğu mənzil onun atasına məxsusdursa və həyat yoldaşınız uşağı həmin evə qeydiyyata almaq istəyirsə bu zaman onun atasının razılığı tələb olunmur. Yəni şəxslər yetkinlik yaşına çatmayan ailə üzvlərini yaşadıqları mənzilə köçürmək ixtiyarına malikdirlər.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas


******************************************


Sual - Kimdən: aylin Şəhər: baki
08.04.2010 10:57 salam isterdim bilem .biz 3 evladiq eger atam saqliqinda mulkiyatinda olanlari1 evladin adina kecirtse sonra ata rehmete getse qalan evladlar bu mulkiyatlara iddea ede bilerler? saq olun.

Cavab --- Kimdən: Sevinc Əliyeva
Bəli, edə bilərlər. Belə ki, digər övladların atalarına məxsus mülkiyyətdə məcburi payları vardır. Belə ki, AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məsələn, şəxsin yeganə vərəsələri 2 övladlarıdır. O, vəsiyyətnamə tərtib etməsə, qanun üzrə əmlakının 50% bir uşağa, digər 50% isə o biri uşağa çatacaqdır. Şəxs bütövlüklə əmlakını bir övlada vəsiyyət etdikdə isə digər övladın həmin əmlakda məcburi payı 25% təşkil edəcəkdir.

Sevinc Əliyeva
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Mələk Şəhər: Bakı
05.04.2010 18:03 Salam,men yeni aile qurmusam, hal-hazırda atamın evində qeydiyyatdayam, yoldaşım öz evine qeydiyyata salmaq istəmir. Sualım belədir, əgər uşaq dünyaya gələrsə qanunla harda qeydiyyatda olmalıdır?


Cavab -
əgər siz yoldaşınızın yaşadığı evə qeydiyyata düşməmisinizsə, həmin yaşayış sahəsinə qeydiyyata düşməyiniz çətindsir. Çünki Mülki Məcəllənin 228-ci maddəsinə görə, bunun üçün həmin evin mülkiyyətçisi həmin mənzilə dair hüquqlarınızın yaranması üçün notarial qaydada razılıq verməlidir, əks halda sizin həmin mənzilə hər hansı hüququnuz yaran bilməz o cümlədən qeydiyyata da alına bilməzsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


Qanuna uyğun olaraq, ana harada qeydiyyatdadırsa doğulmuş uşaq da avtomatik həmin evə qeydiyyata düşür. Yəni uşağınız dünyaya gəldikdə qanunla sizin qeydiyyatda olduğunuz yerə - atanızın evinə qeydiyyata düşəcəkdir.

Turan Bahadırbəyli
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


******************************************


Sual - Kimdən: Vusal Nesibov Şəhər: Baki
02.04.2010 17:45 Fariz muellim sualima verdiyiniz dolgun cavaba gore minnetdaram. ALLAH sizden cox-cox razi olsun. Dediyiniz kimi bosanmaq haqqinda iddia erizesini oz imzamla tesdiqleyib mehkemeye teqdim etdim ve cavabdeh terefde xeberdarliq aldiqdan sonra bele mehkemeye gelmekden boyun qacirdi. Onu da deyimki terefler arasinda emlek mubahisesi yoxdur. O zaman nikaha hansi muddetde xitam verilir? Onceden tesekkurler...

Cavab ---------
Əgər ər-arvad arasında əmlakla bağlı hər hansı mübahisə yoxdursa və hər iki tərəf nikahın pozulmasına razıdırsa, nikaha məhkəmə qaydasında bir ay ərzində xitam verilir. Əgər tərəflərdən biri nikahın pozlumasına razı olmasa, o zaman məhkəmə 3 ay barışıq üçün tərəflərə vaxt verə bilər.

Fariz Namazlı
MEdia Hüququ İnstitutu hüquqşünas
fariz_@mail.ru


******************************************


Sual - Kimdən: Vusal Nesibov Şəhər: Baki
02.04.2010 11:35 Salam. Once bele bir serait yaratdiginiz ucun size minnetdaram. Bilmek isterdimki bosanmaq haqqindaki iddia erizesini vekilsiz, oz imzamla mehkemeye teqdim ede bileremmi? Mümkunse etrafli melumat veresiniz..Evvelceden tesekkurler..

Cavab --------
Bildirirəm ki, məhkəmədə iddia qaldırmaq üçün vəkilin iştirakı mütləq tələb olunmur, yəni hər bir şəxs özü müstəqil olaraq məhkəmədə öz hüquqlarını müdafiə edə bilər. Siz iddia ərizəsini hazırlayıb öz imzanızla təsdiq edərək və lazımi sənədləri əlavə edərək məhkəməyə təqdim edə bilərsiniz.

