Bazar ertəsi, Sentyabr 01, 2014 Bakı vaxtı 16:13

DAŞINMAZ ƏMLAK, TORPAQ SAHƏSİNİN SƏNƏDLƏŞDİRİLMƏSİ, TİKİNTİ İŞLƏRİ HAQQINDA

_______________________________________
Sual
Kimdən: AFƏR Haradan: Bakı şəhəri

24.02.2011 21:27

Mənim Mərdəkan bağlarında DSK-da (Daçnıy stroitelnıy kooperativ) (BTK-Bağ Tikinti Koperativi) –də 12 sot torpaq sahəsinə orderim vardır.
Həmin torpaq sahəsində 1989-cu ildə Təmir Tikinti İdarəsinə 2 mərtəbəli ev tikdirmişəm. Lakin əldə torpağa orderdən başqa sənədim qalmayıb.
İndi Daşınmaz əmlaka-torpağa və tikintiyə Dövlət Reyestrindən Çıxarış almaq istəyirəm.Torpaq sahəsi daş hasarla əhatə olunub. Artıq illərdir ki, bizi əhatə edən qonşularımız var.Torpaq sahəsi orderdə göstəriləndən 1-2 sot artıqdır. Bağın aşağı hissəsindən kəsməklə artıq torpaqdan imtina da edə bilərəm. Mən qanunla həmin torpağı da satın alardım. İndi nədən başlamalıyam. Hər idarə bir şey deyir.
Makler isə 5000$ -a düzüb qoşaram deyir. Həyə görə?- sualına :
1.Torpağa Kadastr planı alınmalıdır.
2.Tikilən bağ evinin eskizi RİH-də təsdiqlənməlidir.
3.BTİ-dən Reyestrdən Çıxarış və Texniki Pasport alınmalıdır.
Bunların hamısını da “yağlamaq” lazımdır-deyir.
Bəs həqiqətdə necə olmalıdır? Vaxtında təcrübəsizlikdən sənədlərimi düzgün hazırlamamışam. İndi prezident bağ torpaqlarını vətəndaşlara bağışlayıbsa bunu qanunla necə rəsmiləşdirmək olar?
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə
Afər

Cavab
Sual Kimdən: Fariz Namazli Haradan: Baki
20.03.2011 18:03

Evə və torpağa dair sənədlərin vaxtında hazırlanmamasına görə hər hansı məsuliyyət nəzərdə tutulmur.
Qeyd etdiyiniz sənədlərin alınması üçün Dövlət rüsumu haqqında qanunda və Tarif Şurasının müəyyən etdiyi tarif və rüsumlar göstərilib.
tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün 60 manat,
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün 30 manat,
inşaat pasportunun verilməsi üçün 10 manat rüsum nəzərdə tutulur.
Bu sənədləri aldıqdan sonra tikiliyə mülkiyyət hüququnuzu qeydə aldırmaqdan ötrü daşınmaz Əmlakın reyestr xidmətinə müraciət etməyiniz lazımdır.
Bunun üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat,
daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat rüsum müəyyən olunur.
Qeyd edək ki, bu rüsum və tariflərdən əlavə hər bir qurum daxilində xidmət haqqı müəyyən olunur bu haqq isə idarələrə uyğun olaraq dəyişir .
________________________________________
Sual
Kimdən: Shahin Rzayev
23.02.2011 15:33


Salam,

Sizi narahat eden siravi Azerbaycan vetendashi Shahin Rzayevdir. Bele bir sualim var:

- Eger vetendashla MTK arasinda muqavile esasinda (Paychi qisminde chixish eden vetendash olmaqla) menzil deyeri tam odenilmek sherti ile alinirsa ve muvafiq odenishi tesdiq eden MTK-nin medaxil qebzi varsa, bu anlashma qanunsuz sayila bilinermi? Bele ki, menzil podratchi shirketden alinib ve vesait onlara odenilib, sadece muqavile ve medaxil qebzi vetendasha menzilleri tiken MTK terefinden verilib ve notarial qaydada qeyde alinmayib, bele ki, menzil alinan zaman tikilme merhelesinde idi. Yeni demek isteyirem ki, eger gelecekde podratchi ile MTK arasinda problem yaranarsa, vetendash bundan zerer gore bilermi?

Onceden minnetdaram,
R. Shahin

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı

04.03.2011 15:51

Podratçı ilə MTK arasında yarana biləcək hər hansı mübahisəyə görə mənzil alan vətəndaş məsuliyyət daşımır. MTK ilə vətəndaş arasında bağlanan müqavilə notarial qaydada təsdiq olunmur, ona görə də sizin MTK ilə aranızda olan anlaşma qanunsuz sayıla bilməz.

_______________________________________
Sual
Kimdən: ilyas mamedov
05.03.2011 15:55


Assalamu aleykum
Belediye menden 2005 ci ilden beri torpag pulu isteyir 250 man menim 2 sot torpagim var 1sotunda ev tikmishem men bu pulu vermeliyemi?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.03.2011 17:09

Vergi Məcəlləsinin 206.3-cü maddəsinə görə, Bakı şəhərində yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqlar və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların hər 100 kv. metrinə görə 0.6 manat torpaq vergisi müəyyən edilir.
Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır

________________________________________
Sual
Kimdən: Tarana Haciyeva
04.03.2011 12:47


Salam. Men 1986-ci ilde heyet evine gelin kocmushem. Lakin o vaxtdan qeydiyyata dushe bilmirem. Qaz, su, ishiq ve telefon da menim adimadi. Onlarin pullarini da verirem. Lakin MIS-de evimin texniki pasportu yoxdur. Men oz evime qeydiyyata dushmeyime gore ne etmeliyem. Evvelceden oz minnetdarligimi Size bildirirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 13:37

əgər yaşadığınız həyət evinin ümumiyyətlə heç bir sənədi yoxdur, əvvəlcə evin sənədlərini düzəldib daha sonra qeydiyyata düşə bilərsiniz.

________________________________________
Sual
Kimdən: Anar Nasirov
03.03.2011 21:33


Salam Fariz muellim,

Sualim beledir:

Absheron rayonu Saray qesebesinde 6 sot ozel torpaq sahem var, hemcinin burada 1 mertebeli ev tikiliside yerleshir. Butun senedlerim qaydasindadir. Indi men bu evi sokub bir az aralida 2 mertebeli 12x11.20 m ev tikmishem. Sonradan bilmishemki tikinti ucun icaze alinmalidir. Men indi ne etmeliyem ? Icra hakimiyyetine nece muraciet etmeliyem?

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 13:36


əgər evi sökmüsünüszə, qanunun tələblərinə görə, onun dövlət reyestrindəki qeydiyyatı ləğv olunur. İkinci evlə bağlı siz İcra hakimiyyətinə ümraciət edib inşaat pasportu və daha sonra evə dair mülkiyyət hüququnu əldə etmək üçün reyestrdən çıxarış ala bilərsiz.

________________________________________
Sual
Kimdən: Rezale Abbasova Haradan: Genceden
14.03.2011 17:32


1. Salam Fazil muellim necesiniz yadinizdadirsa Size gencede elliliyi olan ushaqlara mualicevi sanatoriyalara putyovkalarin verilmesi ve elliyi olan ushaqlara verilen guzeshtler haqqinda(pensiya,ish staji,usaqlari olke daxilinden kenara aparmaq ucun teyyare ve ya qatar biletlerinde guzeshtler ve s) ve s suallar yazmishdim xahish edirem bunu cavablandirasiniz
Bir de ki oyrenmek isterdim menim ozelleshmish bina menzilim vardir Lakin orada yashamiram demek olar ki suyu ve diger xidmetlerinden istifade etmirem menim orada yashamamai MIS ozu de bilir Men hemin menzile MIS-ne (JEK) xidmet haqqi kv.metraya gore kommunal xercler odemeliyemmi

2. Baqciliq bostanciliq ucun torpaq sahem vardir Katastor plan da almisham Torpaqa shehadetname almaq ucun Gence Dovler dasinmaz Emlak reyesti teshilatina dovlet rusumu varmi ve nece kecirmeliyem

Evvelceden teshekkurler Size ise uqurlar

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.04.2011 14:01


Salam
Əlil uşaqlarla bağlı qanunvericilikdə təyyarə,q atar biletlərinə güzəştlə bağlı qanunda bir müddəa tapılmadı. Aviareyslər əlil uşaqlar (yaxud ümumiyyətlə uşaqlar) ahıl insanlar üçün təyyarə biletlərinə güzəştlər nəzərdə tutur bu da həmin şirkətlərin özündən asılıdır.
Mənzildən istifadəəy görə xidmət haqqlarına gəldikdə qeyd edim ki, bu haqqlıar nazirlər Kabinetinin qərarında öz əksini tapıb və hər bir şəxs mənzildən istifadəyə görə nəzərdə tutulan haqqları ödəməlidir. Əgər mənzildə yaşamırsızsa, gərək əvvəlcədən MİS-nə bu barədə yazılı ərizə verəsiz ki sonradan xidmət haqqları ilə bağlı hər hansı problem ortaya çıxmasın .
2. mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın alınması üçün nəzərdə tutulan rüsum 30 manatdır. Amma digər xidmətlər üçün tairflər nəzərdə tutula bilər ki, xidmət haqqları da Reyestr xidmətinin özü tərəfindən müəyyən olunur

________________________________________
Sual
Kimdən: Ilkin Haradan: Baki
12.03.2011 00:22


Salam
Chox xahish edirem mene komek edesiniz.
Men Keshle gesebesinde heyet evinde yashayiram.
Eve geydiyatimiz var ancag ozelleshdire bilmirik.
Deyirler serencam lazimdi
71-ci ilde tikilmish eve men nece serencam alim?
Qaz ishiq bizim adimizadi.
Mene bir yol gosterin xahish edirem.
Evvelceden chox sagolun!
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
17.04.2011 21:03

Torpağa dair sənədləriniz varsa, evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri ala bilərsiz .

---------------------
Sual
Kimdən: Zaur Shamilov
03.04.2011 20:59


Salam. Men oz evimi satib diger yerden ev almisham. heyet evidir. Kupcasi yoxdur tex. pasport ve.s hamisi qaydasindadir.
Indi men eyni rayonda yeni Xeati r-nda bu menzilden diger unvana kocmeyime gore nece qeydiyyata dushe bilerem diger menzile ?
Hal hazirda kohne unvanda qeydiyyatdadaym.
Bunun ucun MKIS-e getdim. 3000 azn istediler. aciq shekilde rushvet isteyirler. Sanki hec neden cekinmirler. Oxuduguma gore dovlet rusumu 2 azn-dir.

Zehmet olmasa deye bilersizmi bu hansi qanunla umumiyyetle tenzimlenir ?
bu barede harda oxumaq olar? Rushvetxorlari nece cezalandirmaq olar ?
Teshekur edirem.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
13.04.2011 17:39


Salam.
Yaşayış yerini dəyişmə nəticəsində qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsini dəyişməlisiniz. Bunun üçün nəzərdə tutulan dövlət rüsumu 2 manatdır və həmin rüsum MKİS-ə deyil, POlis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə ödənilir yəni pasport stola (bank vasitəsilə)
________________________________________
Sual
Kimdən: Vusal Cafarov
03.04.2011 20:58


Salam hormetli Vekil!

Men Absheron rayonu Mehdiabad qesebesinde yashayiram. 2 il bundan once hemin qesebede ev tikmishem

Torpagi qanuni olaraq yəni alqi satqi muqavilesi ilə almisham. Dövlət reystindən çıxarış, katastr xəritəsi və alqı satqı müqaviləsi var.

İndi istəyirəm evin sənədlərini alım. Vaxtında almaq istədim, Abşeron rayon İcra başçısı 1000 Azn rüşvət istədi. Reystr xidmətinə getmədim. Fikirləşdim ki, burda 1000 Azn istəyirlərsə Allah bilir BT nə istəyəcək. İndi deyirlər rüşvət yoxdur. Xahiş edirəm mənə hansı sənədlərlazım olduğunu yazıb göndərəsiniz. Ətraflı olsa çox sevinərəm. Təşəkkür edirəm!

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
28.05.2011 00:31


Torpaq sahəsi üzərində evi özəlləşdirmək üçün daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna görə, Reyestr xidmətinə aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə anket ;
- sərəncam;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.Dövlət rüsumu 30 manatdır.
- şəxsiyyət vəsiqəsinin surəti;
- daşınmaz əmlaka dair texniki sənədlərin alınması üçün dövlət rüusmu 50 manat təşkil edir.

________________________________________
Sual
Kimdən: Yolçiyev Adil Haradan: Bakı ş.Sabunçu qəs.
01.04.2011 13:44


SALAM.Biz 4 neferdən ibarət ailə üzvü Dövlət Neft Şirkətinin balansında olan köhnə MKİS menzilində Sabunçu rayonunu məhkəməsinin qətnaməsi ilə qeydiyyatdayıq.Vergilərlə heç bir problem yoxdur.Hər ay mənzil haqqını MKİS-ə ödəyirik.Yaranmış vəziyyətdən istifadə edərək mənzili özəlləşdirmək (hamının razılığı ilə) istəyirik.Bunun üçün lazımi prosedur qaydaları ilə sizdən xahiş edirəm məni ətraflı tanış edəsiniz.Təşəkkür edirəm

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.04.2011 11:24


Salam
Əgər Dövlət Neft Şirkətinin balansında olan mənzilin özəlləşdirilməsinə icazə verilirsə, o zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mənzili özəlləşdirə bilərsiniz. Bunun üçün mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı şəxslərin mənzilin özəlləşdirilməsinə notarial qaydada razılıq ərizəsi, Mənzil istismar sahəsindən 2 saylı forma arayış alınmalıdır, bundan əlavə reyestr xidməti tərəfindən verilən sənədlər və onun müəyyən etdiyi tarif əsasında haqq köçürülməsi lazımdır
________________________________________
Sual
Kimdən: salehov elnur Haradan: gence s gulusdan qesebesi
31.03.2011 17:26


salam sizi narahat eden kelbecer rayon sakini ELNUR SALEHOV narahat edir gencede tikdiyim evimin dakumenti olmadigindan teessfki bugune qeder dakumentsiz yasamisam. indi ise cenab PREZIDENTIMIZIN QERARINA ESASEN evimi dakumentlesdirilmesini isdeyirem bu haqda melumatim olmadigindan size uz tutdum mene bir cixis yolu gosderin devlet rusumu ve hara muraciyyet etmeliyik? evvelceden cox sagolun

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
31.03.2011 23:19


Prezident bu barədə sadəcə göstəriş verib və icra Hakimiyyəti də Arxitektura və Memarlıq Şöbəsinə tapşırıq verib. hazırda bu məsələnin hansı qaydada həll oluna bilməsi müzakirə olunur, hələ ki konkret nəticə yoxdur ona görə bunun hansı qaydada olacağını indidən demək çətindir.

________________________________________
Sual
Kimdən:
26.04.2011 15:09


Salam mənim bir sualım var əgər səniz məni çox sevindirədiniz....
- Menim atam 3 il bundan əvvəl rəhmətə gedib, Səbail rayonu Badamdar qəsəbəsində torpaq sahəmiz var, rayon İcra Hakimiyəti tərəfindən Sərəncamla icazə verilib yaşayış evinin tikintisinə, Lakin Sərəncam rəhmətlik atamın adına verilib. Mən indi həmin torpaq sahəsini özəlləşdirmək istəyirəm lakin sərəncam atamın adına çıxarılıb, bizdə yəni anam və 4 baçıb raıyıq ki bütün sənədlər mənim adıma sənədləşsin bunun üçün mən - Notariat qaydasında mirasa anam və baçılarım tərəfindən etiraz ərizəsi yoxsa məhkəmə tərəfindən əmlakı adıma keçirilməsinin məhkəmə qətnaməsi tələb olunur? Gələcəkdə evin və torpaqın sənədləşməsində problemlərin çixmaması üçün nə məsləhət verirsiniz?

Nurlan Aliyev
Azerbaijan, Baku

Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
08.05.2011 01:28


Salam
Hər hansı problemin yaranmasını istəmirsinizsə, atanızın adına olan torpaq sahəsini öz adınıza özəlləşdirin .
Bunun üçün Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək zəruri sənədləri təqdim edin. bura daxildir, sərəncam, ailə üzvlərinin razılıq ərizəsi, idarə tərəfindən verilən ərizə-anket, şəxsiyyət vəsiqəsinin surəti.

________________________________________
Sual
Kimdən:
08.04.2011 14:02


Mən çıxarışı və texpasportu olan torpağımda ev tikintisinə layihə hazırlamaq və tikintiyə icazə almaq üçün icra hakimiyyətinə getmişdim. Baş memar mənə dedi ki, tikintilərlə bağlı yeni sərəncam hazırlanır. Hazır olandan sonra gələrsən. Bilmək istəyirəm ki, bu sərəncamın bütün sənədləri qaydasında olan torpaqda ev tikməyə aidiyyəti var ya yox?
Minnətdaram

Eynulla Yeganov

Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
16.04.2011 23:13


Hər hansı fərdi tikilinin sənədlərinin hazırlanması üçün ümumi vahid sərəncam verilə bilməz. Çox güman ki sizə deyilən o sərəncam Bakıda inşa edilən qanunsuz tikililərlə bağlıdır, sizin tikilinin isə buna heç bir aidiyyatı yoxdur.
siz qanunauyğun formada tikdiyiniz yaşayış evinə dair sənədləri hazırlaya bilərsiz .
________________________________________
Sual
Kimdən: murad1 Haradan: baki
07.04.2011 21:40


Salam hormetli vekil.bizim yashadigimiz ev menim valideynimin(anam) adinadir(ancaq order var).bilmek isteyiremki biz (anam) hemen menzili yenede oz adina ozelleshdirmesi ucun ne qeder dovlet rusumu odemeliyik.evvelceden teshekkur.

Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
10.04.2011 15:26


Salam
Mənzili özəlləşdirmək üçün mənzildə qeydiyyatda olan 18 yaşına çatmış şəxslərin notarial qaydada razılığı lazımdır.
Daşınmaz əmlakın dövlət reyestr xidmətində rüsumlar üçün
daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxaırşın verilməsi zaman 30 manat rüsum alınır. Bundan əlavə, xidmət tərəfindən müəyyən tariflər də alına bilər ki, bu tariflər Xidmət tərəfindən müəyyən olunur. onları idarədə öyrənə bilərsiniz.

Fariz Namazlı
Media Hüquqları İnstitutu
hüquqşünas
________________________________________
Sual
Kimdən:
06.04.2011 14:39


Salam Aleykum hörmetli vekiller. Meni maraqlandıran bir mesele var mümkünse bu barede melumat vererdiniz. Ev alqı-satqısı zamanı bildiyimiz kimi pul köçürmesi bank yolu ile aparılır. Ve buna göre bank müeyyen emeliyyat haqqı tutur. Bilmek isterdimki bu emeliyyat ucun tutulan mebleq ne qederdir.

Önceden teşekkurler

Azad NURMEMMEDOV

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
07.04.2011 11:49


Mənzil alqı satqısı üçün pulun banka köçürülməsindən tutulan xidmət haqqı hər bir bankda fərqlidir. Bu haqqı banklar özləri müəyyənləşdirir. Buna görə də mənzil alqısı üçün ödənilən pulun hansı banka köçürülməsini müəyyənləşdirin, daha sonra həmin bankla əlaqə saxlayaraq xidmət haqqının məbləğini öyrənə bilərsiniz.
________________________________________
Sual
Kimdən: Elnare Haradan: Baki
05.04.2011 19:32


1)Mulkiyyeti ozellleshdirmekle bagli sorushmaq isterdim ki, ashagidaki senedlerle men oz mulkiyyetimi ozelleshdire bileremmi? Mende hazirda Menzil Kommunal Teserrufati Birliyinin arayishi (Forma 2), Torpaq sahesinin icareye verilmesi haqqinda Xetai rayon belediyyesi ile baglanmish torpaq icare muqavilesi ve Baki sheher belediyyelerinin sifarishi esasinda tertib edilmish Baki sheheri Texniki Inventarlashdirma ve Mulkiyyet Huquqlarinin Qeydiyyati Idaresinden fiziki shexslerin ozbashina tikilmish yashayish evlerinin qiymetlendirilmesine dair hesabati var. Men hal-hazirda hemin evde qeydiyyatdayam. Sizden sorushmaq isterdim ki, mene daha hansi elave senedler lazimdir, onlari hardan almali, butun bunlara gore ne qeder dovlet rusumu odemeli, kupchani almaq uchun hansi orqana muraciet etmeliyem.

2)Diger bir sualim ise qeydiyyatla baglidir. Menzili aldiqdan sonra ora qeydiyyata dushmek istenildiyi zaman melum olub ki, evin kupchasi olmadigina gore ora qeydiyyata dushmek mumkun deyil. Ev texniki pasportla alinib ve qeydiyyat idaresine muraciet ucun teleb olunan 10 gunden artiq xeyli zaman kechib. bu senedlerle qanuni yolla hemin eve qeydiyyata dushmek olarmi ve bunun qanuni usullari necedir?

Evvelceden teshekkur edirem.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
17.04.2011 02:20


Salam
yaxşı olar ki, siz torpaq sahəsinin icarəyə verilməsinə dair olan müqavilə əsasında torpaq sahəsini özəlləşdirəsiniz və daha sonra üzərində olan tikilini də özəlləşdirə bilərsiniz. Lakin belə məlum oldu ki, sizin yaşayış sahəsinə dair hər hansı sənədiniz yoxdur, yəni qanunvericiliyə uyğun olaraq yaşayış sahəsi tikərkən onun eskiz layihəsi memarlıq şöbəsində təsdiqlənməlidir, bu isə sizdə yoxdur, buna görə də arxitektura və memarlıq şöbəsindən evin sənədlərini qaydaya salın daha sonra daşınmaz əmlakın dövlət reyestr xidmətindən yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala bilərsiz. o ki qaldı rüsuma, çıxarışın verilməsi üçün 30 manat. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçünün) verilməsi üçün 50 manat dövlət rüsumu nəzərdə tutulur. Amma bundan əlavə idarə müəyyən işlərin görülməsi üçün xidmət haqqları da tuta bilər ki, onun məbləği idarə tərəfindən müəyyən olunur .
ikinci sualla bağlı qeyd edim ki yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanuna görə, vətəndaş yaşayış evinə qeydiyyata düşmək üçün mənzilə dair sənədləri (mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni reyestrdən çıxarışı) təqdim etməlidir. ona görə yaxşı olar ki siz mənzilin daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmasına dair çıxarışı alasınız .

________________________________________
Sual
Kimdən: natiq_75 Haradan: Samaxi
05.05.2011 13:56


Hörmətli Fariz müəllim mənim babam rəhmətə gedib. Əlimdə icra nümayəndəliyində təsdiqlənmiş vəsiyyətnamə var.  Xahiş edirəm mənə məlumat verəsiniz. Mən rəhmətlik babamın adına olan torpaq sahəsini necə öz adıma keçirdə bilərəm.Bunun üçün mən hansı addımları atmalıyam. Mümkünsə cavablandırardız.Təşəkkür edirəm.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
29.05.2011 15:03


vəsiyyətnamə üzrə babanıaz məxsus olan miras əmlak sizə vəsiyyət edilibsə, siz vərəsəlik haqqında şəhadətnamənin alınması üçün torpaq sahəsinin yerləşdiyi yer üzrə notarial kontoruna müraciət edə bilərsiniz.

________________________________________
Sual
Kimdən: sabir Haradan: gəncə
06.06.2011 08:10


Gəncə şəhərinin inzibati əraziainə daxil olan torpaq sahəsində məcburi köçkün məskunlaşmış və həmin torpaq sahəsinə Daşkəsən torpaq şöbəsi başqa vətəndaşın adına sənəd vermişdir. Gəncə və Daşkəsən torpaq şöbələri verilmiş sənədin düzgün olmadığı barədə məhkəməyə rəsmi sənədlər təqdim etməyinə baxmayaraq, məhkəmə verilən sənədi hüquqverici qəbul edərək sənədləri düzgün olmayan vətəndaşın iddiasını təmin edərək məcburi köçkünün məskunlaşdığı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmışdır. Bunun nə dərəcədə qanunauyğun olduğu barədə izahat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
16.06.2011 10:34


Əgər məhkəmə həmin sənədlərin hüquqi cəhətdən düzgün olduğu qənaətinə gəlibsə, qətnamədən apellyasiya qaydasında şikayət verə bilərsiniz, eyni zamanda şikayətdə həmin sənədlərin hüquqi əsasının olmamasını göstərə bilərsiniz. Bundan əlavə, əgər həmin sənədlərin saxtalaşdırıldığına əminsizsə bu barədə aidiyyət üzrə polis orqanına şikayət edərək sənədlərin saxtalaşdırılması üzrə halların araşdırılmasını tələb edə bilərsiniz .

________________________________________
Sual
Kimdən: FFF777 Haradan: Baki
09.05.2011 09:53


Xahiş edirəm deyəsiniz yeni tikilmiş binada mənzilin orderini bina FHN qəbul edəndən sonra verilir yoxsa əvvəl? Qanuna görə onu kim verməlidi və nə qədər rüsum ödəməliyəm?

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
09.05.2011 23:28


bina tam hazır olandan sonra icra hakimiyyətinə təhvil verilir və mənzil sahiblərinə order verilir. FHN-nin ona aidiyyatı yoxdur.
Binanın təhvil olması aranızda bağlanmış müqavilədə öz əksini tapır .

________________________________________
Sual
Kimdən:
28.06.2011 17:36


Salam Fariz muallim bilmek isterdim ki, icare muqavilesinin Dovlet Reyesterinde qeydiyyati zamani xidmet haqqi teleb olunurmu? Onu bilirem ki dovlet rusumu 20 manatdir.Diqqetinize gore teshekkur ederim...

