Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:01

Azərbaycan futbolunun "oliqarxiologiyası"


-
2 xəbərimiz var: biri yaxşı, biri pis.

Pis xəbər odur ki, Azərbaycan futbolu regionda sonuncu yerlərdən birini turur - FİFA-nın beynəlxalq sıralama cədvəlinin 85-ci yer ayırdığı milli komanda Rusiyadan, Ermənistandan və İrandan geridədir.

Mətn şəkilin altında davam edir


Yaxşı xəbər isə odur ki, Azərbaycan millisi 103-cü yerdə qərarlaşan Gürcüstanı qabaqlayır və ötən illə müqayisədə irəliləyib.

Əgər FİFA-nın tərtib etdiyi bu cədvəldə ölkələr üzrə futbola xərclənən pullar da hesablansaydı, Azərbaycan xeyli yuxarı qalxardı, başqa ölkələrdəki futbol xərclərini də bura əlavə etsəydilər, ümumiyyətlə liderlər sırasına çıxardı.

Amma Azərbaycanın Avropa futbol səxavətini bir yana qoyub ölkəyə qayıdaq və baxaq ki, Azərbaycan çempionatının futbol klubları nəyin, daha doğrusu - kimin hesabına mövcudluğunu təmin edir.

Mediadan və digər açıq mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən Azərbaycan futbol klublarının rəsmi və qeyri-rəsmi sahiblərini təqdim edirik. Siyahıya əlavə və ya düzəlişlərin varsa bizə yaz. Və ya yaz ki, səncə alnına boş tribunalar yazılan Azərbaycan futboluna qəyyumluq etməkdə Azərbaycan oliqarxlarının məqsədi nədir:

Gələcəkdə tribunaların dolacağına inam? Futbol sevgisi? Azərbaycan futbolunu dünyaya çıxarmaq ehtirası? Yoxsa yazılmamış inzibati-oliqarx qanunları?

XS
SM
MD
LG