Fariz Namazlı
MEdia Hüququ İnstitutu
Hüquqşünas


******************************************


Sual - Kimdən: Vusale Ehmedzade Şəhər: Baki
01.04.2010 02:09 Bosanmaq ucun verilen iddia erizesinin dovlet rusumu ne qederdir ve dovlet rusum hara odenilir? Onceden minnetdaram...

Cavab -----------
Dövlət rüsumu haqqında Qanuna görə boşanamq üçün məhkəməyə verilən iddia ərizəsinə görə dövlət rüsumu 5 manatdır və bu banklar vasitəsilə ərizənin verildiyi məhkəmənin hesabına ödənilir. Əsasən Kapital bankın müvafiq şöbələrində həmin rüsumu ödəyə bilərsiz, sadəcə həmiş şöbəyə yaxınlaşıb hansı rayon məhkəməsinə iddia ərizəsi verirsinizsə, həmin məhkəmənin adını söyləyirsiz və 5 manatı ödəyirsiz

Fariz Namazlı
MEdia HÜququ İnstitutu hüquqşünas


******************************************


Sual - Kimdən: Sadi Şəhər: Baki
28.03.2010 12:10 Salam...Soyad sonluğumu dəyişmək istəyirəm...bunun üçün şəhadətnaməni aldığım yerə baş çəkməliyəm, yoxsa sadəcə şəxsiyyət vəsiqəsini verən orqana ?? və buna görə nə qədər pul verməliyəm?

Cavab ---------
Soyad sonluğunu dəyişmək üçün siz Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyat idarəsinə müraciət edə bilərsiz, doğum haqqında şəhadətnamədə müvafiq dəyişikliklər aparıldıqdan sonra Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat İdarəsinə (şəxsiyyət vəsiqəsi verilən yer) müraciət edib yeni şəxsiyyət vəsiqəsi almalısınız.

Fariz Namazlı
Hüquqşünas,
Media hüququ institutu


******************************************


Sual - Kimdən: Anar Şəhər: Saray
08.03.2010 03:46 Salam Shefa xanim. Evvela bayraminiz mubarek. Suallarimi cavablandirdiginiz ucun teshekkur edirem. Size yazdiqlarimla elaqedar Absheron mehkemesinde mehkeme kecirildi ve cox edaletsiz bir qerar cixardi. Bu haqad Size yazdigim ucun daha etrafli yazmaga ehtiyac duymuram. Qardashimin mene qaldirdigi iddiada ozu etiraf etdi ki, ata yurdumu menimle anam qebukl etmishik. Bizimle beraber ozununde orani qebul etdiyini iddia etdi. Lakin men buna subutlarla etiraz etdim. Cunki hemin vaxt o, ailesi ile birlikde Moskvada yashayirdi ve bunlari onun o vaxtlar orada dunyay gelmish ushaqlarinin dogum shehadetnameside subut ede biler. Cunki sozugeden qardasim atam olmemisden 2 il evvel ailesi ile birge Moskvaya getmis ve atam oldukden 7 il sonra qayitmisdir. Bunlara esasen men vereseni anamla birge sheksiz qebul etdiyimi subut etdim. Sonradan bacimda iddia erizesi vererek atam olmemisden ona qulluq etdiyini, atam olenden sonra anama qulluq etdiyini ve doguldugu vaxtdan indiye kimi hemin unvanda qeydiyyatda oldugunu gostererek vereseliyin qeydiyyat esasinda aparilmasini istedi ve orada onunda payi oldugunu bildirdi. Butun bunlara baxmayaraq Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashiminda bixzimle beraber o evi qebul etdiyini tesdiq etdi. Qeyri obyektiv sebeblerden menim ve bacimin iddiasini redd etdi. Cox teessufler olsun ki indi burada fikrimi tamamlayib bir cox sheyleri Size yaza bilmirem.

1) Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashimin orai bizimle birge qebul etmesi barede hansi esasla qerar vere biler?

2) Ve eger orani qeydiyyatla bolgu aparirsa bacimin iddiasin nece legv ede biler?

Onun hal hazirda muveqqeti adi ili meskunlasdigi, indi ise iddia etdiyi erazi o biri mektubumda qeyd etdiyim kimi qeyri qanuni torpaq sahesi ve qanunsuz tikilidi. Men oranin sokulmesi ile elaqedar Absheron mehkemesine muraciet etdim. Sozugeden qardashim bunula elaqedar iidiasini sonuncu iclasda deyishdi ve hemin gunun seherisi mehkeme qerar verdi.