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.07.2011 14:41


xidmət haqqları hər bir idarə üzrə fərqli müəyyən olunur, o qanunla tənzimlənmir, ona görə onu konkret demək çətindir ..
________________________________________
Sual
Kimdən:
27.06.2011 12:16


Salam. Men 12 ildir hech bir senedi olmayan menzilde yashayiram, xahish edirem deyin,o menzili men oz adima ozelleshdire bileremmi? (menzilin hech bir yerde qeydiyyati yoxdur, avariynidir)

naza madatova
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.07.2011 10:59


Salam
əgər yaşadığınız mənzilin heç bir sənədi yoxdursa onun üzərində mülkiyyət hüquqlarının qeydiyyatı yalnız məhkəmə qaydasında aparıla bilər .
________________________________________
Sual
Kimdən: muradnasirov Haradan: Sumqayit
06.06.2011 21:20


Salam Hörmətli vəkil! 02 oktyabr 2007-ci il tarixində 0.03 ha torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən mənə qısamüddətli (2017-ci ilə qədər) icarəyə verilmişdir. Mən bu ərazi içərisində ev tikmişəm. İndi isə bu evi və torpaq sahəsini özəlləşdirmək istəyirəm. Hər getdiyim idarə mənə fərqli cavablar verir. Bələdiyyə bu torpağı rüsuma düşdüyünü deyir və s. Xahiş edirəm bu torpaq sahəsi və tikilinin özəlləşdirilməsi üçün nə etməli olduğum barədə mənə məlumat verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlöğımı bildirirəm.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
25.06.2011 03:58


Torpaq icarəsi haqqında Qanunun 25-ci maddəsinə görə, İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

Göründüyü kimi, siz torpaq sahəsi üzərində tikilən daşınmaz əmlaka mülkiyyət hüquqlarlınızı qeydiyyata aldıra bilərsiniz .
Torpaq Məcəlləsinə görə isə, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
________________________________________
Sual Kimdən:
06.06.2011 15:32


Salam. Hormetli vekil bu yaxinlarda bir ev almisham, tekce evvelki ev yiyesinin adina MKIS-den alinan litsevoy shot dediyimiz sened ve ev yiyesinin mene verdiyietibarname var ki onun evezine men her bir senedleshdirme ishi apara bilerrem. Bu eve chixarish almaq uchun mene lazim olan senedlerin ardicilligini ve hansi quruma muraciet etmeli oldugumu basha salardiz. Evvelceden chox teshekkur edirem

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
16.06.2011 11:32


Təəssüf ki siz verilən etibarnamə əsasında evi öz adınıza özəlləşdirə bilməzsiniz.
Sizə verilən sənədlər evin sizə satılması demək deyil.
Mənzilin alqı-satqısı mütləq notarial qaydada həyata keçirilməlidir və alqı satıqıs həyata keçirilən mənzil özəlləşdirilmiş ev olmalıdır,
yazdığınızdan belə məlum olur ki sizin aldığınız mənzilin litsevoy shot deyilən sənədi var, bu sənədin hüquqi qüvvəsi yoxdur, o sadəcə MİS-lər tərəfindən verilən arayış tipli sənəddir. onun əsasında mənzilin alqı satıqı həyata keçirilmir, mənzilin mütləq daşınmaz əmlakın reyestr idarəsindən verilən çıxarışı lazımdır.
Siz verilmiş etibarnamə əsasında evə çıxarışı öz adınıza ala bilməzsiniz, çünki vətəndaşın adından çıxış edirsiz onun adına rəsmiləşdirməni həyata keçirə bilərsiniz.
________________________________________
Sual
Kimdən: Mecid Haradan: Baki
08.08.2011 22:57


Salam! Yazib sizden xais edirem ki, Menim 60 m2 olcude torpaq sahem var Serancam alanda rusum odemisem, sizden xaisim ise budur ki illik torpaq vergisi ne qeder vermeliyem xais edirem ki, mene deqiq reqemi gonderesiniz torpaq sahesei Bineqedi ray. M.Resulzade qesebesindedir artiq derecede xais edirem ki, mene bu barede komek edesiniz, evvelceden oz minnetdarligimi bildirirem. Hormetle : MECID

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
14.08.2011 13:46


Həyətyanı və bağ sahələrinin tutduğu torpaqların hər kv.metrinə görə Bakı şəhərində 0,6 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə isə 0,5 manat hesablanır .
Torpaq vergisinin ödəyiciləri torpaq sahələri barədə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəsisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.
________________________________________
Sual
Kimdən:
08.08.2011 16:23


Salam, sizden mene komekik gostermeyinizi xahis edirem. men Allahverdiyev Ibrahim Mayin oglu, gence seherinde yasayiram. Men bu yaxinda Daskesen rayonu Xosbulaq kendinden 4 sot torpaq sahesi almisam, torpaqin her bir senedi qanunidir, indi ev tikdirmek isteyirem, amma ev tikilmesi ucun serencam isteyirler. menim esitdiyime gore ise 12 m-e qeder serencamsiz olaraq ferdi evlerin tikilisine qerar verilmisdir. xahis edirem bu barede mene komeklik edesiniz.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
14.08.2011 14:03


Hər bir fərdi ev tikintisi üçün İcra hakimiyyətindəın icazə alınmalıdır, amma evin hündürlüyü 12 metrdən çox olarda, tikintiyə nəzarəti Fövqəladeə hallar Nazirliyi nəzarət edir.

________________________________________
Sual Kimdən:
25.07.2011 18:08


Xahish edirem eger mumkunduse dashinmaz emlakin esasda torpaq alqi-satqisi barede meni melumatlandirasiniz.Torpaq alqi-satqisinin şərtlərini ve bu zaman teleb olunan senedler barede mene yazmaginizi xahish edirem.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.08.2011 12:50


Torpaq alqı satqısı zamanı aşağıdakı sənədlər tələb olunur:
- Torpağın plan-ölçüsü
- Torpağın ayrılmasına dair ilkin ayırma sənədləri (bələdiyyə ya icra hakimiyyətinin qərarı)
- Torpaq sahəsi üzərində torpağı satan şəxsin mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış
________________________________________
Sual Kimdən:
25.07.2011 18:07


Salam,
Fevral ayinda Ramani qesebesinde 3 sot torpag almisiq, sened olaraq bize helelik ancag Serencam esasinda 40 illik 'Etibarname' verilib, amma danishiq zamani, bizimle tez bir zamanda alqi satqi olacagini soz verdiler, hemin zaman 'alqi satqi' olmamaqin sebebi ise saticinin 1h torpagin tamamile satilishindan sonra olacagini acigladi. Satici Torpagin senedlerini bize gostermisdi 'Cixaris', 'Torpaq sahesinin plani ve sahesi' ve 'Serencam' .
Sualarim:
1)Bilmek olarmi 'Alqi satgi' ucun ne lazim olacaq satici ve alici terefinden?
2) 'Alqi satqi' muqavilesinde nelere digget etmeliyik?
3)Muqavileni aldigdan sonra, saticidan daha hansi senedleri teleb etmeliyik?
3)Senedleri aldigdan sonra 'ferdi yasayis evi'-nin tikintilisini baslamaq ucun ne etmeliyik?
4)Dovlet terefinden alinacaq butun senedlerin rusumlari negederdi?
5)Alinacaq senedler nece gun erzinde hazirlanir?

Onceden tesekkur edirik!

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.08.2011 12:59


torpaq sahəsi əldə etmək üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmalıdır.
müqavilənin standart forması notariat orqanlarında mövcuddur, onun əsasında müqavilə bağlaya bilərsiniz.
Torpağa dair satan şəxsin mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışı, torpağın plan-ölçüsünü, torpağın ayrılması barədə bələdiyyə yaxud icra hakikmiyyətin in qərarını almalısınız.
Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, texniki sənədlərin (pasport və plan-ölçü) verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu tutulur.
Fərdi ev tikintisi üçün aşağıdakı sənədlər tələb olunur.
Bunun üçün əvvəlcə evin layihəsi memarlıq tərəfindən razılaşdırılır və icra hakimiyyəti tərəfindən təsdiqlənir.
daha sonra tikintiyə icazə sənədləri memarlıq və şəhərsalma idarəsi tərəfindən verilir.
ev tikildikdən sonra reystrdən çıxarış alınır .
Çıxarış 20 gün ərzində vətəndaşa verilir.
Çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu ödənilir.
________________________________________
Sual Kimdən:
25.07.2011 18:06


Atam boyuk veten muharibesi istirakcisi olub. Vesiyyetname ile evimizi mene bagiwlayib.1bacim var oda natarial qaydada hec bir pay istemir. Bizim ev Mingecevirde almanlar tiken icerisinde menzili olan heyat yani sahesi olan mehleli evlerdi.
DEDRX-e ketdim. Menzili senedlewdirirler. Torpagi ise senedlewdirmirler .Deyirler veteran olaraq ataniza menzili bagiwlayiblar torpagi yox. Nece aydir ki get- geldedyik.
Xahiw edirem mene bir yol gosterin men ne edim?Bu iwlerin qanuniliyi ne derecede duzdur?

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.08.2011 22:13


V əsiyyətnamə ilə yalnız özəlləşdirilmiş mülk yaxud torpaq sahəsi vəsiyyət edilə bilər. Əgər mənzil sahəsi özəldirsə yəni dövlət reyestrindən rəsmi çıxarışı varsa o halda vəsiyyət üzrə verilə bilər.
Torpaq sahəsi ilə bağlı verilən sənədlərə baxmaq lazımdır, hansı qaydada o torpaq verilib. istifadəyə ya icarəyə verilib ya daimi istifadəyə?
Əgər müqavilə üzrə verilibsə o vəsiyyət edilə bilməz. bu halda müqavilənin sizin adınıza bağlanmasını tələb edə bilərsiniz .
________________________________________
Sual Kimdən:
13.10.2011 16:57


Salam. Mənim əlimdə yaşadığım ata-baba mülkünə aid kupça da var, texniki pasport da. Lakin 30 il bundan qabaq həyətdə tikilmiş 1 otaqlı evi prezidentin "sənədsiz evlərə sənəd verilməsi" haqda verdiyi göstərişinə baxmayaraq, sənədləşdirə bilmirəm.RİH-i ya bunu etmək istəmir,ya da prezidenti saymır. Əslində isə burada elə bir çətin proses yoxdur. Sizdən xahiş edirəm ki, mənə yol göstərəsiniz.
sakina yusifova

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
15.10.2011 20:04


Salam .
1 otaqlı evin yerləşdiyi torpaq sahəsinin ilkin torpaq ayırma sənədləri varsa o zaman onu sənədləşdirmək mümkündür. Bunun üçün siz torpaq ayırma sənədlərini də reyestr xidmətinə təqdim etməlisiniz. Əgər bütün sənədləriniz qaydasındadırsa o zaman yazılı şəkildə reyestr xidmətinə müraciət edin, ərizənizə ilmədiyi gündən 35 gün keçdikdən sonra yaxud sizə həmin evin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri verməkdən imtina edərlərsə bir ay ərzində inzibati məhkəməyə müraciət edə bilərsiniz.

Cavab
Sual Kimdən: SƏKİNƏ Haradan: BAKI
19.10.2011 22:11


Hörmətli Fariz müəllim. Kupça da, texpasport da elə otağın tikildiyi həyətə aiddir.Həyətdəki bütün evlər tex pasporta daxildir, təkcə bu 1 otaqlı evdən başqa.Mən həmin bu 1 otaqlə evi tex pasporta qeydiyyata salmaq istəyirəm.Pul versəm edirlər, vermirəm deyə etmirlər.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
21.10.2011 21:36


Həmin bir otağa dair hüquqların dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın dövlət reyestr xidmətinə ərizə ilə müraciət edin, sizə imtina cavabı verərlərsə, məhkəmə yolu ilə bunu edin ..

Cavab
Sual Kimdən: SƏKİNƏ Haradan: BAKI
03.11.2011 19:31


Hörmətli Fariz müəllim.Mən sizin tövsiyyənizdən sonra dövlət reyestr xidmətinə müraciət etdim. Onlar bunun onların səlahiyyətində olmadığı haqda mənə rəsmi cavab göndəriblər və qeyd də etməyiblər ki, bəs bu kimin səlahiyyətindədir.Ona görə mən düz 3 ildir ki, RİH ilə Montinin arasında qalmışam.

Cavab
Sual Kimdən: Zemfira Haradan: Bakı
14.10.2011 16:34


Hörmətli vəkil! Mən fiziki şəxsdən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təssərrüfatı Müəssisənin 21.05.2003-cü il tarixli 28 saylı Əmrdən Çıxarışına, A.R. Abşeron rayon IH-nın 15.04.1999-cu il tarixli 096 saylı sərəncamından çıxarışı və Etibarnamə ilə Büzovna qəsəbəsində yerləşən tərəvəzçilik südçülük savxozunun ərazisindən torpaq sahəsi almaq istəyirəm. Bu sənədlərin yəni əmrdən çıxarış və etibarnamənin əmlak almaq üçün nə dərəcədə güvvəli və qanuni sənəd olduğunu bilmək istəyirəm

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
15.10.2011 19:01


Salam.
Torpaq sahələri yalnız torpaq hərracları və müsabiqələri əsasında fiziki və hüquqi şəxslərə satılır.
Qeyd etdiyiniz sənədlər əsasnda torpaq satışının həyata keçirilməsi qanuni deyil. Torpaq sahəsi şəxsi mülkiyyətdə olarsa fiziki şəxsdən ala bilərsiz. amma indiki halda yox.

________________________________________
Sual Kimdən: Elemdar Haradan: Baki
26.09.2011 18:14


Salam.Hormetli Vekil Masalli rayon kend belediyyesinden torpaq almaq ucun (ayrica teserrufat olan biri ucun) pul odemek lazimdir,yoxsa hemin torpaqlar pulsuz paylanmalidir?(ev tikmek ucun).Men Masallida yasayiram ayrica teserrufatam.Ozum ucun ev tikdirmek isteyirem amma belediyye torpagi pulla satir mene.Sotu 1500 manata satir.Bilmek isteyirem ki,torpaq ucun pul odemeliyem?Odemeliyemse sotu neceyedir? Qanunsuz sayilirsa hansi quruma muraciet etmeliyem?

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
30.09.2011 08:41


2007-ci ildən bələdiyyələrin torpaq satmaq səlahiyyətləri əllərindən alınıb. Hazırda torpaq alqısı keçirilən torpaq müsabiqələri və hərracları vasitəsi ilə mümkündür. Yəni bələdiyyənin birbaşa kiməsə torpaq satmaq kimi səlahiyyəti yoxdur.
Buna görə də sizin qeyd etdiyiniz məsələdə Masallı rayon kənd bələdiyyəsi sizə torpaq satmaqla qanunsuzluğa yol verir və siz onun hərəkətlərindən Bələdiyyələrlə İş mərkəzinə yaxud korrpusiya elementləri varsa Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edə bilərsiniz
________________________________________
Sual Kimdən:
21.08.2011 20:09


salam hormetli vekil. men 10 sot torpaq sahesi almisam 30 illik etibarname esasinda. torpagin senedi ancaq belediyyenin qeraridir(qerarda bele yazilib: tikinti ve abadliq isleri aparmaq meqsedile Kurdexani qesebesinin Zabrat -Kurdexani sossesinin qerb hissesinden 0,1 hek. olan eskizde 25 sayli gosterilen torpaq sahesi ayrilsin). bele sened duzdurmu? ve mene bu torpagda ev tikmek ucun daha hansi senedler lazimdir ve men hara muraciet etmeliyem?
2-ci sualim: bu torpaq evveller Kurdexani belediyyesinin terkibinde olub, sonradan Mehemmedi kendine verilib. notarius da Kurdexani belediyyesinin qerarina esasen tesdiqleyib. buna gore problem olmaz ki bize?
sag olun cavabiniza gore.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
24.08.2011 22:02


əgər torpaq sahəsi 2007-ci ildən əvvəl ayrılıbsa və bələdiyyə ilə vətəndaş arasında alqı satqı müqaviləsi varsa, o zaman torpağın ayrılması qanunidir.
etibarnamə ilə sizin torpağın başqa vətəndaşdan almanız torpağın sizin mülkiyyətinizə keçməsi üçün əsas deyil. Bunun üçün gərək həmin torpaq sahəsinə dair torpağı satan şəxsdə mülkiyyətə verilməsinə dair şəhadətnamə olsun.
evin tikilməsi üçün lazım olan sənədlər və hansı quruma müraciətin edilməsi barədə aşağıdakı suallara verilən cavablarda yazılıb.

Sual Kimdən: rasim isayev
10.11.2011 22:44


2000-ci ildən boşandıqdan sonra keşmiş ərim ev qeydiyyatındn çixmışdır. Qzəlləşdirilməyən mənzilin orderi hələdə onun adınadır. Onun mənzildən heç bir tələbi yoxdur. Mənzili mənə bağışlamaq istəyir. Bunun üçün hansı sənədləşmə getməlidir və hara müraciət etməliyəm.
Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 21:08


Mənzil özəlləşdirilmədiyinə görə onun bağışlanması mümkün deyil .. Əvvəlcə mənzil özəlləşdirilməli, daha sonra sizin bağışlana bilər ..
________________________________________
Sual Kimdən: Arif Haradan: bakı
10.11.2011 16:23


Salam. Cox xaiş edirem deyesiniz xususi torpaq sahesinde(torpaqa cıxarış vekadastr var)ferdi ev tikintisi zamanı post patrul xidmetinin əməkdaşları məndən sənədləri xidmətin rəisinə aparmaqımı teleb eleye bilerlermi.xidmetin reisinin meni senedlerimle onun yanına gəlmısini tələb edmək salahiyəti varmı?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 21:06


Salam .
Post patrul xidmətinin əməkdaşlarının ev tikintisi norma və qaydalarına riayət edilib edilməməsini yoxlamaq səlahiyyətləri yoxdur ..
________________________________________
Sual Kimdən:
04.11.2011 14:18


Salam,

Menim adim Xadicedir, Men suraxani -nu Amircan qesebesinde qeydiyyatdayam, Xezer r-nu Merdekan qesebesinde bag evi almisham. 2005-ci ilde onu ozelleshdirmek gerarina geldim. Mene Baglar Idaresinde Prezidentin 2002 ci ile geder alinmish baglarin ozelleshmesi gerari oldugunu dediler. Men sorushanda ki bes biz nece ozelleshdire bilerik mene ancaq Belediyye ile hell etmeyimi meslehet gorduler. Men Merdekan Belediyyesine muraciet etdim. Mene torpagi almagi meslehet gorduler. Banka 4200 azn odedikden sonra mene torpag komitesinden kadastra plani chixarmagi meslehet gorduler. Men dedikleri butun instansiyalardan kechib Merdekan BT-sine kupcha ve texpasport uchun muraciet edende mene senedlerin hazir deyil baksovetden rey lazimdir dediler. Men yeniden Belediyyeye muraciet edende meni Baksovete yoladilar ki orda hell edim. Baksovetin (icra Hakimiyyetin) umumi shobesinden dediler ki bunu Belediyye hell etmelidir, ozleri satiblar reysiz ozleri de hell etsinler. Bele, bir neche defe belediyye baksovet yollarinda qaldigdan sonra sonunda Belediyye mene dedi ki baksovet otkaz mektubu gelib. Onlarin Baksovete ve Baksovetin cavab mektubuna baxmaq isteyende ise mene mektubu gostermediler. Hele Belediyye reisi Huseynov M. meni adam yerine goymayib otagindan chixardi. Indi men bilmek isteyirem menim huqularimi kim mudafie etmelidir. Men kime muraciet etmeliyem

Hormetle Xadice
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 22:24


Salam.
Torpağın sizə ayrılmasına dair bələdiyyə qərarı varsa, yaxud bələdiyyə ilə aranızda bağlanmış alqı-satqı müqaviləsi varsa o halda torpağın plan və ölçüsünü Torpaq və xəritəçəkmə komitəsindən alırsınız, bələdiyyədən deyil.


Sual Kimdən: Rufat Haradan: Bakı
31.10.2011 16:43


Salam. Eger vetandasin kocduyu yerin mulkiyyetinin cixarisi yoxdursa ve o qanuni varisdirse o zaman ne etmelidir? polise hansi senedleri teqdim etmelidir?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
01.11.2011 09:51


Əgər həmin vətəndaş qanuni vərəsədirsə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə notariat kontorundan vərəsəlik haqqında şəhadətnamə alır və onun əsasında mənzilə qeydiyyat vərəqəsi alır.
________________________________________
Sual Kimdən: Anonim
21.11.2011 23:53


Hörmətli vəkil, 22 ildir ki,ailəmlə mənzildə (ünvan:Y.Çəmənzəminli küç. dalan 1, ev 32)yaşayıram. qeydiyyatım yoxdur. Özüm Bakıda doğulmuşam və qeydiyyatım Bakı şəhərinədir. Qeydiyyatda olduğum ünvan : H.Seyidbəyli, ev 14.Qeydiyyata düşmək üçün nə etməliyəm? Kİmə və ya haraya müraciət etməliyəm, hansı sənədləri toplamalıyam? Hörmətlə Sevil
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.11.2011 14:23


Qeydiyyata düşmək üçün qeydiyyata düşəcəyiniz evdə 18 yaşdan yuxarı hər bir ailə üzvünün sizin həmin mənzilə qeydiyyata düşməyinizə dair razılığının notarial qaydada təsdiq olunmuş ərizəsi, yaşayış yerindən 2 saylı forma arayış, 2 manat dövlət rüsumunun ödənilməsinə dair qəbz (bunu polis bölməsinə , yəni pasport stol) və şəxsiyyət vəsiqəsini həmin bölməyə aparırsınız. Yeni şəxsiyyət vəsiqəsi alırsınız.

________________________________________
Sual Kimdən: sole aliyeva
21.11.2011 23:51


salam.men xaricde oxudugum ucun, anama 12illik etibarname vermisdim. eger evimiz satilsa menim adimdanda o istirak etsin. ev anamin adinadir.amma indi etibarnamemi legv etmek isteyirem. ede bileremmi? biraz tez cavalasaz sevinerem. sagolun
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
22.11.2011 14:20


Salam.
Etibarnaməni notariusa müraciət edərək ləğv edə bilərsiniz.

________________________________________
Sual Kimdən: irade kazimova
15.11.2011 12:08


Salam men NZS qesebesinde heyet evi almisam.Evin MKT damavoy qeydiyyatdan basqa hec bir senedi yoxdur .Men evi nece senedlesdirim?
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 22:27


salam. Həmin həyət evinin yerləşdiyi torpaq sahəsinin sizə ayrılmasına dair qərar olmalıdır. əgər həmin qərar sizdə yoxdursa, siz torpaq sahəsinin kimin balansında olmasını müəyyən edərək həmin quruma - torpaq sahəsinin yerləşdiyi rayon icra hakimiyyəti, rayon bələdiyyəsinə, onlarda yoxdursa, arxivə müraciət edirsiniz və ilkin ayrılma sənədini alırsınız. Həmin sənədi aldıqdan sonra torpaq sahəsini və üzərində olan yaşayış sahəsini özəlləşdirə bilərsiniz.
________________________________________
Sual Kimdən: Amil Haciyev
10.11.2011 22:51


Salam. Menim sualim budur ki men men torpaq almaq isteyirem her hansi bir sexsden. Sadece torpaq satan sexs mene hansi senedleri teqdim etse daha etibarli olar. Birde belediyyenin ferdi evlerin tikilmesicun verdiyi sened yerin lahiyesi bular ne derecede ehemiyyetli senedlerdi? Yerin kupcasi olmasa onun hemin sexsin adina senedlesdirib almaga gore dovlet rusumu ne qederdir? Cavaba gore tesekkurler
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
19.11.2011 22:05


Salam .
torpağın mülkiyyətə verilməsinə dair reyestrdən çıxarış varsa, o halda o alqı-satqı predmeti ola bilər.
torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, texniki sənədlərin (pasport və plan-ölçü) verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu tutulur.
Ev tikintisi üçün icazə bələdiyyə tərəfindən deyil, icra hakimiyyətindən alınır.
-----------------------------

Sual
Kimdən: Akif İbrahimov

Salam Fazil müəllim!

Mən 2004-cü ildə Bakı şəhəri icra hakimmiyyətinin sərəncamı ilə Xətayi rayonunda bir ev tikmişəm,ancaq texniki pasport ala bilmirəm.Səbəbi aydın...Mən hal-hazırda nə edə bilərəm ?

Olan sənədlər:
1. İH sərancamı
2. Torpaq haqqında Şəadətnamə
3. Evin layihəsi

Tələb olunan sənəd:
1. Evin layihəsinin rayon İH tərəfindən təsdiqi
2. Evin tikintisiə rayon İH sərancamı

Bu iki punktun düzəldilməsi müşkül məsələyə çerlilib. Lenin demişkən nə etməli?

Qabaqcadan öz təşəkürümü bildirirəm.


Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
20.03.2011 12:51

Tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün 60 manat, inşaat pasportunun verilməsi üçün 50 manat rüsum nəzərdə tutulur.
İcra hakimiyyətinin sərəncamının verilməsi üçün rüsum müəyyən olunmayıb. çox güman ki onun verilməsi idarədaxili xidmət haqqı ilə müəyyən olunur.

________________________________________
Sual
Kimdən: Əliyev Əli Haradan: Mingəçevir
15.02.2011 22:19

Hörmətli vəkil xahiş edirəm bildirin əlillər üçün tikilən binanın həyətyani sahəsinin quruluşu və abadlığı hansı azərbaycan qanunları ilə tənzimlənir.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 11:07

ümumiyyətlə şəhərdə aparılan abadlaşdırma və yenidənqurma işləri şəhərin Baş planına uyğun həyata keçirilir,

________________________________________
Sual
Kimdən: İlgar Gulmammadov
14.02.2011 14:56

Yol kənarında yerləşən torpağin bələdiyyədən sənədi var.Orada tikinti aparmag ucun hansi sənədlər tələb olunur.?hansi organlardan?

Cavab
Kimdən: Müzəffər Baxışov
03.03.2011 21:46

Kimdən: Müzəffər Baxışov, vəkil
19.10.2010 17:10 Əgər Sizin torpaq sənədləriniz tam qaydasındadırsa, onda Bakı şəhər İcra Hakimiyyətində Şəhərsalma və Arxitektura Baş İdaərsinə müraciət etməlisiniz. Həmin idarədən də icazə aldıqdan sonra tikinti həyata keçirilməlidir.

Bunun üçün də müvafiq layihə-smeta sənədləri təqdim edilməlidir. Həmin sənədi Şəhərsalma və Arxitektura Baş İdarəsi təsdiq edəndən sonra tikitniyə başlamaq olar. Tikinti başa çatandan sonra isə evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edib orada qeydiyyatdan keçirilməsi lazımdır. Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi üçün isə tikintinin sahəsindən asılı olaraq dövlət rüsumu ödənilməsi lazımdır. Rüsumun məbləği tikitntinin sahəsindən asılı olaraq hesablanıb. Bu da Dövlət Rüsumu haqqında qanunda göstərilir.

________________________________________
Sual
Kimdən: Əhməd Haradan: Bakı
12.02.2011 16:06

Mənim içərisində bağ evi olan 18 sot tam 2 m hündürlüyündə hasara alınmış bağ üçün verilmiş Bağ tikinti kooperativindən torpaq sahəm vardır. Bağlar İdarəsini verdiyi Orderdə isə torpaq sahəsi 12 sot göstərilib.Bağın ayağından 500 mm-lik qaz turbası keçdiyi üçün artıq 6 sot torpaq istifadəmizə verilməyib. İndi soruşuram:
Rəsmi rüsumdan başqa heç kimə rüşvət verməyə nə imkanım , nə də istəyim var!
20 ildir ki , Daş hasarın içərisində olan , istifadəmdəki torpağı Bələdiyyədən icarəyə götürə bilərəmmi? Tikdirdiyim Bağ evinə və torpağa necə Reyestrdən Çıxarış alım? Texniki Pasport çəkdirim?
sağ olun!


Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
03.03.2011 11:26

Özbaşına olaraq zəbt etdiyiniz torpaq sahəsini icarəyə götürə bilərsiniz. Bunun üçün bələdiyyə ilə torpaq icarə müqaviləsi bağlaya bilərsiniz və təyinatı üzrə həmin torpaqdan istifadə edə bilərsiz. Əgər üzərində hər hansı tikili tikilməsi müqavilədə nəzərdə tutularsa, o zaman həmin daşınmaz əmlaka dair texniki pasport almalısız və daşınmaz əmlaka dair hüquqları dövlət qeydiyyatından keçməklə çıxarış ala bilərsiz
________________________________________
Sual
Kimdən: AFƏR Haradan: Bakı şəhəri

Mənim Mərdəkan bağlarında DSK-da (Daçnıy stroitelnıy kooperativ) (BTK-Bağ Tikinti Koperativi) –də 12 sot torpaq sahəsinə orderim vardır.
Həmin torpaq sahəsində 1989-cu ildə Təmir Tikinti İdarəsinə 2 mərtəbəli ev tikdirmişəm. Lakin əldə torpağa orderdən başqa sənədim qalmayıb.
İndi Daşınmaz əmlaka-torpağa və tikintiyə Dövlət Reyestrindən Çıxarış almaq istəyirəm.Torpaq sahəsi daş hasarla əhatə olunub. Artıq illərdir ki, bizi əhatə edən qonşularımız var.Torpaq sahəsi orderdə göstəriləndən 1-2 sot artıqdır. Bağın aşağı hissəsindən kəsməklə artıq torpaqdan imtina da edə bilərəm. Mən qanunla həmin torpağı da satın alardım. İndi nədən başlamalıyam. Hər idarə bir şey deyir.
Makler isə 5000$ -a düzüb qoşaram deyir. Həyə görə?- sualına :
1.Torpağa Kadastr planı alınmalıdır.
2.Tikilən bağ evinin eskizi RİH-də təsdiqlənməlidir.
3.BTİ-dən Reyestrdən Çıxarış və Texniki Pasport alınmalıdır.
Bunların hamısını da “yağlamaq” lazımdır-deyir.
Bəs həqiqətdə necə olmalıdır? Vaxtında təcrübəsizlikdən sənədlərimi düzgün hazırlamamışam. İndi prezident bağ torpaqlarını vətəndaşlara bağışlayıbsa bunu qanunla necə rəsmiləşdirmək olar?
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə
Afər

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
20.03.2011 12:47

Evə və torpağa dair sənədlərin vaxtında hazırlanmamasına görə hər hansı məsuliyyət nəzərdə tutulmur.
Qeyd etdiyiniz sənədlərin alınması üçün Dövlət rüsumu haqqında qanunda və Tarif Şurasının müəyyən etdiyi tarif və rüsumlar göstərilib.
tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün 60 manat,
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün 30 manat,
inşaat pasportunun verilməsi üçün 10 manat rüsum nəzərdə tutulur.
Bu sənədləri aldıqdan sonra tikiliyə mülkiyyət hüququnuzu qeydə aldırmaqdan ötrü daşınmaz Əmlakın reyestr xidmətinə müraciət etməyiniz lazımdır.
Bunun üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat,
daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat rüsum müəyyən olunur.
Qeyd edək ki, bu rüsum və tariflərdən əlavə hər bir qurum daxilində xidmət haqqı müəyyən olunur bu haqq isə idarələrə uyğun olaraq dəyişir .
________________________________________
Sual
Kimdən: Bəhrəmov Hüseynağa İ.o Haradan: Astara rayonu Şahağacı k
05.02.2011 12:49

Hörmətli vəkil! Mənim həyat yoldaşımın adına 1998-ci ildə 25 ha torpaq sahəsi Dövlət Asudə fondundan fermer təsərrüfatı yaratmaq üçün ayrılmışdır. Müfafiq olaraq Dövlət aktı verilmişdir. Dövlət aktında qeyd edilir ki -Daimi istifadə üçün-
verilir. Mənim həyat yoldaşım rəhmətə gedib, torpağı öz adıma vərəsə kimi sənədləşdirmək istəyirəm. Mənə bildirdilər ki vərəsəliyi təsdiq təsdiq edən məktub notariusdan götürməliyəm. Mən bütün müvafiq sənədləri notariusa təqdim etsəm də , notarius bildirir ki, Dövlət aktında torpaq mülkiyyətə verilməyib , daimi istifadəyə verildiyi üçün vərəsəlik məktubu verə bilməyəcəyəm, ona görə də torpağın istifadəyə görə sənədləşməsini rayon İcra hakimiyətində aparmalisan. Sizdən xahiş edirəm ki notariusun haqli olub-olmamasına hüquqi qiymət verəsiniz. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.03.2011 11:05

Daimi istifadəyə verilən torpaq vərəsəlik qaydasında vərəsınin mülkiyyətinı yaxud istifadəsinə keçə bilməz. Notarius sizə vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina etməklə haqlıdır.
Siz gərək torpağın hazırda hansı orqanın balansındadırsa, ona müraciət edərək torpağa dair istifadə hüququnun sizin adınıza keçməsini tələb edə bilərsiniz. Əgər bundan imtina edərlərsə, həmin orqanın hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz.
Qeyd edim ki, sizin torpağa dair istifadə hüququnun sizin adına keçirilməsinə başqa şəxslərə nisbətən üstünlük hüququnuz var

Kimdən: Tanriverduyev Natiq Haradan: Baki sheh.bakixanov qes.

Salam, men 1990-cu ilden bakixanov qesebesinde qaliram. heyet evidi. Evin Kupchasi var. toqpaqi ozelleshdirmek uchun ne etmeliyem? hansi senedleri toplamaliyam.? teshekkur!

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı

Torpaq sahəsini özəlləşdirmək üçün aşağıdakı sənədlər tələb olunur:
Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 10-cu maddəsinə görə,
Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;

10.2.2. torpaq sahəsinin planı və ölçüsü;

10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;

10.2.4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.



--------------------------------


Sual
:

Kimdən: HUSEYNAGA Şəhər: ASTARA
Kimdən: Bəhrəmov Hüseynağa İ.o Şəhər: Astara rayonu Şahağacı k

Hörmətli vəkil! Mənim həyat yoldaşımın adına 1998-ci ildə 25 ha torpaq sahəsi Dövlət Asudə fondundan fermer təsərrüfatı yaratmaq üçün ayrılmışdır. Müfafiq olaraq Dövlət aktı verilmişdir. Dövlət aktında qeyd edilir ki -Daimi istifadə üçün-
verilir. Mənim həyat yoldaşım rəhmətə gedib, torpağı öz adıma vərəsə kimi sənədləşdirmək istəyirəm. Mənə bildirdilər ki vərəsəliyi təsdiq təsdiq edən məktub notariusdan götürməliyəm. Mən bütün müvafiq sənədləri notariusa təqdim etsəm də , notarius bildirir ki, Dövlət aktında torpaq mülkiyyətə verilməyib , daimi istifadəyə verildiyi üçün vərəsəlik məktubu verə bilməyəcəyəm, ona görə də torpağın istifadəyə görə sənədləşməsini rayon İcra hakimiyətində aparmalisan. Sizdən xahiş edirəm ki notariusun haqli olub-olmamasına hüquqi qiymət verəsiniz. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.

Cavab
:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR Nazirlər kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 114-cü bəndinə görə, mmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.
Təlimatdan da görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyat orqanında əgər vərəsəlik qaydasında keçən əmlaka dair hüquqlar qeydə alınmayıbsa, notariusun imtinası haqlıdır.


 

********************************************************


Sual:
Kimdən: İbrahim Azeri
Salam.Men yeni menzil almisham, amma evin kohne sahibi qeydiyyatdan cixmir.Men bunu mehkeme vasitesile nece ede bilerem?bir de ki,mehkemeye teqdim etmek ucun hansi senedleri toplamaliyam? Evvelceden teshekkur edirem.



Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Yaşayış hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizəsinə aşağıdakı sənədləri əlavə edirsiniz.
Yaşadığınız ərazi
üzrə Mənzil İstismar sahəsindən yaşayış yerindən arayış, 2 saylı forma arayış və ətraflı arayış alırsınız. 3 manat məbləğində dövlət rüsumu ödəyirsiz, həmin qəbzi əlavə edirsiniz. Mənzilin sizin mülkiyyətinizə verilməsinə dair qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini əlavə edirsiniz.
Mənzildən pasport qeydiyyatından çıxartmaq istədiyiniz şəxslərin yaşayış yeri sizə məlumdursa, həmin ərazi üzrə MİS-dən arayış alırsız. Təbii ki, həmin arayışda həmin şəxslərin qeydiyyatsız yaşaması göstərilir.
Məhkəmə qətnaməsini əldə etdikdən sonra yaşadığınız ərazi üzrə Polis İdarəsinin qeydiyyat bölməsinə müraciət edə bilərsiniz


 

********************************************************

Sual:
Kimdən: Əliyev Yaqub Şəhər: Mingəçevir
Mən AR-nın ərazi bütöblüyü uğrunda aparılan əməliyyatlarda 12.03.94.-08.09.95-ilə kimi hərbi qulluqçu kimi döyüşlərdə iştirak etmişəm. ARMN-nin 0809-saylı əmri ilə ailə vəziyyətinə görə ehtiyyata təxris olunmuşam.Bilmək istəyirəm ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 13-1-i mənə şamil olunurmu?Hərbi qulluqçu kimi.Təşəkkür edirəm.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.
Əgər siz Əsasnamədə göstərilən kateqoriyaya uyğun gəlirsinizsə, yəni ehtiyata buraxılmış hırbi qulluqçu statusuna maliksinizsə, o zaman Əsasnamənin tələblərinə uyğun olaraq torpaq sahəsi əldə edə bilərsiniz



********************************************************


Sual:
Kimdən: NƏRGİZ Şəhər: BAKI
Hörmətli Vəkil!
“NİSSAN”-TİDA avtomobilim var .Onu Baş Etibarnamə ilə satın almışam.İndi istəyirəm ki, maşını DYP-də öz adıma rəsmiləşdirim.Maliyə durumum zəifdir. Elə avtomobili satın alanda da bu səbəbdən etibarnamə variantını seçdim. İndi deyirlər daha rüşvət yığışdırılıb.Odur ki, soruşuram: Bu əməliyyat mənə neçə manata başa gələcək?
Hörmətlə Nərgiz



Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: bakı
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilənin təsdiqi üçün dövlət rüsumu əgər nəqliyyat vasitəsi ailə üzvlərindən birinin mülkiyyətinə keçirsə 25 manat, kənar şəxsin mülkiyyətinə keçirsə 50 manatdır.
Bundan əlavə, Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:
-mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.



********************************************************


Sual:
Kimdən: HUSEYNAGA Şəhər: ASTARA
Kimdən: Bəhrəmov Hüseynağa İ.o Şəhər: Astara rayonu Şahağacı k

Hörmətli vəkil! Mənim həyat yoldaşımın adına 1998-ci ildə 25 ha torpaq sahəsi Dövlət Asudə fondundan fermer təsərrüfatı yaratmaq üçün ayrılmışdır. Müfafiq olaraq Dövlət aktı verilmişdir. Dövlət aktında qeyd edilir ki -Daimi istifadə üçün-
verilir. Mənim həyat yoldaşım rəhmətə gedib, torpağı öz adıma vərəsə kimi sənədləşdirmək istəyirəm. Mənə bildirdilər ki vərəsəliyi təsdiq təsdiq edən məktub notariusdan götürməliyəm. Mən bütün müvafiq sənədləri notariusa təqdim etsəm də , notarius bildirir ki, Dövlət aktında torpaq mülkiyyətə verilməyib , daimi istifadəyə verildiyi üçün vərəsəlik məktubu verə bilməyəcəyəm, ona görə də torpağın istifadəyə görə sənədləşməsini rayon İcra hakimiyətində aparmalisan. Sizdən xahiş edirəm ki notariusun haqli olub-olmamasına hüquqi qiymət verəsiniz. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.



Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR Nazirlər kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 114-cü bəndinə görə, mmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.
Təlimatdan da görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyat orqanında əgər vərəsəlik qaydasında keçən əmlaka dair hüquqlar qeydə alınmayıbsa, notariusun imtinası haqlıdır.



********************************************************


Sual:
Kimdən: Anonim
salam men 2- ildi ki ayrilmisiq indi menim kecmis heyat yoldasim her gun bir cur iddiya qaldirir men qazax rayonunda yasayiram onlar menim savadsizliqimdan istifade etdiler mehkemeye rusvetle mene ayda 230-manat aliment kesdirdiler indi men sizden xais edirem bir azerbaycan vetandasi kimi men hec harda islemirem adima bele ne ev var ne de ki hec ne ind men ne etmeliyem onlarda butun isleri udublar ellerindede ali mehkemenin qerarini esas tutublar meni ise vekilim bele aldati hami menim savadsizliqimdan istifade elediler indi men ne edim xais edirem men men butun proceslerde naraziliqimi bildirdim lakin hec kes meni dinlemed

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Əgər alimentin ödənilməsi ilə bağlı iş Ali Məhkəməyə qədər gedibsə,siz məhkəmə qərarının elan olunduğu tarixdən 2 ay ərzində Ali Məhkəmənin Plenumuna şikayət verə bilərsiniz.
Lakin siz konkret hansı əsaslarla və neçə uşağam görə sizə həmin məbləğə alimentin kəsilməsini qeyd etməmisiniz.
Yaxşı olardı ki, dəqiqliklə bu məlumatları bildirəsiniz



Kimdən: Ziyad Ismayilov
Salam!!! Men 10 ildir ki, Buzovnada 2 sot torpag sahesinde 3 otagli ev tikib,2 azyasli usagim ve yildasimla orda yasayiram.Senedlerim:Belediyye serencami,torpagin algi-satgisina dair AKT ve torpaq ucun odediyim dovlet rusumunun ceki. Qaz, isiqve su ile muqavilem var.Geydiyyatda Buzovnada,lakin ayri unvandayig.Maddi durumumun yaxsi olmadigina gore tam senedlesdire bilmemisem. Eyer dovlet ehemiyyetli sokuntu olarsa mene ne teklif olunmalidir??? Xahis edirem etrafli cavab verin. Evvelceden tesekkur!!!


Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanunun tələblərinə görə, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınmayan şəxslər də dövlət ehtiyacları üçün torpaq sahələri alındıqda kompensasiya tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 70, 84-cü maddələri, Mülki Məcəllənin 246-249-cu maddələrinin tələblərinə görə, torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər, lakin onun dəyəri qabaqcadan dövlət orqanının vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə tam həcmdə ödənilir.


********************************************************


Sual:
Kimdən: Kemale Namazova
Men Namazova Kemale Abseron erazisinde Masazirda heyetyani sahede 180 kv ev tikmisem. evin senedleri var/

1. torpagin cixarisi -menim adima
2. torpagin eskizi ve katastoru
3. tikintiye bascinin serencami
4. eskiz layihe+lisenziya ile
5. istismar akti
6. belediyyeden unvan arayisi
7. sexsiyet vesiqesi
bu senedlerle getmisem Sobe reisi Qabil eliyevin yanina deyir mumkun deyil. 2000 (iki min ) AZN manati v.ermesen, eve cixaris vermeyecem. menim de yoldasim rehmete gedib, 2 usaqla cetinlikle dolaniram. bu uzden de propiska oluna bilmirem. mene komek edin.



Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Əgər sizdən rüşvət tələb edirlərsə, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edə bilərsiniz
Eyni zamanda nəzərə alsaq ki, hazırda ölkə rəhbərliyi səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılırsa. rüşvət olmadan tikiliyə çıxarış ala bilərsiniz.



********************************************************


Sual:
Kimdən: Muxcanova Tuqiye Şəhər: Quba rayonu
salam men herrac yolu olmadan heyetyani torpaq sahesi ala bileremmi?

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Torpaq hərracı olmadan siz yalnız vətəndaşların mülkiyyətində olan torpağı ala bilərsiniz.



********************************************************


Sual:
Kimdən: Ceyhun Şəhər: Sumqayit
Salam. Evvala yeni il bayraminizi tebrik edirem ve xalqimizin hüquqlarinin mariflenmesi ve daha yaxsi bilmesi ücün yaratdiqiniz bu seraiti yüksek qiymetlendirirem.
Menin sualim beledi.Atam 3 ildi bizden ayrilib.Mehkeme yolu ilede bowaniblar.Atam 2_ci evliyini qurub.Yasadiqimiz ev atamin mülkiyetindedi ve anamla nigahdan sora alinib.Anam,qardawm ve men qeydiyatdayiq.
1ci sualim.Eger atam evi emlak bölgüsüne verse ev nece ve kimlere nece pay düwecek?
2ci sualim.Atam bizim icazemiz olmadan eve kimise qeydyata sala biler ve kimese natariatla varislik verse bizim payimiz nece olacaq.
cavabiniza böyük ehtiyacim var.Tewekkürler.


Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

18 yaşdan yuxarı kiminsə mənzilə qeydiyyata düşməsi üçün mənzildə qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin yazılı razılığı olmalıdır. Belə razılıq olmasa həmin şəxsin pasport qeydiyyatına alınması mümkün deyil.
Digər tərəfdən, gəər mənzil birgə nikah dövründə alınıbsa, o ər-arvadın birgə mülkiyyəti hesab olunur. lakin birgə əmlakın bölgüsünə 3 illik iddia müddəti tətbiq olunur, yəni bu ümddət ərzində əmlakın bölgüsünü tələb etmək olar.
O ki qaldı, həmin əmlakın bölgüsünə, menzil atanizin şəxsi mülkiyyətindədir, sizin həmin mənzildə hər hansı payınız yox, yalnız yaşamaq hüququnuz var. sizin payınız yalnız gələcəkdə vərəsəlik qaydasında yarana bilər.



********************************************************


Sual:
Kimdən: nishco Şəhər: bakı
Salam. Yaşadığımız bağ əmimin adınadır. Əmim bağı mənə verir, lakin onun əlində olan sənəd köhnədir və onu təzələmək lazımdır. Bağın yerləşdiyi ərazi bir rayonun ərazisindən çevrilib başqa rayonun ərazisinə. Lakin sonuncu rayon əvvəlki rayondan hələki sənədləri təhvil almır. Bu artiq neçə illərdir ki, belə davam edir. Əmim əlində olan köhnə sənədin əsasında baş (generalniy) etibarnamə ilə bağı mənə verə bilərmi? Təşəkkür edirəm.

Cavab
Kimdən: Fariz Şəhər: Bakı

Əminizdə olan sənəd nə sənədidir? Bunu dəqiq yazınb zəhmət olmasa. Çox güman ki o icarə müqaviləsidir, həmin müqaviləs əsasında torpaq sahəsi başqasının istifadəsinə yaxud mülkiyyətinə verilə bilməz. Gərək əminiz həmin torpağın onun istifadəsinə yaxud mülkiyyətinə verilməsinə dair akt alsın və o zaman bağışlama yolu ilə onu sizin mülkiyyətinizə verə bilər


********************************************************


Sual:
Kimdən: Metanet xanim Şəhər: Baki seheri
Salam hormetli Vekil.Men iqtisadciyam.Helelik iwlemirem.48 yasim var.Yoldasim yoxdur.Weherin merkezinde 2 otaqli ozumemexsus evim var.Kiraye vermek isteyirem.Lakin bir problem var.Men kiraye gundelik vermek isteyirem , yeni xarici vetendaslara.5,10,15 ve s. gunluk.Bu bir qeder serfeli oldugundan bele kiraye vermeyi planlasdiriram.Bununla elaqedar qayda ve qanunlari deqiq bilmek isteyirem.Bu iwime sahe muvekkili qariiwa bilermi? Kooperativ sedrinden icaze almisam.xahis edirem meni melumatlandirasiz.Evvelceden tewekkur edirem.

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Evinizin xarici vətəndaşlara kirayəyə verilməsinə görə sahə müvəkkili hər hansı qadağa qoya bilməz. təbii ki həmin mənzildə hansısa cinayət hadisəsinin planlaşdırılması barədə məlumat əldə etməyibsə. Və hətta belə bir hal baş versə belə, burada sizin məsuliyyətiniz yarana bilməz


********************************************************


Sual:
Kimdən: cavid Şəhər: rusiyadan
Salam Fariz m-m.Menim Bakida teze kooperativ binada iki otaqli evim var.Muveqqeti olaraq Rusiyada yashayiram.\kooperativ binanin muhasibatligi men orada yashasam 50 man,yashamiramsa 30 man kommunal xerclere bu meblegi vermeli oldugumu bildirir.Xahish edirem bu meseleni aydinlashdiracaq bir meslehet veresiz.Hormetle Cavid

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Mənzildə kommunal xərclərə görə haqqın ödənilməsi Azərbaycan respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında 10 mart 2000-ci il tarixli qərarı ilə tənzimlənir. Yəni kommunal xidmətlərə görə qiymətlər dövlət tərəfindən müəyyənləşdirilir və hər hansı şirkətin, yaxud kooperativin bu qiymətləri müəyyənləşdirməyə səlahiyyəti yoxdur .


********************************************************


Sual:
Kimdən: Əli müəllim
Hörmətli vəkil, sahəsi 9kv. m olan evi qardaşım mənə bağışlamaq istəyir. Lazımi arayışı almaq üçün Sabunçu D,Ə. reestr xidmətinə müraciət etdik. Bizdən tələb olunan rüşvəti vermədiyimiz üçün gəlib evi yoxladılar. Ailəmiz böyük olduğu üçün (uçulmuş köhnə MİS evləridir) iki otaq artırmışıq. Sonra bizə heç bir cavab vermədilər. Biz bu barədə Bakı şəhəri və Respublika Reestr Xidmətinə dəfələrlə müraciət etsək də, bizə heç bir cavab verilmir. Heç olmasa demirlər ki, evi bağışlamaq üçün hansı addımları atmalıyıq.
Heç cür inana bilmirəm ki, əlavə tikinti aparmaq( belə tikintini bütün qonşular aparıb və heç bir kommunikasiya xəttinə yaxın deyil, bu yalnız sökülüb- dağılmış otaqların bərpasıdır) əmlak üzərində sərəncam hüququ verməyə mane olsun. Hüquqi yardım etməyi Sizdən xahiş edirəm. Qabaqcadan təşəkkürümü bildirirəm.


Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Əvvəla qonşuların icazə almadan mənzil daixlində hər hansı təmir-bərpa işlərinin aparması qanuni deyil. Mənzil daxilində otaqlarının sayının dəyişdirilməsinə, mənzilin ümumi görünüşünün əhəmiyyətli dərəcədə dəyişdirilməsinə yönələn hər hansı tikinti işləri aparılırsa bu barədə aidiyyatı qurumlara -Reyestr xidmətinə məlumat veirlməlidir ki həmin qurumun əməkdaşları mənzilin texniki pasportunu dəyişdirsinlər.

********************************************************


Sual:
Kimdən: Ilqar Şəhər: Baki
Salamlar. 4 sot torpaq sahesinin 2 sotunda ev tikmishem.Torpagin butun senedleri(chixarish ve tex.pasport) qaydasindadir.Tikintiye bashlamaq uchun Icra Hak-den icaze almisham,layihe chekilib ve tesdiq olunub.Evin tikintisini tamamlamaq uchun pul qalmayib ve torpagin 2 sotunu satmaq qerarina geldim.Alqi-satqi uchun lazim olan forma-1 almaqdan otru BTI-ye muraciet etdim,44 azn rusum alib senedlerimi qebul etdiler.1 hefte sonra mene zeng edib bildirdiler ki,torpagda tikili olduguna gore mene forma-1 vermeyecekler,gerek bu tikiliye kupcha alim.Men onlardan teleb etdim ki,dediklerini qanunla esaslandirsinlar.Mene tutarli cavab vere bilmediler.Men onlari basha sala bilmirem ki,satdigim 2 sot bosh torpagin menim tikdiyim eve hech bir aidiyyati yoxdur.Uzun sozun qisasi,bu meseleni hell etmek uchun menden BTI-de 5000 azn isteyirler.Bele chixir ki,men shexsi emlakimi satib BTI-ye hediyye etmeliyem?!
-Xahish edirem bu meselenin qanunla nece tenzimlendiyini bildiresiniz?
Evvelceden teshekkurumu bildirirem!


Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Əvvəla, tikdiyiniz ev tam hazır olmadığına görə ona qeydiyyat şəhadətnaməsinin istənilməsi əsassızdır.
Yaxşı olar ki, siz yazılı surətdə həmin quruma müraciət edəsiniz, əgər sizə imtina etsələr, siz onların qanunsuz hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz.



********************************************************


Sual:

Kimdən: intizar esgerova
Salam.Atam 2008ci ilde vefat edib.2004cu ilde mene oz adina olan evi vesiyyet edib ve notariusda tesdiqledib.Bu ev atamin ilk ailesinin hal hazirda yasadigi heyetdedir.l hemin heyeti atam olumunde evel yari bolub mene ayrdigi hisseni hasarlatmishdi.Olumunden sonra ilk evliliyinden olan oglu bu hasari sokdu.Hal hazirda hemin oglan orada oz ailesiyle birge yashayir ve mene ayrilan hissenide menimsemekdedir.atam onunda payini atrglamasiyla verib.Lakin onlar mene ayrilan hisseyede goz qoyublar. meni o eve yaxin buraxmirlar qiz ovladi olduguma gore.deyrilerki qiza hecne dushmur.o heyetde iki ev var ikiside atamin adinadi birini o oglana verib.birini ise mene vesiyyet edib.size sualim sizce mene qanuni yolla vesiyyet olunan o evi ala bilerem ve ne etmeliyem?yoxsa heqiqetende qiz hecne dushmur?bu nederecede dogrudur?qiz ovlad sayilmir?

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı


Əgər qeyd etdiyiniz kimi atanız sizə öz əmlakını vəsiyyət edibsə, o zaman vəsiyyətnamə əsasında sizə düşən payı tələb edə bilərsiniz. Əgər mirasın bölgüsündə mübahisə yaranarsa, məhkəmə qaydasında müraciət edərək miras əmlakı tələb edə bilərsiniz.


********************************************************


Sual:
Kimdən: Arife Şəhər: Baki

Rehmetlik Anamdan qalan mulku qardashim Nizami rayon mehkemesinde rushvet vererek öz adina kecirtmish.Biz ise uc baci iki qardashiq.
Mehkemeye saxta melumat vererek guya ailede 1 qardash iki bacidirlar.
Mehkemede qerari qardashimin xeyrine vermish.Lakin menim bildiyime göre Ata mulku ailede olan qardash bacilarin arasinda beraber bölunmeli.Nizami mehkemesíne menim ve böyuk bacimin sag olmasi haqqinda melumat vermishler.
Xahish edirem buna aydiinliq getiresiniz. Evvelceden teshekur edirem.


Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Məhkəmə qərarını aldığınız gündən 1 ay ərzində apellyasiya şikayəti verə bilərsiniz


********************************************************


Sual:
Kimdən: X-men Şəhər: Baki
Menim Bir evim Nenemden vesiyetname ile vesiyyet olunub ve 10 ilden artiq menim adima kecirilib. bu gunku gunde evi satmaq isteyirem hemin evimde qalan menim qohumum yeni atamin bacisi ve vaxtinda vesiyetname verilerken etiraz bildirmeyen shexs hemin adam oz etirazi ile mene qarshi iddia telebini ireli sure biler ve men ne qeder haqliyam.

Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Əgər sizə vəsiyyətnamə ilə verilmiş mənzildə qeyd etdiyiniz şəxslər pasport qeydiyyatındadırsa, həmin mənzil satılarkən qeydiyyatda olan şəxslərin notarial qaydada razılığı tələb olıunur. Əgər həmin şəxslər mənzildə qeydiyyatsız yaşayırsa, belə razılıq tələb olunmur.
O ki qaldı həmin şəxslərin mənzilə dair hər hansı etiraz bildirməsinə, bu onların mənzildə hansı qaydada və hansı müddətdə yaşamasından asılıdır. Qeyd edim ki həmin şəxslərin vəsiyyətnamənin etibarsızlığı ilə bağlı hər hansı etiraz irəli sürməyə hüquqları yoxdur .