3) Iddia deyishilenden sonra derhal qerar verile bilermi? Mene sonraki iddiaya qarshi etiraz erizesi yazmaga vaxt verilmemelidirmi?

4) Iddiada qeyd olunur ki. qerar iddiacinin vekilinin ve anamin numayendesinin ishtiraki ile verilib. Amma qerar verilerken bunlardan hec biri orada olmayib. Bu ne derecede duzgundur?

Umumiyyetle men shexsen Sizinle bu ish baresinde meslehetleshmek ucun nece elaqe saxlaya bilerem. Menim ve 70 yashli anamin gozumuz gore gore haqlarimiz tapdalanir. Sizlerden bununla elaqedar bizlere komek etmeyinizi artiq derecede xahish edirem. ALLAH komeyiniz olsun! Evvelceden teshekkur edirem!

Cavab -----------
Hörmətli, Anar müəllim, əvvla xahiş edirəm ki, sualınızı gec cavablandırdığımı üzürl hesab edəsiniz. İkincisi, keçən dəfə də qeyd etdiyim kimi, sizin məsələniz bir mail vasitəsilə cavablandırılacaq qədər sadə deyil. Ona görə də yaxşı bir vəkillə məsləhətləşməyə ehtiyac var.

Amma yenə də sullarınız üzrə onu deyə bilərəm ki, əgər Abşeron məhkəməsi heç bir sübut olmadan qardaşınızın guya mirası qəbul etməsi faktını təsdiqləyibsə, əlbəttə bu, qanunsuzluqdur. Bu qanunsuzluğu isə yalnız apellyasiya şikayəti vermək yolu ilə aradan qaldırmaq olar.

Qeydiyyatla bölgü məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən normaları mirasın qəbul edilməsi və bölünmsəni hansısa evdə qeydiyyatla olmaqla deyil, yalnız qohumluq münasibətləri ilə (qardaş-bacılıq, övladlıq və sair) ilə əlaqələndirir.

İddianı dəyişmək isə hər bir halda tərəfin hüququdur və bu, prosesin istənilən mərhələsində yolveriləndir. Amma bu zaman əlbəttə ki, siz həmin iddiaya qarşı öz etiraz və arqumentlərini irəli sürmək üçün lazımi qədər vaxt və imkana malik olmalı idiniz. Başqa sözlə, proses müəyyən vaxta qədər təxirə salınmalı idi. Amma hesab edirəm ki, bu, hakimin iradəsindən asılıdır və çox günman ki, yalnız o halda ola bilərdi ki, bu tələb üçün yeni araşdırma aparmaq lazım olsun.

Proses iştirakçılarının məhkəmədə iştirak etməməsi əlbəttə ki, ciddi prosessual pozuntudur. Amma mülki prosessual qanunvericiliyə görə məhkəmə tərəflərdən hər hansı birinin iştirakı olmadan da işə baxa bilər. Təbii ki, prosesdə iştirak etmədiyiniz halda, qərarda iştirak barədə yazılması ciddi qüsurdur.
Anar müəllim, yekun olaraq bildirirəm ki, hər bir halda siz narazı qaldığınız qərardan onun sizə təqdim edildiyi gündən 1 ay ərzində apellyasiya şikayəti verə bilərsiniz.

Şəfa Camalzadə / vəkil Cavab


******************************************


Sual - Kimdən: Sevda
10.02.2010 09:52 Ikili vetandashligi olan insan resmi nigaha girerken hansi vetandashligi ile girmelidir (yeni hansi passportu ile?)

Cavab---------
Əgər ikili vətəndaşlıqdan biri Azərbaycan Respublikasına aiddirsə, onda həmin şəxs adi vətəndaşlar kimi VVAQD orqanına müraciət edərək nikaha daxil ola bilər.

Əgər həmin şəxs xarici ölkənin vətəndaşlığı ilə nikaha daxil olmaq istəyirsə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 146, 156-157-ci maddələrinin tələblərinə əməl etməklə nikaha daxil ola bilər. Ailə Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Amma Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir (Ailə Məcəlləsinin 146.2-ci maddəsi). 12-ci maddədəki tələblər ondan ibarətdir ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Onu da qeyd edək ki, Ailə Məcəlləsinin 157-ci maddəsinə əsasən, xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

Şəfa Camalzadə
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi
XS
SM
MD
LG