********************************************************


Sual:
Kimdən: Ceyhun Şəhər: Bakı
10.10.2010 19:48 1.Həyətyanı torpaq sahəsi üzərində ayrı-ayrılıqda 2 (iki) ev tikilirsə evlərin hər birinə çıxarış ayrıca alınmalıdır?
2. Mənzilə olan qeydiyyat vəsiqəsini çıxarışla əvəz etmək üçün hansı sənədlər lazımdır? Qeydiyyat vəsiqəsi ilə alqı-satqı etmək mümkündürmü?
Əvvəlcədən təşəkkür edirəm.


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

18.10.2010 17:00 29 iyun 2004-cü ildə qəbul olunan Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna görə daşınmaz əmlak qeydiyyat orqanında qeydə alındıqda həmin mənzilə dair dövlət reyestrindən çıxarış verilir. Çıxarış qeydiyyat vəsiqəsi deməkdir və həmin çıxaırşla alqı-satqı etmək mümkündür.


********************************************************


Sual:
Kimdən: Bakili Şəhər: Bakidan
10.10.2010 19:48 Mənim 2 sot torpaq sahəm var və bu sahənin çıxarışı var. Mən bu sahədə hündürlüyu 9m olan ev tikintisinə başlamaq isteyirəm. Tikintini aparılmasına görə icazəni almaqdan ötru rayon icra hakimiyyətinə müraciət etdim. Amma mene dediler ki, bu rüşvətsiz alinmayacaq. Artıq dərəcədə xahiş edirem tikintiyə icazənin alınması (hansi sənədlər tələb olunur) və tikintidən soram qeydiyata salınması prosesini (qanuni rüsumlari ile) şərh edəsiniz.

Cavab:
Kimdən: Müzəffər Baxışov, vəkil

19.10.2010 17:10 Əgər Sizin torpaq sənədləriniz tam qaydasındadırsa, onda Bakı şəhər İcra Hakimiyyətində Şəhərsalma və Arxitektura Baş İdaərsinə müraciət etməlisiniz. Həmin idarədən də icazə aldıqdan sonra tikinti həyata keçirilməlidir.

Bunun üçün də müvafiq layihə-smeta sənədləri təqdim edilməlidir. Həmin sənədi Şəhərsalma və Arxitektura Baş İdarəsi təsdiq edəndən sonra tikitniyə başlamaq olar. Tikinti başa çatandan sonra isə evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edib orada qeydiyyatdan keçirilməsi lazımdır. Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi üçün isə tikintinin sahəsindən asılı olaraq dövlət rüsumu ödənilməsi lazımdır. Rüsumun məbləği tikitntinin sahəsindən asılı olaraq hesablanıb. Bu da Dövlət Rüsumu haqqında qanunda göstərilir.


********************************************************


Sual:
Kimdən: Quliyev İbatət Şəhər: Gəncə
10.10.2010 19:49 Men menzil aliram. Dovlet rusumundan baska elave olaraq hansi teyinatlara ne qeder pul odemeliyem. Konkiret olaraq miqdarini bilmek isteyirem.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

18.10.2010 16:59 Dövlət rüsumundan başqa hər hansı kənar təyinatlar üzrə pulun alınması qanunla müəyyən olunmur.


********************************************************


Sual:
Kimdən: Semedzade Ibrahim
10.10.2010 19:47 Salam eleykum.sizi narahat eden vetendas Semedzade Ibrahim Eli ogludur. Dovlet neft fondunun balansinda olan hokumet binasinda olan menzilde yasayiriq. menzil 4 otaqlidir. order esasinda 5 nefer aile uzvlerine verilib.orderde 5 neferin adi vardir.nenem,babam,anam,dayim,xalam ve dayim.hal-hazirda hemin sexslerden yalniz 3u heyatdadir.anam,xalam ve nenem hal-hazirda heyatdadirlar.1994cu ilden xalamin eri de hemin menzile qeydiyyata dusub.2008ci ilden anam atamla bosandiqdan sonra bacim ve menimle birlikde hemin menzile mehkeme vasitesile qeydiyyata dusduk.hemin vaxtdan bu gune kimi de hemin menzilde yasayiriq.menzil mubahiselidir.orderde adlari olanlardan anam ve nenem hemin menzilin ozellesdirilmesine razi olduqlari halda xalam razi deyil.hal-hazirda hemin menzilde men(25 yas kisiyem)yasayiram.umumilikde hemin menzilde 11 nefer qeydiyyatdadir.xalamin usaqlari azyaslidirlar.menzil mehkemenin qerariyla iki sexsi hesab acilmisdir. bilmek isterdim ki biz(anam,nenem,men ve bacim(24 ya
si var)hemin menzili xalamin ve erinin etirazina baxmayaraq ozellesdire bilerikmi?eger ozellesdire bilmerikse,mehkemeye menzilin bolgusuyle bagli muraciet etsek hansi esaslarla menzil bolune biler.menzil order esasinda,yoxsa hemin menzilde yasayan sakinlerin sayina uygun bolune biler?qabaqcadan size tesekkurumu bildirirem.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

22.10.2010 16:46 Əgər mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı şəxslərin hamısı mənzilin özəlləşdirilməsinə razı deyilsə, onların razılığı olmadan mənzili özəlləşdirmək olmaz. əgər qeydiyyatda olan şəxslərdən bir neçəsi mənzildə uzun müddətli olaraq yaşamırsa və daimi olaraq yaşamaq üçün başqa yerə köçübsə həmin şəxslərin mənzilə olan hüquqlarının itirilməsinə dair məhkəmədə iddia qaldırmaq olar. Yalnız bundan sonra qalan şəxslər özəlləşdirməyə razı olarsa, mənzilin özəlləşdirilməsi mümkündür. Digər tərəfdən mənzilin texniki cəhətdən bölgüsü əgər mümkün olarsa mənzilə ayrıca icarə ümqaviləsi bağlana bilər. Bu da mənzilin bölügüsünün mümkün olub olmamasından asılıdır. bunun üçün Yanğın təhlükəsizliyindən, sanitar-epidemioloji mərkəz rəy verməlidir. Əsk halda texniki bölgü mümkün deyil


********************************************************


Sual:
Kimdən: Yaşar Ağakişiyev
10.10.2010 19:47 Salamun Aleykum! Men Bakida yasadiqim menzilimi satmaq isteyirem. Menzili 6-7 ildirki ozelleshdirmishem. Menzil mene babamdan qalib. Menzilde menden bashqa bir nece adam qeydiyyatdadir. Onlardan biri (20 ildir qeydiyatda olsada orada yashamir) menzili satmaqa razi deyil.Men onun raziliqi olmadan menzili sata bilerem? Xahish edirem mene etrafli melumat veresiniz.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

18.10.2010 17:01 Mənzildə qeydiyyatda olan şəxslərdən biri qeyd etdiyiniz kimi mənzildə 20 il ərzində yaşamırsa onun mənzilə olan hüquqlarının itirilməsinə dair məhkəmədə iddia qaldıra bilərsiniz. Məhkəmə sizin iddianı təmin etdiyi halda həmin şəxs mənzildən pasport qeydiyyatından çıxarılır və siz mənzili onun razılı olmadan sata bilərsiniz.

********************************************************


Sual:
Kimdən: elsen Şəhər: baki
10.10.2010 19:46 salam.biz yeni ailem suraxanida 3 nomreli yataqxanaya qeydiyatdayiq. qacqinlar gelende bizim evi tutdular.mecburen ordan etdik.emim heyetinde bize ev tikmeye icaze verdi.indi bu eve qeydiyata dusmek istiyirik.heyetin butun senedleri var.mumkunse qeydiyata dusmek ucun hansi senedlerin lazim oldugunu yazardiz.


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Baki

18.10.2010 17:04 Əvvəlcə tikilən evin hüquqi statusunu müəyyən etmək lazımdır. Həyətin sənədlərindən əlavə, tikilən evə dair müvafiq sənədlər alınmaldıır. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 10-cu maddəsinə görə, qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim edilir:
- hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
- torpaq sahəsinin planı və ölçüsü;
- torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Əgər həmin ev Daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınıbsa o zaman mənzilə qeydiyyata düşmək olar. Bunun üçün tikintinin yerləşdiyi ərazi üzrə Polis İdarəsinin pasport və qeydiyyat şöbəsində həmin evə qeydiyyata düşə bilərsiniz.



********************************************************


Sual:
Kimdən: Süleyman müəllim Şəhər: Şəki
10.10.2010 19:45 Salam.Qanunvericiliyə uyğun olaraq rayon bələdiyəsindən fərdi mənzil tikmək məqsədilə 6 sot ölçüdə torpaq sahəsi almışıq.Bilmək istərdik ki,həmin torpaq sahəsi üzrə bələdiyyə ilə aramızda olan alqı-satqı müqaviləsinin notariusda təsdiqi üçün nə qədər dövlət rüsumu tələb oluna bilər? Həmçinin həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reysteri Xitmətində qeydə alınması və s. müvafiq sənədləşmənin aparılması üçün olan dövlət rüsumu nə qədərdir?
Cavabınız üçün öncədən təşəkkürümüzü bildiririk.


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

01.11.2010 12:37 Dövlət rüsumu haqqında Qanunun 10.1-ci maddəsinə görə torpaqların alqı-satqısına görə Bakı şəhərində 110 manat, digər şəhər və rayonlarda 440 manat dövlət rüsumu müəyyən edilib.

********************************************************


Sual:
Kimdən: ƏHMƏD Şəhər: BAKI
10.10.2010 19:43 Mənim Azərbaycan Konstitusiyası ilə toxunulmaz hesab edilən Qeyri Yaşayış Sahəm vardır. Həmin əmlak üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış tam mülkiyyət hüquqi üzrə mənim adıma qeydiyyata alınmışdır.
Dövlət təşkilatı mənim obyektimi Dövlət ehtiyacı səbəbi olmadığı halda söküb yararsız hala salmışdır. Yalnız Reyestrdən Çıxarış və Texniki Pasport qalıb. Odur ki, dövlət təşkilatının bu hərəkəti ilə əlaqədar məhkəməyə müraciət etdim. Bir neçə ay sonra isə məhkəmə getdiyi bir dövrdə həmin cavabdeh Dövlət Təşkilatı obyektimi tamamilə yerlə yeskan etmişdir.Bu quldur hərəkəti ilə əlaqədar iki dəfə polisə müraciət etsəm də bu hərəkəti mülki iş hesab edib məhkəməyə müraciət etməyim tövsiyyə olunub.
Ünvanımıza şantaşlar edilir , susmağımız , şikayətlər etməməyimiz tapşırılır. Bizlərə hədə-qorxu gəlinir. İndi qanuni qüvvəyə minmiş Rayon Məhkəməsinin Qətnaməsinə , İcra Vərəqəsinə uyğun olaraq mənə məxsus qeyri yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi naturada ödənməlidir.
Qətnamə qəbul olunan gündən bir neçə ay keçməsinə baxmayaraq Rayon Məhkəmə İcraçıları şöbəsinə daxil olan İcra Vərəqəsinin icrası təmin olunmamışdır.

Həmin Dövlət təşkilatı icraçı məmuru , Rayon Məhkəmə İcraçıları şöbəsini eşitmir , onların etdikləri xəbərdarlıqlara , tapşırıqlara və bildirişlərə məhəl qoymur , “Məhkəmə Qərarlarının İcrası Haqqında” AR Qanununa əməl etmirlər.
Bu günə kimi Rayon Məhkəmə İcraçıları şöbəsinədə Cavabdehin bu hərəkətlərinə dözürlər , məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları tətbiq olunmayıb.
Azərbaycan Konstitusiyasını pozaraq toxunulmaz mülkiyyəti sökərək kompensasiya verməyən cavabdeh Dövlət təşkilatı Yerli Qanunlara da əməl etmir , qanuni qüvvəyə minmiş Məhkəmə Qətnaməsini və İcra Vərəqəsini icra etmir.
16 iyul 2010-cu il tarixli AR Prezidentinin “Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi haqqında ...” Fərmanına da əməl etməyən Dövlət təşkilatına qarşı heç bir təşkilat , şəxs və ya orqan lazımı ölçü götürmür.
Yuxarıda deyilənləri nəzərə alaraq soruşuram:
1.İcra vərəqəsini yerinə yetirtməyi bacarmayanlara (Rayon Məhkəmə İcraçıları şöbəsinə ) və qəsdən yerinə yetirməyənlərə (cavabdeh Dövlət təşkilatına) qarşı mənim hansı sonrakı hərəkətim olmalıdır? (bilirəm ki, məhkəmə qərarlarının icra etməməsi üçün cavabdehə inzibati və cinayət məsuliyyəti sanksiyaları tətbiq olunmalıdır)
2.Bəs Rayon Məhkəmə İcraçıları şöbəsinin məsuliyyəti nədir?
3. Mənə cavabdeh tərəfindən olunan təsirlərə qarşı hansı hərəkətləri etməliyəm? Kimə , hansı müraciətim , şikayətim olmalıdır?
4.Hansı müddətdən sonra məhkəmə qətnaməsini yerinə yetirməyən cavabdeh haqqında Avropa məhkəməsinə müraciət edə bilərəm? (Rayon Məhkəmə İcraçıları şöbəsi və işə baxan hakim son qərar qəbul etməmişlər, heç etmək belə istəmirlər)



Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

22.10.2010 10:58 Əgər sizin tələbinizi təmin edən məhkəmənin qanuni qüvvəyə minən qətnaməsi varsa və o icra olunmursa sizin qərarın icra olunmaması ilə bağlı məhkəmə icraçılarının hərəkətsizliyindən şikayət vermək hüququnuz var. Əgər siz bununla bağlı şikayətlər vermisinizsə, lakin həmin şikayətlərə yerli dövlət orqanları tərəfindən baxılmırsa, siz Avropa Məhkəməsinə şikayət göndərə bilərsiniz. Bununla bağlı qeyd edim ki, Avropa Məhkəməsinə siz məhkəmə qərarının icra olunmaması ilə bağlı birbaşa olaraq müraciət edə bilərsiniz, bunun üçün ölkədə yenidən hər hansı prosedur keçməyinizə ehtiyac yoxdur. Məhkəmə qərarlarının icra olunmamasından Avroipa Məhkəməsinə şikayət edərkən hər hansı müddət nəzərdə tutulmur, çünki bu davam edən pozuntudur və ölkə daxilində yenidən məhkəmə proseslərinə başlamağa gərək yoxdur. Lakin Avropa məhkəməsinə müraciət etməklə yanaşı ölkə daxilində də şikayət verə bilərsiniz. Həmin şikayətlərə baxılmaması sizin Avropa Məhkəməsində tələbinizin təmin olunmasında mühüm rol oynaya bilər.


********************************************************


Sual:
Kimdən: Fikrət Hacıyev Şəhər: Göygöl
30.10.2010 00:05 20 ildir qeydiyyatda olduğum və yaşadığım və Iki il əvvəl vəfat edən atamın adına olan evi adıma çevirmək üçün məndən 500 manat rüşvət istəyirlər. Onu da qeyd edim ki, evi atam 1990-cı ildə alandan, burada ancaq mən, həyat yoldaşım və iki oğlum qeydiyyatda olub. 10 manat dövlət rüsumu ödədikdən sonra mənə qəbz verib dedilər ki, 23.06.2010 tarixində gəlib "forma 1" -i ala bilərəm. Ancaq həmin gün və sonralar da müraciət edəndə bildirdilər ki, dediyimiz 500 manatı vernəsən, sənədləri ala bilməsən. Onu da qeyd edim ki, mən Qarabağ müharibəsi veteranıyam və Xocalı faciəsindən sonra könüllü olaraq cəbhəyə getmişdim. Minnətdarlıq əlaməti olaraq rüşvətxor dövlət məmurları 20 ildir ki, çətinliklə tikib, hələ də başa çatdıra bilmədiyim evimi özümə satırlar. 25.07.2010 tarixində Respublika Prezidentinin rəsmi saytına bu faktla və başıma gətirilən digər haqsızlıqlara etiraz olaraq YAP sıralarından çıxdığımı bildirmişəm. Bundan sonra 22.10.2010 tarixində həmin sayta ikinci dəfə müraciət etsəm də, hələlik heç bir cavab almamışam. Atamın evini mənə satmağa çalışan "vətənpərvər" məmurlar heç Respublika Prezidentinə edilən şikayətə belə məhəl qoymurlarsa mən nə edə bilərəm? Xahiş edirəm məsləhət verin (məhkəmə, korrupsiyaya qarşı mübarizə üzrə komissiya və digər dövlət orqanlarına müraciət etməyin mənasız olduğunu artıq bilirəm).

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

06.11.2010 17:39 Əgər qeyd etdiyiniz idarənin sizdən rüşvət istəməsi barədə əlinizdə tutarlıs übutlar varsa, təbii ki korrupsiyaya qarşı mübarizə idarəsinə və həmin ərazi üzrə rayon prokurorluğuna müraciət edə bilərsiniz. Eyni zamanda həmin idarənin tabe olduğu yuxarı orqana müraciət etmək mümkündür.
Nəyinsə faydasız olduğuna etinasız kimi yanaşmayın. Hər bir zaman çıxış yolu vardır .


********************************************************


Sual:
Kimdən: Sevinc Süleymanova
25.10.2010 22:58 Hörmətli hüquqşünas, biz özəl əmlakımız olan qarajı satmaq istəyirik, lakin qaraja aid sənədləri tapa bilmirik. İtirilmiş sənədləri bərpa etmək üçün hansı orqanlara müraciət etmək lazımdır? Müraciət ərizələrinə qanunvericiliyə əsasən neçə gün ərzində baxılır və bununla bağlı dövlət rüsumları hansılardır və nə qədərdir?
Əvvəlcədən təşəkkürümü bildirirəm,
Hörmətlə,
Sevinc Süleymanova


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

01.11.2010 12:52 Şəxsi mülkünüzdə olan qaraja məxsus sənədləri itirmisinizsə, dublikatını onları verən quruma müraciət etməklə ala bilərsiniz.

********************************************************


Sual:
Kimdən: Ceyhun Şəhər: Bakı
18.10.2010 10:24 Notariusun dediyinə görə, daşınmaz əmlakın mülkiyyət sahibi həmin əmlakı onunla qohumluq əlaqəsi olmayan şəxsə bağışlaya bilməz, çünki bağışlama zamanı tərəflər arasında əlaqələr müəyyən edilməli və müvafiq rəsmi sənədlərlə əsaslandırılmalıdır.

Qanuna görə daışınmaz əmlakın (torpaq sahəsi) mülkiyyətçisi həmin əmlakı onunla qohumluq əlaqəsi olamayan bir şəxsə bağışlaya bilərmi?

Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.
Əvvəlcədən minətdaram.



Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

01.11.2010 12:39 Qanuna görə bağışlama müqaviləsinin mütləq bağışlayan şəxslə hər hansı qohumlu əlaqəsində olan şəxslə bağlanmasına dair hər hansı məcburi norma müəyyən olunmayıb. Lakin o əmlak bağışlana bilər ki, o ər-arvadın ümumi əmlakı və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.



********************************************************


Sual:
Kimdən: Ceyhun Şəhər: Bakı
18.10.2010 10:28 1.Özəlləşdirilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün evin layihəsinin tərtib edilməsi ilə bağlı rəsmi qaydada hara müraciət edilməlidir? Bunun üçün nə qədər dövlət rüsumu nəzərdə tutulur?

2. Layihə tərtib edildikdən sonra evin tikintisi üçün rəsmi, müvafiq göstəriş verilməlidirmi? Bunun üçün nə qədər dövlət rüsumu nəzərdə
tutulur və bu qaydalar hansı normativ hüququ aktlarla tənzimlənir?

Minnətdaram.



Cavab:
Kimdən: Korrupsiometr

19.10.2010 17:20 Əziz oxucu, bu mövzuda sual Sizdən əvvəl də verilib və vəkillərin ona cavabı artıq çap olunub. Cavabla burada tanış ola bilərsiniz:
http://www.azadliq.org/content/backgrounderfullpage/2177513.html 




********************************************************


Sual:
Kimdən: Rövşanə Şəhər: Bakı
25.10.2010 10:50 Mənim reyestrdən çıxarışı-kupçası olan özəl obyektim vardır.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mənim obyektimi Dövlət ehtiyacı səbəbi olmadığı halda söküb yararsız hala salmışdır. İndi Reyestrdən Çıxarış və Texniki Pasport qalıb. Odur ki, dövlət təşkilatının bu hərəkəti ilə əlaqədar məhkəməyə müraciət etdim.
İndi qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin Qətnaməsinə , İcra Vərəqəsinə uyğun olaraq mənə məxsus qeyri yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi naturada ödənməlidir.
Qətnamə qəbul olunan gündən 6 ay keçməsinə baxmayaraq Rayon Məhkəmə İcraçıları şöbəsinə daxil olan İcra Vərəqəsinin icrası təmin olunmamışdır.
Bu günə kimi Rayon Məhkəmə İcraçıları şöbəsində Cavabdehin bu hərəkətlərinə dözürlər, məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları tətbiq olunmayıb və heç olunacağını da görmürəm.
Mənim sonrakı hərəkətim nədən ibarət olmalıdır?


Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

01.11.2010 12:49 məkəmə qərarlarının icra olunmamasına görə məhkəmə icraçılarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət verə bilərsiniz. Lakin bu prosedurun səmərəsiz olduğunu düşünürsünüzsə, birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərə bilərsiniz


********************************************************


Sual:
Kimdən: Emin Şəhər: Baki
29.09.2010 22:42 Torpaq saheleri dövlət ehtiyacları üçün alındıqda torpaq sahibinin vərəsələrinə kompensasiya verilir?
 
Cavab

Salam.
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanuna görə, kompensasiya almaq hüququna malik olan şəxsin ailə üzvləri də kompensasiya almaq hüququna malikdirlər



************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
26.08.2010 10:01 Qanuna görə daşınmaz əmlak, daşınmaz əmlakın dövlət reyestrində (torpaq, ev) dövlət qeydiyyatına alındıqdan sonra özəlləşdirilmiş hesab edilir? Daşınmaz əmlakın özəlləşdirilməsi dedikdə hansı hüquqi normaların həyata keçirilməsi nəzərdə tutulur?

Minnətdaram.

Cavab ---
Dövlət Reyestrində daşınmaz əmlakı özəlləşdirən vətəndaşın adına verilən çıxarış bu mülkiyyətin həmin vətəndaşın özəl mülkiyyəti, əmlakı olduğunu göstərir.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: Adil
22.08.2010 21:09 Mən Cəbiyev Adil ehtiyatda olan hərbi qulluqçuyam. Ehtiyatda olan Hərbi qulluqçuların bir dəfə pulsuz bir pay torpaq alma hüququ var. Hansı qanunun hansı maddəsi ilə Məhkəməyə bir pay torpaq sahəsini alma və ya bir pay torpaq sahəsinin dəyərində kampinsasiya alma iddiası ilə müraciət edə bilərəm? Əgər mümkündürsə İddia Ərizəsini tərtib etməkdə, təqdim etmək üçün sənədlərin siyahısını qeyd edərək Mənə köməklik etmənizi XAHİŞ EDİRƏM. Mümkün olarsa maddi vəziyyətim aşağı olduğu üçün pulsuz Vəkillədə təmin etməyinizi Xahiş edirəm. Öncədən minnətdarlığımı bildirirəm.

Cavab ----------
Kömək etmək mümkündür. Yaşadığı rayonun məhkəməsinə iddia ərizəsi verib belə bir tələbinin olduğunu söyləyə bilər. Məhkəmə də araşdırıb bir qərar çıxarar, icraya yönəldər.

Ehtiyyatda olduğu üçün ona belə hüquq yarandığı üçün ehtiyyatda olan hərbi qulluqçu olmasına dair sənədləri təqdim etməlidir.

İddi ərizəsini yarakən ona torpaq sahəsi ayırmalı olan dövlət idarəsinin adını, ünvanını qeyd etməli, ona belə hüquq yaradan əsasları yazmalıdır.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
06.09.2010 17:36   1. Dövlət alqı-satqı aktı ilə (bələdiyyədən verilmiş) torpaq sahəsini (həyətyanı) satmaq (başqasının mülkiyyətinə vermək)mümkündürmü?
2.Torpaq sahəsi və onun üzərindəki tikili başqasının mülkiyyətinə keçdikdə ( həmin əmlak dövlət qeydiyyatından keçib) həmin sahə və
üzərindəki tikili üçün texniki sənədlər ( torpaq və tikilinin plan və cizgisi, torpağın kadastr planı və ölçüsü) yenidən tərtib edilməlidir?

3.Forma 1 neçə günə verilir?

Cavab - - -
Sualdan aydın deyil ki, bur torpaq vətəndaşa konkret hansı məqsədlə verilib. Aydın olmalıdır ki, bu torpaq ona bağ istifadəsi, yoxsa, ev tikintisi, yaxud başqa məqsədlər üçün verilib. Əgər torpaq birbaşa vətəndaşın mülkiyyətinə verilibsə, o da həmin mülkini eyni məqsədlərlə istifadə üçün başqalarına sata bilər.
Başqasına satılmazdan əvvəl torpaq və tikilinin plan və cizgisi, torpağın kadastr planı və ölçüsü var idisə, və həmin göstəricilərdə heç bir dəyişiklik yoxdursa, bu sənədləri yenidən almağa ehtiyac yoxdur. Sadəcə mülkiyyətçi dəyişir.

Forma 1 deyilən ev sənədini yəqin nəzərdə tutur. Müvafiq sənədlər əlimdə olmadığından müddəti deyə bilmirəm.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
02.09.2010 11:08 Həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilirmi?
Minnətdaram.

Cavab ------
Bu cür torpaqda ev tikilməsinə qadağa yoxdur. Amma sənədləşməsi həddən artıq mürəkkəbdir. Məsələn, bələdiyyələrin bu bqrədə sənəd verməyə ixtiyarları yoxdur. Bu icazə müvafiq icra hakimiyyətindən alınmalıdır. Amma vətəndaşa onu da bildirməliyik ki, icra hakimiyyətlərindən tikinti icazəsi almaq son dərəcədə ağır və mürəkkəb bir işdir.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
01.09.2010 17:39 Qanuna görə notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə alınmış torpaq sahəsinin satan tərəfə qaytarılması hansı qaydada (necə gün müddətində və s.) həyata keçirilir? (müqavilədə bu qaydalar nəzərdə tututlmayıb) Həmin müqavilədən sonra mütləq, torpaq sahəsinin təhvil-təslim aktı tərtib edilməlidirmi?

Təşəkkür edirəm.

Cavab ------------
Notariusda verilmiş alqı-satqı sənədlərini alan tərəf öz üzərinə sənədləşdirməni başa çatdırıbsa, bu, artıq məhkmədə baxıla bilən mövzudur. Əmlakın əvvəlki sahibi altı ay müddətində məhkəməyə müraciət edərək satdığı əmlakın geri qaytarılmasını istəyə bilər.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: Sanan Şəhər: Baki
28.08.2010 13:09 Salam, sualim Muzeffer Baxisovadir. Muzeffer muellim, 12.07.2010 il tarixde Femida adli sual unvanlayan adama asagidaki "Amma əgər torpaq ev tikintisi məqsədilə ayrılıbsa, özəldirsə, onda Quba rayon İcra Hakimiyyəti Paratının Tikinti və Şəhərsalma şöbəsindən icazə alınmalıdır. Həmin icazə üçün dövlət rüsumu nəzərdə tutulmur. Tikintinin plan cizgiləri təsdiq edilməlidir" cumleni yazmisiniz. Burada gosterilir ki, sozugeden mesele ucun rusum nezerde tutulmur. Amma Azadliq radiosunun Rusumlara aid bolmesinde "31.1.1. tikintinln layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi - 60 manat" bele yazilir. Xahis edirem deyesiniz burada hansi duzdur? Anlasilmayan mesele hansidir? Rusum var yoxsa yox? Evvelceden tesekkur edirem...

Cavab -------------------
Rüsumlarla bağlı cədvəldə tez-tez dəyişiklik edilir. Ola bilər ki, Müzəffər müəllim o suala cavab verərkən sonuncu dəyişiklik haqqında məlumat əl altında olmayıb. Amma AzadliqRadiosunun saytında rüsumlar haqqında məlumat mən bilən yenidir və orada qeyd edilən rüsum məbləği daha doğrudur.

Elman Fəttah - Hüquqşünas


********************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
20.09.2010 14:16 Kooperativ binaların mənzilləri daşınmaz əmlakın dövlət qeydiyyatına alınıb onlara çıxarış alınmalıdırmı? Bu cür mənzillərə vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlər hansılardır?

Təşəkkür edirəm.

Cavab ---------
Kooperativ mənzillərə olan hüquqların daşınmaz əmlakın dövlət reyestrinə alınmasına gərək yoxdur. Mənzil məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədlər mənzil kooperativi tərəfindən verilir.

Fariz Namazlı, Media hüququ institutu, Hüquqşünas

********************************************************


Sual - Kimdən: Orucova A. Şəhər: Bakı şəhəri.Nəsimi rayonu
07.09.2010 11:59 Salam.Bizim ev Kubinkada yerləşir. Reystirdən çıxarış vərəqəsində 12 m2 göstərilib. (Əvvəlki ev sahibi az göstərib)Faktiki 24m2-dır. MİS tərəfindən verilən rəsmi planda 24 m2 göstərilib. Evlər plana düşəndə hansı nəzərə alınacaq. Registirdən çıxarışa düzəliş etmək mümkündürmü?

Cavab --------------
Mənzil İstismar Sahəsi faktiki hal üzrə sahəni müəyyən edib. Dövlət reyestri əsas hüquqi sənəddir. Buna görə Sizin evinizlə bağlı hər hansı ödəniş vəziyyəti yaranarsa, təəssüf ki, 12 m2 sahə əsas məlumat kimi götürüləcək. Ona görə evdə olan sahə dəyişikliyini mütləq dövlət reyestrində əks olunması üçün müvafiq sənədləri toplayıb dövlət orqanına təqdim etmək lazımdır. Həmin dövlət orqanı təqdim edilmiş sənədləi qəbul edərsə, vətəndaşa reyestrdən yeni çıxarış veriləcək və onun mənzili artıq 24 m2 sahədə göstəriləcək. Bu halda, həmin mənzillə bağlı hər hansı ödəniş vəziyyəti yarananda mənzilin sahəsi 24 m2 götürüləcək.
Vətəndaş əgər indiyə qədər mənzilə ödənişlərini 24 m2 üçün edibsə, həmin ödəniş sənədlərini, MİS-nin adını çəkdiyi sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verərək sənədlərdə dəyişiklik etdirə bilər. Bu, mümkün olmasa, onun həmin xahişlə məhkəməyə də üz tutmaq imkanı var.

Elman Fəttah - Hüquqşünas

********************************************************


Sual - Kimdən: latifa Aliyeva Şəhər: Ismayilli
13.08.2010 10:24 Salam, men yeni aldiqim torpaq sahesinde -Baki,Vishnovka- ev tikmek isteyirem. Torpaqin butun senedleri qaydasuindadir. Ev tikmek uchun icazeni nece almaliyam ve ne qeder rusum odemeliyem. Cavaba gore evvelceden teshekkur edirem.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 20:29 Əgər Sizin torpaq sənədləriniz tam qaydasındadırsa, onda Bakı şəhər İcra Hakimiyyətində Şəhərsalma və Arxitektura Baş İdaərsinə müraciət etməlisiniz. Həmin idarədən də icazə aldıqdan sonra tikinti həyata keçirilməlidir.
Bunun üçün də müvafiq layihə-smeta sənədləri təqdim edilməlidir. Həmin sənədi Şəhərsalma və Arxitektura Baş İdarəsi təsdiq edəndən sonra tikitniyə başlamaq olar. Tikinti başa çatandan sonra isə evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edib orada qeydiyyatdan keçirilməsi lazımdır. Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi üçün isə tikintinin sahəsindən asılı olaraq dövlət rüsumu ödənilməsi lazımdır. Rüsumun məbləği tikitntinin sahəsindən asılı olaraq hesablanıb. Bu da Dövlət Rüsumu haqqında qanunda göstərilir.


********************************************************


Sual - Kimdən: Zamina
05.08.2010 12:30 Salam.
Dövlət Rüsumu haqqında qanunun 26.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın ( Forma 1) verilməsi üçün tutulan rüsumun məbləği 30 manatdir. Bu rusum 20 gun muddetinde verilmesine gore gosterilib. Bildiyime gore bu formani tezlesdirme muddeti de var (7 gun erzinde) almag olar. Xahis edirem bu halda ne geder olmasini bildiresiz. Coz sagolun.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:20 Bəli, bu rüsum 30 manatdır. Amma sənədin tez verilməsi üçün daha artıq rüsum tələb edilə bilər. Bu, qanuna uyğundur. Təəsüf ki, konkret nə qədər tələb edilə biləcəyini sənədlərə baxmadan deyə bilməyəcəm.


********************************************************


Sual - Kimdən: NERIMAN REHMANOV Şəhər: BAKI
01.08.2010 15:51 4-MERTEBELI BINANIN 1-JI MERTEBESINDE 2-OTAGLI OZEL MENZILIM VAR.EVIMIN ALTINDA 35KV YARIM ZIRZEMININ 11KV MENIM ADIMA OZELLESDIRILIB.GALAN 24 KV SAHE MULKI GANUNVERIJILIYE GORE MENE MAXSUSDURMU???

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:24 Mən bilmirəm, Nəriman bəy onu necə özəlləşdirib. Mülki Məcllənin tələblərinə görə zirzəmi ümumi istifadədə olan ərazi olduğu üçün onun özəlləşdirilməsinə yol verilmir. Amma Azərbaycanda zirzəmilərin özəlləşdirilməsi halları var. Məncə, bu, qanuna ziddir.


********************************************************


Sual - Kimdən: Elchin Şəhər: Baki
21.07.2010 13:12 Salam! Hal-hazirda ev alqi-satqisi zamani hansi senedler teleb olunur.Forma 1 helede quvvededir?

Cavab Kimdən: Müzəffər Baxışov, vəkil
 Bəli, forma 1 qüvvədədir. Alqı-satqı üçün bu sənədlər olmalıdır:
1. Evin yüklü olub-olmadığını müəyyən etmək üçün - Forma 1. Bu sənədin 20 günlük müddəti var.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış.
3. Evdə qeydiyyatda olan adamlar haqqında MİS-dən arayış.

********************************************************


Sual - Kimdən: vusal Şəhər: Baki
20.07.2010 10:59 Salam. Order nedir? Orderle mehkemede mudafie etmek olarmi?

Cavab ---------
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
27.07.2010 12:35 Oder vəkil tərəfindən məhkəməyə təqdim edilən sənəddir və şəxsin müdafiəçisi olmasını göstərir. Orderlə məhkəmədə müdafiə etmək mümkündür

Fariz Namazlı, Media Hüququ İnstitutu, Hüquqşünas


********************************************************


Sual - Kimdən: SƏKİNƏ Şəhər: BAKI
15.07.2010 15:32 SALAM. 30-35 İL ƏVVƏL ATA MÜLKÜNDƏ, HƏYƏTDƏ, 17 KV. METRLİK BİR OTAQ TİKİLİB.HAL-HAZIRDA ORADA 3-CÜ NƏSİL YAŞAYIR. ƏVVƏLCƏ NƏNƏM, SONRA ATAM VƏ İNDİ DƏ Kİ, BİZ. ƏLİMİZDƏ KUPÇİ VAR. İNDİ HƏMİN 1 OTAĞA ƏLAVƏ TİKİNTİ KİMİ SƏNƏD İSTƏYİRİK,TƏKCƏ RİH-Tİ 3000 MANAT PUL İSTƏYİR.QALAN TƏŞKİLATLAR NƏ QƏDƏR İSTƏYƏCƏK BİLMİRİK.RÜŞVƏT VERİRƏM O DƏQİQƏ DÜZƏLDİRLƏR, VERMİRƏM DEYİRLƏR QANUNDA BELƏ ŞEY YOXDUR.HANSINA İNANASAN? MƏN NƏ ETMƏLİYƏM? RÜŞVƏT VERMƏYƏ PULUM YOXDUR.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:49 Azərbaycanda "rüşvət verirərm düzəlir" ifadəsi nə qədər inandırıcı olsa da, Mülki Məcllənin, Torpaq Məcəlləsinin və başqa qanunvericilik aktlarının tələblərinə uyğun olaraq torpaq sahəsi tikinti üçün ayrılmalıdır, lazımi qaydada icazələr alınmalıdır, tikinti norma və qaydalarına əməl edilməklə də tikilməlidir.
Qanunla özbaşına tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyil. Amma əfsuslar olsun ki, mənə çox adam sübut edə bilər ki, bax, mən filan evi özbaşına tikdim, sonra da bütün sənədləri əldə etdim.


********************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
12.07.2010 17:13 1. Özəl torpaq sahəsinin alınması və başqa şəxsin adına keçirilməsi
üçün hansı qanuni addımlar atılmalıdır? ( torpaq sahəsi Qubada yerləşir)
2. Özəl torpaq sahəsinin üzərində yaşayış evi inşa etmək üçün rəsmi icazə lazımdırmı?
Bunun üşün hər- hansı bir dövlət rüsumu nəzərdə tutulubsa mümkün dərəcədə rüsumun məbləğini qeyd etməyinizi xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 22:11 Qubada torpaq kənd təsərrüfatı təyinatlı torpaq da ola bilər. Bu halda, özəl olsa da orada kənd təsərrüfastı fəaliyyəti üçün lazım olan zəruri tikililər istisna olmaqla mənzil tikintisi aparmaq olmaz.

Amma əgər torpaq ev tikintisi məqsədilə ayrılıbsa, özəldirsə, onda Quba rayon İcra Hakimiyyəti Paratının Tikinti və Şəhərsalma şöbəsindən icazə alınmalıdır. Həmin icazə üçün dövlət rüsumu nəzərdə tutulmur. Tikintinin plan cizgiləri təsdiq edilməlidir.

Özəl torpaq sahəsinin alınması üçün isə torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışı ilə notarinat orqanlarına gedib alqı-satqı müqaviləsini təsdiq etdirməlisiniz. Bundan sonra Sizin həmin torpaqda sahiblik və istifadə hüququnuz əmələ gələcək.

Notarusdan aldığınız müavilənin bir nüsxəsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edib öz adınıza Çıxarış alandan sonra Sizin həmin torpağa mülkiyyət hüququnuz yaranacaq.


********************************************************


Sual - Kimdən: sahmar Şəhər: baki
30.06.2010 12:36 Salam. Menim atam 2006-ci ilde vefat etmisdir. 2009-cu ilin sonunda emim usaqlari mehkeme vasitesile atamdan qalan mulki anmin adina resmilesdirmisler. Bundan sonra anam hemin mulki emim ogluna vesiyyet etmisdir. Anam 2010 cu ilin fevral ayinda vefat etmisdir. Ne mehkemeden ne de vesiyyetden menim melumatim olmamisidr. Notarius ona muraciet etdikden sonra mene mecburi pay kimi mirasin yarisinin yarisini duseceyini bildirmisdir. Men ailenin tek ovladiyam. Gosterdiyim kimi atam ve anam vefat etmisler. Menim hemin mulkde mecburi payim hansi hisseni teskil etmelidir?? 25 yoxsa 50% evvelceden tesekkur edirem

Cavab ------
Mülki Məcəllənin 1193-cü maddəsinə görə, Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Siz qanuni vərəsəlik üzrə yeganə vərəsə olduğunuzdan vəsiyyətnamə olmasaydı sizə miras əmlakın 100%-i çatacaqdı, ona görə məcburi pay kimi miras əmlakın 50%-i düşür

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


********************************************************


Sual - Kimdən: Akif Şəhər: Bakı
27.06.2010 11:36 Mənim dostum Bakının Nizami rayonu ərazisində yerləşən "Bakı Qazan-mexaniki zavodunda" işləyən zaman orada mənzil növbəsinə dayanmışdı. SSRİ dağıldıqdan sonra həmin müəssisə Səhmdar Cəmiyyət oldu və bir neçə ildən sonra ləğv oldu. Mənzil növbəsini dostuma qeydiyyatda olduğu Nizami rayon icra hakiyyətinə keçirməyi təklif etdim. O mənzil-uçot sənədlərini ləğv olmuş SC həmkarlar təşkilatından götürərərk İH təqdim etdi. Lakin orada sənədləri qəbul etməkdən imtina etdilər. Orada ona bildirdilər ki, sənədləri SC möhürü ilə təsdiq etməlidir. SC isə ləğv olub. Belə absurd vəziyyətdə hansı çıxış yolu vardır.

Cavab - Kimdən: Elton Quliyev - vəkil
14 oktyabr 1983-cü ildə Az.SSR Nazirlər Komitəsinin qərarı ilə tənzim edilir. Bu normativ sənədə görə mənzil şəraitinin yaxşılaşdırılması übün harada, iıra hakimiyyəti orqanlarında, yaxud iş yerlərində uçota durmasından asılı olmayaraq ayrılan mənzillərə orderlər yerli hakimiyyət orqanları tərəfindən verilir. Ona görə də uçota duranların siyahısının bir nüsxəsi həm də bu orqanlara verilirdi. Bünki həmin qərar hakimiyyət orqanlarına uçota alma prosesinə nəzarət etmək vəzifəsini təsbit edir.

Qərarda eləcə də müəsssisə və ya təşkilatın ləöv edildiyi hallarda uçota duran şəxslərin növbəliliyi saxlanmaqla, yəni uçota durma tarixi dəyişdirilmədən işə qəbul edildiyi yeni müəssisə mənzil fonduna malikdirsə orada, malik deyilsə yerli hakimiyyət orqanında uçotda saxlanmaları nəzərdə tutulur. Uçota duran şəxslər uçot kitabına salınır. Uçot kitabı isə ciddi hesabat sənədi kimi saxlanılır. Hətta kitabda göstərilən şəxslərə ev verildikdən sonra uçot kitabı 10 il saxlanılmalıdır.

Ona görə də dostunuzun ubota bərpa olunması mümkündür. Sadəcə bu sənədləri tapıb onlardan çıxarışlar əldə etmək lazımdı. İıra hakimiyyətində mıhürsüz sənədin qəbulundan imtina eedilməsinə gəldikdə isə, burada qanunsuz heç nə yoxdu. Bu cür sənədlər tələb olunan şəkildə tərtib edilməlidir.

********************************************************


Sual - Kimdən: Resad
23.06.2010 19:31 Salam
1.Men bilmek isterdim ki,mulkiyyetimde olan 1 mertebeli menizlin ikinci mertebesini tikmek ucun hansi prosedurlardan kecmek lazimdir?
2.Eger bir sexsin herbi bileti,Voeni,DSMF ohdeliyi varsa onun vetendasligi elinden alina bilermi?Elbette sohbet Azerbaycandan gedir.

Evvelceden tewekkurler

Cavab - Kimdən: Elton Quliyev - vəkil
1.inşaat işlərinin aparılması vahid qayda ilə həyata keçirilir. Artıq mıvcud olan binanın üstünün tikilməsinin mümkünlüyü barədə mühəndis rəyi olmalı və layihə sənədləri təsdiq edilməlidir. Yerli İcra hakimiyyəti orqanının sərəncamı alınandan sonra nikintini aparmaq olar.

2. Xeyr. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna görə heç kim Sizi öz iradəsi əleyhinə vətəndaşlıqdan çıxarıla bilməz.


********************************************************


Sual - Kimdən: adil Şəhər: baki
20.06.2010 18:13 baki seherinde sovet dovrunde tikilmish 9 mertibeli binanin 8 mertebesi yashayish sahesidir ve 1 inci mertebesi karkaslar uzerinde, qeyre yashayish saheleridir(maqazalar),bu maqazalarin biri menimdir (ozeldir-kupcasi ve texniki pasbortu var) menim maqazamin arxasinda blokdan qapisi olan qeyre yashayish sahesi var(kaleska adeli) men orani nece ozeleshdirib ve oz maqazama elave ede bilerem haralara muraciet etmeliyem ve rusum her kvadrata ne qederdir . teshekurler

Cavab - Kimdən: Elton Quliyev - vəkil
10.07.2010 21:49 Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin qurumlarına müraciət edib əvvəlcə həmin sahənin mülkiyyətbisi və ya istifadəçisi olub-olmadığını aydınlaşdırmaq lazımdır. Əgər sahə boşdursa, o zaman şzəllləşdirməyə başlanıla bilər. Əlbəttə həmin sahə qanunla özəlləşdirilməsinə icazə verilən əmlaklar kateqoriyasına aiddirsə. əmlakın qiyməti hər bir konkret halda əmlakın yerləşdiyi ərazi, binanın tikildiyi vaxt, istifadə olunmuş tikinti materialları və s. nəzərə alınmaqla, habelə müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilməlidir.


********************************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu
18.06.2010 17:02 Salam.19.05.2010-cu il tarixli Sualima cavab verdiyiniz ucun Gunel xanim sizə dərin minnetdarlığımı bildirirəm.Sadece bir hisse mene qaranlıq qalmışdır.Menim həmin evdə yaşayan bacim o evde qeydiyyatda deyil sadece orada qeydiyyatda rəhmətə getmiş bacımın yoldaşı və onun az yaşlı uşağıdır. Həmin evde faktiki yaşayan bacim 10-ilə yaxındır ki orada yaşayır ailəsi ilə birgə sadəcə qeydiyyatda deyillər.Bu halda onlar qeydiyyatda olmadıqları halda mirası qəbul etmiş sayılırlarmı? Cavabınıza görə əvəlcədən minnətdaram.

Cavab ----
Salam. Əgər şəxs qanun üzrə vərəsədirsə onun mirasa düşən mənzildə qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin mənzilə vərəsəlik hüququ əldə edir.

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


********************************************************


Sual - Kimdən: nishko Şəhər: Bakı
18.06.2010 10:44 sökülən (plana gedən) evlərə görə dövlət tərəfindən müəyyən edilmiş kompensasiyanın miqdarı nə qədərdir? Bu hansı hüquqi sənədlə tənzimlənir?

Bir də əgər həyat yoldaşımın 3 otaqlı mənzili varsa və mən orada qeydiyyatda deyiləmsə, qeydiyyatda olduğum başqa ev (kupçası adıma deyil) plana gedərkən verilən məbləğ bölüşdürüldükdə bu fakt (yoldaşımın evinin olması və mənim orada yaşamağım) mənim əleyhimə işləyə bilərmi, bilərsə, nə dərəcədə?

Təşəkkür edirəm.


Cavab -----
Sökülən evlərə görə dövlət tərəfindən təyin edilən kompensasiyanın məbləği Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydasına uyğun müəyyən edilir. Qaydaların 3.1-ci maddəsinə görə, Daşınmaz əmlakın satınalma qiyməti onun siyahıya alınma tarixindən və ya daşınmaz əmlakın alınması ictimaiyyətə bildirilməzdən (Qərar dərc edildikdən) 90 gün əvvəl, bunlardan hansının daha tez baş verdiyi nəzərə alınmaqla, əmlakın malik olduğu bazar qiymətinə bərabər olmalıdır.
Alınan daşınmaz əmlakın qiymətinin hesablanması aşağıdakılara əsaslanır:

müvafiq inzibati ərazidə yerləşən daşınmaz əmlakın satış qiyməti və ya;

torpağın qiymətinin satış qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün onun yerləşdiyi ərazidə daşınmaz əmlakla bağlı alğı-satqı olmadıqda və ya torpaq digər torpaqla əvəz ediləcəyi hallarda, daşınmaz əmlakın və torpağın bərpa qiyməti və ya;

torpağın ədalətli və real qiymətini müəyyən etmək üçün torpağın satış qiymətindən və ya bərpa qiymətindən praktiki olaraq istifadə etmək mümkün olmadığı hallarda, torpağın normativ qiymətindən az olmayan qiyməti;

daşınmaz əmlakın qiymətləndirilməsi metodlarından bir neçəsi tətbiq edilə biləcəyi hallarda, qiymətin yuxarı həddini müəyyən edən metod tətbiq edilir.
Mənzil dövlət ehtiyacı üçün alınarkən həmin evdə yaşayan şəxslərin başqa mənzildə qeydiyyatda olması yaxud onların adına hər hansı daşınmaz əmlakın olmasına təsir etmir

Fariz Namazlı, Media Hüququ İnstitutu, hüquqşünas


********************************************************


Sual - Kimdən: İmran Şəhər: Bakı
17.06.2010 22:02 Salamlar.
2000-ci ildə mənə icra hakimiyyəti tərəfindən fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu ərazisində 4 sot torpaq sahəsi verilib. Bütün sənədləri qaydaya salmışam,yəni kadastr,tex.pasport,çıxarış(şəhadətnamə) almışam.İndi həmin sahədə ev tikmək istəyirəm.

Bunun üçün Suraxanı RİH-in nəzdindəki Layihə Smeta Bürosunda tikiləcək evin layihəsini çəkdirib,rüsumu ödəyib,qəbzini almışam.Sonra bütün sənədləri götürüb təqdim etdim İcra Hakimiyyətinə ki,tikintiyə başlamaq üçün mənə icazə versinlər.Problem də bundan sonra başladı.Bir ay get-gəldən sonra mənə dedilər ki,evin sahəsinə(107 kv.m) uyğun olaraq 1000 manat rüsum ödəməliyəm. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin aparıcı-məsləhətçisi mənə Suraxanı RİH-in bank rekvizitləri çap olunmuş adi bir vərəq verdi ki,pulu həmin hesaba köçürüm.Sualıma cavab olaraq bildirdi ki,bu pul qəsəbənin abadlıq işlərinə xərclənəcək.Onun sözlərinə görə yeni salınan qəsəbələr orada yaşayan sakinlərin hesabına abadlaşdırmalıdır(sakinlər yol çəkməlidirlər,işıq,su,qaz və s...)
Uzun axtarışlardan sonra sizin saytda aşağıdakı məlumatı tapdım və bu işinizə görə sizə minnətdaram:

"Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu =31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi - 60 manat=

Və qanunun bu bəndini əlimdə rəhbər tutaraq 02.06.2010 tarixdə İcra başçısının adına şikayət ərizəsi yazıb xahiş etmişəm ki,bununla əlaqədar bir tədbir görsün. O da öz növbəsində 20.06.2010 məni öz qəbuluna dəvət edib.
Suallarım isə aşağdakılardır:

1. Mənim məsələmə aid qanun maddəsini düzmü seçmişəm?
2. Bu rüsum (31.1.1 bəndində göstərilən) konkret olaraq hara ödənilməlidir?
3. Qəsəbələrin abadlıq işləri kimin hesabına aparılmalıdır və bu işə görə Dövlət İcra Hakimiyyətlərinə vəsait verirmi?
4. İcra Başçısı məni qəbula çağırmalıdırmı,yoxsa aidiyyatı üzrə təsərrüfat şöbəsinə göstəriş verməlidir ki,bu işi həll etsinlər?

Əvvəlcədən təşəkkürümü bildirirəm

Cavab - Kimdən: Elton Quliyev - vəkil
1. Qanunun normasını düz seçmisiniz.

2. Rüsum hər bir halda onu almalı olan təşkilatın bank hesabı vasitəsilə dövlət büdcəsinə ödənilir.

3. Yaşayış məntəqələrinin abadlaşdırılması bələdiyyə və dıvlət orqanlarının vəzifəsidir. Vətəndaşlar yalnız öz arzuları ilz bu işə maddi yardım göstərə bilərlər. Bu onlardan tələb edilə bilməz.

4. Icra başçısı sizin müraciətinizə vətəndaşı dəvət etməklə baxmağa üstünlük verirsə, burda nə isə bir kələk axtarmağa dəyməz. Təki işiniz düzəlib qaydasına düşsün.


********************************************************


Sual - Kimdən: Elman Haciyev
28.05.2010 13:18 Salam. Man 2001-ci ilda 2 sot torpag sahasi aldim, baladiyya sadri mana fardi evin tikintisi icazasi verdi. Amma mana tikintiya bashlamaga hec kim icaza vermir. Biraki, manim bashim cixmadigindan mana sarancamin bank cekini vermayib indi man shahadatnama ala bilmiram. Xahish ediram mana komaklik gostarasiniz. Gabagcadan tashakkur ediram.

Cavab - -
Bu, bir az qeyri-dəqiq sualdır. Belə başa düşürəm ki, bu şəxsə bələdiyyə tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilir. Amma bələdiyyə yalnız ev tikmək üçün torpaq sahəsi verir, torpağın üzərində ev tikmək üçün icazəni bələdiyyə vermir. Bələdiyyənin belə səlahiyyəti yoxdur. Bələdiyyə torpaq ayırır.

Tikintiyə icazəni yerli icra hakimiyyətindən, memarlıq şöbəsində özünün tikəcəyi evinin çertyojunu razılaşdırmaqla, orada kommunal xidmət göstərəcək bütün orqanlarla razılaşdırmaqla oradan icazəni alır. İcra hakimiyyətinin sərəncamını alır ki, ona bu çertyojda, bu tipdə ev tikilməyə icazə verilir. Belə görünür ki, həmin adam bu icazəni oradan almayıb. Bələdiyyədən icazə almışam deyir, bələdiyyənin belə icazə verməyə səlahiyyəti yoxdur.

Qeyd edirsiniz ki, bank çeki verilməyib. Bank əməliyyatlarının hamısı qeydiyyata alınır və uzun müddət saxlanılır. Əgər banka pul keçiribsə, onun çekini almayıbsa və ya alıb itiribsə təkrar həmin banka müraciət edə bilər. Heç bir problemsiz ona həmin bank çekinin dublikatını və yaxud da pulun ödənilməsi ilə bağlı arayış verilə bilər.

Evini tikmək üçün icazə almaq üçün yerli icra hakimiyyətinin memarlıq şöbəsinə müraciət edilməli və bələdiyyənin torpaq sahəsinin ayrılması ilə bağlı sənədi təqdim etməlidir. Çünki ev tikilməsi ilə bağlı sərəncamın verilməsi üçün icra hakimiyyəti görməlidir ki, ona həmin evi tikmək üçün torpaq sahəsi ayrılıb. Torpaq sahəsi yoxdursa ona heç kim icazə verməyəcək.

Hüquqşünaslar: Bəhruz Kərimli, Ərşad Hüseynov


********************************************************


Sual - Kimdən: Elvin Rahimov
24.05.2010 17:34 Men sizi dasinmaz emlakin dovlet reyesterine bir shexsin vefat etmis heyat yoldashinin adindan oz adina kecerken hansi merheleler tetbiq olunmasi ve forma-1 alinarken ne qeder dovlet rusumu teleb olundugu barede suallarin cavabini oyrenmek ucun narahat edirem. Suallarima en qisa zamanda cavab verseniz cox sevinerdim. Tesekkur edirem,

Cavab---------
Hörmətli, Elvin bəy!

Vəfat etmiş şəxsin adındakı əmlakı qanun üzrə vərəsəlik qaydasında öz adına keçirmək üçün əvvəlcə vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsini və həmin əmlaka dair sənədləri (mülkiyyət hüququnu təsdiq edən çıxarış, MKİS-dən 2 saylı forma arayış və sair) və vəfat etmiş şəxslə qohumluq münasibətlərini təsdiq etmək üçün öz sənədlərini (doğum haqqında şəhadətnamə, evlənəndən sonra familiya dəyişibsə, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və sair) əmlakın yerləşdiyi yerin notariusuna təqdim etmək lazımdır.

Bundan sonra əgər əmlak barəsində heç bir mübahisə yoxdursa, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (əgər əmlak birgə nikah dövründə əldə edilibsə, sağ qalmış ərə(arvada) qanun üzrə vərəsəlik şəhadətnaməsi) verir. Bundan sonra həmin şəhadətnamə əsasnda daşınmaz əmlakın dövlət reyestrindən həmin əmlaka dair mülkiyyət hüquqnu təsdiq edən çıxarış verilir.

Sualınızın ikinci hissəsinə gəldikdə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılması barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28 sentyabr 2006-cı il tarixli, 15 №-li Qərarının IX-cu bəndinə əsasən, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün 10 (on) manat dövlət rüsumu nəzərdə tutlub (əgər səhv etmirəmsə, indi bu qərar artıq qüvvədə deyil və rüsumlar DƏDRX-in daxili əmrləri ilə müəyyən edilir)

Şəfa Camalzadə,  Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: nishko Şəhər: baki
21.05.2010 10:20 ev kupçası kimin adınadırsa, ev sökülərkən (plana gedərkən) ödənilən məbləğ həmin adama verilir? Qeydiyyatda olanların bu məbləğə hər hansı hüququ çatırmı? Ümumiyyətlə, məbləğ necə bölüşdürülür? Təşəkkür edirəm.

Cavab ------------
Azərbaycanın mülki məcəlləsinə görə, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin də həmin yaşayış sahəsinə görə kompensasiya almaq hüququ var. Amma həmin kompensasiyanın miqdarı nə qədər olacaq bu həmin şəxslərin əldə elədiyi razılıqdan asılıdır. Qanunvericilikdə bununla bağlı, yəni kimə nə qədər məbləğ çatacağı ilə konkret bölgü müəyyən edilməyib. Əgər vətəndaşlar bu bölgünü öz aralarında müəyyən edə bilmirlərsə onda məhkəməyə müraciət edib öz paylarını istəyə bilərlər. Yalnız bu yolla müəyyən edilə bilər ki, mülkiyyətə görə ödənilmiş məbləğin nə qədəri mülkiyyətçinin özünə, nə qədədri isə həmin mülkdə yaşamaq hüququ olan şəxslərə verilə bilər.

Hüquqşünaslar: Bəhruz Kərimli, Ərşad Hüseynov


********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
11.05.2010 12:18
1.Daşınmaz əmlakın (torpaq sahəsi) bir hissəsinin bagışlanılması həyata keçirilərkən bagişlayan şəxs əmlakı istənilən şəxsə bağışlaya bilər?

2.Torpaq sahəsi üzərində mülkiyyət hüququ olan fiziki şəxs həmin torpaq sahəsinin bir hissəsini baş etibarnamə ilə etibar edə bilərmi?

Minnətdaram.

Cavab -----------
Birinci sualınıza cavab olaraq bildiririk ki, daşınmaz əmlakın (torpaq sahəsi) bir hissəsinin bağışlanılması həyata keçirilərkən bağışlayan əmlakı istənilən şəxsə bağışlaya bilər, bununla bağlı qanunvericilikdə məhdudiyyət yoxdur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

Beləliklə, ikinci sualınıza cavab olaraq bildiririk ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ olan şəxs həmin torpaq sahəsinin bir hissəsini etibarnamə ilə başqa bir şəxsə etibar edə bilər. Qeyd edək ki, təcrübədə “baş etibarnamə” anlayışından geniş istifadə olunsa da, qanunvericilikdə ona hüquqi anlayış verilməmişdir.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Mehman Şəhər: Abşeron
08.05.2010 17:50 Mən 0.6 sot torpaq sahəsi etibarnamə əsasında 30 illiyə almışam.

Natarus təsdiq edib .İstəyirəm torpaqı öz adıma köçürəm, satanın razılıqı əsasında (yəni dovlət reyesterini) .Kimə müraciət etməliyəm və rüsumu nə qədərdir.
əvvəlcədən təşəkkür edirəm

Cavab ----
“Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı, və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

- hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsaslardan biri:

- qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

- «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahaləri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

- qanunvericilikdə nəzərdə tutulan digər əsaslar;

- torpaq sahəsinin planı və ölçüsü;

- torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Siz ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq şəhər (rayon) Ərazi İdarəsinə müraciət etməlisiniz.

Dövlət Rüsumu haqqında Qanunun 26.1.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün dövlət rüsumu 30 manat, 26.1.2-ci maddəyə görə daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi üçün dövlət rüsumu 50 manatdır.

Turan Bahadırbəyli, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
07.05.2010 09:34 Özəl mənzil və ya torpaq sahəsinin alqı-satqısı hansı qanuni yol və yaxud yollarla həyata keçirilə bilər?

Əvvəlcədən təşəkkür edirəm.

Cavab -----------
Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.

144.3. Notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.

144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır.

Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Bütün bunlar o deməkdir ki, özəlləşdirilmiş daşınmaz əmlak, yəni ev, torpaq sahəsi həmin şəxsin xüsusi mülkiyyətindədir və həmin şəxs xüsusi mülkiyyətində olan əmlak üzərində həm istifadə, həm sahiblik, həm də sərəncam vermək hüququ əldə edir. Sərəncam vermək dedikdə isə, yəni ki, satmaq, bağışlamaq və s. nəzərdə tutulur. Qeyd edilən maddəyə əsasən daşınmaz əmlak üzərində sərəncam (əqdlər) notarius tərəfindən təsdiq edilməlidir. Daşınmaz əmlakı olan şəxs onu satmaq üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə və alıcı ilə birlikdə notariat kontoruna müraciət edib, alqı-satqı müvaqiləsi bağlayıb, notarius tərəfindən təsdiq etdirməlidir.

Günel Əbdürəhimova, Hüquqşünas, Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Ağadadaş Şəhər: Astara rayonu
05.05.2010 21:39 1985-ci ildə Astara rayonu birinci katibi Çingiz Fərəcovla ərizəmlə muraciət edərək mənə yaşadığım komunal mənzilimin yanındakı torpaq sahəsindən bağ salmaq üçün torpaq sahəsi ayırmağımı xahiş etmişdim. Fərəcov bu xahişimi nəzərə alaraq mənə 3 sot torpaq ayrilmasına icazə verdi. (ərizəmin üstünü yazmaqla icazə verdi) Mən bu torpaq sahəsini çəpərə alaraq 30 ədəd meyvə agacı əkdim. 25 ildir ki bu ağaclara qulluq edirəm. Lakin bir neçə dəfə müraciətimə baxmayaraq bu torpaq sahəsini sənədləşdirə bilməmişəm. Lakin 2010-cu ilin fevral ayında mənim icazəm və xəbərim olmadan ( yəni mənə xəbərdarlıq etmədən), rayon icra hakimiyyətinin göstərişi ilə bağımın çəpəri sökülüb, meyvə ağaclarım dibindən kəsilərək aparılıb. bu bağçanı çəpərə aldığım 10 ədəd dəmir setka və bağçada işlətdiyim kənd təsərrüfatı alətlərim də bu ağaclarla birlikdə aparılıb. Mənim 80 yaşım var, təqaüdçüyəm.

Təqaüdüm hesabına aldığım 10 ədəd dəmir setkam və k/t alətlərimin geri qaytarılmasını tələb etsəm də buna əhəmiyyət verən olmayıb. Mən dəymiş ziyanın ödənilməsi haqda( yəni 25 il qulluq edib becərdiyim meyvə ağaclarımın kəsilməsi və oğurlanan alətlərim haqda ) məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Lakin mənə bildirilir ki torpağa sənədim olmadığı üçün dəymiş ziyan haqqda qaldırdığım iddianın heç bir hüquqi əsası yoxdur. Sizdən xahiş edirəm ki mənə bu haqqda ətraflı məlumat verəsiniz. Qabaqcadan sizə öz təsəkkürümü bildirirəm

Cavab------------------
Təəssüflər olsun ki, bağ sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sizin istifadənizə verilməmişdir. Siz özbaşına olaraq həmin sahədən istifadə etmişsiniz (hansısa bir məmurun qeyri rəsmi icazəsi sizin həmin torpaq sahəsindən istifadə etməyinizə əsas vermir).

AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Sevinc Əliyeva
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: ruziya Şəhər: gence
23.04.2010 12:02 Salam Size minnetdarliqimi9 bildirirem.
Mene Kirovabad (XDS indiki Gence) terefinden 1988-ci ilde ish yerinden baq torpaq sahesi ayrilmishdir. Torpaq hamiya eyni olcude ayrilmishdir. Menim sahenmn katastor plani vardir. Amma men hemin torpaqda ev tikmemishem.

Artiq ishlediyim ve bize torpaq veren XDS -nin fealiyyeti dayandirilmishdir.mene orada qonshu olan ishcimiz hemin torpaq sahesini (baxmayaraq ki ne sata ne de ki etibarname ile vere biler) etibarname ile satmishdir.

Defelerle biri-birine etibarname ile Satilmish torpaq sahesinin ise ilkin senedinden bashqa hec bir senedi yoxdur. Torpaqi alan insanlar ise ona katastor plan ve diger qanuni senedler ala bilmezler Amma buna baxm,ayaraq hemin torpaq sahesinde ev tikibler hetta menim qanuni torpaq sahemden de ash divarin temelini qoymushdular. Men Polis Idaresine muraciet ederek mene aid olan torpaq sahesinde temeli qoyilan qanunsuz dash hasarin tikintisinin dayandirilmasi haqqinda muraciet etdim Polis I(daresi ise menim izahatimi almadan menim ishtirakim olmadan hemin saheye gederek onlarin dash hasar tikilmesine mane olm,amishdir.

Bununla elaqedar olaraq men AR daxili Ishler nazirliyinin saytina muraciet etdim Onlarin cavab lari ise bu oldu ki Gence Prokurorluquna ginderirib.gence Prokurorluqundan ise artiq 8 aydir ki hec bir cavab almamisham Xahish edirem ki mene dash hasarin menim sahemde tikilmesi polis orqanlarinin prokurorluq orqanlarinin haqli olmasi ve ya menim haqli ola bilmem haqqinda melumatlandirasiniz cavabi qanun cercivesinde mene esaslandirasinis
Evveklceden minnetdarliqimi bildirirem Saq olun

Cavab---------
Hörmətli, Ruziya xanim!
Əvvəla, qeyri-müəyyən məsələlərdən biri odur ki, əgər həmin torpaq sahəsi sizin adınızadırsa, qonşu (onun haranın işçisi olması önəmli deyil) sizin torpağınızı necə sata bilər. İkincisi, torpaqların alqı-satqısı ilə bağlı qanunvericilikdə torpağın etibarnamə ilə satılması nəzərdə tutulmayıb və ümumiyyətlə, belə bir hal mümkün ola bilməz. Çünki etibarnamə alqı-satqı müqaviləsi deyil, hnasısa bir əşyanın və ya hüququn etibar edilməsidir.

Mübahisənizi həll etmək üçün yaxşı olardı ki, əvvəlcə həmin bağ sahəsini özəlləşdirəsiniz. Bu zaman torpağın kadastr planının olmağı da sizin işinizi xeyli yüngülləşdirəcək. Bunun üçün bağın sənədlərini daşınmaz əmakın dövlət reyestri xidməti idarəsinə müraciət etməlisiniz.

Amma siz bağı özəlləşdirmədən də məhkəmə qaydasında qonşudan sizin bağ sahəsnizdən çıxmasını və qoyulmuş bünövrənin sökülməsini tələb edə bilərsiniz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Şəfa Camalzadə
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: acnabi vatandash Şəhər: bakidan
21.04.2010 08:48 acnabi va vatandashliqi olmayan shaxsin azarbaycan respubllikasinda torpaq va ev (martaba evi -vhayat evi)almaq huququ varidirmi?daimi yshama(emiqrant statusu) va muvaqqati yasama huququ olmaqinin burdda tasiri varidirmi?

Cavab-----------
Əcnəbi və vətəndaşlığı olmayan şəxrlərin Azərbaycanda mənzil almasına heç bir qadağa yoxdur, onlar sadəcə torpağı icarəyə götürə bilərlər.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: Ramiz. Baki Şəhər: Baki
12.04.2010 13:28 Salam.Bagishlayin...imkan varsa mene bagi ozelleshdirmek ucun lazim olan senetlerini siyahisini verasiz...Cox sagol!

Cavab-----------
“Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Həmin qanuna əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ( - qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

- bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

- 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər)

2. torpaq sahəsinin planı və ölçüsü;

3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;

4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Baki
09.04.2010 14:45 Özəlləşdirilmiş torpağın üzərində olan özəl tikilidə (həyət evi) əlavə tikinti işləri aprmaq üçün müvafiq dövlət strukturlarının rəsmi icazəsi və yaxud müvafiq göstərişi olmalıdır? Bu məsələlər hansı qanunla tənzimlənir?

Əvvəlcədən minnətdaram.

Cavab -----------
Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 160 saylı qərarının 4.1 –ci bəndinə əsasən, sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir.

Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.

Həmin qərarın 4.3-cü bəndinə əsasən, memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır.

Amilə Orucova
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Mələk Şəhər: Bakı
05.04.2010 18:03 Salam,men yeni aile qurmusam, hal-hazırda atamın evində qeydiyyatdayam, yoldaşım öz evine qeydiyyata salmaq istəmir. Sualım belədir, əgər uşaq dünyaya gələrsə qanunla harda qeydiyyatda olmalıdır?


Cavab -----------
əgər siz yoldaşınızın yaşadığı evə qeydiyyata düşməmisinizsə, həmin yaşayış sahəsinə qeydiyyata düşməyiniz çətindsir. Çünki Mülki Məcəllənin 228-ci maddəsinə görə, bunun üçün həmin evin mülkiyyətçisi həmin mənzilə dair hüquqlarınızın yaranması üçün notarial qaydada razılıq verməlidir, əks halda sizin həmin mənzilə hər hansı hüququnuz yaran bilməz o cümlədən qeydiyyata da alına bilməzsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas Cavab


********************************************************


Sual - Kimdən: Vüqar Şəhər: Bakıdan
05.04.2010 11:04 Salamlar.Qanunsuz tikililərin sənədləşmə işləri nə vaxt bərpa olunacaq?Həmin tikililərin sənədləşməsi üçün hansı sənədlər toplanmalıdır?

Cavab -----------------
Vüqar müəllim, əvvəla, onu qeyd edim, bir şeyin ki adı QANUNSUZ tikilidir, əlbəttə ki, onun QANUNİLəşdirilməsi üçün qanuni addımlar atmaq lazımdır. Birinci yol o ola bilər ki, hansı ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun (hələ Milli Məclisdə III oxunuşdadır) müzakirəsi zamanı bəzi deputatların irəli sürdüyü təkliflərdəki kimi bu, qanunla müəyyənləşsin, yəni qanunla qanunsuz tikililərin qeydiyyata alınması müəyyən edilsin. İkinci yol isə o ola bilər ki, tikilini qanuniləşdirmək üçün müəyyən sənədlər (məsələn: fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncam, bələdiyyə ilə alqı-satqı və digər müqavilə, tikintiyə icazə verilməsinə dair sərəncam, tikintinin dövlət qəbul aktı və sair) toplanıb daşınmaz əmlak idarəsinə təqdim etmək lazımdır ki, həmin tikili üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ala biləsiniz.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Şəfa Camalzadə
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************

Sual - Kimdən: Samir Şəhər: Baki
01.03.2010 14:36 Salam
Sizin satyda yerlesdirdiyiniz (24.01.2010) "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanununu nezerden kecirdim. Amma mene lazim olan dasinmaz emlakin dovlet reyestri terefinden verilen arayisin (Forma 1) dovlet rusumu nece AZN oldugunu tapa bilmedim. Xahis edirem bunu aciq sekilde yazin. Diger mesele: Bu qanuna en son elave ve deyisikler ne vaxt olub ve ne vaxt quvveye minib? Tesekkur edirem!!!

Cavab -----
Dövlət Rüsumu haqqında qanunun 26.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın ( Forma 1) verilməsi üçün tutulan rüsumun məbləği 30 manatdir.

Qanun 2002-ci il yanvar ayının 1-dən qüvvəyə minib. Bundan sonra qanuna bir neçə dəfə dəyişiklik olunub. Ən son əlavə və dəyişiklik isə 2009-cu il fevral ayının 2-i edilib.

Amilə Orucova
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual: - Kimdən: Anar Şəhər: Saray
22.02.2010 00:23 1969-cu ildə Saray qəsəbə nümayandələyi tərəfindən atama 0,125 ha ( 12,5 sot) ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə bitişik yola məxsus 0,015 ha (1,5 sot) torpaq sahəsinidə qanunsuz olaraq həmin yerə birləşdirərək 0,14 ha (14 sot) etmişdir.Evimiz qanuni torpaq sahəsində yerləşir lakin zəbt olunmuş 0,015 ha (1,5 sot) torpaq sahəsində sonradan kirayə vermək məqsədilə 2 otaqdan ibarət ev tikmişdir.

Atam 1999-cu ildə rəhmətə getmiş və o vaxt evi ondan anam və mən qəbul etmişik.(ailədə 6 qardaş 1 bacıyıq) Mən həmin evdə dogulmuşam, qeydiyyatdayam və həmin evdə ailəmlə və iki övladımla birlikdə yaşayıram. Məndən başqa qardaşlarıma qəsəbə nümayandəliyi tərəfindən ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq 3 qardaşım və 1 bacım sözügedən evdə qeydiyyatdadırlar. evin sənədləri köhnə formada oldugundan (ev kitabı və texniki pasportadan ibarət) Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən qardaşlarımdan fərqli olaraq mənim adıma heç bir yaşayış sahəsi olmadıgı üçün sözügedən torpaq sahəsi 2005-ci ildə mənim adıma keçirilmişdir.

Məndə böyük olan qardaşım atam ölməmişdən bir neçə il əvvəl Rusiya Federasiyasına köçmüş və 2005-ci ildə ailəsi və 5 övladı ilə Azərbaycana qayıtmışdır. Onun 3 övladı Rusiyada dünyaya gəlmişdir. Qayıtdiqdan sonra burada yaşamaq üçün yerləri olmadıgından anamdan atamin qanunsuz tikdiyi evdə müvəqqəti yaşaması üçün xahiş etmiş və anam bunu qəbul etmişdir. O burada məskunlaşdıqdan 1 il sonra 2006-cı ildə sosial Yardım almaq üçün lazım oldugunu bəhanə edərək həyat yoldaşımı aldadıb ev kitabını almış və anamla mənim razılıq icazəm olmadan öz həyat yoldaşını və 5 övladını sözügedən ünvana qeydiyyata saldırmışdır. Onun adına ev tikmək üçün torpaq sahəsi olduguna baxmayaraq mənimlə torpaq iddiasina qalxmışdır. O məhkəmədə mənə verilmiş şəhadatnamənin qeyri qanuni oldugunu iddia edərək ləgv etdirmişdir. Bununlada razılaşmayıb məni yenidən məhkəməyə verib və məndən 0,5 ha (5 sot) torpaq sahəsi və qeyri qanuni tikilmiş olan , hazirda yaşadıgı evi onun adına sənədləşdirməyi tələb edir.
( Xahiş edirəm tam təfərrüatı ilə məni məlumatlandirib başa salasınız)
Bilmək istərdim:
1) Sözügedən qardaşım anamın və mənim razılıgım olmadan ailəsini və 5 övladını sözügedən evə qeydiyyata saldırmagı nə dərəcədə qanunidir?
2) Sözügedən qardaşım qeyri qanuni olan tikilini hansısa bir yolla sənədləşdirə bilərmi?
3) Mən iddia ərizəsi ilə məhləməyə müraciət edərək evimin qarşısında tikilmiş sözügedən qanunsuz evi sökdürə bilərəmmi? (Nəzərinizə çatdırım ki sözügedən qanunsuz tikili evin texniki pasportunda göstərilməyib)
4) Həmin umumi torpaq sahəsində bölgü necə getməlidir və umumiyyətlə burada kimlərin payı var?
Əvvəlcədən Sizə sonsuz minnətdarlıgımı bildirirəm.

Cavab - --
Hörmətli, Anar müəllim, əvvəla, ondan başlayaq ki, əgər sizin atanızdan qalma torpağınızın qanuni sənədləri var idisə, qardaşınız sizə verilmiş şəhadətnaməni hansı əsaslarla ləğv etməsi sualı açıq qalır. Digər tərəfdən də əgər siz həmin məhkəmə qərarından narazı idinizsə, niyə görə apellyasiya şikayəti verməmisiniz?
Verdiyiniz suallara gəldikdə isə, birinci sualınız üzrə, əgər sizin ananız evin mülkiyyətçisidirsə, Azərbaycan Respublikasinin 04 Aprel 1996-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinə əsasən onun notariat qaydasında təsdiq edilmiş razılığı olmadan qardaşınız və ailəsi həmin evə qeydiyyata düşə bilməzlər. Əgər belə bir qeydiyyat aparılıbsa, siz onu məhkəmə qaydasında ləğv etdirə bilərsiniz.

İkinci sualınız üzrə, Azərbaycan Respuiblikasının heç bir qanunvericilik aktında qanunsuz tikilinin hər hansı qaydada sənədləşdirilməsi nəzərdə tutlmayıb. Onun sənədləşdirililməsi üçün gərək əvvəlcə torpağın sənədləri qaydasında olsun (məsələn: yaşayış evi tikilməsi üçün torpağın ayrılmasına dair icra hakimiyyətinin sərəncamı, bələdiyyə ilə alqı-satqı müqaviləsi və sair). Onun üzərində yaşayış evi tikmək üçün rayon icra hakimiyyəti ilə razılaşdırılmış layihə, tikintiyə icazə verilməsi barədə icra hakimiyyətinin qərarı və sair sənədlərin olması zəruridir.

Üçüncü sualına gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Sonuncu sualınız üzrə isə, onu qeyd etmək olar ki, əgər atanızdan qalma torpaq sahəsi qanuni əsaslarla ona məxsus olubsa, onda ölən şəxsin arvadı və ölladları birinci növbəli vərəsələrdir və onların (övladların) payı bərabərdir. Amma bir məsələni də diqqətinizə çatdırım ki, miras əmlak yalnız o vərəsələr keçir ki, həmin miras əmlak ya vərəsələr tərəfindən faktiki qəbul edilsin, ya da notariusa müraciət etməklə hüquqi qəbul edilsin.

Şəfa Camalzadə
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: mehi Şəhər: baki
04.02.2010 01:41 przidentin garari ila 2005-ci ila gadar verilan bag sahalari tamannasiz olarag camaata bagislansin ve pulsuz olarag ozallasdirilsin va biz basladig sanadlasma islarina baglar idarasi bti dan cuzi sirinlikla ganuni sanadlari aldig kondardilar torpag komitasina indi hal hazirda orda ilisib galmisig .biza torpagin sanadi tagdim olunanda biza yerimizi kostardilar va geyd etdilar ki hasara alin sora siza katasdir planinizi verak biz da hasarladig sanadimizi aldig indi torpag komitasi biza deyir ki ora sizin yeriniz deyil biz da geyd etdik ki biz oyeri oz bsina tutmamisig hrani kostariblar oranida hasarlamisig indi torpagdaki nabi azimov yoldasin dediyina kora 3000 versak is dyzalir pulsuz olsa mahkama yolu ila hal-hazirda baki saharinda verilan yerlarin 99% oz yerinda deyil indi mahkama yolu azarbaycanda realdirmi indi galmisig bela na edak biza bir maslahat verardiz avvalcadan cavab versaz da vermasazda tasakkur edirik.

Cavab --------
Mehri xanimin gonderdiyi mesele ile bagli bezi sheyler aydin deyil. Onun ucun ashagidaki suallari deqiqleshdirdikden sonar meslehet vermek mumkundur. Bele ki:

1. 2005-ci ile qeder Mehri xanimin hemin bag sahesine icare muqavilesi olubmu?
2. Icare muqavilesinde torpagin olcusu ve yeri deqiq gosterilibmi?
3. Hasarlanan sahe hemin icare muqavilesinde gosterilen sahedirmi?
4. Hasarlanan sahe hansi orqanin gosterishi ile hasarlanib?
5. Bag sahesi hasarlanan zaman Mehri xanima hemin torpaq sahesinin verilmesi ile bagli tehvil-teslim akti verilibmi?

Xahish edirik, bu sualların da cavablarini gonderin, ona uygun huquqi meslehet verek.

Hüquqşünas Amile Orucova
Hüquqi Yardım Mərkızi


********************************************************


Sual - Kimdən: Afet Şəhər: Saray
01.02.2010 18:15 Qardashimin evi senedli deyil. Eshitmishik ki, mehkeme qerari ile bele eve qeydiyyata dushub, sonra da bu yolla evi sendleshdirmek olur. Bu duzdurmu?

Cavab ----------
Azərbaycan Respublikasinin 04 Aprel 1996-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinə əsasən, vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Deməli, qardaşınızın yaşadığı evə dair sənədi, yəni mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi yoxdursa o, həmin evdə pasport qeydiyyatına alına bilməz. Başqa sözlə, məhkəmə onun belə tələbini təmin etməyəcək.

Buna görə də evə qeydiyyata düşmək üçün əvvəlcə həmin evin özünün sənədlərini qaydaya salmaq, yəni ev üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənəd əldə etmək lazımdır.

Camalzadə Şəfa
Hüquqi Yardım Mərkızi


********************************************************


Sual - Kimdən: Orucova A. Şəhər: Bakı şəhəri.Nəsimi rayonu
07.09.2010 11:59 Salam.Bizim ev Kubinkada yerləşir. Reystirdən çıxarış vərəqəsində 12 m2 göstərilib. (Əvvəlki ev sahibi az göstərib)Faktiki 24m2-dır. MİS tərəfindən verilən rəsmi planda 24 m2 göstərilib. Evlər plana düşəndə hansı nəzərə alınacaq. Registirdən çıxarışa düzəliş etmək mümkündürmü?

Cavab - Kimdən: Elman Fəttah - Hüquqşünas
Mənzil İstismar Sahəsi faktiki hal üzrə sahəni müəyyən edib. Dövlət reyestri əsas hüquqi sənəddir. Buna görə Sizin evinizlə bağlı hər hansı ödəniş vəziyyəti yaranarsa, təəssüf ki, 12 m2 sahə əsas məlumat kimi götürüləcək. Ona görə evdə olan sahə dəyişikliyini mütləq dövlət reyestrində əks olunması üçün müvafiq sənədləri toplayıb dövlət orqanına təqdim etmək lazımdır. Həmin dövlət orqanı təqdim edilmiş sənədləi qəbul edərsə, vətəndaşa reyestrdən yeni çıxarış veriləcək və onun mənzili artıq 24 m2 sahədə göstəriləcək. Bu halda, həmin mənzillə bağlı hər hansı ödəniş vəziyyəti yarananda mənzilin sahəsi 24 m2 götürüləcək.

Vətəndaş əgər indiyə qədər mənzilə ödənişlərini 24 m2 üçün edibsə, həmin ödəniş sənədlərini, MİS-nin adını çəkdiyi sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verərək sənədlərdə dəyişiklik etdirə bilər. Bu, mümkün olmasa, onun həmin xahişlə məhkəməyə də üz tutmaq imkanı var.


********************************************************


Sual - Kimdən: latifa Aliyeva Şəhər: Ismayilli
13.08.2010 10:24 Salam, men yeni aldiqim torpaq sahesinde -Baki,Vishnovka- ev tikmek isteyirem. Torpaqin butun senedleri qaydasuindadir. Ev tikmek uchun icazeni nece almaliyam ve ne qeder rusum odemeliyem. Cavaba gore evvelceden teshekkur edirem.

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 20:29 Əgər Sizin torpaq sənədləriniz tam qaydasındadırsa, onda Bakı şəhər İcra Hakimiyyətində Şəhərsalma və Arxitektura Baş İdaərsinə müraciət etməlisiniz. Həmin idarədən də icazə aldıqdan sonra tikinti həyata keçirilməlidir.

Bunun üçün də müvafiq layihə-smeta sənədləri təqdim edilməlidir. Həmin sənədi Şəhərsalma və Arxitektura Baş İdarəsi təsdiq edəndən sonra tikitniyə başlamaq olar. Tikinti başa çatandan sonra isə evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edib orada qeydiyyatdan keçirilməsi lazımdır. Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi üçün isə tikintinin sahəsindən asılı olaraq dövlət rüsumu ödənilməsi lazımdır. Rüsumun məbləği tikitntinin sahəsindən asılı olaraq hesablanıb. Bu da Dövlət Rüsumu haqqında qanunda göstərilir.


********************************************************


Sual - Kimdən: Elnur Qasimov Şəhər: Gence
07.08.2010 17:36 Salam.
Mən hal hazırda özəlləşdirilmiş şəxsi evdə yaşayıram. Qabaqlar mənim evim JAK olub.Bilmək istərdim illik dövlət rusumunu mən Mənzil istismar idarəsinə və yaxud Bələdiyyə idarəsinə ödəməliyəm.?

Cavab --- Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 20:45 Özəlləşdirilmiş mənzilə görə dövlət rüsumu nəzərdə tutulmur. Əgər, onun mənzili özəlləşdirilibsə və Vergi Məcəlləsində nəzərdə tutulandan artıqdırsa, onda bələdiyyə vergisi ödəməlidir. Vergi Məcəlləsinin tələbinə görə bələdiyyə vergisi də mənzilin dəyərinin 0.01 faizi qədərdir. Bu, illik ödənilən əməlak vergisidir. Amma sualdan aydın deyil ki, şəxsin bəhs etdiyi mənzil bələdiyyə vergisi ödənəcək kateqoriyaya düşümür.

Amma Mənzil İstismar Sahəsinə evlərin istismarı ilə əlaqədar Nazirlər Kabinetinin 2000-ci il, 12 mart tarixli qərarı ilə istismar xərclərinin ödənilməsi nəzərdə tutulur. Bu da mənzillərin yaralılığından asılı olaraq müəyyən edilir. Tam özəlləşdirilmiş məznillərdə bu ödəniş hər kvadratmetr üçün 5 qəpikdir.


********************************************************


Sual - Kimdən: Zamina
05.08.2010 12:30 Salam.
Dövlət Rüsumu haqqında qanunun 26.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın ( Forma 1) verilməsi üçün tutulan rüsumun məbləği 30 manatdir. Bu rusum 20 gun muddetinde verilmesine gore gosterilib. Bildiyime gore bu formani tezlesdirme muddeti de var (7 gun erzinde) almag olar. Xahis edirem bu halda ne geder olmasini bildiresiz. Coz sagolun.

Cavab ------Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:20 Bəli, bu rüsum 30 manatdır. Amma sənədin tez verilməsi üçün daha artıq rüsum tələb edilə bilər. Bu, qanuna uyğundur. Təəsüf ki, konkret nə qədər tələb edilə biləcəyini sənədlərə baxmadan deyə bilməyəcəm.


********************************************************


Sual - Kimdən: NERIMAN REHMANOV Şəhər: BAKI
01.08.2010 15:51 4-MERTEBELI BINANIN 1-JI MERTEBESINDE 2-OTAGLI OZEL MENZILIM VAR.EVIMIN ALTINDA 35KV YARIM ZIRZEMININ 11KV MENIM ADIMA OZELLESDIRILIB.GALAN 24 KV SAHE MULKI GANUNVERIJILIYE GORE MENE MAXSUSDURMU???

Cavab Kimdən: Müzəffər Baxışov, vəkil
Mən bilmirəm, Nəriman bəy onu necə özəlləşdirib. Mülki Məcllənin tələblərinə görə zirzəmi ümumi istifadədə olan ərazi olduğu üçün onun özəlləşdirilməsinə yol verilmir. Amma Azərbaycanda zirzəmilərin özəlləşdirilməsi halları var. Məncə, bu, qanuna ziddir.


********************************************************


Sual - Kimdən: Elchin Şəhər: Baki
21.07.2010 13:12 Salam! Hal-hazirda ev alqi-satqisi zamani hansi senedler teleb olunur.Forma 1 helede quvvededir?

Cavab - Kimdən: Müzəffər Baxışov, vəkil
Bəli, forma 1 qüvvədədir. Alqı-satqı üçün bu sənədlər olmalıdır:

1. Evin yüklü olub-olmadığını müəyyən etmək üçün - Forma 1. Bu sənədin 20 günlük müddəti var.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış.
3. Evdə qeydiyyatda olan adamlar haqqında MİS-dən arayış.


********************************************************


Sual - Kimdən: vusal Şəhər: Baki
20.07.2010 10:59 Salam. Order nedir? Orderle mehkemede mudafie etmek olarmi?

Cavab ------------
Oder vəkil tərəfindən məhkəməyə təqdim edilən sənəddir və şəxsin müdafiəçisi olmasını göstərir. Orderlə məhkəmədə müdafiə etmək mümkündür

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas


********************************************************


Sual - Kimdən: nishko Şəhər: baki
19.07.2010 16:44 salam. əgər evin kupçası qaynananın adinadirsa, gelin bu evde qeydiyyatda deyilse, boshanarken qeydiyyat oluna bilermi (gelin hamiledir)? eshitdiyime gore 2000-ci ile qeder bu bele idi, indi ise qeydiyyat oluna bilmez. Bu ne derecede duzgundur? Teshekkur edirem.

Cavab -------
Salam
2000-ci ildən sonra özəlləşdirilmiş mənzillərə köçüb orda yaşayan insanlar mütləq mənzilin mülkiyyətçinin yazılı razılığı ilə mənzilə hüquq əldə edə bilər. Bunun üçün mülkiyyətçinin razılığı notarial qaydada təsdiq olunmalıdır və mənzilə köçən şəxsin mənzildən istifadə hüququ daşınmaz əmlakın reyestr xidmətində qeydə alınmalıdır.

Əgər mülkiyyətçi yazılı razılıq verrməsə, şəxsin mənzilə dair hər hansı hüququ yaranmır. Bu qayda uşaqlı şəxslərə də aiddir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: Fikrət Şəhər: Göygöl
19.07.2010 03:19 20 ildir qeydiyyatda olduğum və yaşadığım ev 2 il əvvəl vəfat olan atamın adınadır. Adıma vəsiyyətnamə olduğuna baxmayaraq məndən evi öz adıma çevirmək üçün 500 manat istədilər. Ev 1990-cı ildə alınarkən yarımçıq tikili olduğundan, bu illər ərzində əlavə tikinti işləri aparılmışdır. Onu da qeyd edim ki, Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm bildirəsiniz, qanunla müharibə veteranı kimi qeydiyyatda olduğum və yaşadığım evi vəsiyyətnaməyə görə öz adıma çevirmək üçün dövlət rüsumu ödəməliyəmmi? Əgər ödəməliyəmsə nə qədər?
Cavabınız üçün əvvəlcədən təşəkkür edirəm.

Cavab -  Kimdən: Müzəffər Baxışov, vəkil
22.08.2010 21:38 Şərtlər aydın deyil. Bilinmir ki, Fikrət bəy ailənin tək övladırdır, yoxsa yox.

Hər bir halda, əgər onun adına notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə varsa, başqa bacı-qardaşı, anası yoxdursa, o zaman evi təkbaşına öz adına keçirə bilər.

Amma əgər, onun bacı-qardaşları və anası varsa, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, həmin adamların da məcburi pay hüquqları var.
Mən sənədlərə baxmadan dövlət rüsumun məbləğini deyə bilmərəm, amma 500 manat çox görünür. Bu halda rüsum 7-8 manatdan çox deyil.


********************************************************


Sual - Kimdən: SƏKİNƏ Şəhər: BAKI
15.07.2010 15:32 SALAM. 30-35 İL ƏVVƏL ATA MÜLKÜNDƏ, HƏYƏTDƏ, 17 KV. METRLİK BİR OTAQ TİKİLİB.HAL-HAZIRDA ORADA 3-CÜ NƏSİL YAŞAYIR. ƏVVƏLCƏ NƏNƏM, SONRA ATAM VƏ İNDİ DƏ Kİ, BİZ. ƏLİMİZDƏ KUPÇİ VAR. İNDİ HƏMİN 1 OTAĞA ƏLAVƏ TİKİNTİ KİMİ SƏNƏD İSTƏYİRİK,TƏKCƏ RİH-Tİ 3000 MANAT PUL İSTƏYİR.QALAN TƏŞKİLATLAR NƏ QƏDƏR İSTƏYƏCƏK BİLMİRİK.RÜŞVƏT VERİRƏM O DƏQİQƏ DÜZƏLDİRLƏR, VERMİRƏM DEYİRLƏR QANUNDA BELƏ ŞEY YOXDUR.HANSINA İNANASAN? MƏN NƏ ETMƏLİYƏM? RÜŞVƏT VERMƏYƏ PULUM YOXDUR.

Cavab ---Kimdən: Müzəffər Baxışov, vəkil
Azərbaycanda "rüşvət verirərm düzəlir" ifadəsi nə qədər inandırıcı olsa da, Mülki Məcllənin, Torpaq Məcəlləsinin və başqa qanunvericilik aktlarının tələblərinə uyğun olaraq torpaq sahəsi tikinti üçün ayrılmalıdır, lazımi qaydada icazələr alınmalıdır, tikinti norma və qaydalarına əməl edilməklə də tikilməlidir.

Qanunla özbaşına tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyil. Amma əfsuslar olsun ki, mənə çox adam sübut edə bilər ki, bax, mən filan evi özbaşına tikdim, sonra da bütün sənədləri əldə etdim.


********************************************************


Sual - Kimdən: sahmar Şəhər: baki
30.06.2010 12:36 Salam. Menim atam 2006-ci ilde vefat etmisdir. 2009-cu ilin sonunda emim usaqlari mehkeme vasitesile atamdan qalan mulki anmin adina resmilesdirmisler. Bundan sonra anam hemin mulki emim ogluna vesiyyet etmisdir. Anam 2010 cu ilin fevral ayinda vefat etmisdir. Ne mehkemeden ne de vesiyyetden menim melumatim olmamisidr. Notarius ona muraciet etdikden sonra mene mecburi pay kimi mirasin yarisinin yarisini duseceyini bildirmisdir. Men ailenin tek ovladiyam. Gosterdiyim kimi atam ve anam vefat etmisler. Menim hemin mulkde mecburi payim hansi hisseni teskil etmelidir?? 25 yoxsa 50% evvelceden tesekkur edirem

Cavab-----------
Mülki Məcəllənin 1193-cü maddəsinə görə, Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Siz qanuni vərəsəlik üzrə yeganə vərəsə olduğunuzdan vəsiyyətnamə olmasaydı sizə miras əmlakın 100%-i çatacaqdı, ona görə məcburi pay kimi miras əmlakın 50%-i düşür

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: adil Şəhər: baki
20.06.2010 18:13 baki seherinde sovet dovrunde tikilmish 9 mertibeli binanin 8 mertebesi yashayish sahesidir ve 1 inci mertebesi karkaslar uzerinde, qeyre yashayish saheleridir(maqazalar),bu maqazalarin biri menimdir (ozeldir-kupcasi ve texniki pasbortu var) menim maqazamin arxasinda blokdan qapisi olan qeyre yashayish sahesi var(kaleska adeli) men orani nece ozeleshdirib ve oz maqazama elave ede bilerem haralara muraciet etmeliyem ve rusum her kvadrata ne qederdir . teshekurler

Cavab - Kimdən: Elton Quliyev - vəkil
Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin qurumlarına müraciət edib əvvəlcə həmin sahənin mülkiyyətbisi və ya istifadəçisi olub-olmadığını aydınlaşdırmaq lazımdır. Əgər sahə boşdursa, o zaman şzəllləşdirməyə başlanıla bilər. Əlbəttə həmin sahə qanunla özəlləşdirilməsinə icazə verilən əmlaklar kateqoriyasına aiddirsə. əmlakın qiyməti hər bir konkret halda əmlakın yerləşdiyi ərazi, binanın tikildiyi vaxt, istifadə olunmuş tikinti materialları və s. nəzərə alınmaqla, habelə müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilməlidir.


********************************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu
18.06.2010 17:02 Salam.19.05.2010-cu il tarixli Sualima cavab verdiyiniz ucun Gunel xanim sizə dərin minnetdarlığımı bildirirəm.Sadece bir hisse mene qaranlıq qalmışdır.Menim həmin evdə yaşayan bacim o evde qeydiyyatda deyil sadece orada qeydiyyatda rəhmətə getmiş bacımın yoldaşı və onun az yaşlı uşağıdır. Həmin evde faktiki yaşayan bacim 10-ilə yaxındır ki orada yaşayır ailəsi ilə birgə sadəcə qeydiyyatda deyillər.Bu halda onlar qeydiyyatda olmadıqları halda mirası qəbul etmiş sayılırlarmı? Cavabınıza görə əvəlcədən minnətdaram.

Cavab -------
 Əgər şəxs qanun üzrə vərəsədirsə onun mirasa düşən mənzildə qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin mənzilə vərəsəlik hüququ əldə edir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: nishko Şəhər: Bakı
18.06.2010 10:44 sökülən (plana gedən) evlərə görə dövlət tərəfindən müəyyən edilmiş kompensasiyanın miqdarı nə qədərdir? Bu hansı hüquqi sənədlə tənzimlənir?

Bir də əgər həyat yoldaşımın 3 otaqlı mənzili varsa və mən orada qeydiyyatda deyiləmsə, qeydiyyatda olduğum başqa ev (kupçası adıma deyil) plana gedərkən verilən məbləğ bölüşdürüldükdə bu fakt (yoldaşımın evinin olması və mənim orada yaşamağım) mənim əleyhimə işləyə bilərmi, bilərsə, nə dərəcədə?

Təşəkkür edirəm.

Cavab --------------
Sökülən evlərə görə dövlət tərəfindən təyin edilən kompensasiyanın məbləği Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydasına uyğun müəyyən edilir. Qaydaların 3.1-ci maddəsinə görə, Daşınmaz əmlakın satınalma qiyməti onun siyahıya alınma tarixindən və ya daşınmaz əmlakın alınması ictimaiyyətə bildirilməzdən (Qərar dərc edildikdən) 90 gün əvvəl, bunlardan hansının daha tez baş verdiyi nəzərə alınmaqla, əmlakın malik olduğu bazar qiymətinə bərabər olmalıdır.

Alınan daşınmaz əmlakın qiymətinin hesablanması aşağıdakılara əsaslanır:
müvafiq inzibati ərazidə yerləşən daşınmaz əmlakın satış qiyməti və ya;
torpağın qiymətinin satış qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün onun yerləşdiyi ərazidə daşınmaz əmlakla bağlı alğı-satqı olmadıqda və ya torpaq digər torpaqla əvəz ediləcəyi hallarda, daşınmaz əmlakın və torpağın bərpa qiyməti və ya;

torpağın ədalətli və real qiymətini müəyyən etmək üçün torpağın satış qiymətindən və ya bərpa qiymətindən praktiki olaraq istifadə etmək mümkün olmadığı hallarda, torpağın normativ qiymətindən az olmayan qiyməti;

daşınmaz əmlakın qiymətləndirilməsi metodlarından bir neçəsi tətbiq edilə biləcəyi hallarda, qiymətin yuxarı həddini müəyyən edən metod tətbiq edilir.
Mənzil dövlət ehtiyacı üçün alınarkən həmin evdə yaşayan şəxslərin başqa mənzildə qeydiyyatda olması yaxud onların adına hər hansı daşınmaz əmlakın olmasına təsir etmir

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: nishko Şəhər: baki
21.05.2010 10:20 ev kupçası kimin adınadırsa, ev sökülərkən (plana gedərkən) ödənilən məbləğ həmin adama verilir? Qeydiyyatda olanların bu məbləğə hər hansı hüququ çatırmı? Ümumiyyətlə, məbləğ necə bölüşdürülür? Təşəkkür edirəm.

Cavab -----
Azərbaycanın mülki məcəlləsinə görə, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin də həmin yaşayış sahəsinə görə kompensasiya almaq hüququ var. Amma həmin kompensasiyanın miqdarı nə qədər olacaq bu həmin şəxslərin əldə elədiyi razılıqdan asılıdır. Qanunvericilikdə bununla bağlı, yəni kimə nə qədər məbləğ çatacağı ilə konkret bölgü müəyyən edilməyib. Əgər vətəndaşlar bu bölgünü öz aralarında müəyyən edə bilmirlərsə onda məhkəməyə müraciət edib öz paylarını istəyə bilərlər. Yalnız bu yolla müəyyən edilə bilər ki, mülkiyyətə görə ödənilmiş məbləğin nə qədəri mülkiyyətçinin özünə, nə qədədri isə həmin mülkdə yaşamaq hüququ olan şəxslərə verilə bilər.

Hüquqşünaslar:
Bəhruz Kərimli
Ərşad Hüseynov


********************************************************


Sual - Kimdən: Uzeyir Şəhər: Baki
21.05.2010 00:23 Salam. Size bir sualla muraciet etmek isteyirem. Evimizi satmaq isteyirik. Evde qeydiyyatda olan bir shexs Azerbaycandan kenarda yawadigi ucun evin etibarnamesini vere bilmir. Bura mueyyen sebeblere gore gelmesi mumkun deyil. Onun raziligi olmadan ev satila bilermi? Bu gelecekde bir problem yarada bilermi? Qeydiyyatda olan diger 5 neferin etibarnamesi var. 1 neferinki olmadan satmaq mumkundur?
Onceden teshekkurler!!!

Cavab --------
Ümumiyyətlə, evdə qeydiyyatda olan şəxslərin hər hansı birinin notarilan qaydada təsdiq edilmiş razılığı olmadan ev satıla bilməz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu
19.05.2010 16:12 Salam.Xahiş edirəm sualıma ətraflı cavab verəsiniz.Menim anam 8 aydır ki rəhmətə gedib.Anamın adına qeydiyyatda olan mənzil var.Biz ailədə 4 uşaq olmaqla atamız anamdan 8 il əvvəl rəhmətə getmişdir.Anamın adına qeydiyyatda olan evde böyük bacım ailəsi ilə birlikdə uzun illərdir yaşayır.Amma hemin evde digər bacım ,heyat yoldaşı və 4 yaşlı körpəsi qeydiyyatdadır.Həmin evde qeydiyyatda olan bacımsa anamdan 4 il əvvəl dunyasını dəyişib.İndi biz 3 uşaq birlikdə nece ede bilərik ki həmin ev orada faktiki yaşayan bacımın adına sənədləşdirilsin.Onuda qeyd edimki evde hal hazırda qeydiyyatda olan rəhmətə getmiş bacımın heyat yoldaşı və körpəsi bacım rehmete gedenden bizimlə əlaqəni kəsmişdir.Yeznem ailə qurub.Birdə mumkunsə deyərdiz yeznə və az yaşlı uşağın anamın evində qeydiyyatda olması onlara əmlak üzərində hansı hüquqları verir.Əvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab ------------
Ananınızın mülkiyyətində olan əmlak qanun üzrə vərəsəlik qaydasında I dərəcəli vərəsələri olan övladlara bərabər pay nisbətində keçir.

Beləki, Mülki Məcəllənin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

2. Ancaq sizin həmin bacınız vəfat etdiyi üçün uşağı onun əvəzinə sizinlə birgə I dərəcəli vərəsələr sırasına aiddir və sizinlə bərabər hüquqları vardır.

Beləki, həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

3. Yerdə qalan övladları notariat orqanına mirası qəbul etməsi ilə bağlı müraciət etməklə özlərinə düşən paydan həmin bacının xeyrinə imtina etməsi ilə bağlı ərizə verib, öz paylarını bacınıza verə bilərlər.

Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

Həmin Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

4. Yeznənizin və uşağın orda qeydiyyatda olması onlar üçün mülkiyyət deyil, yalnız istifadə hüququ yaradır.

5. Ananız artıq 8 aydır vəfate etdiyi üçün belə çıxır ki, yalnız həmin miras evdə yaşayan bacınız faktiki olaraq mirası qəbul edib, yəni nə yerdə qalan övladlar, nə də mərhum bacınızın uşağı qanunvericiliklə müəyyən edilən müddətdə, yəni 6 ay rəzində miras əmlakı nə faktiki, nə də notariat kontoruna müraciət etməklə miras əmlakı qəbul etməyib və beləliklə, müddəti keçiriblər.
Qanunvericiliklə müəyyən edilən müddət isə üzrlü səbəb olduqda məhkəmə tərəfindən bərpa edildikdə və ya mirası qəbul artıq etmiş vərəsənin razılığı ilə digər vərəslər tərəfindən qəbul edilə bilər.

Beləki, həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Günel Əbdürrəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
11.05.2010 12:18 1.Daşınmaz əmlakın (torpaq sahəsi) bir hissəsinin bagışlanılması həyata keçirilərkən bagişlayan şəxs əmlakı istənilən şəxsə bağışlaya bilər?

2.Torpaq sahəsi üzərində mülkiyyət hüququ olan fiziki şəxs həmin torpaq sahəsinin bir hissəsini baş etibarnamə ilə etibar edə bilərmi?

Minnətdaram.

Cavab ---------
Birinci sualınıza cavab olaraq bildiririk ki, daşınmaz əmlakın (torpaq sahəsi) bir hissəsinin bağışlanılması həyata keçirilərkən bağışlayan əmlakı istənilən şəxsə bağışlaya bilər, bununla bağlı qanunvericilikdə məhdudiyyət yoxdur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

Beləliklə, ikinci sualınıza cavab olaraq bildiririk ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ olan şəxs həmin torpaq sahəsinin bir hissəsini etibarnamə ilə başqa bir şəxsə etibar edə bilər. Qeyd edək ki, təcrübədə “baş etibarnamə” anlayışından geniş istifadə olunsa da, qanunvericilikdə ona hüquqi anlayış verilməmişdir.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Fuad Şəhər: Bakı
10.05.2010 22:39 Salam. Xahiş edirəm deyəsiniz yeni tikilmiş binada mənzilin sahəsi necə ölçülməlidir. Otaqların, dəhlizin və s. sahələrinin cəmi ilə yoxsa divardan divara metodu ilə yəni mənzilin qapısından bütün otaqların sütunları və divarları da daxil olmaqla eni uzununa vurmaqla. Məsələ ondadır ki, mənzilin ilkin lahiyəsində birinci metod ilə tikilib qurtardıqdan sonra isə ikinci metoddan istifadə edirlər. Və nəticədə mənzilin sahəsi artır və o artıq sahənin tikinti aparan şirkət pulunu istəyir. Bu nə qədər qanuna uyğundur. Xahiş edirəm müvafiq qanunun maddələri ilə cavab verəsiniz.

Cavab-------
Əvvəla, sizə onu demək istədim ki, vəkil və ya hüquqşünas istənilən sahənin (tikinti, ticarət və sair) bilicisi deyil və bəzən nələisə bilməyə borclu da deyil. Başqa sözlə, onu demək istəyirəm ki, mənzilin səhəsinin binanın çöl divarından, yoxsa iç divarından hesablanması hüquqşünasa deyil, memar və ya mühəndisə verilən sualdır. Çünki bu barədə beynəlxalq və eləcə də yerli səviyyədə qəbul olunmuş tikinti norma və qaydaları var. Bu barədə hesablamalar da həmin norma və qaydalara uyğun həyata keçirilməlidir. Yalnız müvafiq mütəxəssis (memar, mühəndis və sair) rəyi üzrə hesablanma aparıldıqdan sonra hüquqşünas alqı-satqı müqaviləsinə hüquqi qiymət verə bilər.

Şəfa Camalzadə
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: MEHMAN Şəhər: AĞSTAFA
09.05.2010 00:29 1992-ci ildə əri ölmüş arvad üç 18 yaşdan böyük övladlarının razılığı ilə yaşadıqları evi öz adına keçirmək məqsədi ilə vərəsəlik şəhadətnaməsi almaq üçün natariusda hansı məbləğdə rüsum ödəməlidir?

Cavab ----------Kimdən: Mehman Sultanov Şəhər: Ədliyyə Nazirliyi
Notarius ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verməlidir. Bunun üçün dövlət rüsumu üç manatdır. Əgər hər birinə ayrı-ayrılıqda şəhadətnamə verilsəydi, hər şəhadətnaməyə görə üç manat dövlət rüsumu tutulacaqdı.


********************************************************


Sual - Kimdən: Femida Şəhər: Bakı
07.05.2010 09:34 Özəl mənzil və ya torpaq sahəsinin alqı-satqısı hansı qanuni yol və yaxud yollarla həyata keçirilə bilər?
Əvvəlcədən təşəkkür edirəm.

Cavab ------------
Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.

144.3. Notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.

144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır.

Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
Bütün bunlar o deməkdir ki, özəlləşdirilmiş daşınmaz əmlak, yəni ev, torpaq sahəsi həmin şəxsin xüsusi mülkiyyətindədir və həmin şəxs xüsusi mülkiyyətində olan əmlak üzərində həm istifadə, həm sahiblik, həm də sərəncam vermək hüququ əldə edir. Sərəncam vermək dedikdə isə, yəni ki, satmaq, bağışlamaq və s. nəzərdə tutulur. Qeyd edilən maddəyə əsasən daşınmaz əmlak üzərində sərəncam (əqdlər) notarius tərəfindən təsdiq edilməlidir. Daşınmaz əmlakı olan şəxs onu satmaq üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə və alıcı ilə birlikdə notariat kontoruna müraciət edib, alqı-satqı müvaqiləsi bağlayıb, notarius tərəfindən təsdiq etdirməlidir.

Günel Əbdürəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: ceyhun Şəhər: baki
05.05.2010 15:18 salam- yeznem xarici vetendashdir bizim evde qeydiyatdadir 19 ildir ki azerbaycanda daimi qeydiyatdadir (miqrant statusu) ev ozelleshib atamin adina kupca var, ozu (yeznem)bizde yashamir,heyat yldashi(bacimla) bashqa evde 2 evladi ile yashayir o yashadiqi ev ise bacimin adinadir .mezil istismar sahesine ve pasbort qeydiyat idaresine muraciet etmishem ki bu adami bizim evin qeydiyatindan cixardin ve heyat yoldashinin evine qeydiyata salin ordan bildirirler ki xarici olduqu ucun biz bunu ede bilmerik evi satmaq isteyirik o da qeydiyatdan cixmasa bu mumkun olmur sizden xahish edirem mene meslehet veresiniz ki man onu(raziliqi olmadan)nece qeydiyatdan cixarda bilerem.saq olun

Cavab ------------
Sualınıza cavab olaraq bildiririk ki, nə Mənzil İstismar Sahəsi, nə də Pasport Qeydiyyat İdarəsi şəxsin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətli orqan deyil.

Əgər siz yeznənizin razılığı olmadan onu qeydiyyatda olduğu yerdən çıxartmaq istəyirsinizsə, mübahisəni məhkəmə qaydasında həll edə bilərsiniz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndində deyilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarının biri də bu haqda çıxarılan məhkəmə qətnaməsidir.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Sanan Şəhər: Baki
30.04.2010 20:27 Salam, Xahis edirem mene asagidaki terminlere aydinliq getirmeyi komek edesininz. Kupca ve order. Bunlar eyni seydir, yoxsa ferqli? Bunlarin huquqi menasi nedir? Evvelceden tesekkur edirem...

Cavab ----------
Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak dövlət qeydiyyatına alındıqda vətəndaşa “Hüquqlarin dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən cixarış” (yəni kupça) verilir.

Köhnə Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.

Yəni, köhnə Mənzil Məcəlləsinə əsasən order boş evə köçmək üçün vətəndaşa verilən sənəd idi, ancaq o mülkiyyət hüququ yaratmırdı.

Beləliklə, bunlar eyni şey deyil, order mənzildən istifadə hüququ yaradır, “kupça” isə mənzilə mülkiyyət hüququ yaradır.

Günel Əbdürəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Bakı
28.04.2010 14:04 Qanuna görə daşınmaz əmlaka verilən kupça ilə order biri-birindən nə ilə fərqlənir?Əvvəlcədən təşəkkür edirəm.

Cavab ------------
Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak dövlət qeydiyyatına alındıqda vətəndaşa “Hüquqlarin dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən cixarış” (yəni kupça) verilir.

Köhnə Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.

Yəni, köhnə Mənzil Məcəlləsinə əsasən order boş evə köçmək üçün vətəndaşa verilən sənəd idi, ancaq o mülkiyyət hüququ yaratmırdı.

Beləliklə, order mənzildən istifadə hüququ yaradır, “kupça” isə mənzilə mülkiyyət hüququ yaradır.

Günel Əbdürəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: telchiev
22.04.2010 22:22 Salam! Zəhmət olmasa deyərdiniz, biz 2000-ci ildən bu yana özəlləşdirilmiş mənzildə(çoxmərtəbəli binada) yaşayıriq.Mənzilin özəl olmasına baxmayaraq jek bizdən mənzil haqqı tələb edir və əvəzində heç bir təminat vermir.Jek bizə heç bir xidmət göstərmir, yalnız və yalnız arayış lazım olduqda biz ora müraciət edirik bu nə dərəcədə düzgündür və əgər belə bir şey varsa o hansı qanunlarla tənzimlənir? Əvvəlcədən təşəkkür edirəm.

Cavab ------------
Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına görə müəyyən edilir. Həmin qərara görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün bir ayda 1,5 qəpik, müəyyən edilir.

Sizin mənzil özəlləşdirilmiş olsa da siz mənzildən istifadə haqqı verməlisiniz və bu da yuxarda göstərilmiş Qərara uyğun tənzimlənir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
Hüquqşünas


********************************************************


Sual - Kimdən: aylin Şəhər: baki
20.04.2010 11:15 salam.biz 1qiz 2oqlaniq.ata mulkiytinden qiza pay dusur? eger ata saqliqinda mulkunu 1 evladin adina kecirtse ata saq ve rehmete getse qalan evladlar du mulke gore iddia qaldira bilerler. cavablandirsaz memnun olaram.

Cavab ------------
Ata mülkiyyətindən qız və ya oğlana eyni həcmdə pay düşür. əgər bağışlama müqaviləsi ilə kiməsə veribsə, bu halda tələb edə bilməzsiniz. əgər vərəsəlik qaydasında keçirsə, yəni atanız sağlığında vəsiyyətnamə tərtib edirsə, əmlakı o vəfat etdikdən sonra vərəsə ala bilər. Bu halda siz qanun üzrə vərəsə olduğunuz üçün 6 ay ərzində məhkəməyə müraciət edib mirasdan məcburi pay ala bilərsiniz.

Amilə Orucova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Fuad Orujov
Sizden chox xahish edirem menim sorguma cavab veresiniz. Men yeni tikilmish binalardan menzil almisham. Binada artiq son tamamlama ishleri gedir. Ancaq men indiden bilmek isderdim ki son sened olan menzilin mulkiyyet shahadetnemesine kimi men hansi instansiyalardan kecerek, hansi senedleri hazirlayaraq ve en esasi ne qeder dovlet rusumu odeyerek ala bilerem. Men bilirem ki bu sahede choxlu xoshagelmez hallar movcuddur, ancaq umid edirem ki sizin komeyiniz ile men onlari def ede bilerem.
Evvelced chox minnetdarligimi bildirirem.
Hormetle,
Fuad

Cavab ----------
Binada tam tikinti işləri qurtardıqdan sonra və vətəndaşlara təhvil verildikdən sonra həmin tikintini həyata keçirən şirkət İCra Hakimiyyətinnin təsdiqlədiyi mülkiyyət şəhadətnaməsini sizə təqdim etməlidir, bunun üçün hər hansı rüsumun ödənilməsi nəzərdə tutulmayıb, siz aldığınız mənzil üçün onsuz da aylıq pul ödəyirsiz, əlavə olaraq sırf mülkiyyət şəhadətnaməsi üçün rüsum ödəməyinizə də gərək yoxdur.

Fariz Namazlı
Media Hüquqları İnstitutu
hüquqşünas


********************************************************


Sual - Kimdən: Ramiz. Baki Şəhər: Baki
12.04.2010 13:28 Salam.Bagishlayin...imkan varsa mene bagi ozelleshdirmek ucun lazim olan senetlerini siyahisini verasiz...Cox sagol!

Cavab ------------
“Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Həmin qanuna əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ( - qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
- bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
- 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər)
2. torpaq sahəsinin planı və ölçüsü;
3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: aylin Şəhər: baki
08.04.2010 10:57 salam isterdim bilem .biz 3 evladiq eger atam saqliqinda mulkiyatinda olanlari1 evladin adina kecirtse sonra ata rehmete getse qalan evladlar bu mulkiyatlara iddea ede bilerler? saq olun.

Cavab --- Kimdən: Sevinc Əliyeva
Bəli, edə bilərlər. Belə ki, digər övladların atalarına məxsus mülkiyyətdə məcburi payları vardır. Belə ki, AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məsələn, şəxsin yeganə vərəsələri 2 övladlarıdır. O, vəsiyyətnamə tərtib etməsə, qanun üzrə əmlakının 50% bir uşağa, digər 50% isə o biri uşağa çatacaqdır. Şəxs bütövlüklə əmlakını bir övlada vəsiyyət etdikdə isə digər övladın həmin əmlakda məcburi payı 25% təşkil edəcəkdir.

Sevinc Əliyeva
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Mələk Şəhər: Bakı
05.04.2010 18:03 Salam,men yeni aile qurmusam, hal-hazırda atamın evində qeydiyyatdayam, yoldaşım öz evine qeydiyyata salmaq istəmir. Sualım belədir, əgər uşaq dünyaya gələrsə qanunla harda qeydiyyatda olmalıdır?

Cavab -------------
əgər siz yoldaşınızın yaşadığı evə qeydiyyata düşməmisinizsə, həmin yaşayış sahəsinə qeydiyyata düşməyiniz çətindsir. Çünki Mülki Məcəllənin 228-ci maddəsinə görə, bunun üçün həmin evin mülkiyyətçisi həmin mənzilə dair hüquqlarınızın yaranması üçün notarial qaydada razılıq verməlidir, əks halda sizin həmin mənzilə hər hansı hüququnuz yaran bilməz o cümlədən qeydiyyata da alına bilməzsiniz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

Qanuna uyğun olaraq, ana harada qeydiyyatdadırsa doğulmuş uşaq da avtomatik həmin evə qeydiyyata düşür. Yəni uşağınız dünyaya gəldikdə qanunla sizin qeydiyyatda olduğunuz yerə - atanızın evinə qeydiyyata düşəcəkdir.

Turan Bahadırbəyli
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Memmedov Azay Şəhər: Baki
31.03.2010 00:57 Salam.
1. Bizim 3 otaqli menzilde men, 2 bacim ve atam qeydiyyatdayiq.Menzil atamin adina ozelleshdirilib.Bizim bu menzile (atamizdan ferqli olaraq) qeydiyyatdan bashqa hansi huququmuz var?

2. Eshitdiyime gore 3il erzinde ozelleshmeni legv etmek olar.Bu ne derecede duzgundur?

3. Menzili ozelleshdirerken qeydiyyatda olan shexslerin hamisinin adina ozelleshdirile bilermi,yoxsa ancaq 1shexsin adina?

Cavab ---------
1. Əgər mənzil özəlləşdirilən zaman həmin mənzildə qeydiyyatda olan şəxslər mənzilə dair hər hansı hüquq irəli sürməyiblərsə, yəni özlərinin payçı kimi tanınmasını tələb etməyiblərsə, onların həmin mənzildə yaşamaq və mənzildən istifadə etmək hüququ var.

2. Özəlləşdirmə etibarsız hesab edilə bilər, əgər özəlləşdirmə qanunun tələblərinə zidd olaraq aparılıbsa, o zaman hüquqları pozulan şəxslər məhkəməyə müraciət edərək özəlləşdirmıənin etibarsız sayılmasını tələb edə bilərlər. Konkret olaraq özəlləşdirmənin etibarsızlığı ilə bağlı hər hansı norma nəzərdə tutulmayıb, lakin ümumi qayda götürdükdə iddianı 1 il ərzində irəli sürmək olar. Qeyd etdiyiniz 3 il müddəti orderin etibarsız hesab edilməsi üçün nəzərdə tutulub.

3. Mənzil özəlləşdirilərkən qeydiyyatda olan şəxslər birinin adına yaxud hər birinin adına paylı mülkiyyət kimi mənzili özəlləşdirə bilərlər. Əgər bir şəxsin adına mənzil özəlləşdirilərsə, mənzil həmin şəxsin tam mülkiyyətində olacaq, Əgər mənzil paylı mülkiyyət kimi özəlləşdirilərsə, o zaman digər şəxslərin də həmin mənzildə payı yaranır və onlar sonradan zərurət olarsa paylarının satılmasını tələb edə bilərlər ..

Fariz Namazlı
Hüquqşünas
Media Hüquq İnstitutu


********************************************************


Sual - Kimdən: Anar Şəhər: Saray
08.03.2010 03:46 Salam Shefa xanim. Evvela bayraminiz mubarek. Suallarimi cavablandirdiginiz ucun teshekkur edirem. Size yazdiqlarimla elaqedar Absheron mehkemesinde mehkeme kecirildi ve cox edaletsiz bir qerar cixardi. Bu haqad Size yazdigim ucun daha etrafli yazmaga ehtiyac duymuram. Qardashimin mene qaldirdigi iddiada ozu etiraf etdi ki, ata yurdumu menimle anam qebukl etmishik. Bizimle beraber ozununde orani qebul etdiyini iddia etdi. Lakin men buna subutlarla etiraz etdim. Cunki hemin vaxt o, ailesi ile birlikde Moskvada yashayirdi ve bunlari onun o vaxtlar orada dunyay gelmish ushaqlarinin dogum shehadetnameside subut ede biler. Cunki sozugeden qardasim atam olmemisden 2 il evvel ailesi ile birge Moskvaya getmis ve atam oldukden 7 il sonra qayitmisdir. Bunlara esasen men vereseni anamla birge sheksiz qebul etdiyimi subut etdim. Sonradan bacimda iddia erizesi vererek atam olmemisden ona qulluq etdiyini, atam olenden sonra anama qulluq etdiyini ve doguldugu vaxtdan indiye kimi hemin unvanda qeydiyyatda oldugunu gostererek vereseliyin qeydiyyat esasinda aparilmasini istedi ve orada onunda payi oldugunu bildirdi. Butun bunlara baxmayaraq Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashiminda bixzimle beraber o evi qebul etdiyini tesdiq etdi. Qeyri obyektiv sebeblerden menim ve bacimin iddiasini redd etdi. Cox teessufler olsun ki indi burada fikrimi tamamlayib bir cox sheyleri Size yaza bilmirem.

1) Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashimin orai bizimle birge qebul etmesi barede hansi esasla qerar vere biler?

2) Ve eger orani qeydiyyatla bolgu aparirsa bacimin iddiasin nece legv ede biler?

Onun hal hazirda muveqqeti adi ili meskunlasdigi, indi ise iddia etdiyi erazi o biri mektubumda qeyd etdiyim kimi qeyri qanuni torpaq sahesi ve qanunsuz tikilidi. Men oranin sokulmesi ile elaqedar Absheron mehkemesine muraciet etdim. Sozugeden qardashim bunula elaqedar iidiasini sonuncu iclasda deyishdi ve hemin gunun seherisi mehkeme qerar verdi.

3) Iddia deyishilenden sonra derhal qerar verile bilermi? Mene sonraki iddiaya qarshi etiraz erizesi yazmaga vaxt verilmemelidirmi?

4) Iddiada qeyd olunur ki. qerar iddiacinin vekilinin ve anamin numayendesinin ishtiraki ile verilib. Amma qerar verilerken bunlardan hec biri orada olmayib. Bu ne derecede duzgundur?

Umumiyyetle men shexsen Sizinle bu ish baresinde meslehetleshmek ucun nece elaqe saxlaya bilerem. Menim ve 70 yashli anamin gozumuz gore gore haqlarimiz tapdalanir. Sizlerden bununla elaqedar bizlere komek etmeyinizi artiq derecede xahish edirem. ALLAH komeyiniz olsun! Evvelceden teshekkur edirem!

Cavab ---
Hörmətli, Anar müəllim, əvvla xahiş edirəm ki, sualınızı gec cavablandırdığımı üzürl hesab edəsiniz. İkincisi, keçən dəfə də qeyd etdiyim kimi, sizin məsələniz bir mail vasitəsilə cavablandırılacaq qədər sadə deyil. Ona görə də yaxşı bir vəkillə məsləhətləşməyə ehtiyac var.

Amma yenə də sullarınız üzrə onu deyə bilərəm ki, əgər Abşeron məhkəməsi heç bir sübut olmadan qardaşınızın guya mirası qəbul etməsi faktını təsdiqləyibsə, əlbəttə bu, qanunsuzluqdur. Bu qanunsuzluğu isə yalnız apellyasiya şikayəti vermək yolu ilə aradan qaldırmaq olar.

Qeydiyyatla bölgü məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən normaları mirasın qəbul edilməsi və bölünmsəni hansısa evdə qeydiyyatla olmaqla deyil, yalnız qohumluq münasibətləri ilə (qardaş-bacılıq, övladlıq və sair) ilə əlaqələndirir.

İddianı dəyişmək isə hər bir halda tərəfin hüququdur və bu, prosesin istənilən mərhələsində yolveriləndir. Amma bu zaman əlbəttə ki, siz həmin iddiaya qarşı öz etiraz və arqumentlərini irəli sürmək üçün lazımi qədər vaxt və imkana malik olmalı idiniz. Başqa sözlə, proses müəyyən vaxta qədər təxirə salınmalı idi. Amma hesab edirəm ki, bu, hakimin iradəsindən asılıdır və çox günman ki, yalnız o halda ola bilərdi ki, bu tələb üçün yeni araşdırma aparmaq lazım olsun.
Proses iştirakçılarının məhkəmədə iştirak etməməsi əlbəttə ki, ciddi prosessual pozuntudur. Amma mülki prosessual qanunvericiliyə görə məhkəmə tərəflərdən hər hansı birinin iştirakı olmadan da işə baxa bilər. Təbii ki, prosesdə iştirak etmədiyiniz halda, qərarda iştirak barədə yazılması ciddi qüsurdur.
Anar müəllim, yekun olaraq bildirirəm ki, hər bir halda siz narazı qaldığınız qərardan onun sizə təqdim edildiyi gündən 1 ay ərzində apellyasiya şikayəti verə bilərsiniz.

Şəfa Camalzadə / vəkil Cavab


********************************************************


Sual - Kimdən: jeyhun qehremanov Şəhər: sumqayit
25.02.2010 13:42 salam meni mehkemeye veribler atamin erezesi ile yazilib 5000$ kompensasiya teklif edilir bu 1-ci sened sonra 2-ci elave olunub qeydiyatdan cixmaq 5000$ verilecek. 3 0taqdi 2-si mendedi 1 atam qalir anam tezelikce olub.evde 6 nefer qeydiyyatdadi men , yoldasim atam ha-hazirda evde qaliriq yoldasim 9ildir bizle qalsada qeydiyyatda deyil qardasim, obiri qardasimin yoldasi ve 2 usagi evde qeydiyyatdadi amma ozleri oz evleinde yasayirlar 10 ilden coxdu . xahis edirem mene komeklik edin qabaqcadan minnetdarligimi bildirirem

Cavab ------------
Birinci iddia ərizəsinin nə ilə bağlı olduğunu qeyd etməmisiniz.

İkinci suala gəlincə, əgər ev atanızın mülkiyyətindədirsə, kompensasiya ödəməklə evdə qeydiyyatda olanları qeydiyyatdan çıxara bilər. Həyat yoldaşınız 2000-ci ildən sonra o evə gəlin köçdüyü üçün, mülkiyyətçinin razılığı olmadan qeydiyyata düşə bilməz.

Qardaşınız və ailəsinin əgər daimi başqa yerdə yaşayırlarsa, qeydiyyatdan çıxması barədə ancaq mülkiyyətçi məhkəmə iddia qaldıra bilər.

Amilə Orucova
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Azer Memmedov Şəhər: Baki
24.02.2010 17:05 Salam men 12.03.2008 tarixde 37 sayli natariusda alqi-satqi muqavilesi baglayaraq ev aldim ve reyestr xidmetinden adima cixariw da aldim.Cixariw aldiqdan texminen 20 gun sonra apelyasiya mehkemesinden mene mektub geldi ki evde mehkeme mubahisesi var. Men evi aldigim qadina anasi vesiyyet edibmiw 2001 ci ilde evi 2006 ci ilde ise anasi rehmete gedib. Qadin evi mehkeme yolu ile adina kecirib sonrada mene satib. Indi qardawi iddia qaldirib ki menim mecburi payim var evi menim elimden almaq isteyir.Birdefe apelyasiya mehkemesi onun idiasini redd etdi kassasiya wikayeti verib apelyasiyanin qereardadini legv etdirdi iw yeniden baxilmasi ucun tekrar apelyasiyaya gonderildi.ikinci defe apelyasiya qadinin cixariwini legv etdi ve onun esasinda menimle baglanmiw alqi-satqi muqavilesini ve menim cixariwimi legv etdi lakin menim pulumun qayitmasi haqqinda hecne demedi tezeden men kasasiya wikayeti verdim yene apeliyasya mehkemesinin qerardadi legv olundu yeniden baxilmasi ucun apelyasiyaya dala qaytarildi.

Sonuncu defe apelyasiya qadinin qardawinin wikayetini temin etdi mene bir soz demedi.Iwi rayon mehkemesine qaytardi ki varisler tezden celb olunsun ele baxilsin . Mene ise dediler sen gozle onlar oz aralarinda hell etsinler sonra sene qarwi idia qaldiranda sen vicdanli alici kimi mehkemye muraciet edersen ki oz aralarinda konpensasiya yolu ile razilawsinlar . Hal hazirda men evime gede bilmirem 1 ilden artiqdir . Men neynemeliyem ele vekil de tapa bilmirem ki desin senin iwini kokunden hell edirem . Butun mehkeme qerarlarinda meni vicdanli alici kimi gosterirler bilmek isterdim qanunla men indiden ozumu sigortalaya bileremmi ki onlarin hansinin udub uduzmagindan asili olmayaraq menlik bir wey olmasin.Men ne evi temir ede bilirem ne de sata cekinirem ki sonra nese olar. Evvelceden tewekkurumu bildirirem.

Cavab ----------
Əvvəla, onu qeyd edək ki, özünüzün də qeyd etdiyiniz kimi, sizin məslələniz kifayət qədər mürəkkəb, yəni vərəsəlik (hətta mirasda məcburi pay), əqdlərin etibarsızlığı, vicdanlı alıcılıq və sair məsələləri əhatə edir. Odur ki, sizin verdiyiniz bu qisa məlumat əsasında sizi qane edən cavabı alacağınızı sanmıram. Yaxşı olardı ki, bu barədə professional vəkilə müraciət edəsiniz.

Amma verdiyiniz məlumat əsasında onu deyə bilərəm ki, siz həqiqətən vicdanlı alıcısınız, yəni mübahisəli evi aldığınız zaman siz onu başqa şəxslərin hüquqları ilə yüklü olduğunu bilməmisiniz və satıcının mülkiyyət hüququna dair Çıxarışı olduğundan bunu bilə də bilməzdiniz.

Amma məhkəmə tərəfindən sizin çıxarışınızın və alqı-satqı müqavilənizin ləğv edilməsi məsələni daha da qəlizləşdirir və buna görə də sizin həmin prosesdə hansı prosessual statusda çıxış etməyiniz, onların hansı əsasla ləğv edilməsi və sair məsələlər açıq qalır.

Amma sizin üçün yaxşı olan hal ondan ibarətdir ki, əgər məhkəmə alqı-satqı müqaviləsini və çıxarışı etibarsız hesab edibsə, onda siz satıcıya verdiyiniz pulu və dəymiş ziyanın əvəzini geri tələb hüququnuz var. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Yeri gəlmişkən onu da qeyd edim ki, bu iş üzrə sizin məhkəmə uduşunuz və məhkəmə qərarının icrası daha asan olacaq, çünki sizin pulunuzu qaytarmaq üçün ən pis halda mübahisəli mənzil üzrəində həbs qoyularaq satıla bilər.

Şəfa Camalzadə
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi Cavab


********************************************************


Sual - Kimdən: İctimai Birlik Şəhər: Bakı
25.02.2010 18:21 Üzvülüyümüzdə olan 12 yaşlı Göyçay rayon sakininin yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün Göyçay Rayon İcra Hakimiyyətinə evin bərpasına dair yazılı müraciətimizə sözügedən İcra Hakimiyyəti evin bərpasını təmin etmək imkanları xaricində olduqlarını qeyd edərək yazılı cavablandırmışlar. Hər an uçma təhlükəsində olan evin bərpası üçün hansı addımları atmalıyıq?

Cavab --------
Siz mənzilin hansı səbəblərdən – mülkiyyətçidən asılı olan və ya asılı olmayan səbəblərdən qəza vəziyyətinə düşdüyünü qeyd etmədiniz. Siz mənzilin həqiqətən də qəzalı vəziyyətdə olduğunu və qəzanın səbəblərini müəyyənləşdirmək üçün müvafiq rayonunun Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət etməlisiniz. Müraciət etdikdən sonra həmin mənzilə baxış keçirilməli, akt tərtib edilməlidir. Yalnız bundan sonra həmin aktla birlikdə siz icra hakimiyyətinə müraciət etməlisiniz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müvafiq icra hakimiyyətinə verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər.

Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

Qəza vəziyyətində olan yaşayış binasının bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqləndikdə və mülkiyyətçi həmin binanın sökülməsi və yenidən tikilməsindən imtina etdikdə və ya sökülməni məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, həmçinin qəza vəziyyətində olan mənzil (yaşayış binası) açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina Mənzil Məcəlləsinin 31.1-31.3-cü və 31.5.-31.9-cu maddələrində müəyyən edilmiş qaydada dövlət tərəfindən alınmalıdır. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində Mənzil Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir.

Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

Turan Bahadırbəyli
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


********************************************************


Sual - Kimdən: Ceyhun Şəhər: Baki
24.02.2010 12:37 Sovetler doneminde BTI terefinden icareye verilmish bag topraq sahelerinin ozelleshdirilmesi ile bagli quvvede olan hansi huquqi-normativ aktlar movcuddur?

Ashgida olan qeyde nezere alib gelecekde istifade ucun lazim ola bilecek muvafiq huquqi senedler baresinde melumat vermeyinizi xahish edirem.
Qeyd: Icaredar 1993-cu ilde rehmete gedib. Merhumun oglu hemin bag sahesini oz adina ozelleshdirmek isteyir. Icare muqavilesine esasen (1992-2002) hemin bag sahesi merhumun aile uzvlerinede icareye verile biler.
2008-ci lde ozellshdirme ile elaqedar DEDRXBSEI-ne muraciet olunub ve lazimi muvafiq senedeler (toppaq sahesi haqda plan, kadastr plani ve olcusu, bag evinin huquqi qeydiyyata alinmasi barede serencam ve s.) merhumun oglu terefinden toplanilib.

Senedler toplandiqdan sonra ise DEDRXBSEI-den icare muqavilesnin merhumun oglunun adina baglandiqdan sonra ozelleshdirme meselesine baxila bileceyi deyilir.

Evvelceden teshekkur.

Cavab ------
Bağ torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi məsələləri əsasən Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli Sərəncamı və “Torpaq islahatı haqqında” AR Qanunun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” 01 fevral 2008-ci il tarixli Qanunda öz əksini tapmışdır.
O ki, qaldı konkret olaraq göstərdiyiniz situasiyaya, hüquqşünas dəqiq cavab verməkdən öncə ilk növbədə bağ sahəsinə aid olan sənədlərlə tanış olmalıdır. Lakin ümumilikdə onu deyə bilərik ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi (BTİİB) ləğv olunduğundan və hazırda BTİİB-i tərəfindən verilən müqavilələrin dəyişməsi, yenilənməsi, uzadılması və s. səlahiyyətləri heç bir quruma verilmədiyindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icarə müqaviləsinin mərhumun oğlunun adına bağlanılmasının tələb edilməsi qanunsuzdur. Bağ sahəsinin mərhumun ölümündən sonra onun ailə üzvlərinin istifadəsində olduğu, BTİİB həmin bağa dair mərhumun ailə üzvlərinin istifadə hüququna xitam verilməsini tələb etmədiyi və mərhumun oğlu tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə; bağa dair istifadə hüququ olan digər şəxslərin razılıq ərizəsi, bağ sahəsinin icarə müqaviləsi və ya orderi (22 may 2007-ci il tarixinədək); bağ sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim etdiyi halda həmin qurum şəxsin mülkiyyət hüququnun qeydiyyatını aparmalıdır. Sözügedən qurum vəzifəsini həyata keçirməkdən imtina etdiyi halda, şəxs onun qanunsuz hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər.

Sevinc Əliyeva
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi